Əsas Səhifə > Ölkə, Manşet > İcra başçısı Eldar Mahmudovun kadrından NİYƏ QORXUR?
İcra başçısı Eldar Mahmudovun kadrından NİYƏ QORXUR?2-06-2021, 10:22 |
DİA.AZ: - Binəqədi rayonu, Biləcəri qəsəbəsinin icra nümayəndəsi sakinlərin narazılığına səbəb olmaqdadır. Bu barədə DİA.AZ-a müraciət edən Biləcəri sakinləri bildirirlər ki, başçının qəsəbədəki nümayəndəsi Osman Qasımov açıq-aşkar arayış alveri ilə məşğuldur və hətta icra başçısı Elxan Allahgverdiyev də bu adamla bacarmır. Xatırladaq ki, əslində Osman Qasımov keçmiş icra başçısı Xaləddin İsgəındərovdan qalma kadrdır və 2017-ci ildən sözügedən vəzifəni tutan Osman Qasımovun icra nümayəndəsi postuna gətirilməsində keçmiş MTN rəhbərliyinin rolu da olubmuş. diaaz.space bildirir ki, bu barədə yerli KİV-də də yetərincə informasiyalar yayılıb. Osman Qasmovla bağlı apardığımız araşdırmalar zamanı ortaya ilginc bir fakt da çıxıb. Sən demə, cənab Qasımov vaxtilə tanınmış jurnalist Pərviz Həşimlinin də həbsində müstəsna rol oynayıbmış. Bu barədə həmin dönəmdə yazan Gununsesi.info saytında qeyd olunur ki, Osman Qasımov jurnalist Pərviz Həşimlinin şərlənməsində də xüsusi rolu ilə seçilib. Belə ki, MTN-nin xüsusi təyinatlıları jurnalistin evinə silahlı hücum edərək, pəncərədən mənzilə daxil olub, silah yerləşdirən zaman Osman Qasımov saxta şahid kimi prosesə cəlb olunub. Baş verənləri inkar edən “şahid” istintaqa ifadəsində yalan ifadə verib. İndi isə diaaz.space-a verilən informasiyalardan aydın olur ki, məhz belə bir İMTİYAZLI icra nümayəndəsi rayonun icra başçısı Elxan Allahverdiyev üçün olduqca çətin bir MANEƏDİR... Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |