Əsas Səhifə > Ölkə, Manşet > Kəmaləddin Qafarov bütün bu varidatı nə ilə əldə edib?
Kəmaləddin Qafarov bütün bu varidatı nə ilə əldə edib?10-06-2020, 10:53 |
Onkoloji Mərkəz sözün əsl mənasında can bazarıdır. Pulun varsa, bir az daha yaşamağa ümid edə bilərsən, yoxsa diriykən həyata vida deyəcəksən. Onkoloji xəstəlik şübhəsilə ilk müayinə 500 manat, kimyaterpiya keçmək üçün müayinə sənədlərini müalicə edəcək həkimə verilməsi 20 manat, kimyaterapiya 300 manat, kimyaterapiyadan öncəki müayinlər 60-100 manat (hər 21 gündən bir), 28 seanslıq şüa 1000 manat, pozitron-emissiya tomoqrafiyasına görə 1500 manat, qeydiyyat, bütün tibbi xidmətlər (müayinə, müalicə, əməliyyat), yeri gəldi-gəlmədi əlavə analizlər, biopsiyalar pullu, xəstə ölənə qədər soyğunçuluq...Baxmayaraq ki, MOM-a dövlət büdcəsindən hər il on milyonlarla manat ayrılır. Bura pullu qəssabxanadır. Və o qəssabxananın baş direktor müavini deputat Kəmaləddin Qafarovdur. O Kəmaləddin Qafarov ki, insanların həyatı üzərindən özünə ağılagəlməz biznes şəbəkəsi qurub. Deputat Kəmaləddin Qafarovun biznes şəbəkəsi ilə bağlı mediada mütəmadi olaraq məlumatlar yayılır. İndiyədək bu şəbəkəyə aid müxtəlif şirkətlərin adları çəkilib, MOM-un tenderlərində iştirak etmiş şübhəli şirkətlərlə bağlı araşdırmalar aparılıb. Ən azından ona görə ki, onkoloji xəstəliklərin geniş yayılması fonunda Qafarovun ailə şirkətlərindəki şişkinlik də özlüyündə maraq kəsb edir. Bu biznes Milli Onkologiya mərkəzindəki açıq bazardan, şübhəli tenderlərdən qaynaqlanaraq ölkə hüdudlarını aşıb. Bu barədə bir qədər sonra. Öncə Vergilər Nazirliyinin (hazırki İqtisadiyyat Nazirliyi) kommersiya qurumlarının dövlət reyestri məlumatları əsasında Qafarovun ailə şirkətlərinin bəziləri haqqında çıxarışları diqqətinizə çatdırmaq istəyirəm. 1.Kəmaləddin Qafarova bağlı ailə şirkətlərinin ən başında "AZƏRİ MED" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ gəlir. Niyə ən başında? Çünki "Azəri Med" onun baş direktor müavini olduğu mərkəzin şübhəli tenderlərində aktiv tərəfdaşdır. Bu həmin şirkətdir ki, onkoloji xəstələrin dərisini şişindən çıxaran, dərmanından bintinədək gərəkli bütün ehtiyacları xəstələrin özlərinə qarşılatdıran Milli Onkologiya Mərkəzi dövlətin on milyonlarla manat vəsaitini tibbi sifarişlər adı altında bu şirkətə yönəldir. Təkcə 2019-cu ilim fevralın 19-da MOM və "AzərMED" arasında müqavilənin məbləği 10 milyon 200 min manat olub. Bundan bir qədər əvvəl, 2018-ci il avqustun 3-də də bağlanmış müqavilənin də həcmi 10 milyon 120 min manat təşkil edib. Şirkət 2004-cü ik iyulun 2-də Vergilər Nazirliyinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsində 1020 manat nizamnamə kapitalı ilə qeydiyyatdan keçib, qanuni təmsilçisi FAMİL RƏHİMLİ VƏLİ oğludur. Amma şirkətin hüquqi ünvanı BİNƏQƏDİ RAYONU, MUSTAFA KAMAL ATATÜRK, ev 65 A, MƏHƏLLƏ 3078A, m. 155-dir. Və ünvanda məhz Bu ünvanda Kəmaləddin Qafarov özü və uşaqları qeydiyyatdadır. Şirkət ayrıca Əhməd Rəcəbli küçəsindəki AzeriMed "Tibbi Market"də tibbi ləvazimatların və avadanlıqların satışını həyata keçirir, bütün ölkəboyu şəbəkələşmiş "ZƏFƏRAN" apteklərinə və "ZƏFƏRAN HOSPİTAL"ı idarə edir. Kəmaləddin Qafarovun qeydiyyatda olduğu BİNƏQƏDİ RAYONU, MUSTAFA KAMAL ATATÜRK, ev MƏHƏLLƏ 3078 A, EV 65 A, m. 155 ünvanında onun daha bir ailə şirkəti - "AZƏRİ MED-MNK" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ hüquqi qeydiyyatdadır. Şirkət Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 10 manat nizamnamə kapitalı ilə 2008-ci il martın 11-də qeydiyyata alınıb. Qanuni təmsilçisi Kəmaləddin Qafarovun yaxın qohumu CANİLYA QAFAROVA RƏHİM qızıdır. 3. Qafarovun ailə biznesində ən çox diqqət çəkən isə VERSAL PALACE şadlıq evidir. Olduqca dəbdəbəli və gözqamaşdırıcıdır. Şadlıq sarayı 7-ci mikrorayonda, A. Kunanbayev 57 ünvanında yerləşir və "VERSAL PALACE" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (VÖEN nömrəsi 1402942941) tərəfindən idarə olunur. MMC 2014-cü il oktyabrın 21-də Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 10 manat nizamnamə kapitalı ilə qeydiyyatdan keçib. Hüquqi ünvanı NƏSİMİ RAYONU, CƏLİL MƏMMƏDQULUZADƏ, ev 108, GİRİŞ B, m. 4, qanuni təmsilçisi Kəmaləddin Qafarovun qardaşı CƏLALƏDDİN QAFAROV NƏSRƏDDİN oğludur. 4. "VERSAL PALACE" MƏNZİL-TİKİNTİ KOOPERATİVİ - 2004-cü il avqustun 16-da 500 manat nizamnamə kapitalı ilə ELMİRA MƏMMƏDOVA PAŞA qızının adına rəsmiləşdirilib. Bakının Babək prospektində və Ağ Şəhərdə (10 bloklu, 7 mərtəbəli, 118 mənzilli) çoxmərtəbəli yaşayış komplekslərinin tikintisini həyata keçirir. 5. "KANON" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2008-ci il mayın 1-də 10 manat nizamnamə kapitalı ilə Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində SƏBUHİ ABBASOV FÜQAR oğlunun adına rəsmiləşdirilib. Bu şirkətin də hüquqi ünvanı Kəmaləddin Qafarovun qeydiyyatda olduğu BİNƏQƏDİ RAYONU, MUSTAFA KAMAL ATATÜRK, ev 65 A, m. 155-dir. Səbuhi Abbasov əvvəllər Canilya Qafarovanın qanuni təmsilçisi olduğu "Azəri Med" MMC-nin idxal departamentinin direktoru olub. Bu şirkət üzərindən Qafarovlar ailəsi Kanon apteklər şəbəkəsinə sahibdir. ✅Bakı şəhəri, X.Məmmədov 32 A, ✅Yasamal rayonu Şərifzadə küçəsi 100, ✅Şamaxı şəhəri, ✅Sabunçu rayonu, Bakıxanov ŞTQ E.Xəlilov 1, ✅Sabunçu, S.Qocayev 142, bina 1, ✅Nəsimi rayonu, A.Mirqasımov 2, ✅Ağdam rayonu Quzanlı, H.Əliyev prospekti, ✅Səbail Rayonu. Əhməd Cavad Ev 32 M1 M2, ✅Bakı şəhəri, Əhməd Cavad 32, ✅Sumqayıt, 2-ci mkr, Sülh küçəsi, ✅Ağcabədi ✅Nizami rayonu Keşlə qəsəbəsi M.Ə.Sabir küçəsi 44D, ✅Nəsimi rayonu 3018 məhəllə, Hüseynbala Əliyev küç 24a, ✅Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, 4C, ✅Yasamal rayonu, Şərifzadə 314 B ✅Nəsimi rayonu, Hüseynbala Əliyev 156 A, ✅Nəsimi rayonu, Asif Məhərrəmov 119A, ✅Lənkəran, Həzi Aslanov küçəsi, ✅Lənkəran, Nizami küçəsi, ✅Gəncə, Atatürk prospekti, ✅Quba şəh, Fətəlixan küç. Ev 6A, ✅Biləsuvar, Kanon - Aran apteki, ✅Ucar rayonu Ucar şəhəri Oğuz küçəsi ev 106. ✅Xətai rayonu, H.Salmani küç, 5 saylı bina 1-ci mərtəbə 6."SHAFRAN" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2008-ci dekabrın 4-də 1000 manat nizamnamə kapitalı ilə Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdan keçib. BAKI ŞƏHƏRİ XƏZƏR RAYONU, BUZOVNA ŞTQ, DƏRBƏND, ev 1-də hüquqi qeydiyyatdadır. Qanuni təmsilçisi Kəmaləddin Qafarovun əmisi oğlu HÜSAMƏDDİN QAFAROV ŞƏMSƏDDİN oğludur. "Shafran” MMC isə məşhur "Zəfəran” apteklər şəbəkəsinin sahibi – hüquqi təmsilçisi olub. Keçmiş Vergilər Nazirliyinin 2018-ci il dekabrın məlumatına görə "Shafran” MMC " Kəmaləddin Qafarovun xanımının təsisçisi oluğu "Azəri Med" MMC-yə birləşdiyini elan edib, hazırda ləğv prosesindədir. 7. "AVESTAFARM" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2009-cu il mayın 15-də 10 manat nizamnamə kapitalı ilə Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdan keçib, qanuni təmsilçisi ELÇİN İBRAHİMOV İSMAYIL oğludur. Bu şirkət də 2018-ci il dekabrın 19-da Canilya Qafarovanın şirkətinə - "Azəri Med" MMC-yə birləşdirilib, hazırda ləğv prosesindədir. 8. "MEGA PHARMACY" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2009-cu il aprelin 9-dan Qafarovların ailə şirkətlərinin sırasına daxil olub. 10 manat nizamnamə kapitalı ilə Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində qeydiyyata alınıb. Hüquqi ünvanı Kəmaləddin Qafarovun qeydiyyatda olduğu BİNƏQƏDİ RAYONU, MUSTAFA KAMAL ATATÜRK, ev 65A, MƏH. 3078A, m. 155, qanuni təmsilçisi isə CANİLYA QAFAROVA-dır. 9. "NATURALİST" FƏRDİ FİRMASI 2001-ci il yanvarın 18-də Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdan keçib. Firmanın qanuni təmsilçisi Kəmaləddin Qafarovun qaddaşı CƏLALƏDDİN QAFAROV NƏSRƏDDİN oğludur. Əczaçılıq sahəsində fəaliyyət göstərir, ayrıca aptekləri var. 10. HELİOS PHARMA LTD qonşu Gürcüstanda əczaçılıq sahəsində fəaliyyət göstərir. 2009-cu il noyabrın 12-də 202463510 saylı lisenziya nömrəsi ilə Gürcüstan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Reyestri Milli Agentliyində qeydiyyatdan keçib. 2018-ci ilin may ayınadək şirkət Kəmaləddin Qafarovun qardaşı Hüsaməddin Qafarovun adına olub. 2018-ci ilin mayında təsisçi dəyişdirilib və şirkət Canilya Qafarovanın (sənədlərdə Cəmalə kimi qeyd olunub) adına rəsmiləşdirilib. Şirkət Tiflisin İsani-Samqor rayonu, Qorqasali küçəsi 41 ünvanında hüquqi qeydiyyatdadır, Tamara Qamzaşvili adlı gürcü qadın tərəfindən idarə olunur. 11. SALİDONT LTD 2 ay əvvəl, 2019-cu ilin noyabrın 7-də Kiprin cənubunda (yunan hissəsi), Aralıq dənizi sahilindəki Limasol şəhərində HE403879 saylı lisenziya ilə qeydiyyatdan keçirilib. Şirkətin idarə olunması PATRİCİA STİLİANOY adlı yunana həvalə olunub. //Müəllif: Araşdırmaçı jurnalist Cavanşir Həsənli// diaaz.space olaraq iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |