Əsas Səhifə > Ölkə, Manşet > 12 il həbs cəzasını 4 ilə çəkən İlham Qasımovla bağlı yeni faktlar
12 il həbs cəzasını 4 ilə çəkən İlham Qasımovla bağlı yeni faktlar17-03-2020, 12:21 |
Adı dələduzluqda hallanan, daha doğrusu ortağı, iş adamı Gülağa Qənbərova (Tənha) 19 milyon dollar pul atdığına görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, Bakı Apellyasiya Məhkəməsin hökmü ilə isə 12 il müddətinə azadlıqdan məhrum edilən Beyləqanlı iş adamı İlham Qasımov keçən ilin dekabr ayında həbsdən azad edildi. RealMediaaz.space xəbər verir ki, “Beyləqan Xəbərləri” səhifəsinin araşdırmasına görə İlham Qasımov Gülağa Tənhaya atdığı 19 milyon dollar vəsaitin böyük bir hissəsini məcburən qaytarmalı olub. Belə ki, 2018-ci ildə iş adamı Gülağa Qənbərovla aparılan danışıqlardan sonra razılaşma əsasında İlham Qasımova məxsus Ukrayna dövlətində olan obyektlər Gülağa Tənhanın adamlarının adına keçirilib. Bundan başqa İ.Qasımovun bank hesabındakı bir neçə milyon manat vəsaitin çıxarılaraq Gülağa Tənhaya verildiyi deyilir. Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə dələduzluq maddəsi ilə azadlıqdan məhrum edilən İlham Qasımov ölkədə ən çox şikayət olunan “Real” MTK və “Sahil” D tikinti şirkətlərinin sahibi kimi tanınır. İlham Qasımov həbs edildikdən sonra onlarla şəxs hüquq mühafizə orqanlarına şikayət edərək iş adamının onları aldatdığını bildirdilər. Qasımov ailəsi aldadılan şikayətçilərin bir çoxsunun problemini məcburən həll etsədə hələdə aldadılan, haqqı pozulan, pulu mənimsənilən vətəndaşlar qalmaqdadır. Biz İlham Qasımovun azadlığa çıxmasını arzu edənlərdənik. Ancaq maraqlı bir məqam var ki, dələduzluğa görə 12 il həbs cəzası alaraq 4 il həbs həyatı yaşayan İlham Qasımov azadlığa çıxdıqdan sonra özü haqqında nağıl uydurmağa başlayıb. Bu nağıl isə dələduz iş adamının azadlığa ölkə rəhbəri, prezident İlham Əliyevin göstərişi ilə çıxdığını və səbəbini tez-tez məclislərdə danışmasıdır. İş adamı iddia edir ki, “güya o, dünyaca məşhur rəssam Tahir Salahovun Ümumilli Lider Heydər Əliyevə həsr etdiyi ancaq indiyə kimi üzə çıxartmadığı bir portretini Moskvada aldıtdıraraq prezident İlham Əliyevə hədiyyə göndərmişdir”. Əlbətdə İlham Qasımovun danışdığı bu sözlər cəfəngiyyatdan başqa bir şey deyil. Çünki məşhur rəssam Tahir Salahovun Ümumilli Lider Heydər Əliyevə həsr etdiyi möhtəşəm Heydər Əliyev portreti və digər əsərləri 2013-cu ildə Heydər Əliyev Mərkəzində təşkil edilən sərgidə cəmiyyətə təqdim edilib. Dünyaca məşhur və tanınmış rəssam kimi ad çıxardan Tahir Salahovun Ümumilli Lider Heydər Əliyevə həsr etdiyi əsəri üzə çıxartmaması və sonrada məhz İlham Qasımova hansısa pul müqabilində satması isə çox gülünc görsənir. Tahir Salahovun üzünü görməyən və onun əsərləri barədə azda olsa hansısa bir məlumata malik olmayan İlham Qasımov indi Bakıda, Beyləqanda təşkil edilən içki məclislərində geninə-boluna deyir ki, məhz Heydər Əliyev portretini məşhur rəssamdan alaraq prezident İlham Əliyevə hədiyyə etdiyim üçün həbsdən azad edilmişəm. Dələduz iş adamı İlham Qasımovu yaxından tanıyan hər kəs, hətta ailə üzvüləri yaxşı bilir ki, o yalan deyir və prezidentimiz İlham Əliyevin adından istifadə edərək özünü ciddi iş adamı kimi qələmə vermək istəyir. Azərbaycanda İlham Qasımov kimi yüzlərlə dələduz iş adamı mövcuddur və onlarında əksəriyyəti məhz həbs edilərək cəzalarını alırlar. Bizim bu yazını yazmaqda məqsədimiz odur ki, yüzlərlə vətəndaşı, bir neçə iş adamını aldadaraq on milyonlara pul atan və buna görə dələduzluq maddəsi ilə 12 il azadlıqdan mərhum edilən İlham Qasımov indi özünü cəmiyyətə təmiz, heç bir günahı olmayan və ölkə prezidenti İlham Əliyevin nəzərində olan iş adamı kimi təqdim etməsdir. Prezidentin adı ilə özünə müsbət imic formalaşdırmağa çalışan dələduz İlham Qasımov çox güman ki, yeni iş adamlarını inandıraraq onlarında pulunun arxasından keçməyi düşünür. Ataların məşhur bir misalı var “Qozbeli qəbir düzəldər”. İlham Qasımovla bağlı araşdırmalarımızı davam etdiririk. Yaxın günlərdə dələduz iş adamına məxsus “Sahil-D Company” və “Real” MTK şirkətlərinin Xətai və Nəsimi rayonu ərazilərində inşa etdikləri binalarda baş verən qanunsuzluqlarla bağlı oxucularımızı ətraflı tanış edəcəyik. Bizi izləməkdə davam edin… Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq //RealMediaaz.space// Geri qayıt |