Əsas Səhifə > Ölkə, Manşet > "Bu vətəndən Astaranın icra başçısına nə?.."

"Bu vətəndən Astaranın icra başçısına nə?.."


24-02-2020, 09:37
"Bu vətəndən Astaranın icra başçısına nə?.."
Astara şəhər sakini Rövşən Qasımov deyir ki, Qarabağ ugurunda döyüşlərdə həlak olmuş qardaşı Şıxəli Qasımovun qəbrinin başdaşısı dağılıb. Onun sözlərinə görə, özünün də imkanı yoxdur ki, qəbirə yeni başdaşı qoydursun. DİA.AZ-ın məlumatına görə, R. Qasımov vurğulayır ki, bu məsələ ilə bağlı yerli məmurlara edilən müraciətlər də nəticəsiz qalıb: “Astara şəhər 4 saylı orta məktəb qardaşımın adını daşıyır. Qardaşım 1994-cü ildə Şişqaya uğrunda gedən döyüşlərdə həlak olub. Şəhərin Giləkəran qəbiristanlığında dəfn edilib. O vaxtları başdaşının keyfiyyətsiz olması ilə bağlı müəyyən orqanlara müraciət etdik. Amma başdaşı olduğu kimi qaldı. Bu illər ərzində keyfiyyətini itirib, dağıllb.”

O deyir ki, bu məsələ ilə bağlı döymədiyi qapı qalmayıb: “Astara Rayon İcra Hakimiyyətində dəfələrlə olmuşam. Onlar da gəlib vəziyyətlə tanış olublar. Dedilər həll edərik. Bir müddət keçəndən sonra dedilər ki, Astara şəhər bələdiyyəsi bu işi görəcək. Heç bir nəticə vermədi. Prezidentə müraciət etdim. Ötən il yanvarda aldım cavabı. Yazmışdılar ki, qəbirüstü işlər görüləcək. İki ilə yaxındır heç bir iş görülməyib. Belə də çox məbləğ lazım deyil, 900 manat pul istəyir. İnanın ki,imkanım yoxdur. Ailəmi çətinliklə saxlayıram. Yoxsa özüm işi görərədim. Başdaşını düzəldən usta da işləri güzəştlə görür.Bu qədər hörmətsizlik olmaz. Dövlət, vətən deyirlər, amma...Bunların yalançı sevgisi kimə lazımdır? Top kimi məni fırladırlar. Deyirlər ki,iş görüləcək, fakt odur ki,iş getmir.Nə qədər pullar sağa-sola gedir...”

diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt