Əsas Səhifə > Ölkə, Manşet > Bu rayon sakinləri üsyan həddindədir...

Bu rayon sakinləri üsyan həddindədir...


29-12-2019, 16:58
Bu rayon sakinləri üsyan həddindədir...
DİA.AZ: - Ağsu rayonu, Kalva kəndində yaşayan Hacıyev Asəf Ağasan oğlu, Hacıyeva Gülsənəm Qaçay qızı və Ağaliyeva Gülurə Ağasan qızı tərəfindən dövlət rəhbərliyinə şikayət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Biz Ağsu rayonun kalva kənd sakinləri ömrümüz boyu bu kənddə yaşamışıq. 2018-ci ildə baş vermiş məlum zəlzələ zamanı kəndimizdə əsasən köhnədən tikilmiş evlərin divarlarında iri çatlar əmələ gəlmiş, pol sınmış, binövrə daşları uçub daxilə tökülmüş, yaşamaq üçün yarasız vəziyyətə düşmüşdür. Məsələn, mən Hacıyeva Gülsənəmin evi 1946-cı ildə sementsiz, torpaq və taxta materialı istifadə edilməklə daş hörgüsüilə tikilmişdir.Ona görə evimizin dörd tərəfindən çatlar əmələ gəlmiş və yaşamaq üçün yarasız vəziyyətə düşmüşdür.

Mən, Hacıyev Asəfin evinin zirzəmisində kürsü daşları uçaraq daxilə tökülmüşdür.sanki ev havada qalmışdır.Divarda çoxsaylı çatlar əmələ gəlmişdir.

Mən, Ağaliyeva Gülurənin evinindivarları pəncərə və giriş qapısı istiqamətində çatlar əmələ gəlmiş, döşəmə sınıb-sökülüb zirzəmiyə düşmüşdür.

Evlərimiz qəzalı vəziyyətdə olduğundan uşaqlarla birlikdə qorxa qorxa yaşayırıq. Dəfələrlə kənd və rayon rəhbərliyinə məsələnin həlli üçün xahişlər etsək də 1 ildən çoxdur ki, gəlib yerində maraqlanan yoxdur. Cavab verirlər ki, siyahıda adınız var. Təmir olunacaq. Lakin heç kim gəlmir, maraqlanmır. Amma eyni zamanda görürük ki, Kalva kənd icra nümayəndəsi Qədirov Cavid, müavini Əfəndiyev Vüqar ( müxalifətin kənd üzrə gizli nümayəndəsi) Ağsu rayon İcra Hakimiyyəti Aparatının işçisi olan İzay İnayətov( müxalifətçi Vüqar Əfəndiyevin qohumu) əvvəlcə özlərinə məxsus topdaöıtmaz kiçik villalarını təmir etdirdikdən sonra Cavid Qədirov özünə yaxın adamların – dədəsi Qədirov Əlistanın, əmisi Qədirov Talıstanın, qudası Niştayev Əhsanın, digər qudası Hilala təzə tikilib təmir olunan evlərini ehtiyac olmadığı halda yenidən dövlət vəsaiti ayırıb təmir etdirir. Hətta iş o yerə çatıb ki, yerli məmurlar yalnız özlərinə və qohum əqrəbalarına aid evləri təmir etdirməklə yanaşı Cavidin dostu olan Əjdərin də evini əsaslı təmir etməklə yanaşı, həyətində yeni bir irihəcmli talvar da tikdirib. Hesab edirk ki, yerli dövlət məmurlarının bu hərəkəti iqtisadi əxlaqsızlığın son həddidir. Qəzalı vəziyyətə düşən kasıb sakinlərin evlərinin bərpası üçün dövlətimiz tərəfindən ayrılan külli-miqdarda vəsait kənd icra nümayəndəsi Cavid və qohum-əqrəbaları arasında pay-mal edilib talan edilmişdir. Nəticədə yerli məmurların özbaşnalığı biz sadə insanları dövlətdən məqsədli şəkildə narazı salırlar. Odur ki, cənab Prezident Sizdən çox xahiş edirk ki, bizim kəndimizdə özlərini ramiz tatarovlar, nizaməddinlər kimi aparan korrupsiyalaşmış məmurlar barəsində aidiyyatı orqanlara dərhal tədbir görülməsi, və bizim yaşaması mümkün olmayan evlərimizə FHN-nin komissiyasının baxış keçirib təmir olunması üçün vəsait ayrılmasına göstəriş verəsiniz".

diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt