Əsas Səhifə > Ölkə, Manşet > "5 ilini başa vurdu, bəsidir..."

"5 ilini başa vurdu, bəsidir..."


17-09-2019, 11:01
"5 ilini başa vurdu, bəsidir..."
DİA.AZ: - Alimpaşa Məmmədovun Şəmkir rayonuna 8 oktyabr 2014-cü ildə İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinatından sonra rayon əhalisinin qara günləri başladı. Ona görə ki, onun rayona rəhbərliyinin ilk aylarından Şəmkirlilərə qarşı çox qərəzli və aqresiv olduğu ortaya çıxdı. Bəzi KİV-də onun qaranlıq keçmişi barədə narazıların məlumatlarına əsasən silsilə yazılar dərc olundu.

DİA.AZ-a daxil olan müraciətdə isə Şəmkir camaatı gələn ay 5 ilini vəzifə başında tamamlayacaq Alimpaşa Məmmədovun yola salınmasını arzu etdiklərini ifadə ediblər. Müraciətlərinə "5 ilini başa vurdu, bəsidir..." deyə başlayan şəmkirlilər yazırlar:

"Rayonumuzda qanunsuz tikintilər məmurların, vəzifədə olan şəxslərin əlləri ilə həyata keçirilir. İcra Hakimiyyəti onun strukturları nəzarət etməkdənsə, bu qanunsuzluqlara himayədarlıq edir. Qanunları özləri pozur, vətəndaşlar deyil.

Alimpaşa Məmmədovun komandası rayonda qanunsuz tikintilərə rəhbərlik edir. Mərkəzi İcra Hakimiyyəti orqanlarını da aldadırlar. Vətəndaşları narazı salırlar".

Daha sonra diaaz.space-a daxil olan müraciətdə bildirilir: "Ölkə başçısı möhtərəm Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd edib ki, ölkəmizdə heç kim toxunulmaz deyil, məmurlar xalqın xidmətçiləridirlər, onların sahibkarlara süni maneələrin yaratması yol verilməzdir. Belə olduğu halda A.Məmmədovun Şəmkir rayonunda sahibkarları sıxışdırması, vətəndaşların haqq və hüquqları pozması, onları dövlətdən və eyni zamanda dövlət başçısından narazı salması heç cür anlaşılan deyil.

Bu gün Şəmkirin hamısı keçmiş vergi işçisi olan Alimpaşa müəllimə haqq verir. Biz inanmırıq ki, bu yığılan pullardan dövlətə pay çatsın. Çünki özünü "Polad Ələmdar"a bənzədən başçımız sahibkarlara vergini dövlət yolu ilə yox, mafiya yolu ilə kəsir, racon kəsir".

Sakinlər bildirir ki, onlar artıq 5 ilini başa vurmaqda olan başçının yenisi ilə - xalqa yaxın birisi ilə əvəzlənməsini ölkə rəhbərliyindən xahiş edirlər.

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt