Əsas Səhifə > Ölkə, Manşet > YAP-ın Neftçala təşkilatının “91-ləri” üsyan edir

YAP-ın Neftçala təşkilatının “91-ləri” üsyan edir


22-07-2019, 16:10
YAP-ın Neftçala təşkilatının “91-ləri” üsyan edir
DİA.AZ: - YAP-ın Neftçala təşkilatının veteranları rayon təşkilatının sədri Anar Cəfərova üsyan bayrağə açıblar. Bu barədə DİA.az-a daxil olan ittihamlarla dolu şikayət məktubunu olduğu kimi təqdim edirik:

“Son dövrlərdə radikal xislətli ağı-qaradan seçməyi bacarmayan insanlar tərəfindən iqtidara, dövlət başçısına, onun ailəsinə, YAP-ın ünvanına qarşı atılan böhtan və iftiraların artması bizi, rayonumuzda YAP-ın ilk təşkilatının yaradılmasında fəal iştirak etmiş insanları çox narahat edir. Bizim rayonda baş verən neqativ hadisəri cəmiyyətimizin nəzərinə çatdırmağı bizim əqidəmizdə olan insanlarla bölüşmək. Lazım gəlsə bu hadisələri törədən bəzi YAP üzvlərinə qarşı açıq çıxış etmək məcburriyətindəyik.

Baxın və görün, YAP-ın Neftçala rayon təşkilatında nə baş verir? Bu təşkilata sonradan daxil olmuş Anar Cəfərov adlı birisi rayon icra hakimiyyətində ərazi idarəetmə orqanları və yerli özünü odarəetmə orqanları ilə şöbəsinə rəhbərlik etməklə yanaşı, həm də YAP-ın raon təşkilatına sədrlik edir. O şöbə müdiri kimi vəzifəsinin öhdəsindən gələ bilmədiyi halda, YAP-ın rayon təşkilatına necə başçılıq edə bilər?

Şöbənin bütün işini onun referenti Elşən Əmirov aparır. Anar Cəfərov isə RİH-də intriqalarla, söz gəzdirməklə, qabaqcıl, savadlı insanlara ləkə atmaqla məşğul olur. Onun YAP rayon təşkilatının sədri kimi apardığı vəzifədə saxtakarlıq edərək 1984-cü il təvəllüdlü Yeniqışlaq orta məktəbinin direktoru, 35 yaşlı Fərzəliyev Ülvi Cəlil oğlu birisinin yaşını 5 il azaldaraq, YAP-ın rayon təşkilatının Gənclər şöbəsinə seçilməsi çox şeydən xəbər verir. Qeyd edək ki, Azərbaycan qanyunvericiliyinə görə gənclik həddi 35 yaşdır və gənclərin təşkilatına rəhbərliyə seçilmək həddi də 30 yaşdır.

Bu gənclərlə iş qurmalı olan adamın sayəsində rayon ərazisində son günlər iki gənc intihar edərək həyatla vidalaşmalı olublar. Fərzəliyev məktəb direktorudur. Öz yaşını saxtakarlıq edərək gizlədən adamdan onun rəhbərlik etdiyi təhsil ocağındakı yeniyetmələr hansı nümunə götürəcəklər?

Bizlər, yəni 1991-ci ildən YAP-a üzv olanlar bu təşkilata rəhbərlik edənlərə, onların davranışlarına baxanda xəcalət hissi keçirirk və yalnız bir şeylə təsəlli tapırıq ki, Anar Cəfərovun YAP-dakı müavinlərindən biri Bəybəla Qasımovdur. O orada olmasaydı, yəqin ki, YAP-ın rayon təşkilatında daha böyük rüsvayçlıqlar baş verəcəkdi.

Sədr Anar Cəfərovun digər müavini Şəfəq Balaşova adlı məktəb direktorudur. Bu xanım da vaxtı ilə bu məktəbdə səliqə-sahman, nizam-intizam yaratmış YAP-çı Gülnaz xanım Mehdiyevanın sayəsində bir neçə il baş girələyə bilib. Hal-hazırda məktəbin işləri yaxşı getmir. Məktəb tarixinin ən ağır günlərini yaşayır. Bu il universitetlıərə qəbul sayı da bunu deməyə bunu əsas verir.

Ümumiyyətlə bu qadın YAP-a üzv olmağa layiq deyil, nəinki YAP-ın rayon təşkilatında müavin vəzifəsini daşımağa. Özünə Anar Cəfərov kimi arxa tapan bu qadın özünü çox rahat hiss edir və bunu da gizlətmir. Anar Cəfərova isə belə adamlarla iş birliyi qurmaq sərf edir. Ona görə ki, onlar gələcəkdə qanadlanıb onun yerinə qona bilməsinlər.

Bütün bunlar barədə biz ona görə ictimaiyyətə məlumat verirk ki, bizim min bir əziyyətlə qurduğumuz təşkilatın sıralarını zibilləməsinlər. Eyni zamanda YAP-ın Respublika təşkilatının rəhbərləri Əli Əhmədov, Siyavuş Novruzaov cənablarının diqqətlərini YAP-ın Neftçala rayon təşkilatında baş verənlərə cəlb edirirk. Onu da bildiririk ki, son zamanlar Neftçala şəhər 1 saylı tam orta məktəbin Dərs Hissə müdiri ilə bağlı narkotik əməliyyatı, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyini rayon şöbəsinin müdrinin “katibə” əməliyyatı rayonda çox böyük söz-söhbətə və biabırçılığa səbəb olub. YAP-ın rayon təşkilatının və rayonda müəyyən idarələrin rəhbərlərinin bu biabırçı hərəkətləri YAP-ın nüfuzunu rayonda aşağı salır. Buna baxmayaraq bu insanlar hələ də YAP-ın rayon təşkilatına rəhbərlik etməkdə davam edirlər. İnsanlar bunlardan hansı nümunə götürəcəklər?

Qeyd edək ki, bütün bu biabırçılıqların arxasında Anar Cəfərov dayanır. Anar Cəfərov barəsində elə şeylər yazmaq olar ki, adamın dili ağzı quruyar. O öz hərəkətləri ilə bildirir ki, bu partiyanın nə bu günə, nə də sabahına inanmır. Ətrafına topladığı bivec adamlardan gələcəkdə istifadə edə bilsin.

Biz köhnə YAP-çılar qətiyyətlə tələb edirik ki, əsası Ulu Öndər H.Əliyev tərəfindən qoyulmuş bu partiyanın adına ləkə gətirən şəxslər partiya sıralarından xaric edilsinlər. Biz inanırıq ki, seçimimzdə yanılmamışıq və bu partiya bizim dünənimiz, bu günümüz və sabahımızdır. Qoymarıq ki, Anar Cəfərov kimilər partiyamızın adına xələl gətirsinlər”.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...
diaaz.space

Geri qayıt