Əsas Səhifə > Ölkə, Manşet > Yoldaş Zeynalov da Nuriyevin güdazına gedir...
Yoldaş Zeynalov da Nuriyevin güdazına gedir...9-07-2019, 11:35 |
DİA.AZ: - Bu gün DYP sistemində ən çox narazılıq yaradan qurum kimi diqqətə gələni Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi Məlumat Xidmətidir desək, yanılmarıq. Hər halda son günlər sözügedən quruma rəhbərlik edən Vahid Nuriyevin yeni DİN şefi tərəfindən "vurulacağı" haqda məlumatlar da məhz qeyd olunan narazılıq faktorunu aradan qaldırmağa hesablanıb. Bu sözləri DİA.AZ-a bildirən mötəbər mənbə iddia edir ki, Vahid Nuriyev yaxın iki həftə ərzində pistu ilə vidalaşa bilər, amma tək getməyəcək... Mənbənin diaaz.space-a söylədikləri: "Vahid Nuriyevin əməlləri, süni şəkildə narazılıq yaratma cəhdləri təbii ki, hazırda onu himayəsi altına alan Baş Dövlət Yol Polis İdarəsinin rəisi Ramiz Zeynalovun özünü də hədəfə çevirib. Elə buna görə də Vilayət Eyvazovun bu gün "narazılıq yuvası"na çevrilmiş Baş Dövlət Yol Polis İdarəsinə birdəfəlik süpürgə çəkəcəyi də istisna deyil və bu zaman Ramiz Zeynalov da öz nəsibini almış olacaq". Mənbə iddia edir ki, hətta indidən Ramiz Zeynalovun yerinə namizədlərin mətbuatda hallandırılması da qeyd olunan proseslə əlaqədardır. Geri qayıt |