Əsas Səhifə > Ölkə, Manşet > DGK sədri iri oliqarxlarla üz-üzə...

DGK sədri iri oliqarxlarla üz-üzə...


18-12-2018, 11:45
DGK sədri iri oliqarxlarla üz-üzə...
DİA.AZ: - Dövlət Gömrük Komitəsinin sədri postuna təyin olunmasının ardından Səfər Mehdiyev əslində "islahatlar" adı altında özünün və himayədarlarının biznes maraqlarının sadiq keşikçisindən başqa bir təəssürat yaratmamaqdadır. Bu barədə DİA.AZ-a danışan bilgili qaynaq iddia edir ki, həyata keçirdiyi kadr islahatlarında köhnə himayədarını hədəfləməklə yanaşı, həm də vaxtilə onunla toqquşan gömrükçülərlə ədavət sürdürən Səfər Mehdiyev eyni zamanda bu gün gömrük qapılarında oturaraq sahibkarlara da istədiyi "raconu kəsməkdədir".

Mənbənin diaaz.space-a söylədikləri: "Səfər Mehdiyevdən narazılıq pik həddədir, - desək yanılmarıq. Bu, nə zamansa "partlayışa" da səbəb olacaq. Şüki DGK sədrinin yeniləşməsi ilə dəyişən qaydalar köhnədən gömrükdən müxtəlif malları keçirən iri oliqarxların bəzilərinin belə maraqlarına problem yaratmaqdadır ki, bu da diqqətlərdən yayına bilməz. Hər halda, bu gün məmurların əksəriyyətinin belə bir biznesi var və bu da o deməkdir ki, Səfər Mehdiyev onlarla da təmasda olmaq zorundadır. Hamı isə DGK sədrindən razı qala bilməz və bu genəl olaraq nəzərə çarpdığından deyə bilərik ki, Səfər Mehdiyev DGK sədri postunda özünə xeyli sayda düşmən də qazanıb".

Mənbə diaaz.space-a onu da bildirdi ki, bütün bunlar Səfər Mehdiyevin DGK sədrliyindəki mövqelərinə açıq zərbədir: "Təbii ki, nəticələr Səfər Mehdiye üçün arzuolunmaz olacaq. Məsələn, bu günlərdə çox ciddi fiqurlardan birinə gömrükdə əngəl yaradılıb. bir neçə milyon manatlıq mal gömrük qapılarında problem yaşayıb. Sonradan məsələ həll olunsa da, Səfər Mehdiyev artıq özünə güclü bir düşmən qazanıb. Nəticəısi zamanla özünü göstərəcək".

Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq.
QEYD: diaaz.space redaksiyasına gömrükdə malları yubadılan, problem yaradılan məmurun kimliyi bəllidir. Sadəcə müəyyən dəqiqləşmələrin aparıla bilməməsi səbəbindən ad açıqlamırıq.

Geri qayıt