Əsas Səhifə > Ölkə, Manşet > Parlament seçkiləri öncəsi DƏYİŞİKLİK QƏRARI...

Parlament seçkiləri öncəsi DƏYİŞİKLİK QƏRARI...


27-09-2019, 11:33
Parlament seçkiləri öncəsi DƏYİŞİKLİK QƏRARI...
DİA.AZ: - Hələ bir müddətəvvəlindən deyilirdi ki, təxminən 20-yə yaxın rayon icra hakimiyyəti başçısının vəzifələrindən azad edilməsi gözlənilir. Bu barədə DİA.AZ-a daxil olan yeni məlumatlardan isə aydın olur ki, artıq qeyd olunan prosesin start düyməsinin basılması qərarı verilib.

Mənbənin diaaz.space-a söylədikləri: "Həqiqətən də 20-yə yaxın RİH rəhbəri dəyişdiriləcək. Bu dəyişikliklər zamanı isə prioritet siyasət həm sözügedən heyətin gəncləşdirilməsindən ibarət olacaq, həm də barələrində ən çox şikayət olunan icra başçılarının "vurulması" ilə diqqətə gələcək".

Məlumatlı mənbə bildirir ki, gələn həftədən bəzi dəyişikliklər baş verəcək: "Bununla bağlı yekun qərar var. Kimin adının birinci hədəflər siyahısında olacağını isə proses başlayanda biləcəyik. Burada bir məqam da nəzərə alınmalıdır. Gələn il parlament seçkiləridir və hakimiyyət bu seçkilərdə etibarlı dayaqları ilə iştirak etməyi qəsd edib".

diaaz.space bildirir ki, yaxın vaxtlarda başçıları dəyişdirilməsi gözlənilən rayonların tam siyahısını təqdim edəcəyik. Bizi izləməkdə davam edin...

Geri qayıt