Qəbələ sakinindən dövlət qurumuna və məhkəmə hakiminə konkret ittihamlar – Keçmiş polis işçisi dövlət rəhbərliyindən kömək istəyir
Tarix: 28-04-2015, 10:06 | Çap et
DİA.AZ: - Qəbələ Rayonu Böyük Pirəli kənd sakini Mirzəliyev Kamil Səlim oğlu tərəfindən DİA.AZ-a şikayət məktubu ünvanlanıb. Narazı vətəndaş yazır:
“Üzləşdiyim qanunsuzluğa və özbaşınalığa görə mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Ədliyyə Naziri cənab Fikrət Məmmədova müraciət etmək istəyirəm. Mən Rusiya milisində işləmişəm, 1990-cı il tarixdə oradan Azərbaycana işləməyə keçirmə almışam.Həmin ildən Qəbələ rayon Polis Şöbəsində polis zabiti kimi asayışın keşiyində dayanıb dövlət qulluğunda olmuşam. Bununla həmişə fəxr edirəm.
1990-cı il tarixdən Qəbələ rayonunun Böyük Pirəli kəndində yaşamışam. Müraciətim əsasında həmin kəndin "M.F.Axundov" adına kolxozun sədrinin icazəsi ilə istifadə olunmayan baytarlıq məntəqəsinin 2 otaqlı binasında ailəmlə yaşamağa başladım. Yararsız olan həmin binanı tam təmir etdirdim. Hər il vaxtlı vaxtında bütün kommunal xərclərini ödəyirəm. Həmin kənddə həmin bina yerləşən ünvüna daimi qeydiyyatdayıq. Hal-hazırda da həmin ünvanda daimi qeydiyyatdayıq”.
Daha sonra Qəbələ sakini diaaz.space-a bildirir: “20.09.1994-cü il tarixli ərizəmə əsasən "M.F.Axundov" adına kolxozun 07.03.1995-ci il tarixli qərarı ilə mənə 0,12 ha. həyətyanı torpaq sahəsi verildi. Respublikada Torpaq islahatı keçirilən vaxt müraciətim əsasında Qəbələ rayonu Böyük Pirəli kəndi Aqrar İslahatlar Komisiyasının qərarı ilə yaşadığım binanın yrləşdiyi torpağa bitişik ərazidən bizə əlavə olaraq 0,15 ha torpaq sahəsi verildi. Bununla da ümumilikdə "M.F.Axundov" adına kolxoza məxsus ərazidən mənə 0,27 ha torpaq sahəsi qanunu qaydada verilmişdir.
Bu günə qədər yaşadığım həmin binanı mühafizə edib qoruyub saxlamışam, dəfələrlə təmir etdirmişəm. Həmin mülkiyyət üzərində istifadə, sahiblik və sərəncam vermə hüquqlarını mən həyata keçirmişəm. Mənim iddiamın təmin edilməsinə və Qəbələ rayonu Böyük Pirəli kəndində yerləşən və JN-304 A və JN-304 B saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mənim mülkiyyətimə verilmiş torpaq sahəsində olan, 20 ildən artıq faktiki istifadəmdə olan binanın üzərində mənim mülkiyyət hüququmun tanınmasına və adıma rəsmiləşdirilməsinə dair Qəbələ rayon Məhkəməsi 10 noyabr 2009-cu il tarixdə Qətnamə çıxartmışdır (hakim Tofiq Məmmədovun sədirliyi ilə). Bu qətnamə əsasında 02.02.2010-cu il tarixdə mənim mülkiyyətimə Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir.
Bundan 5 il sonra Qəbələ Rayon Baytarlıq Xidməti İdarəsinin rəisi Abdurəhmanov Bəhman Əmircan oğlunun verdiyi apellyasiya şikayətinin qismən təmin edilməsinə və Qəbələ rayon məhkəməsinin 10.11.2009-cu il tarixli Qətnaməsinin ləğv edilməsinə dair Şəki Apellyasiya Məhkəməsi qərardad çıxarmışdır. Bundan sonra Qəbələ rayon Baytarlıq idarəsi məhkəmədə iddia qaldıraraq mənim və həyat yoldaşım Bəyinxanım Mirzəliyevanın Qəbələ rayonu Baytarlıq İdarəsinin Qəbələ rayon Böyük Pirəli kəndində yerləşən baytarlıq məntəqəsindən məcburi qaydada çıxarılmağımızı xahiş etmişdir. Qəbələ rayon Məhkəməsi heç bir araşdırma aparmadan 06 mart 2015-ci il tarixdə iddianın təmin edilməsinə dair qətnamə çıxartmışdır.(hakim Vahid Sadıqov) Qəbələ rayon məhkəməsinin hakimi Vahid Sadıqov heç bir araşdırma aparmadan tam qanunsuz, əsassız qətnamə çıxartmışdır ki, bunu təsdiq edən konkret və mötəbər sübutlarımız var.
Qəbələ rayon məhkəməsinin 06 mart 2015-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişik.Qəbələ rayon məhkəməsinin bu qanunsuz , əsassız qətnaməsi bizim ailəni çox sarsıtmışdır.Məhkəmə hakimi V.Sadıqov dövlət qanunlarını yox, şəxsi maraqlarını ali tutaraq qanunsuz qətnamə çıxartmışdır.Belə ki, Şəki Apellyasiya Məhkəməsinin 22.08.2014-cü il tarixli qərardadında Qəbələ rayonu Baytarlıq İdarəsinin Qəbələ rayonu Böyük Pirəli kəndində yerləşən baytarlıq məntəqəsi üzərində mənə mülkiyyət hüququnun verilməsinə dair DƏDRX-in 16 saylı Ərazi İdarəsinin 02.02.2010-cu il tarixli reyestr çıxarışı ləğv və ya etibarsız sayılmasına dair heç bir müddəa yoxdur. Belə olan halda Qəbələ rayon məhkəməsinin Qəbələ rayonu Baytarlıq İdarəsinin Qəbələ rayonu Böyük Pirəli kəndində yerləşən baytarlıq məntəqəsindən bizim məcburi qaydada çıxarılmağımıza dair qətnaməsi tam qanunsuz və əsassız sayılmalıdır.
Qeyd edim ki, 1961-ci ildə istismara verilmiş Qəbələ rayonu Böyük Pirəli kəndində "M.F.Axundov " adına kolxozun fermasına xidmət edən bu baytarlıq məntəqəsi həmin kolxoz tərəfindən inşa edilmiş və oranın balansında olmuşdur.Aqrar islahatlar aparılan vaxt kolxozun mülkiyyəti paylara bölünən zaman həmin bina və yerləşdiyi ərazidəki torpaq sahəsi qanunu qaydada bizim ailəyə verilmişdir.Biz yaşadığımız 1990-cı il tarixdən bu günədək həmin binada baytarlıq məntəqəsi heç bir fəaliyyət göstərməmişdir.Biz həmin binanı zəbt etməmişik, qanunu sənədlə razılıqla orada yaşayıb öz mülkiyyətimiz kimi istifadə etmişik, öz vəsaitimiz hesabına təmir etdirib qoruyub saxlamışıq.Bundan başqa həmin baytarlıq məntəqəsi dövlət tərəfindən bizim ailəyə verilmiş torpağın üzərində yerləşmişdir”.
“Baytarlıq Xidməti İdarəsinin məhkəməyə təqdim etdiyi sənədlər tam saxtadır” deyə dövlət qurumunu ittiham edən narazı vətəndaş daha sonra diaaz.space-a müraciətində bildirir: “Bu saxta sənəd sonradan hansısa şübhəli yollarla əldə edilmişdir. Bu günə qədər Baytarlıq İdarəsinin susub məntəqə binasını tələb etməməsidə araşdırılmamışdır. Həmçinin Qəbələ rayon ərazisində Baytarlıq Xidmətinə aid digər belə iki məntəqə binası da var ki, orada da ailələr yaşayır.Mən bunu Qəbələ rayon məhkəməsinin nəzərinə çatdırdım.
Hakim Vahid Sadıqov aldığı rüşvətin miqdarından həvəslənib iddiaçıya xoş getsin deyə bizə bildirdi ki; “çünki siz Ucar rayon sakinlərisiniz, buna görə də o bina sizdən alınmalıdır”. Ucar rayonunda doğulsaq da, 1990-cı il tarixdən Qəbələ rayonunun Pirəli kəndində daimi qeydiyatda olduğumuzu məhkəmənin nəzərinə çatdırsaq da əhəmiyyət vermədi. Öz maddi maraqlarını dövlət qanunlarından üstün tutan, Mülki Prossesual Məcəllənin tələblərini ciddi şəkildə qəsdən pozan hakim Vahid Sadıqovun barəsində intizam icraatı başlanılmalıdır və onun barəsində qanunu tədbirlər görülməlidir.
Hörmətli Prezidentimiz İlham Əliyev çıxışında vurğulamışdır ki, Məhkəmənin qərarı ədalətli olmalıdır, çünki məhkəmə qərarının ədalətsizliyi insanların taleyinə ciddi təsir göstərir. Saxtakar hakim Vahid Sadıqovun qanunsuz qətnaməsi bizim ailənin həyatına , taleyinə ciddi təsir göstərmişdir.25 il yaşayıb qoruyub saxladığımız , təmir etdirdiyimiz və mülkiyyət hüququ aldığımız evimizdən məcburi qaydada çıxarılmağımıza dair qətnamə çıxarılması ciddi qanunsuzluq olmaqla həm də cinayət faktıdır.
Həyat yoldaşım 23 il Qəbələ rayonu Böyük Pirəli kənd orta məktəbində müəllimə işləyib.Özüm isə 14 il Rusiya milisində , 21 il isə Azərbaycan polisində zabit kimi asayişin keşiyində dayanmışam.Qarabağın azadlığı, vətənimizin suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etmişəm.Qarabağ müharibəsi veteranıyam.Hazırda özümdə, həyat yoldaşımda təqaüddəyik. İnsanların həyatına bəlalar gətirən Vahid Sadıqov kimi hakimlər hələdə mövcuddur ki, onların barəsində qanunu qaydada ciddi tədbirlər görülməsinə zərurət var.Belə saxtakar hakimlər öz maraqları naminə qanunsuz qərarlar çıxarıb Azərbaycan Respublikası adına ləkə gətirirlər. Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Ədliyyə Naziri cənab Fikrət Məmmədova müraciət edib xahiş edirəm Sizə göndərdiyim şikayət ərizəmi təqddim etdiyim sənədləri tam , hərtərəfli və obyektiv araşdırıb qanunu tədbirlər görüb, bizə yaxından köməklik göstərəsiniz, öz maddi marağına görə qanunsuz qərar çıxarmış hakim Vahid Sadıqovun barəsində ciddi ölçülər götürəsiniz”.
Bütün bu iddia olunanlarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Nikolun fikirləri Qarabağı Azərbaycan ərazisi kimi tanımasının göstəricisidir - ŞƏRH
Bu gün, 19:00 |
|
|
|
• Mərkəzi Nəbatat Bağı auditor seçdi - QALİB, MƏBLƏĞ
Bu gün, 18:58 |
|
|
|
• Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun xatirəsi yad edilib
Bu gün, 18:22 |
|
|
|
• Maya Sandu çətin seçimlər qarşısındadır - GƏLİŞMƏ
Bu gün, 18:15 |
|
|
|
• “Anam məni ikinci dəfə dünyaya gətirdi” demişdi... - VİDEO
Bu gün, 18:10 |
|
|
|
• FTX azərbaycanlı cinayətkar dəstəni tutdu - TƏFƏRRÜAT
Bu gün, 17:06 |
|
|
|
• Suriya üçün “Ukraynadan taxıl” proqramını yaradacağıq - Zelenski
Bu gün, 17:00 |
|
|
|
• ABŞ-nin MASKü-ƏMBƏRİ... - NƏ BAŞ VERİR?
Bu gün, 16:57 |
|
|
|
• Gənc aktyorun vəfatı XƏBƏRİ təsdiqləndi
Bu gün, 16:55 |
|
|
|
• Agentliyin sədr müavinini döyən müharibə iştirakçısına BU CƏZA VERİLDİ - TƏFƏRRÜAT
Bu gün, 16:52 |
|
|
|
• Vəfat xəbəri yayılan aktyor Azər Baxşəliyev komadadır - AÇIQLAMA
Bu gün, 16:48 |
|
|
|
• Aktyor Azər Baxşəliyev vəfat edib
Bu gün, 16:15 |
|
|
|
• Nostradamus Ukraynada müharibənin 2025-ci ildə bitəcəyini proqnozlaşdırıb
Bu gün, 14:02 |
|
|
|
• İş adamı sabiq deputat Elnur Allahverdiyevə qarşı - DETALLAR
Bu gün, 14:00 |
|
|
|
• "İndiyə qədər də ana-ata həsrətindəyəm"
Bu gün, 13:58 |
|
|
|
• ABŞ Hələbdə hərbi baza tikir?
Bu gün, 13:00 |
|
|
|
• Rusiyanın daha bir səhvi - AÇIQLAMA
Bu gün, 12:57 |
|
|
|
• Emin Milli Azərbaycana qayıtdi, Şuşadan paylaşım etdi - FOTO
Bu gün, 12:53 |
|
|
|
• Astroloji hadisələrin 2025-ci ildə bürclərə TƏSİRİ
Bu gün, 12:49 |
|
|
|
• Baş ideoloq Putini təcili Kiyevi almağa çağırdı
Bu gün, 12:42 |
|
|
|
• Kimin yolkası daha hündür olub? – MDB ölkələrinin siyahısı
Bu gün, 12:31 |
|
|
|
• Las Veqasda partlayan "Tesla Cybertruck": - hədəf Tramp və Maskdır, yoxsa...
Bu gün, 12:28 |
|
|
|
• Rusiyada Bəşər Əsədə qarşı sui-qəsdə CƏHD EDİLİB - KİV
Bu gün, 12:25 |
|
|
|
• Tarif Şurası QAZIN, İŞIĞIN, SUYUN QİYMƏTİNİ QALDIRDI - TƏFƏRRÜAT
Bu gün, 12:19 |
|
|
|
• Dörd dərmanın qiyməti aşağı salınıb, 46-sının qiymətinin yuxarı həddində dəyişiklik edilib - Tarif Şurası
Bu gün, 12:14 |
|
|
|
• İrəvandan Tehrana uçan təyyarə Təbrizdə məcburi eniş etdi - "Azad İran"
Bu gün, 12:00 |
|
|
|
• "RM Medicare Klinika" MMC 8 min manat cərimə oluna bilər
Bu gün, 11:51 |
|
|
|
• İlan 2025-ci ildə BU BÜRCLƏRƏ milyonlar QAZANDIRACAQ
Bu gün, 11:46 |
|
|
|
• Rusofobiya nədən şiddətlənir? – Kreml səbəbə baxmır, nəticəni pisləyir
Bu gün, 11:42 |
|
|
|
• TƏFTİŞ BAŞLADI: `Xidmətdən gəlib bizi də dindirdilər...` - 200 min manat məbləğində cərimə və...
Bu gün, 11:22 |
|
|
|
• "Qərb dövlətləri Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlı deyil" - deputat
Bu gün, 11:16 |
|
|
|
• Milli Qəhrəman Polad Həşimovun xatirəsi yad edilib - FOTO
Bu gün, 11:14 |
|
|
|
• Dəyişməyən xislət: Əyalət mollasının dediklərinə təəccübləndikmi? - Düşmənin BUYNUZU OLMUR...
Bu gün, 11:13 |
|
|
|
• “Bakelektromaşın”ın əmlakı səhmdarları arasında bölünəcək
Bu gün, 11:11 |
|
|
|
• Formula 1 Azərbaycan Qran-prisinin vaxtı məlum oldu
Bu gün, 11:09 |
|
|
|
• Bu gün Natiq Qasımovun doğum günüdür - UNUTMARIQ!!!
Bu gün, 10:59 |
|
|
|
• Partlayan "Tesla Cybertruck"ın sürücüsü GÖRÜN KİM İMİŞ - ŞOK DETALLAR
Bu gün, 10:58 |
|
|
|
• Azərbaycanda nazir müavininin pozuntuları üzə çıxdı - Pullarını əllərindən alırmış
Bu gün, 10:56 |
|
|
|
• Azərbaycan qazı MÜHÜM FAKTORA ÇEVRİLİR... - NƏ BAŞ VERİR?
Bu gün, 10:52 |
|
|
|
• İlqar Mikayıloğlu soyunub qarın içinə girdi - VİDEO
Bu gün, 10:49 |
|
|
|
• İnsanların lazımi pensiya kapitalını yığa bilməsi üçün hansı dəyişikliklərə EHTİYAC var? - AKTUAL
Bu gün, 10:47 |
|
|
|
• Demokratlar millətimizi iflasa uğratdılar, ABŞ xaos içindədir - Tramp
Bu gün, 10:44 |
|
|
|
• Yaxın Şərqdəki gərginlik bölgəmizi təhdid edir - NƏ ETMƏLİ?
Bu gün, 10:23 |
|
|
|
• Arıxlıda toqquşma NECƏ BAŞ VERDİ? - TƏFƏRRÜAT
Bu gün, 10:20 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb
Bu gün, 10:18 |
|
|
|
• Səhiyyə sisteminin SÜNİ MAYASI... - ETİRAZ VAR...
Bu gün, 10:15 |
|
|
|
• Norilsk hava limanında təyyarə uçuş zolağından kənara çıxıb - "İnterfaks"
Bu gün, 10:07 |
|
|
|
• Keçmiş MDB məkanında bu sahədə birinciyik... - CƏDVƏL
Bu gün, 10:04 |
|
|
|
• Azərbaycandan qaz almaq istəyən Ermənistanın son istəyi: Əsas hədəf açıqlandı - GƏLİŞMƏ
Bu gün, 09:57 |
|
|
|
• "Təyyarəmizin yanlışlıqla vurulması ehtimalı olduqca aşağıdır" - FAKT BUDUR!
Bu gün, 09:52 |
|
|
|
|