İsmayıllıda fermerlərin başına kimlər oyun açır... - "Aqrolizinq" bəlası...
Tarix: 25-04-2015, 12:06 | Çap et
Ölkə iqtisadiyyatının əhəmiyyətli hissəsini təşkil edən kənd təsərrüfatının yenidən dirçəldilməsi məqsədilə 2004-cü il tarixdə "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti yaradıldı.
Bu gün ASC-nin çoxşaxəli funksiyalarına alınmış texnikaların və texnoloji avadanlıqların məhsul istehsalçılarına lizingə verilməsi və ya lizinq yolu ilə satılması ilə yanaşı, həm də kənd təsərrüfatı məhsulları istehsalçılarının maddi-texniki bazasını möhkəmləndirmək, onlara aqrotexniki xidmətlər göstərmək, kənd təsərrüfatı texnikası, texnolojı avadanlıq, ehtiyat hissələri, mineral gübrələr, xəstəlik və ziyanvericilərə qarşı mübarizə preparatları ilə, tinglərlə, yüksək reproduksiyalı buğda toxumu və damazlıq heyvanlarla təmin etmək aiddir. Əlbəttə ki, bütün bunlar "Aqrolizinq" ASC-nin rəsmən tanınmış, necə deyərlər, görünən funksiyalarıdır. Bu gün "Aqrolizinq" ASC-nin əhatəli struktur bölmələri şəbəkəsi mövcuddur. Cəmiyyətin tabeliyində Bakı mərkəzi təchizat bazası, Gəncə, Şirvan, Ucar rayonlararası təchizat bazaları, Sabirabad, Şəki, Şəmkir regional logistik bazaları və Xaçmaz rayonlararası təchizat və logistik bazası fəaliyyət göstərir. 55 rayonda təsərrüfat hesablı Aqroservis filialları və onların 100-dən çox mexanikləşdirilmiş dəstələri vardır. Lakin cəmiyyətin rayon filiallarının fəaliyyəti də yerli sahibkarlar tərəfindən qeyri-qənaətbəxş kimi qiymətləndirilir. Belə ki, rayonlarda əkin və biçin zamanı kombayn çatışmazlığı ucbatından rayonlarda "Aqrolizinq" ASC-nin rayon şöbələrinə qarşı əhalinin narazılığı haqlı olaraq artmış olur. Çünki dövlətin milyonlarla manat xərcləyərək aldığı müasir taxıl biçən kombaynların toplandığı "Aqrolizinq" ASC-nin rayon filiallarında sözün həqiqi mənasında özbaşınalıq hökm sürür. "Aqrolizinq" ASC-nin rayon filiallarının servislərində taxıl biçən kombaynlar ilkin olaraq varlı insanların, əsasən də məmurların əkin sahələrində çalışdırılır. Onsuz da kasıb olan yoxsul təbəqələrin isə sahələrinə kombaynlar verilmədiyinə görə, kasıbların məhsulları həddindən artıq yetişərək yerə tökülür. Bu sosial bərabərsizlik doğrudan da, kənd əhalisində hakimiyyətə və dövlətə olan inamı sarsıdır. Çünki onsuz da var-dövlətləri başından tökülən məmur təbəqəsinin bitib-tükənməyən tamahı yoxsul insanların son ümidlərinin məhv olmasına yol açır. Məsələn, hələ 2008-2009-cu illər üzrə qurumun Qusar və Ağcabədi rayonlarının filiallarında 123 min manat dövlət vəsaitinin mənimsənildiyi müəyyən edilmişdi. Nəticədə Qusar rayon filialının o vaxtkı müdiri buna görə doqquz il azadlıqdan məhrum edilmiş, Ağcabədi rayon filialının müdiri isə mənimsədiyi pulu dövlətə qaytardığından ona şərti cəza verilmişdi. Həmçinin "Aqrolizinq"in Bərdə filialının rəhbəri də bir müddət əvvəl 7 il azadlıqdan məhrum edilmişdi. Buna səbəb isə həmin filialda nə az, nə çox, düz 160 min manat dövlət vəsaitinin mənimsənilməsinin aşkara çıxması olmuşdu. Lakin qeyd edək ki, bu kimi faktlar kifayət qədər olsa da, hazırdı "Aqrolizinq" ASC-nin rayon filiallarında vəziyyət eyni olaraq qalmaqdadır. Və çox güman ki, bu durumdan yuxarı instansiyalar da xəbərdardır. Bundan əlavə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində "Aqrolizinq" ASC-nin Şəki rayon "Aqroservis" filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı aparılmış cinayət işi qaldırılıb. Məlumatda bildirilir ki, "Aqroservis" filialının rəhbəri Cavanşir Qurbanov 2005-2006-cı illərdə digər vəzifəli şəxslərlə qabaqcadan əlbir olaraq gübrə satışından əldə olunmuş 987 min manat məbləğində pulu mənimsəyib. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə rəsmi sənədlərə yalan məlumatlar daxil edərək ASC-yə 360 min manat məbləğində zərər vurub.
Mətbuatın verdiyi məlumata görə, "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin İsmayıllı rayonunda yerləşən "Aqroservis" filialının fəaliyyətinə dair ciddi iradlar öz əksini tapmaqdadır. Təəssüflə də olsa qeyd etməliyik ki, bu gün cəmiyyətin İsmayıllı rayon filialının fəaliyyəti də yerli sahibkarlar və rayon ictimaiyyəti tərəfindən qeyri-qənaətbəxş kimi qiymətləndirilir. Verilən məlumatlarda filialın rəhbərliyi səriştəsizlikdə, işə məsuliyyətsiz yanaşma tərzində, cəmiyyətin fəaliyyət prinsiplərinin kobud şəkildə pozulması hallarına yol verməkdə ittiham olunur. Bildirilir ki, filialın müdiri Əliağa Həsənov texnikanın fermerlərə lizinglə verilməsi və ya lizinq yolu ilə satılması işində süni əngəllər yaradaraq vəziyyətdən şəxsi maraqlarının təminatı məqsədilə yararlanır. Mənbələr xəbər verir ki, rayonda lizinq yolu ilə texnika alan fermerlər texnikanın qiymətləndirilmiş məbləğlərindən əlavə pul vermək məcburiyyətində qalırlar. Filialın fəaliyyətində korrupsiya hallarının daha çox yer aldığı istiqamətlərdən biri də gübrə və pestisidlərlə təchizat xüsusundadır. Fermerlərin ioddiasına görə İsmayıllı "Aqroservis" filialında məsələn, azot gübrəsinin hər 50 kq-lıq kisəsinə görə, əlavə 2 manat tələb olunur ki, bu da 1 tonda 40 manat təşkil edir. Sənədləşdirmə, məhsul qəbulu üçün adamlar o qədər "get-gəl"ə salınır ki, bəzilərinin əsəbi axıradək davam gətirmir. Bu vəziyyətdən istifadə edən Əliağa Həsənov isə yerli işbazlarla əlaqəyə girir və azot gübrəsinin 1 tonunu onlara 280 manata satır, hər tona görə 88 manat təmiz qazanc götürür. Büdcə vəsaiti hesabına alınmış məhsul beləcə "qara bazar"a çıxır, bürokratik əngəllərə görə fermerlərin bir çoxu onu elə buradan əldə edi. Bu işlərdə isə əsas iştirakçılar həm də yerli icra nümayəndələri və bələdiyyələrdir. Yəni anbardan çıxarılan gübrənin həcminə uyğun olaraq onların köməyi ilə saxta sənədlər tərtib edilir. Axı bu şəxslər güzəştli şərtlərlə gübrə və subsidiyaların verilməsi ilə bağlı yerli komissiyalarda təmsil olunur, əllərində məhsul yetişdirənlərin dövlət aktlarının surəti olur. Yerli icra və bələdiyyə orqanları dövlətdən güzəştli şərtlərlə gübrə və subsidiya qoparmaq üçün çox vaxt əkin sahələrini süni surətdə şişirdir. Bu şişirtmədə "Aqroservis" filialı ilə yerli icra nümayəndələri və bələdiyyə sədrlərinin maraqları üst-üstə düşür...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Nikolun fikirləri Qarabağı Azərbaycan ərazisi kimi tanımasının göstəricisidir - ŞƏRH
Bu gün, 19:00 |
|
|
|
• Mərkəzi Nəbatat Bağı auditor seçdi - QALİB, MƏBLƏĞ
Bu gün, 18:58 |
|
|
|
• Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun xatirəsi yad edilib
Bu gün, 18:22 |
|
|
|
• Maya Sandu çətin seçimlər qarşısındadır - GƏLİŞMƏ
Bu gün, 18:15 |
|
|
|
• “Anam məni ikinci dəfə dünyaya gətirdi” demişdi... - VİDEO
Bu gün, 18:10 |
|
|
|
• FTX azərbaycanlı cinayətkar dəstəni tutdu - TƏFƏRRÜAT
Bu gün, 17:06 |
|
|
|
• Suriya üçün “Ukraynadan taxıl” proqramını yaradacağıq - Zelenski
Bu gün, 17:00 |
|
|
|
• ABŞ-nin MASKü-ƏMBƏRİ... - NƏ BAŞ VERİR?
Bu gün, 16:57 |
|
|
|
• Gənc aktyorun vəfatı XƏBƏRİ təsdiqləndi
Bu gün, 16:55 |
|
|
|
• Agentliyin sədr müavinini döyən müharibə iştirakçısına BU CƏZA VERİLDİ - TƏFƏRRÜAT
Bu gün, 16:52 |
|
|
|
• Vəfat xəbəri yayılan aktyor Azər Baxşəliyev komadadır - AÇIQLAMA
Bu gün, 16:48 |
|
|
|
• Aktyor Azər Baxşəliyev vəfat edib
Bu gün, 16:15 |
|
|
|
• Nostradamus Ukraynada müharibənin 2025-ci ildə bitəcəyini proqnozlaşdırıb
Bu gün, 14:02 |
|
|
|
• İş adamı sabiq deputat Elnur Allahverdiyevə qarşı - DETALLAR
Bu gün, 14:00 |
|
|
|
• "İndiyə qədər də ana-ata həsrətindəyəm"
Bu gün, 13:58 |
|
|
|
• ABŞ Hələbdə hərbi baza tikir?
Bu gün, 13:00 |
|
|
|
• Rusiyanın daha bir səhvi - AÇIQLAMA
Bu gün, 12:57 |
|
|
|
• Emin Milli Azərbaycana qayıtdi, Şuşadan paylaşım etdi - FOTO
Bu gün, 12:53 |
|
|
|
• Astroloji hadisələrin 2025-ci ildə bürclərə TƏSİRİ
Bu gün, 12:49 |
|
|
|
• Baş ideoloq Putini təcili Kiyevi almağa çağırdı
Bu gün, 12:42 |
|
|
|
• Kimin yolkası daha hündür olub? – MDB ölkələrinin siyahısı
Bu gün, 12:31 |
|
|
|
• Las Veqasda partlayan "Tesla Cybertruck": - hədəf Tramp və Maskdır, yoxsa...
Bu gün, 12:28 |
|
|
|
• Rusiyada Bəşər Əsədə qarşı sui-qəsdə CƏHD EDİLİB - KİV
Bu gün, 12:25 |
|
|
|
• Tarif Şurası QAZIN, İŞIĞIN, SUYUN QİYMƏTİNİ QALDIRDI - TƏFƏRRÜAT
Bu gün, 12:19 |
|
|
|
• Dörd dərmanın qiyməti aşağı salınıb, 46-sının qiymətinin yuxarı həddində dəyişiklik edilib - Tarif Şurası
Bu gün, 12:14 |
|
|
|
• İrəvandan Tehrana uçan təyyarə Təbrizdə məcburi eniş etdi - "Azad İran"
Bu gün, 12:00 |
|
|
|
• "RM Medicare Klinika" MMC 8 min manat cərimə oluna bilər
Bu gün, 11:51 |
|
|
|
• İlan 2025-ci ildə BU BÜRCLƏRƏ milyonlar QAZANDIRACAQ
Bu gün, 11:46 |
|
|
|
• Rusofobiya nədən şiddətlənir? – Kreml səbəbə baxmır, nəticəni pisləyir
Bu gün, 11:42 |
|
|
|
• TƏFTİŞ BAŞLADI: `Xidmətdən gəlib bizi də dindirdilər...` - 200 min manat məbləğində cərimə və...
Bu gün, 11:22 |
|
|
|
• "Qərb dövlətləri Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlı deyil" - deputat
Bu gün, 11:16 |
|
|
|
• Milli Qəhrəman Polad Həşimovun xatirəsi yad edilib - FOTO
Bu gün, 11:14 |
|
|
|
• Dəyişməyən xislət: Əyalət mollasının dediklərinə təəccübləndikmi? - Düşmənin BUYNUZU OLMUR...
Bu gün, 11:13 |
|
|
|
• “Bakelektromaşın”ın əmlakı səhmdarları arasında bölünəcək
Bu gün, 11:11 |
|
|
|
• Formula 1 Azərbaycan Qran-prisinin vaxtı məlum oldu
Bu gün, 11:09 |
|
|
|
• Bu gün Natiq Qasımovun doğum günüdür - UNUTMARIQ!!!
Bu gün, 10:59 |
|
|
|
• Partlayan "Tesla Cybertruck"ın sürücüsü GÖRÜN KİM İMİŞ - ŞOK DETALLAR
Bu gün, 10:58 |
|
|
|
• Azərbaycanda nazir müavininin pozuntuları üzə çıxdı - Pullarını əllərindən alırmış
Bu gün, 10:56 |
|
|
|
• Azərbaycan qazı MÜHÜM FAKTORA ÇEVRİLİR... - NƏ BAŞ VERİR?
Bu gün, 10:52 |
|
|
|
• İlqar Mikayıloğlu soyunub qarın içinə girdi - VİDEO
Bu gün, 10:49 |
|
|
|
• İnsanların lazımi pensiya kapitalını yığa bilməsi üçün hansı dəyişikliklərə EHTİYAC var? - AKTUAL
Bu gün, 10:47 |
|
|
|
• Demokratlar millətimizi iflasa uğratdılar, ABŞ xaos içindədir - Tramp
Bu gün, 10:44 |
|
|
|
• Yaxın Şərqdəki gərginlik bölgəmizi təhdid edir - NƏ ETMƏLİ?
Bu gün, 10:23 |
|
|
|
• Arıxlıda toqquşma NECƏ BAŞ VERDİ? - TƏFƏRRÜAT
Bu gün, 10:20 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb
Bu gün, 10:18 |
|
|
|
• Səhiyyə sisteminin SÜNİ MAYASI... - ETİRAZ VAR...
Bu gün, 10:15 |
|
|
|
• Norilsk hava limanında təyyarə uçuş zolağından kənara çıxıb - "İnterfaks"
Bu gün, 10:07 |
|
|
|
• Keçmiş MDB məkanında bu sahədə birinciyik... - CƏDVƏL
Bu gün, 10:04 |
|
|
|
• Azərbaycandan qaz almaq istəyən Ermənistanın son istəyi: Əsas hədəf açıqlandı - GƏLİŞMƏ
Bu gün, 09:57 |
|
|
|
• "Təyyarəmizin yanlışlıqla vurulması ehtimalı olduqca aşağıdır" - FAKT BUDUR!
Bu gün, 09:52 |
|
|
|
|