Böyük gücə çevrilmiş Məhməliyevin imperiyasında günəş qüruba üz tutub - Nəsimidə rəhbər dəyişikliyi gözlənilir
Tarix: 23-04-2015, 10:34 | Çap et
Nəsimi rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev son illərin ən çox narazılıq yaratdan icra başçılarının siyahısına liderlik edir desək, yanılmarıq. Çünki qanunsuz torpaq satışı, dövlət məmuru ola-ola biznes fəaliyyəti ilə məşğul olmaq, vətəndaşların hüquqlarını addımbaşı pozmaq, yaşıl soyqırımı genişləndirmək kimi saysız hesabsız əməllərinə sahib olan N.Məhəməliyevlə bağlı narazılıq pik həddə çatıb. İş o yerə çatıb ki, artıq onunla bağlı yuxarılar da ciddi narazıdırlar. Belə demək mümkündürsə,N.Məhəməliyev gözdən düşmüş icra başçılarında biridir.
Səkiləri satışa çıxaran başçı
“Unikal” olaraq, bundan əvvəl də onun qanunsuz əməlləri barədə silsilə yazılar dərc etmişik. Amma icra başçısı konkret faktlara söykənən yazılardan sonrə nəticə çıxarmaq əvəzinə, daha da aqressivləşərək qanunzus əməllərinin sayını artırıb. N.Məhəməliyevin qanunsuz torpaq satışı və digər qaranlıq əməlləri ilə bağlı mətbuatda dəfələrlə sakinlər tərəfindən müraciəti dərc olunub. Vətəndaşların müxtəlif dövlət qurumlarına şikayət etməsinə rəğmən, N.Məhəməliyev Nəsimi rayonunda qanunsuz torpaq satışını davam etdirməkdədir. Apardığımız müşahidələr də göstərir ki, hazırda rayonda boş yer qalmayıb, səkilərə qədər hər yer satışa çaxırılıb. Ən acınacaqlısı odur ki, rayonun əksər hissələrində ağaclara qarşı divan tutulur və bu işin də başında məhz icra başçısı dayanır. Onun qanunsuz fəaliyyəti və vəzifəsinə yetərincə məsuliyyət göstərməməsi nəticəsində hazırda 3-cü mikrorayan dairəsi yaxınlığında, daha dəqiq desək, Memar Əcəmi metrostansiyasının yaxınlığında, eləcə də digər ərazilərdə ağaclarla dolu olan sahələr hasara alınaraq müxtəlif iş adamlarına satılmaqdadır. Hətta insanların istirahəti və gediş-gəlişi üçün nəzərdə tutulan ərazilər də satılıb.
Yaşıl soyqırımın banisi
Qeyd edək ki, artıq 9 ildir icra başçısı işləyən Nəsib Məhəməliyevin adı bir çox qalmaqallarda halanır.Bir müddət öncə yaşıl soyqırımla bağlı icra başçısının əmri böyük səs-küyə səbəb olmuşdu. Xatırladaq ki, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 22 nömrəli evin qarşısında 16 növdə nadir ağacların budama adı altında kəsilməsi barədə mətbuatda məlumat yayıldıqdan sonra, ölkəninin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu xəbərə sərt reaksiya verərək Bakıda ağacların kəsilməsini yolverilməz hal kimi dəyərləndirmişdi. Bundan sonra ərazidə ağacların kəsilməsi dayandırılmış və Heydər Əliyev Fondunun əməkdaşları, dövlət qurumlarının nümayəndələri hadisə yerində olaraq araşdırma aparmışdı. O hadisədən bir qədər sonra Nəsimi rayon icra hakimiyyətindən bildirmişdilər ki, ağacların kəsilməsini Bakı Yaşıllaşdırma İdarəsi həyata keçirib. Bundan sonra isə Ekologiya və Təbii Srvətlər Nazirliyi tərəfindən Bakı Yaşıllaşdırma İdarəsi 40 min manat cərimələmişdi. Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev bu qalmaqaldan öz yaxasını kənara çəkmək istəsə də, araşdırma zamanı məlum olub ki, icra başçısının ağacların budanma adı altında kəsilməsi haqqında əvvəlcədən məlumatı olub. Yəni ərazidə ağac kəsimi birbaşa icra başçısının “razılığı” ilə həyata keçirilib. Amma bu qədər töhmət və xəbərdarlığa baxmayaraq, Nəsib Məhəməliyev öz işini davam etdirir.
Saxta qızıl biznesi və qanunsuz torpaq alveri
“Unikal”ı məlumatlandıran şəxsin sözlərinə görə, rayonun 3-cü mikrarayon dairəsi və Memar Əcəmi metrosu yaxınlığındakı, eləcə də 3-cü və 4-cü mikrarayonlardakı ərazilərdə torpaqların satılması daha geniş vüsət alıb. Hətta demək olar ki,orda bir sm belə yer qalmayıb. Daha bir maraqlı məqam ondan ibarətdir ki, icra başçısının torpaqları satmasında əsas rolu onun qardaşı Yusif Məhəməliyevin oynadığı bildirilir. Bu yöndəki məlumatlar ondan ibarətdir ki, qardaşların iki əsas gəlir yeri var: bunlardan biri torpaqlar, digəri isə qızıl biznesidir. Nəsimi rayonunun bir neçə yerində onlara məxsus qızıl mağazalarının olmasına diqqət çəkilən iddialarda o da vurğulanır ki, həmin qızıllar Dubaydan gətirilir, buradan mağazalara paylanılır, mağazalardan isə xüsusi müştərilər vasitəsilə Gürcüstana aparılır. Hesablamalara görə, Nəsib Məhəməliyev təkcə qızıl biznesindən ildə 10 milyonlarla dollar pul qazanır. Hətta onun və qardaşının nəzarət etdiyi qızıl sexlərində saxta yolla hazırlanan əşyalar elə Azərbaycanda satışa çıxarılır. Həmin saxta zinət əşyaları isə icra başçısının sahib olduğu dükanlarda baha qiymətə camaata sıranır. Onu da nəzərə çatdıraq ki, Nəsimi rayonunda baş verən bu qədər qanunsuz əməllər sakinləri cana doyurub. Ona görə də sakinlər həm mətbuata, həm də müvafiq qurumlara şikayət edirlər. Belə ki, Nəsimi rayonu, 4-cü mikrorayon 20 yanvar küçəsində yaşayan vətəndaşların şikayətində bildirilirdi ki, icra başçısı həmin mikrarayonda xeyli əraziləri iş adamlarına satıb.Məsələn,111 saylı orta məktəbə bitişik boş ərazi bu gün hasara alınıb. Sonradan məlum olub ki, həmin ərazi bir sahibkara satılıb və orada fərdi yaşayış binasının təməli qoyulub. Bundan başqa orada olan yaşıllıq məhv edilir. Mətbuatda da işıqlandırılan şikayətin müəllifləri qeyd edirdilər ki, həmin ərazini Nəsimi rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev sahibkara 200.000 manata satıb.
Malikanələr kralı
Nəsib Məhəməliyevin əməlləri bununla bitmir. Bəlkədə o yeganə icra başçısıdır ki, adı mətbuatda bütün qanunsuz əməllərlə yanaşı hallanır. İcra başçısının torpaq satmaq sevdası o qədər böyükdür ki, hərbi hissələrin ərazilərinə belə müdaxilə edir. Belə ki, icra başçısı bir müddət öncə hərbi hospitalın yaxınlığında yerləşən hərbi şəhərcikdə özü və qardaşı üçün villalar tikdirirdi. El arasında “Papanin” kimi tanınan yaşayış massivindəki hərbi şəhərciyin ərazisi artıq başçının tikdirdiyi malikanələrin məskəninə çevrilib. Həmin saraylar konkret olaraq rayonun Azər Əliyev küçəsində ucaldılır. A.Əliyev küçəsi, 9A binasında yaşayan sakinlərin isə gecəsi-gündüzü yoxdur. İcra başçısı sözügedən ünvandakı yaşayış binasına məxsus həyəti də zəbt edib və qanunsuz olaraq çəpərləyib. Həmin yerdə tikinti işləri aparılır - başçı özü üçün bağça salır. Sakinlərin isə istirahət etməsi, avtomobillərini saxlaması üçün artıq yer qalmayıb. Bu barədə redaksiyamıza binada yaşayan sakinlər məlumat verib. Bu tipli məlumatlar dəfələrlə müxtəlif mətbuat orqanlarında işıqlandırılıb.Ancaq Nəsib Məhəməliyev öz niyyətindən nə geri çəkilib, nə də ki, onun bu əməllərinə “dur” deyən tapılır. Göründüyü kimi, Nəsimi rayonunda baş verən qanunsuzluqlara və Nəsib Məhəməliyevin əməllərinə son qoyulması üçün qəti qərarın verilməsinin zamanı çatıb. Əldə etdiyimiz məlumata görə, artıq N.Məhəməliyevlə bağlı “yuxarılar” da ciddi narazıdır və onun karyerasını bitirmək üçün münasib zaman gözlənilir. Yəqin ki, yaxın günlərdə onun barəsində qəti qərar veriləcək və vəzifəsi ilə vidalaşmalı olacaq. Onun sadəcə olaraq, işdən çıxarılaraq yaxasını qurtarması isə onun üçün mükafat ola bilər. Çünki törətdiyi əməllərə görə qanun qarşısında da cavab verə bilər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Nikolun fikirləri Qarabağı Azərbaycan ərazisi kimi tanımasının göstəricisidir - ŞƏRH
Bu gün, 19:00 |
|
|
|
• Mərkəzi Nəbatat Bağı auditor seçdi - QALİB, MƏBLƏĞ
Bu gün, 18:58 |
|
|
|
• Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun xatirəsi yad edilib
Bu gün, 18:22 |
|
|
|
• Maya Sandu çətin seçimlər qarşısındadır - GƏLİŞMƏ
Bu gün, 18:15 |
|
|
|
• “Anam məni ikinci dəfə dünyaya gətirdi” demişdi... - VİDEO
Bu gün, 18:10 |
|
|
|
• FTX azərbaycanlı cinayətkar dəstəni tutdu - TƏFƏRRÜAT
Bu gün, 17:06 |
|
|
|
• Suriya üçün “Ukraynadan taxıl” proqramını yaradacağıq - Zelenski
Bu gün, 17:00 |
|
|
|
• ABŞ-nin MASKü-ƏMBƏRİ... - NƏ BAŞ VERİR?
Bu gün, 16:57 |
|
|
|
• Gənc aktyorun vəfatı XƏBƏRİ təsdiqləndi
Bu gün, 16:55 |
|
|
|
• Agentliyin sədr müavinini döyən müharibə iştirakçısına BU CƏZA VERİLDİ - TƏFƏRRÜAT
Bu gün, 16:52 |
|
|
|
• Vəfat xəbəri yayılan aktyor Azər Baxşəliyev komadadır - AÇIQLAMA
Bu gün, 16:48 |
|
|
|
• Aktyor Azər Baxşəliyev vəfat edib
Bu gün, 16:15 |
|
|
|
• Nostradamus Ukraynada müharibənin 2025-ci ildə bitəcəyini proqnozlaşdırıb
Bu gün, 14:02 |
|
|
|
• İş adamı sabiq deputat Elnur Allahverdiyevə qarşı - DETALLAR
Bu gün, 14:00 |
|
|
|
• "İndiyə qədər də ana-ata həsrətindəyəm"
Bu gün, 13:58 |
|
|
|
• ABŞ Hələbdə hərbi baza tikir?
Bu gün, 13:00 |
|
|
|
• Rusiyanın daha bir səhvi - AÇIQLAMA
Bu gün, 12:57 |
|
|
|
• Emin Milli Azərbaycana qayıtdi, Şuşadan paylaşım etdi - FOTO
Bu gün, 12:53 |
|
|
|
• Astroloji hadisələrin 2025-ci ildə bürclərə TƏSİRİ
Bu gün, 12:49 |
|
|
|
• Baş ideoloq Putini təcili Kiyevi almağa çağırdı
Bu gün, 12:42 |
|
|
|
• Kimin yolkası daha hündür olub? – MDB ölkələrinin siyahısı
Bu gün, 12:31 |
|
|
|
• Las Veqasda partlayan "Tesla Cybertruck": - hədəf Tramp və Maskdır, yoxsa...
Bu gün, 12:28 |
|
|
|
• Rusiyada Bəşər Əsədə qarşı sui-qəsdə CƏHD EDİLİB - KİV
Bu gün, 12:25 |
|
|
|
• Tarif Şurası QAZIN, İŞIĞIN, SUYUN QİYMƏTİNİ QALDIRDI - TƏFƏRRÜAT
Bu gün, 12:19 |
|
|
|
• Dörd dərmanın qiyməti aşağı salınıb, 46-sının qiymətinin yuxarı həddində dəyişiklik edilib - Tarif Şurası
Bu gün, 12:14 |
|
|
|
• İrəvandan Tehrana uçan təyyarə Təbrizdə məcburi eniş etdi - "Azad İran"
Bu gün, 12:00 |
|
|
|
• "RM Medicare Klinika" MMC 8 min manat cərimə oluna bilər
Bu gün, 11:51 |
|
|
|
• İlan 2025-ci ildə BU BÜRCLƏRƏ milyonlar QAZANDIRACAQ
Bu gün, 11:46 |
|
|
|
• Rusofobiya nədən şiddətlənir? – Kreml səbəbə baxmır, nəticəni pisləyir
Bu gün, 11:42 |
|
|
|
• TƏFTİŞ BAŞLADI: `Xidmətdən gəlib bizi də dindirdilər...` - 200 min manat məbləğində cərimə və...
Bu gün, 11:22 |
|
|
|
• "Qərb dövlətləri Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlı deyil" - deputat
Bu gün, 11:16 |
|
|
|
• Milli Qəhrəman Polad Həşimovun xatirəsi yad edilib - FOTO
Bu gün, 11:14 |
|
|
|
• Dəyişməyən xislət: Əyalət mollasının dediklərinə təəccübləndikmi? - Düşmənin BUYNUZU OLMUR...
Bu gün, 11:13 |
|
|
|
• “Bakelektromaşın”ın əmlakı səhmdarları arasında bölünəcək
Bu gün, 11:11 |
|
|
|
• Formula 1 Azərbaycan Qran-prisinin vaxtı məlum oldu
Bu gün, 11:09 |
|
|
|
• Bu gün Natiq Qasımovun doğum günüdür - UNUTMARIQ!!!
Bu gün, 10:59 |
|
|
|
• Partlayan "Tesla Cybertruck"ın sürücüsü GÖRÜN KİM İMİŞ - ŞOK DETALLAR
Bu gün, 10:58 |
|
|
|
• Azərbaycanda nazir müavininin pozuntuları üzə çıxdı - Pullarını əllərindən alırmış
Bu gün, 10:56 |
|
|
|
• Azərbaycan qazı MÜHÜM FAKTORA ÇEVRİLİR... - NƏ BAŞ VERİR?
Bu gün, 10:52 |
|
|
|
• İlqar Mikayıloğlu soyunub qarın içinə girdi - VİDEO
Bu gün, 10:49 |
|
|
|
• İnsanların lazımi pensiya kapitalını yığa bilməsi üçün hansı dəyişikliklərə EHTİYAC var? - AKTUAL
Bu gün, 10:47 |
|
|
|
• Demokratlar millətimizi iflasa uğratdılar, ABŞ xaos içindədir - Tramp
Bu gün, 10:44 |
|
|
|
• Yaxın Şərqdəki gərginlik bölgəmizi təhdid edir - NƏ ETMƏLİ?
Bu gün, 10:23 |
|
|
|
• Arıxlıda toqquşma NECƏ BAŞ VERDİ? - TƏFƏRRÜAT
Bu gün, 10:20 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb
Bu gün, 10:18 |
|
|
|
• Səhiyyə sisteminin SÜNİ MAYASI... - ETİRAZ VAR...
Bu gün, 10:15 |
|
|
|
• Norilsk hava limanında təyyarə uçuş zolağından kənara çıxıb - "İnterfaks"
Bu gün, 10:07 |
|
|
|
• Keçmiş MDB məkanında bu sahədə birinciyik... - CƏDVƏL
Bu gün, 10:04 |
|
|
|
• Azərbaycandan qaz almaq istəyən Ermənistanın son istəyi: Əsas hədəf açıqlandı - GƏLİŞMƏ
Bu gün, 09:57 |
|
|
|
• "Təyyarəmizin yanlışlıqla vurulması ehtimalı olduqca aşağıdır" - FAKT BUDUR!
Bu gün, 09:52 |
|
|
|
|