10 rayonun icra hakimiyyəti başçısı ilə bağlı qərar verilə bilər - Hesablama Palatası "Domokl qılıncı"na çevrilib
Tarix: 9-04-2015, 11:24 | Çap et
Azərbaycan Hesablama Palatası Şəmkir, Gədəbəy, Goranboy, Ağstafa, Neftçala, Masallı, Ağsu, Göygöl, Göyçay və Balakən rayonlarına ayrılan dövlət vəsaitlərinin istifadəsi ilə bağlı ciddi maliyyə nöqsanları, qanunsuz əməliyyatlar aşkarlayıb, 20-dən yuxarı məktəb direktoru və məmur cəzalandırılıb.
Hesablama Palatasının 2014-cü ildəki fəaliyyətinə dair hesabatında bildirilir ki, qeyd olunan şəhər və rayon icra hakimiyyətləri tərəfindən bir sıra hallarda dövlət satınalmalarını tənzimləyən normativ-hüquqi aktların tələblərinə əməl edilməyərək layihə - smeta sənədlərinin hazırlanmasına satınalma prosedurları keçirilmədən və müvafiq dövlət orqanının razılıq məktubu alınmadan vəsait xərclənib. Tikinti işləri üzrə satınalmalar keçirilərkən bəzi hallarda podratçıların ixtisas göstəriciləri tam araşdırılmayıb, ixtisas göstəricilərinə malik olduqlarını təsdiq edən sənədlər və qanunvericilikdə nəzərdə tutulan digər məlumatlar alınmayıb, iddiaçının müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, ödəmə qabiliyyətinin olması müəyyənləşdirilməyib, bir sıra hallarda isə eyni təşkilatlar qalib elan olunub və podratçı təşkilatlarla müqavilə bağlanıldığı tarixdən sonra satınalma prosedurları keçirilib. Qeyd olunan şəhər və rayonlarda obyektlər üzrə aparılan tikinti və bərpa gücləndirmə işləri başa çatdırıldıqdan sonra su, istilik, kanalizasiya sistemlərinin sınağının keçirilməsi barədə müvafiq akt tərtib edilməyib. Qüvvədə olan qanunvericiliyə əsasən, investisiya xərclərinin dövlət orqanlarının və müəssisəsinin aktivlərinin artırılması üçün nəzərdə tutulan xərc kimi müəyyən edildiyi halda, əsaslı tikintiyə və əsaslı təmirə yönəldilmiş vəsait hesabına yaranan əsas fondların müvafiq qaydada uçota alınması təmin edilməyib. Obyektlərə baxış zamanı bir sıra hallarda quraşdırılmamış mebel və avadanlıqlar, həmçinin yerinə yetirilməyən tikinti - quraşdırma işlərin qəbulu haqqında aktlara daxil edildiyi müəyyən olunub. Hesablama Palatasının Kollegiyası nəzarət tədbirlərinin nəticələrini müzakirə edərək müəyyən edilən nöqsanların aradan qaldırılması istiqamətində, bu nöqsanlara yol vermiş vəzifəli şəxslər barədə qanunvericiliyə uyğun zəruri tədbirlərin həyata keçirilməsi, görülmüş işlər barədə Hesablama Palatasına məlumat verilməsi barədə qərar qəbul edib. Həmin qərar icra üçün qeyd olunan şəhər və rayonların icra hakimiyyətlərinə göndərilib. Nəzarət tədbirlərinin nəticələri barədə Milli Məclisə məlumat verilib. Bununla bağlı Balakən Rayon İcra Hakimiyyətindən (RİH) verilən cavabda üç obyekt üzrə yerinə yetirilməmiş 27364,91 manat məbləğində tikinti işlərinin yerinə yetirildiyi, iki obyekt üzrə podratçı təşkilatlar tərəfindən yerinə yetirilmiş tikinti - quraşdırma işləri hesabına 201,4 min manat məbləğində debitor borcun bağlandığı və baş memara xəbərdarlıq edildiyi bildirilib. Ağstafa RİH-dən verilən məlumatda dörd obyekt üzrə 10231,2 manat dəyərində inventar və avadanlıqların müvafiq podratçılar tərəfindən quraşdırıldığı, beş obyekt üzrə yerinə yetirilməmiş 61724,4 manat məbləğində tikinti işlərinin dəyərinin dövlət büdcəsinə bərpası və 5127,1 manat dəyərində keyfiyyətsiz yerinə yetirilən işin yenidən işlənməsi bildirilib. Eyni zamanda bununla bağlı 3 nəfər, o cümlədən İcra Hakimiyyətinin birinci müavininə, 1 şöbə müdirinə və 1 mütəxəssisə xəbərdarlıq edilib. Goranboy RİH-dən baş verən nöqsanlarla bağlı tədbirlərin görüldüyü və 1 böyük məsləhətçiyə xəbərdarlıq edildiyi bildirilib. Masallı RİH-dən verilən məlumatda 9 obyekt üzrə yerinə yetirilməmiş işlərin görüldüyü və nöqsanlarla bağlı 2 nəfərin, o cümlədən 1 şöbə müdiri və 1 aparıcı məsləhətçinin tutduğu vəzifədən azad edildiyi qeyd olunub. Neftçala RİH-dən verilən məlumatda da podratçıya artıq ödənilmiş 21211,73 manatın dövlət büdcəsinə bərpa edildiyi və nöqsanlara görə 2 orta məktəb direktoruna töhmət verildiyi, RİH-in baş mühasibinə və 1 aparıcı məsləhətçiyə xəbərdarlıq olunduğu bildirilib. Gədəbəy RİH-dən verilən məlumatda da baş vermiş nöqsanlarla bağlı tədbirlərin görüldüyü və böyük məsləhətçiyə xəbərdarlıq olunduğu bildirilib məlumatda 1 obyekt üzrə yerinə yetirilməmiş 30160,8 manat məbləğində tikintinin, 5 obyekt üzrə yerinə yetirilməyən 17164,2 manat məbləğində dəyərinin dövlət büdcəsinə qaytarılıb.Şəmkir RİH-dən verilən məlumatda isə 1 böyük məsləhətçi və 1 mühəndisə töhmət verildiyi, baş mühasibə və baş məsləhətçiyə xəbərdarlıq edildiyi qeyd olunub. Qeyd edək ki, hesabat aprelin 14 - də Milli Məclisdə müzakirəyə çıxarılacaq. Onu da deyək ki, “Unikal”hələ iki ay öncə məlumat vermişdi ki, Azərbaycanda parlament seçkiləri ərəfəsində bir çox rayonların icra hakimiyyətlərinin başçılarının əvəzlənəcəyi gözlənilir. “Qarşıdakı iki ayda haqlarında daha çox narazılıqların eşidildiyi və vətəndaş şikayətlərinin gəldiyi rayon rəhbərləri postlarını itirmək təhlükəsi ilə üzləşəcəklər. Bildirilir ki, parlament seçkilərində vətəndaşların narazılığının yüksək olduğu rayonların rəhbərliyini əvəzləməklə hökumət seçkilərdə həmin bölgələrin sakinlərinin könlünü almağı və onların seçkidəki siyasi dəstəyini qazanmağı planlaşdırır. Hesab olunur ki, əhali arasında nüfuzu az olan, barələrində əhalinin ancaq giley-güzar tonunda danışdığı icra başçıları ilə seçkiyə getmək həmin rayonlarda seçicilərin hakim partiya tərəfindən dəstəklənən namizədlərə deyil, onların opponentlərinə səs verməsi ilə nəticələnə bilər”deyə qəzetimiz həmin vaxt etibarlı mənbəyə istinadən yazmışdı. İndi Hesablama Palatasının 10 rayondakı yoxlamalar nəticəsində ortaya çıxardığı qanunsuzluqlar yuxarıdakı iddiaların reallaşma ehtimalını artırır.İstisna deyil ki, bu təftişlərin nəticələri həm də hansı rayonların icra başçılarının “vurulma”təhlükəsinin daha ciddi olduğunu göstərir. \\ unikal.org \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Nikolun fikirləri Qarabağı Azərbaycan ərazisi kimi tanımasının göstəricisidir - ŞƏRH
Bu gün, 19:00 |
|
|
|
• Mərkəzi Nəbatat Bağı auditor seçdi - QALİB, MƏBLƏĞ
Bu gün, 18:58 |
|
|
|
• Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun xatirəsi yad edilib
Bu gün, 18:22 |
|
|
|
• Maya Sandu çətin seçimlər qarşısındadır - GƏLİŞMƏ
Bu gün, 18:15 |
|
|
|
• “Anam məni ikinci dəfə dünyaya gətirdi” demişdi... - VİDEO
Bu gün, 18:10 |
|
|
|
• FTX azərbaycanlı cinayətkar dəstəni tutdu - TƏFƏRRÜAT
Bu gün, 17:06 |
|
|
|
• Suriya üçün “Ukraynadan taxıl” proqramını yaradacağıq - Zelenski
Bu gün, 17:00 |
|
|
|
• ABŞ-nin MASKü-ƏMBƏRİ... - NƏ BAŞ VERİR?
Bu gün, 16:57 |
|
|
|
• Gənc aktyorun vəfatı XƏBƏRİ təsdiqləndi
Bu gün, 16:55 |
|
|
|
• Agentliyin sədr müavinini döyən müharibə iştirakçısına BU CƏZA VERİLDİ - TƏFƏRRÜAT
Bu gün, 16:52 |
|
|
|
• Vəfat xəbəri yayılan aktyor Azər Baxşəliyev komadadır - AÇIQLAMA
Bu gün, 16:48 |
|
|
|
• Aktyor Azər Baxşəliyev vəfat edib
Bu gün, 16:15 |
|
|
|
• Nostradamus Ukraynada müharibənin 2025-ci ildə bitəcəyini proqnozlaşdırıb
Bu gün, 14:02 |
|
|
|
• İş adamı sabiq deputat Elnur Allahverdiyevə qarşı - DETALLAR
Bu gün, 14:00 |
|
|
|
• "İndiyə qədər də ana-ata həsrətindəyəm"
Bu gün, 13:58 |
|
|
|
• ABŞ Hələbdə hərbi baza tikir?
Bu gün, 13:00 |
|
|
|
• Rusiyanın daha bir səhvi - AÇIQLAMA
Bu gün, 12:57 |
|
|
|
• Emin Milli Azərbaycana qayıtdi, Şuşadan paylaşım etdi - FOTO
Bu gün, 12:53 |
|
|
|
• Astroloji hadisələrin 2025-ci ildə bürclərə TƏSİRİ
Bu gün, 12:49 |
|
|
|
• Baş ideoloq Putini təcili Kiyevi almağa çağırdı
Bu gün, 12:42 |
|
|
|
• Kimin yolkası daha hündür olub? – MDB ölkələrinin siyahısı
Bu gün, 12:31 |
|
|
|
• Las Veqasda partlayan "Tesla Cybertruck": - hədəf Tramp və Maskdır, yoxsa...
Bu gün, 12:28 |
|
|
|
• Rusiyada Bəşər Əsədə qarşı sui-qəsdə CƏHD EDİLİB - KİV
Bu gün, 12:25 |
|
|
|
• Tarif Şurası QAZIN, İŞIĞIN, SUYUN QİYMƏTİNİ QALDIRDI - TƏFƏRRÜAT
Bu gün, 12:19 |
|
|
|
• Dörd dərmanın qiyməti aşağı salınıb, 46-sının qiymətinin yuxarı həddində dəyişiklik edilib - Tarif Şurası
Bu gün, 12:14 |
|
|
|
• İrəvandan Tehrana uçan təyyarə Təbrizdə məcburi eniş etdi - "Azad İran"
Bu gün, 12:00 |
|
|
|
• "RM Medicare Klinika" MMC 8 min manat cərimə oluna bilər
Bu gün, 11:51 |
|
|
|
• İlan 2025-ci ildə BU BÜRCLƏRƏ milyonlar QAZANDIRACAQ
Bu gün, 11:46 |
|
|
|
• Rusofobiya nədən şiddətlənir? – Kreml səbəbə baxmır, nəticəni pisləyir
Bu gün, 11:42 |
|
|
|
• TƏFTİŞ BAŞLADI: `Xidmətdən gəlib bizi də dindirdilər...` - 200 min manat məbləğində cərimə və...
Bu gün, 11:22 |
|
|
|
• "Qərb dövlətləri Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlı deyil" - deputat
Bu gün, 11:16 |
|
|
|
• Milli Qəhrəman Polad Həşimovun xatirəsi yad edilib - FOTO
Bu gün, 11:14 |
|
|
|
• Dəyişməyən xislət: Əyalət mollasının dediklərinə təəccübləndikmi? - Düşmənin BUYNUZU OLMUR...
Bu gün, 11:13 |
|
|
|
• “Bakelektromaşın”ın əmlakı səhmdarları arasında bölünəcək
Bu gün, 11:11 |
|
|
|
• Formula 1 Azərbaycan Qran-prisinin vaxtı məlum oldu
Bu gün, 11:09 |
|
|
|
• Bu gün Natiq Qasımovun doğum günüdür - UNUTMARIQ!!!
Bu gün, 10:59 |
|
|
|
• Partlayan "Tesla Cybertruck"ın sürücüsü GÖRÜN KİM İMİŞ - ŞOK DETALLAR
Bu gün, 10:58 |
|
|
|
• Azərbaycanda nazir müavininin pozuntuları üzə çıxdı - Pullarını əllərindən alırmış
Bu gün, 10:56 |
|
|
|
• Azərbaycan qazı MÜHÜM FAKTORA ÇEVRİLİR... - NƏ BAŞ VERİR?
Bu gün, 10:52 |
|
|
|
• İlqar Mikayıloğlu soyunub qarın içinə girdi - VİDEO
Bu gün, 10:49 |
|
|
|
• İnsanların lazımi pensiya kapitalını yığa bilməsi üçün hansı dəyişikliklərə EHTİYAC var? - AKTUAL
Bu gün, 10:47 |
|
|
|
• Demokratlar millətimizi iflasa uğratdılar, ABŞ xaos içindədir - Tramp
Bu gün, 10:44 |
|
|
|
• Yaxın Şərqdəki gərginlik bölgəmizi təhdid edir - NƏ ETMƏLİ?
Bu gün, 10:23 |
|
|
|
• Arıxlıda toqquşma NECƏ BAŞ VERDİ? - TƏFƏRRÜAT
Bu gün, 10:20 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb
Bu gün, 10:18 |
|
|
|
• Səhiyyə sisteminin SÜNİ MAYASI... - ETİRAZ VAR...
Bu gün, 10:15 |
|
|
|
• Norilsk hava limanında təyyarə uçuş zolağından kənara çıxıb - "İnterfaks"
Bu gün, 10:07 |
|
|
|
• Keçmiş MDB məkanında bu sahədə birinciyik... - CƏDVƏL
Bu gün, 10:04 |
|
|
|
• Azərbaycandan qaz almaq istəyən Ermənistanın son istəyi: Əsas hədəf açıqlandı - GƏLİŞMƏ
Bu gün, 09:57 |
|
|
|
• "Təyyarəmizin yanlışlıqla vurulması ehtimalı olduqca aşağıdır" - FAKT BUDUR!
Bu gün, 09:52 |
|
|
|
|