Nikolun fikirləri Qarabağı Azərbaycan ərazisi kimi tanımasının göstəricisidir .....                     Mərkəzi Nəbatat Bağı auditor seçdi .....                     Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun xatirəsi yad edilib .....                     Maya Sandu çətin seçimlər qarşısındadır .....                     “Anam məni ikinci dəfə dünyaya gətirdi” demişdi... .....                     FTX azərbaycanlı cinayətkar dəstəni tutdu .....                     Suriya üçün “Ukraynadan taxıl” proqramını yaradacağıq .....                     ABŞ-nin MASKü-ƏMBƏRİ... .....                     Gənc aktyorun vəfatı XƏBƏRİ təsdiqləndi .....                     Agentliyin sədr müavinini döyən müharibə iştirakçısına BU CƏZA VERİLDİ .....                     Vəfat xəbəri yayılan aktyor Azər Baxşəliyev komadadır .....                     Aktyor Azər Baxşəliyev vəfat edib .....                     Nostradamus Ukraynada müharibənin .....                     İş adamı sabiq deputat Elnur Allahverdiyevə qarşı .....                     "İndiyə qədər də ana-ata həsrətindəyəm" .....                     ABŞ Hələbdə hərbi baza tikir? .....                     Rusiyanın daha bir səhvi .....                     Emin Milli Azərbaycana qayıtdi, Şuşadan paylaşım etdi .....                     Astroloji hadisələrin 2025-ci ildə .....                     Baş ideoloq Putini təcili Kiyevi almağa çağırdı .....                     Kimin yolkası daha hündür olub? .....                     Las Veqasda partlayan "Tesla Cybertruck": .....                     Rusiyada Bəşər Əsədə qarşı sui-qəsdə CƏHD EDİLİB .....                     Tarif Şurası QAZIN, İŞIĞIN, SUYUN QİYMƏTİNİ QALDIRDI .....                     Dörd dərmanın qiyməti aşağı salınıb, 46-sının qiymətinin yuxarı həddində dəyişiklik edilib .....                     İrəvandan Tehrana uçan təyyarə Təbrizdə məcburi eniş etdi .....                     "RM Medicare Klinika" MMC 8 min manat cərimə oluna bilər .....                     İlan 2025-ci ildə BU BÜRCLƏRƏ .....                     Rusofobiya nədən şiddətlənir? .....                     TƏFTİŞ BAŞLADI: `Xidmətdən gəlib bizi də dindirdilər...` .....                     "Qərb dövlətləri Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlı deyil" .....                     Milli Qəhrəman Polad Həşimovun xatirəsi yad edilib .....                     Dəyişməyən xislət: Əyalət mollasının dediklərinə təəccübləndikmi? .....                     “Bakelektromaşın”ın əmlakı səhmdarları arasında bölünəcək .....                     Formula 1 Azərbaycan Qran-prisinin vaxtı məlum oldu .....                     Bu gün Natiq Qasımovun doğum günüdür .....                     Partlayan "Tesla Cybertruck"ın sürücüsü GÖRÜN KİM İMİŞ .....                     Azərbaycanda nazir müavininin pozuntuları üzə çıxdı .....                     Azərbaycan qazı MÜHÜM FAKTORA ÇEVRİLİR... .....                     İlqar Mikayıloğlu soyunub qarın içinə girdi .....                 

“Əmlak komitəsinin məmuru oğlumun həbsini sifariş edib” - Kərəm Həsənovun adamına qarşı ağır ittiham
Tarix: 20-03-2015, 12:13 | Çap et
“Əmlak komitəsinin məmuru oğlumun həbsini sifariş edib”
5 martda saytımızda “Bakı prokurorluğunun müstəntiqi 8 aydan sonra zərərçəkənləri müttəhimə necə çevirdi?” başlıqlı məqalə dərc olunmuşdu.
Məqalə Elçin Baxşıyevin xuliqanlıqda ittiham olunmasından bəhs edirdi. Elçin Baxşıyevin atası Qılıncxan Baxşıyev bizə bildirib ki: “ 15 oktyabr 2013-cü il tarixdə mənim oğlum Elçin, onun dostları Seymur Fərzəliyev və Əli Məlikov hücuma məruz qalıblar. Nəticədə Elçin və Seymur yaralanıblar, Əli Məlikov isə ölüb. Cinayət işi qaldırılıb. Hücum edənlər Tural Əliyev, Ramin Rzayev və Səbuhi Məmmədov saxlanılıblar. Mənim oğlum və Seymur Fərzəliyev zərərçəkən kimi tanınıblar. Ancaq 8 aydan sonra onlar Bakı şəhər prokurorluğunun müstəntiqi Vaqif Süleymanovun səyi nəticəsində zərərçəkəndən müttəhimə çevriliblər”.

Qafqaznews.org-un müxbirinin “Hücuma səbəb nə olub?” sualına Baxşıyev belə cavab verib: “ Mənim oğlum görüşdüyü qızı aparırmış. Yolda o, öz avtomobilini saxlayıb ona nəsə demək istəyirmiş. Ordan keçən və bizim binadan yaxın məsafədə yaşayan Tural Əliyev tələb edib ki, oğlum tez keçsin. Oğlum isə soruşub ki, “ Nə üçün tez keçməliyəm?”. Tural ondan əl çəkməyib. O Elçinə görüşməyi və məsələni həll etməyi təklif edib. Elçin razılaşmalı olub. Tural isə oğluma mobil telefonunun nömrəsini verib”. Baxşıyevin sözlərinə görə, Turalla mübahisədən sonra oğlu dostları Əli Məlikov və Seymur Fərzəliyevlə görüşə gedib: “ Görüş bizim evin yaxınlığındakı dükanın yanında olub. Dostları ilə söhbət edən oğlum Turala zəng edərək görüşməyə razılaşıb. Tural isə görüşə dostları Ramin Rzayev və Səbuhi Məmmədovla birgə gəlib. Elçin istəyib ki, mübahisə sülh yolu ilə həll olunsun. Ancaq Tural, Ramin və Səbuhi oğlumu döyməyə başlayıblar. Ordan keçən Əli Məlikov və Seymur Fərzəliyev onları sakitləşdirməyə çalışıb. Ancaq Tural Əliyev oğlumu bıçaqla vurub. Elçin yıxılanda dostu Seymur onu ayağa qaldırmaq istəyib.Bu zaman Tural onu da yaralayıb.
Əli köməyə gələndə Tural bıçaqla düz onun ürəyindən vurub”. Qılıncxan Baxşıyev bizə bildirdi ki, hücum faktı ilə bağlı cinayət işi açılıb: “ Cinayət işi müstəntiq Vaqif Süleymanova həvalə olunub. Mənim oğlum və dostları zərərçəkən kimi tanınıb. Ancaq 8 aydan sonra oğlum və dostu Seymur zərərçəkəndən müttəhimə çevriliblər. Mənim oğlumu və dostunu ittiham edirlər ki, onlar ətrafdakılara qarşı laqeydlik nümayiş etdirərək özləri Tural Əliyev,Sabuhi Məmmədov və Ramin Rzayevlə mubahisə ediblər.Onları xuliqanlıq hərəkətləri etməkdə və Tural, Səbuhi və Raminlə dalaşmaqda ittiham ediblər”.
Baxşıyevin sözlərinə görə, müstəntiq Vaqif Süleymanov onun oğlunu və dostu Seymuru AR Cinayət Məcəlləsinin 221.2.1 maddəsi ( xuliqanlıq, yəni bir qrup şəxs tərəfindən ictimai asayişi kobud şəkildə pozulması, vətəndaşa güc tətbiq edilməsi, cəmiyyətə açıq şəkildə hörmətsizlik numayiş etdirilməsi, vətəndaşlara qarşı zor tətbiq edilməsi, taxud zor tətbiq etməklə təhdid edilməsi, başqasının mülkiyyətinə zərər yetirməklə və yaxud məhv etməklə müşahidə olunan qəsdən törədilən hərəkətlər) ilə ittiham edib: “ İttihamın əsasında isə bizim evin yaxınlığında yerləşən dükanın sahibi Rüstəm Maqsudovun izahatı olub. Rüstəm bildirib ki, Elçinin rəhmətlik Əli Məlikov və Seymur Fərzəliyevlə söhbətinin şahidi olub. Rüstəmin sözünə görə, Elçin dostlarına bildirib ki, mən Turalla məsələni həll eləmək istəyirəm. Ancaq Rüstəm yalan deyir. Onu müstəntiq məcbur edib. Əvvəlcə müstəntiq Elçini məcbur eləmək istəyib ki, guya davanın təşəbbüskarı oğlum olub. Bu mümkün olmayanda müstəntiq Rüstəmi məcbur edib. Bu barədə Rüstəm özü dedi ki, müstəntiq məni oğlunla bağlı yalan izahat verməyə məcbur edir və mən ondan qorxuram”.
Baxşıyev bildirib ki, 11 avqust 2014-cü il tarixdə Əli Məlikovun ölüm işi ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi olub: “ Məhkəmənin qərarı ilə Elçin və Seymur 5 il müddətində cəza alaraq məhkəmə zalında həbs olunub. Biz və Seymurun ailəsi apellyasiya şikayəti verdik. Bu ilin fevral ayının 24-də Bakı Apellyasiya Məhkəməsi işə baxaraq oğlum Elçinin həbs müddətini 6 ay, Seymur Fərzəliyevin həbs müddətini isə 1 il azaltdı”.

Qılıncxan Baxşıyev dediklərini təsdiq edən bütün sənədləri, məhkəmə qərarlarını bizə təqdim elədi.
Baxşıyev eyni zamanda Rüstəm Maqsudovla olan audioyazını da bizə təqdim elədi. Bu aidioyazıda Rüstəm müstəntiqin ona təzyiq elədiyini deyərək, bildirir ki, mən razılaşmağa məcbur oldum, başqa yolum yox idi.
Biz bütün bunlarla bağlı müstəntiq Vaqif Süleymanovun fikirlərini öyrənmək istəsək də o, sullarımıza cavab verməkdən imtina elədi. Qılıncxan Baxşıyevin fikrincə, onun oğlunun və Seymur Fərzəliyevin həbs olunmasını mərhum Əli Məlikovun atası, Əmlak Komitəsinin Kadrlar İdarəsinin rəisi Natiq Məlikov sifariş edib: “ Bu sifariş keçmiş icra başçısı Aslan Aslanovun Lamiyə Quliyevanın başına açdığı oyunları xatırladır”.
Müxbirimizin “Siz nə üçün belə hesab edirsiniz” sualına Qılıncxan Baxşıyev belə cavab verib: “ Ona görə ki, birinci məhkəmə instansiyasında Natiq Məlikovun nümayəndəsi mənim oğluma və onun dostuna ən ağır cəza tələb elədi. Onun fikrincə, davanı qızışdıran mənim oğlum olub və nəticədə onun oğlu öldürülüb”.
Baxşıyevin qafqaznews.org-a dediklərinə görə: “ Məhkəmə prosesinədək Natiq Məlikov işin obyektiv aparılmasına kömək edib. Hətta o, istintaqın obyektiv aparılması üçün Baş prokurora məktub göndərib. Natiq Məlikov mənə hərraclar üzrə Auksion Mərkəzin direktoru Əli Abdullayevin telefonunu verdi ki, oğlunuzun işi ilə bağlı hər hansı problem olarsa onunla əlaqə saxlayın, o sizə hər cürə dəstək verəcək”.
Baxşıyevin sözlərinə görə, cinayət işi qaldırılandan 5 ay sonra müstəntiq Vaqif Süleymanov mənim oğlumdan tələb elədi ki, davada səbəbkar olduğunu etiraf eləsin: “ Mən bu barədə Əli Abdullayeva məlumat verdim. O, mənə dedi ki, məni bir daha narahat eləmə”.
Biz Əli Abdullayevin fikrini öyrənməık istəsək də, o bizim suallarımıza cavab verməkdən imtina elədi.
Qafqaznews.org-un müxbiri Natiq Məlikovun fikirlərini öyrənmək istəsə də onunla əlaqə saxlamaq mümkün olmayıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nikolun fikirləri Qarabağı Azərbaycan ərazisi kimi tanımasının göstəricisidir - ŞƏRH
Bu gün, 19:00
Mərkəzi Nəbatat Bağı auditor seçdi - QALİB, MƏBLƏĞ
Bu gün, 18:58
Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun xatirəsi yad edilib
Bu gün, 18:22
Maya Sandu çətin seçimlər qarşısındadır - GƏLİŞMƏ
Bu gün, 18:15
“Anam məni ikinci dəfə dünyaya gətirdi” demişdi... - VİDEO
Bu gün, 18:10
FTX azərbaycanlı cinayətkar dəstəni tutdu - TƏFƏRRÜAT
Bu gün, 17:06
Suriya üçün “Ukraynadan taxıl” proqramını yaradacağıq - Zelenski
Bu gün, 17:00
ABŞ-nin MASKü-ƏMBƏRİ... - NƏ BAŞ VERİR?
Bu gün, 16:57
Gənc aktyorun vəfatı XƏBƏRİ təsdiqləndi
Bu gün, 16:55
Agentliyin sədr müavinini döyən müharibə iştirakçısına BU CƏZA VERİLDİ - TƏFƏRRÜAT
Bu gün, 16:52
Vəfat xəbəri yayılan aktyor Azər Baxşəliyev komadadır - AÇIQLAMA
Bu gün, 16:48
Aktyor Azər Baxşəliyev vəfat edib
Bu gün, 16:15
Nostradamus Ukraynada müharibənin 2025-ci ildə bitəcəyini proqnozlaşdırıb
Bu gün, 14:02
İş adamı sabiq deputat Elnur Allahverdiyevə qarşı - DETALLAR
Bu gün, 14:00
"İndiyə qədər də ana-ata həsrətindəyəm"
Bu gün, 13:58
ABŞ Hələbdə hərbi baza tikir?
Bu gün, 13:00
Rusiyanın daha bir səhvi - AÇIQLAMA
Bu gün, 12:57
Emin Milli Azərbaycana qayıtdi, Şuşadan paylaşım etdi - FOTO
Bu gün, 12:53
Astroloji hadisələrin 2025-ci ildə bürclərə TƏSİRİ
Bu gün, 12:49
Baş ideoloq Putini təcili Kiyevi almağa çağırdı
Bu gün, 12:42
Kimin yolkası daha hündür olub? – MDB ölkələrinin siyahısı
Bu gün, 12:31
Las Veqasda partlayan "Tesla Cybertruck": - hədəf Tramp və Maskdır, yoxsa...
Bu gün, 12:28
Rusiyada Bəşər Əsədə qarşı sui-qəsdə CƏHD EDİLİB - KİV
Bu gün, 12:25
Tarif Şurası QAZIN, İŞIĞIN, SUYUN QİYMƏTİNİ QALDIRDI - TƏFƏRRÜAT
Bu gün, 12:19
Dörd dərmanın qiyməti aşağı salınıb, 46-sının qiymətinin yuxarı həddində dəyişiklik edilib - Tarif Şurası
Bu gün, 12:14
İrəvandan Tehrana uçan təyyarə Təbrizdə məcburi eniş etdi - "Azad İran"
Bu gün, 12:00
"RM Medicare Klinika" MMC 8 min manat cərimə oluna bilər
Bu gün, 11:51
İlan 2025-ci ildə BU BÜRCLƏRƏ milyonlar QAZANDIRACAQ
Bu gün, 11:46
Rusofobiya nədən şiddətlənir? – Kreml səbəbə baxmır, nəticəni pisləyir
Bu gün, 11:42
TƏFTİŞ BAŞLADI: `Xidmətdən gəlib bizi də dindirdilər...` - 200 min manat məbləğində cərimə və...
Bu gün, 11:22
"Qərb dövlətləri Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlı deyil" - deputat
Bu gün, 11:16
Milli Qəhrəman Polad Həşimovun xatirəsi yad edilib - FOTO
Bu gün, 11:14
Dəyişməyən xislət: Əyalət mollasının dediklərinə təəccübləndikmi? - Düşmənin BUYNUZU OLMUR...
Bu gün, 11:13
“Bakelektromaşın”ın əmlakı səhmdarları arasında bölünəcək
Bu gün, 11:11
Formula 1 Azərbaycan Qran-prisinin vaxtı məlum oldu
Bu gün, 11:09
Bu gün Natiq Qasımovun doğum günüdür - UNUTMARIQ!!!
Bu gün, 10:59
Partlayan "Tesla Cybertruck"ın sürücüsü GÖRÜN KİM İMİŞ - ŞOK DETALLAR
Bu gün, 10:58
Azərbaycanda nazir müavininin pozuntuları üzə çıxdı - Pullarını əllərindən alırmış
Bu gün, 10:56
Azərbaycan qazı MÜHÜM FAKTORA ÇEVRİLİR... - NƏ BAŞ VERİR?
Bu gün, 10:52
İlqar Mikayıloğlu soyunub qarın içinə girdi - VİDEO
Bu gün, 10:49
İnsanların lazımi pensiya kapitalını yığa bilməsi üçün hansı dəyişikliklərə EHTİYAC var? - AKTUAL
Bu gün, 10:47
Demokratlar millətimizi iflasa uğratdılar, ABŞ xaos içindədir - Tramp
Bu gün, 10:44
Yaxın Şərqdəki gərginlik bölgəmizi təhdid edir - NƏ ETMƏLİ?
Bu gün, 10:23
Arıxlıda toqquşma NECƏ BAŞ VERDİ? - TƏFƏRRÜAT
Bu gün, 10:20
Cinayət törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb
Bu gün, 10:18
Səhiyyə sisteminin SÜNİ MAYASI... - ETİRAZ VAR...
Bu gün, 10:15
Norilsk hava limanında təyyarə uçuş zolağından kənara çıxıb - "İnterfaks"
Bu gün, 10:07
Keçmiş MDB məkanında bu sahədə birinciyik... - CƏDVƏL
Bu gün, 10:04
Azərbaycandan qaz almaq istəyən Ermənistanın son istəyi: Əsas hədəf açıqlandı - GƏLİŞMƏ
Bu gün, 09:57
"Təyyarəmizin yanlışlıqla vurulması ehtimalı olduqca aşağıdır" - FAKT BUDUR!
Bu gün, 09:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru