Azay Möhnətovun qalmaqallı bazarında nə baş verir? .....                     Azərbaycanın İnterpola verdiyi şəxs .....                     "Mən hakim ola-ola 50 min manata mebel ala bilmirəm" .....                     Kürdəmir rayon prokuroru müavininin işinə .....                     “Gecə 11-də özünü yalandan yerə yıxıb ki, ölürəm” .....                     Sabah MSK-da bələdiyyə seçkiləri ilə əlaqədar yaradılan .....                     Ramalın ayaqqabısının qiyməti ŞOK ETDİ: .....                     Bələdiyyə seçkiləri üçün daha iki siyasi partiyanın .....                     Nazir rəisi işdən çıxardı, başqa vəzifə verdi .....                     “Binokl diplomatiyası”: Ermənistan davamlı sülhdə maraqlı deyil? .....                     “Nar”ın tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı təşkil edildi .....                     Nazirin köməkçisi bacısından sonra .....                     “İraqda mənə qarşı iki sui-qəsd hazırlanmışdı” .....                     “Paşinyan sülh müqaviləsi ilə bağlı prosesi ona görə uzadır ki…” .....                     Ermənilərin gözü Bakıda: Tarixi etiraf olacaq, siyahıda onlar da var .....                     Zaxarova əsəbiləşdi: .....                     Niyə kiçik mağazalar “Card-to-Card”a üstünlük verir və vergi idarəsi bundan necə xəbər tutur? .....                     Tərtər rayonunda “Mülki müdafiə sahəsində 2024-cü ilin yekunu, 2025-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib .....                     Ərdoğan və Makron arasında telefon danışığı olub .....                     Xaricə satdığımız elektrik enerjisinin dəyəri .....                     Məhkəmədən Xoşqədəm Hidayətqızına .....                     "Həyat yoldaşı adamı qocaldır" .....                     "Gold Məkan" tikinti şirkəti sakinlərin evini başlarına uçurur .....                     ŞOK İDDİA: İsrail helikopteri Dəməşqə ENDİ .....                     Prezident “Washington Post”, “New York Times”, “Figaro” və “Le Monde”ni “yalançı dördlük” adlandırıb .....                     "Amerikanın səsi” və “Azadlıq radiosu” kimi əlaltı resursları vasitəsilə ölkəmizə qara yaxırlar .....                     “Daxmamız qəzalı vəziyyətdədir, acınacaqlı durumdayıq” .....                     “Düşünməmişəm ki, ulduz aktyor çəkim, serial onun hesabına baxılsın” .....                     Ermənistan və onun havadarlarına növbəti mesaj .....                     Ermənistan bizimlə silah yarışında tab gətirməyəcək .....                     Rasim İldırım məhkəməyə cibində 20 minlə gəldi .....                     Şairə Əli Mirəliyevi pərt elədi: .....                     Yaxın Şərqdən Cənubi Qafqaza: .....                     Bakının tükənməz .....                     "Timurun əslən Azərbaycanın hansı bölgəsindən olduğunu bilmirik... .....                     Qafar Dəmirçinin rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC cərimələnir .....                     Bağlanan məktəblərin müəllimləri işsiz qalacaq? .....                     Jurnalist Əvəz Zeynallının həbs müddəti AZALDILDI .....                     ABŞ “münasib məqamda” Suriyaya hərbçilər göndərəcək .....                     Sumqayıtda daha bir olay: BU DƏFƏ BAĞÇADA... .....                 

Səttar müəllim, bu gün ayın neçəsidir? - Hesab soranı yox... barı, biz soruşaq...
Tarix: 22-08-2024, 10:46 | Çap et
Səttar müəllim, bu gün ayın neçəsidir?
Millət vəkili statusu qazanmaq adından da göründüyü kimi, millətin vəkili olmaq, millətin hüquqlarını qanunverici orqanın tribunasından müdafiə etmək deməkdir. Yəni parlament üzvü onu seçən millətin haqqını-hüququnu, sözünü, şikayətini, dərdini Millət Məclisindən çatdırır. Ona görə təsadüfi deyil ki, qanunverici orqanın adı da Milli Məclisdir. Yəni milli məsələlərin, millətin məsələlərinin müzakirə olunduğu, xalqın taleyüklü problemlərinin həlli üçün yığıncaq yeridir, millət məclisidir. Amma Azərbaycanda heç də deputatlığa namizəd olan hər kəs mandatı millətin vəkili olmaq üçün istəmir. Bəs, niyə istəyir? - deyək:
Əvvəla, onların xainliyi, hiyləsi, məkrli planı millət vəkili statusu qazanmaqla azı beş il öz şəxsi maraqlarına vəkillik etmək, şəxsi mənafeyini gücləndirmək məqsədi daşıyır. Bu, xalqa, seçiciyə, Milli Məclisə ən böyük hörmətsizlik və təhqiramiz münasibətin göstəricisidir. Çünki sən seçkidən-seçkiyə vətəndaşı yada salırsansa, onda da seçicinin ayağına getməyib, onun dərdini dinləməyib, yalnız deputatlıq adını əldə etmək üçün dəridən-qabıqdan çıxırsansa, bunun adı siyasi riyakarlıq, öz var-dövlətini qorumaq üçün tramlpin kimi istifadə cəhdidir.
Rubrika.Az bildirir ki, onlardan biri 3 saylı Babək-Şahbuz-Kəngərli Seçki Dairəsindən deputatlığa bitərəf namizəd olan, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasını 30 ildən çoxdur talan edən Səttar Möhbalıyevdir. Səttar Möhbalıyev AHİK sədri kimi müstəqillik tariximizdə ən çox vəzifə tutanlardan biridir və bugünədək də qurumun gəlirləri hesabına ailə biznesini çiçəkləndirmiş, xirtdəyə qədər korrupsiya içində boğulan məmurdur.
Amma görünən odur ki, Səttar Möhbalıyev ailə biznes şəbəkəsini genişləndirmək, ən əsası isə onu möhkəmləndirmək, toxunulmazlığını təmin etmək üçün yenidən mandat almağa ehtiyac duyur. Məhz bu mandat sayəsində Möhbalıyev özünü məsuliyyətdən xilas etməyə, biznesini qorumağa çalışır. Ona görə də Möhbalıyev Babək-Şahbuz-Kəngərli seçicilərini yox, öz biznesinin vəkilliyini əsas tutmaqdadır. Belə desək, mandat ona öz gəlirlərini və böyük biznes səltənətini qorumaqda bir çətir rolunu oynayacaq. Əks təqdirdə, ona nə deputatlıq, nə parlamentdə fəaliyyət, nə də Naxçıvan camaatının problemləri ilə məşğul olmaq lazımdır.
Hazırda sosial şəbəkədən istifadə edən naxçıvanlı seçicilər arasında da bu fikirlər yayılır ki, Möhbalıyev millətin vəkili deyil, biznesinin müdafiəçisi qismində status əldə etməyə can atır. İndiyə qədər də nə seçicilərlə normal görüşləri olub, nə əvvəlki deputatlığı dövründə seçicilərin harayına çatıb, nə də bir AHİK sədri kimi hüquqlarının müdafiəsi istiqamətində iş görüb. Halbuki Möhbalıyevin parlamentdəki həmkarlarından fərqli olaraq, vətəndaşların hüquqlarının müdafiəsi üçün ikiqat səlahiyyəti var. Birincisi, millət vəkili kimi Milli Məclisdə vətəndaşların problemlərini qaldıra, aidiyyatı orqanlara səslənə bilər, ikincisi də, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri olaraq vətəndaşların hüquqlarını qorumaq imkanlarına malikdir. Lakin Möhbalıyev hər iki vəzifə səlahiyyətlərindən yalnız özünün, yaxınlarının, ailəsinin maraqları üçün istifadə edib.
İlk növbədə AHİK sədri kimi istər putyovka, istərsə üzvlük haqqı, istərsə daxil olan büdcə vəsaitlərindən yaxşı yararlanıb, böyük bir korrupsiya mexanizmi qurub. Nəticədə 30 il içində misli görünməmiş səviyyədə varlanıb. Həmçinin, mövcud biznesin toxunulmazlığı üçün mandatdan bir “dəmir günbəz”, yaxud qoruyucu dəbilqə kimi istifadə etməyi bacarıb. Beləliklə, illərlə putyovka biznesindən tutmuş digər məsələlərə qədər əldə olunan gəlirlər hesabına Möhbalıyev böyük sərvətə sahiblənib.
Ancaq burada təkcə onun AHİK sədri vəzifəsində əldə etdiyi korrupsiya imkanları və deputatlıq mandatı rol oynamayıb, habelə, zamanında qurulan geniş siyasi əlaqələr, xüsusən də prezidentin keçmiş köməkçisi, bir sıra intriqaların müəllifi Əli Həsənovla qudalığı da böyük dəstək olub. Əli Həsənov-Səttar Möhbalıyev tandemi nəticəsində illərlə böyük korrupsiya cinayətlərinə yol verildiyi, bu yeyintilərin sayəsində biznes qurulduğu bildirilir. İndisə həmin biznesi qorumaq üçün təkrar mandat lazımdır. Təbii ki, zamanında Əli Həsənovun əlində olan siyasi-iqtisadi imkanlardan geniş istifadə olunub, Möhbalıyev ən yüksək səviyyədə himayə edilib, amma qudası vəzifəsindən qovulan kimi bütün çirkablar üzə çıxıb, tamamilə ifşa edilib.
Sadəcə, səs-küylü dövr başa çatdıqdan sonra Möhbalıyev özünü təmizə çıxarmağa çalışdı, Əli Həsənovla quda olmasına baxmayaraq, AHİK-dəki postunu qorumağa başladı. İndi də yeni fürsət qazandığını və bunun iplərini əldə saxlamağın mümkünlüyünü düşünür. İstisna deyil ki, Möhbalıyev AHİK sədri postu ilə vidalaşır. Onun 30 ildən çox davam edən hökmranlığına son qoyulması ərəfəsindədir, bununla belə, əvəzində öz biznesini qoruya bilmək üçün mandat şansı qazanır. Çünki 30 ildən artıq dövrdə AHİK-i ailə biznesinə çevirmiş Möhbalıyev, deputatlıq mandatı əldə etməsə, o zaman dayaqları ciddi şəkildə sarsıla, barəsində korrupsiya araşdırmaları başlana bilər. Amma parlament üzvü olduğu halda, AHİK-dəki əməllərinə görə cavab verməmək lüksünə sahib olması mümkündür.
Mediada gedən məlumatlarda bildirilir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası növbədənkənar qurultaya hazırlaşır. Qurultayın avqustun 26-da keçirilməsi nəzərdə tutulub. Səttar Möhbalıyev 33 ildir ölkədə 2,5 milyon işçinin əmək haqqından hər ay 1-5 faiz tutur. AHİK-ə ölkənin dörd bir tərəfindən olduqca böyük pullar axır. Bu pullardan vergi tutulmur, pulların hara xərclənməsini yoxlayan bir orqan da olmayıb.Hər il 2.5 milyon işçinin maaşından tutulan 1-1.5 faiz pullarla yanaşı, sanatoriyalar, istirahət mərkəzləri, habelə “putyovka” biznesindən əldə olunan gəlirlərin də üstü açıla bilər.
Onun deputat olmaq dərdi, heç də mandat sevdasından irəli gəlmir. Bu gün deputat olmaq Səttar Möhbalıyevə ona görə lazımdır ki, həm də mal varlığını qoruya bilsin, yoxlamaların miqyasını minimuma endirsin. Bir növ özünü sığortalamaq istəyindədir. Əks təqdirdə, yoxlamalar onun həbsinə belə gətirib çıxaracaq. Misal üçün Bilgəhdə yerləşən Kardiologiya Sanatoriyasında “putyovka” ilə dincəlmək üçün göndərilən vətəndaşlar qalmağa yer tapa bilmirlər. Daha doğrusu, yer var, lakin pulludur. Sözügedən sanatoriyada mövcud olan və Həmkarlar İttifaqı xətti ilə gələn şəxslər üçün evlər var ki, onlar pulsuz verilməli olduğu halda, pulla satılır.
Ümumiyyətlə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətini araşdıranda dəhşətli mənzərə ortaya çıxır: Səttar Mehbalıyev 30 ildir sədrlik etdiyi bu təşkilatda üzvlük haqlarının üzərində biznes impersiyası qurub və vətəndaşların aylıq əmək haqlarından ayrılan vəsaiti şəxsi cibinin pulu kimi xərcləməklə məşğuldur. Hər il Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına 50 milyon manatdan çox üzvlük haqqı daxil olur.
Misal üçün, ölkədə fəaliyyət göstərən 200 minə yaxın müəllimin aylıq maaşının 2 faizi həmkarlar üçün tutulur. Bu, 10 milyona yaxın vəsait deməkdir. O cümlədən, 85 mindən çox neftçinin də aylıq əmək haqqından 2 faiz həmkarlara ayrılır. Eyni qayda ilə dövlət müəssisələrində çalışan insanlar da həmkarlara aylıq ödənişlər edir. Əvəzində isə nə müəllimlərimiz, nə neftçilərimiz, nə də həmkarlara haqq ödəyən digər çalışanlar AHİK-in sanatoriyalarının üzünü belə görə bilir.
Bununla yanaşı, cəmiyyətin tabeçiliyində və dövlətin balansında olan onlarla sanatoriyalar AHİK sədrinin şəxsi biznes obyekti kimi idarə olunur. Uzun illərdir ki, “Abşeron”, “Günəşli”, “Bilgəh”, “Naftalan”, “Qaranquş” kimi sanatoriyalara “putyovka” tapmaq müşküldən də müşkül məsələdir. Məsələnin digər tərəfi isə “putyovka”lardan yararlana bilənlərin narazılığıdır. “Putyovka” əldə edə bilənlər bildirir ki, göndərildikləri yerləri səviyyəsi bərbad, xidmət çox aşağı, şərait isə natəmiz olur. Bir sözlə, Möhbalıyev deputatlıq mandatından çətir kimi istifadə edərək özünü qoruya bilməsə, o zaman onun işi heç də yaxşı olmaycaq. Bununla belə, səslənən iddialara və açıqlanan rəqəmlərə, faktlara dair qaşrı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Nicat Mahmudov
Rubrika.Az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azay Möhnətovun qalmaqallı bazarında nə baş verir? - İLGİNC...
Bu gün, 16:41
Azərbaycanın İnterpola verdiyi şəxs bu ölkədə tutuldu
Bu gün, 16:34
"Mən hakim ola-ola 50 min manata mebel ala bilmirəm" - "İnstapower" işində maraqlı faktlar açıqlandı
Bu gün, 16:32
Kürdəmir rayon prokuroru müavininin işinə xitam verilib
Bu gün, 16:30
“Gecə 11-də özünü yalandan yerə yıxıb ki, ölürəm” - TƏFƏRRÜAT
Bu gün, 16:28
Sabah MSK-da bələdiyyə seçkiləri ilə əlaqədar yaradılan işçi qrupların iclası keçiriləcək
Bu gün, 16:23
Ramalın ayaqqabısının qiyməti ŞOK ETDİ: - “Bir evin pulu…”
Bu gün, 16:21
Bələdiyyə seçkiləri üçün daha iki siyasi partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb
Bu gün, 16:19
Nazir rəisi işdən çıxardı, başqa vəzifə verdi - Yeni təyinatlar
Bu gün, 16:17
“Binokl diplomatiyası”: Ermənistan davamlı sülhdə maraqlı deyil? - GÖRÜNƏNİ BUDUR
Bu gün, 16:13
“Nar”ın tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı təşkil edildi
Bu gün, 16:12
Nazirin köməkçisi bacısından sonra atasını da İTİRDİ
Bu gün, 16:09
“İraqda mənə qarşı iki sui-qəsd hazırlanmışdı” - Roma Papası
Bu gün, 16:08
“Paşinyan sülh müqaviləsi ilə bağlı prosesi ona görə uzadır ki…” - İqbal Ağazadə
Bu gün, 15:36
Ermənilərin gözü Bakıda: Tarixi etiraf olacaq, siyahıda onlar da var - GƏLİŞMƏ
Bu gün, 15:34
Zaxarova əsəbiləşdi: - Bu sualı İrəvana verin!
Bu gün, 15:33
Niyə kiçik mağazalar “Card-to-Card”a üstünlük verir və vergi idarəsi bundan necə xəbər tutur? - AKTUAL
Bu gün, 15:29
Tərtər rayonunda “Mülki müdafiə sahəsində 2024-cü ilin yekunu, 2025-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib
Bu gün, 15:26
Ərdoğan və Makron arasında telefon danışığı olub
Bu gün, 15:25
Xaricə satdığımız elektrik enerjisinin dəyəri 16 qəpikdən 9 qəpiyə düşüb
Bu gün, 15:24
Məhkəmədən Xoşqədəm Hidayətqızına daha bir QADAĞA
Bu gün, 15:22
"Həyat yoldaşı adamı qocaldır" - Əməkdar artist
Bu gün, 15:18
"Gold Məkan" tikinti şirkəti sakinlərin evini başlarına uçurur – ŞİRKƏT RƏHBƏRLİYİ MƏHKƏMƏ QƏRARINA MƏHƏL QOYMUR
Bu gün, 15:14
ŞOK İDDİA: İsrail helikopteri Dəməşqə ENDİ - 20 dəqiqəlik GİZLİ ƏMƏLİYYAT
Bu gün, 15:02
Prezident “Washington Post”, “New York Times”, “Figaro” və “Le Monde”ni “yalançı dördlük” adlandırıb
Bu gün, 14:57
"Amerikanın səsi” və “Azadlıq radiosu” kimi əlaltı resursları vasitəsilə ölkəmizə qara yaxırlar - Prezident İlham Əliyev
Bu gün, 14:52
“Daxmamız qəzalı vəziyyətdədir, acınacaqlı durumdayıq” - Ağdam sakinindən icra başçısına MÜRACİƏT
Bu gün, 14:49
“Düşünməmişəm ki, ulduz aktyor çəkim, serial onun hesabına baxılsın”
Bu gün, 14:45
Ermənistan və onun havadarlarına növbəti mesaj - İsrafil Kərimovun yazısı
Bu gün, 14:41
Ermənistan bizimlə silah yarışında tab gətirməyəcək - FAKT BUDUR!
Bu gün, 14:39
Rasim İldırım məhkəməyə cibində 20 minlə gəldi - TƏFƏRRÜAT
Bu gün, 14:26
Şairə Əli Mirəliyevi pərt elədi: - “Gücün çatmaz!”
Bu gün, 14:23
Yaxın Şərqdən Cənubi Qafqaza: - paytaxtlarda gözləntilər var
Bu gün, 14:00
Bakının tükənməz TIXAC DƏRDİ
Bu gün, 13:58
"Timurun əslən Azərbaycanın hansı bölgəsindən olduğunu bilmirik... - İşğalçılara qarşı döyüşdə həlak oldu...”
Bu gün, 13:11
Qafar Dəmirçinin rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC cərimələnir - TƏFƏRRÜAT
Bu gün, 13:09
Bağlanan məktəblərin müəllimləri işsiz qalacaq? - AÇIQLAMA
Bu gün, 13:07
Jurnalist Əvəz Zeynallının həbs müddəti AZALDILDI - DETALLAR
Bu gün, 13:05
ABŞ “münasib məqamda” Suriyaya hərbçilər göndərəcək
Bu gün, 13:03
Sumqayıtda daha bir olay: BU DƏFƏ BAĞÇADA... - İşdən çıxarılan işçi elə faktları açıqladı...
Bu gün, 13:02
Sərkisyanın yalanı üzünə vuruldu – “Bakı yox, siz yalvardınız ki...”
Bu gün, 12:48
ABŞ sürətlə Ermənistan ordusuna “yerləşir” - Korotçenko
Bu gün, 12:47
“Starlink” Azərbaycanda fəaliyyətə başlaya bilmir – Danışıqlar aparılıb, şirkət də yaradılıb, amma...
Bu gün, 12:46
"Qızılı keçirə bilsəydik 5 min manat pul alacağdıq" - "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi
Bu gün, 12:36
Tanınmışlardan nazirə CAVAB GECİKMƏDİ: - “Psixoloqa müraciət etsinlər”
Bu gün, 12:34
Bakıda qızının faciəsinə dözməyən ata infarktdan öldü
Bu gün, 12:30
"Qarabağdan çıxmış ermənilər könüllü şəkildə, özlərinin xahişi ilə ərazilərimizi tərk ediblər" - deputat
Bu gün, 12:26
11 gündən sonra Dəməşq aeroportundan ilk uçuş həyata keçirilib - TASS
Bu gün, 12:21
Gürcüstandakı etirazlar inqilabi hərəkat deyil, çünki buna tələbat yoxdur - Zurabişvili
Bu gün, 12:20
Gecə yarımadanın bəzi yerlərində suluqar yağacaq - belə deyirlər...
Bu gün, 12:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru