Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib .....                     “Sabrania” siqaretləri bahalaşır .....                     “Qaçaq Nəbinin toyu”na dönən parad .....                     UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? .....                     “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” .....                     Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... .....                     “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU .....                     "Bunlar hamısı siyasətin təzahürləridir" .....                     Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir .....                     İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu .....                     Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib .....                     Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... .....                     “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub .....                     Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub .....                     Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB .....                     Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq .....                     Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi .....                     "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..." .....                     Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? .....                     Erməni əsgərləri BELƏ QAŞINIR... .....                     Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı .....                     Hindistan bizi boykot edir: BƏS BİZ? .....                     "Rusiyaya nota verilməlidir" .....                     Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... .....                     İşçi buna görə məsuliyyət daşıyır... .....                     "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" .....                     Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi .....                     Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... .....                     DSK sədri vəfat etdi .....                     Kadırov getsə, yerinə kim gələcək? .....                     İşçilərin şəxsi həyatının toxunulmazlığı... .....                     "Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" .....                     Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR .....                     Hindistan təcavüzünü Pakistan necə önləyir? .....                     Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb .....                     "Efirim canlı olduğu üçün yanında ola bilmədim" .....                     Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... .....                     Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət .....                 

Gəncə sakini partlayışda həyat yoldaşını itirdi, oğlu yaralandı... BU DA MÜNASİBƏT... - “Xalq Sığorta” məni 2 il yarım süründürdü”
Tarix: 15-08-2024, 10:54 | Çap et
Gəncə sakini partlayışda həyat yoldaşını itirdi, oğlu yaralandı... BU DA MÜNASİBƏT...
3 il əvvəl Gəncədə - şəhərin Nəvai küçəsindəki fərdi yaşayış evlərindən birində qaz sızmasından partlayış olub. Nəticədə 44 yaşlı Sahibə Verdiyeva dünyasını dəyişib, oğlu 23 yaşlı Əli isə ağır xəsarət alıb. Onun bədəninin təxminən 40 faizi yanıb – bu gün də üzərində xəsarət izləri qalıb, əməliyyata ehtiyacı var. Verdiyevlər ailəsinin yaşadığı ikimərtəbəli ev isə partlayış zamanı dağılıb.
Bizimyol.info xəbər verir ki, hadisənin baş verdiyi ev sığortalı olub. Amma evin sahibi – partlayış nəticəsində həyat yoldaşını itirmiş Mahir Verdiyev deyir ki, buna baxmayaraq, sığorta ödənişinə görə illərlə sürünüb.

Verdiyevlər ailəsinin yaşadığı ev “Xalq Sığorta” şirkəti tərəfindən sığortalanıb. Mahir Verdiyev Bizimyol.info xəbər portalına danışır ki, hadisədən sonra ona 20 min manat sığorta ödənişi vəd olunub: “Bizim ailə elə bir zərbə alıb ki, onu heç nə ilə əvəz eləmək mümkün deyil. Həyat yoldaşımı itirmişik, oğlumun günü bu gün də əməliyyata ehtiyacı var. Bu, məsələnin mənəvi tərəfi. Elə maddi baxımdan da çox böyük ziyan çəkmişik. İkimərtəbəli ev yerlə-yeksan olub, üç ildir qohum-əqrəba evindəyik. Sığorta müqaviləsində göstərilən 20 min evin dağılması, içindəki əşyaların məhv olması nəticəsində çəkdiyimiz ziyanın az hissəsidir. Amma yenə də nəsə eləmək olardı. Amma onu da vaxtında vermədilər, sığorta şirkəti məni 2 il yarım süründürdü”.

Mahir Verdiyevin bildirdiyinə görə, bu il fevralın sonunda “Xalq Sığorta” ona 19 min 200 manat ödəyib. Deyir ki, sığorta şirkətinin onu yubandırdığı iki il yarım ərzində inşaat materiallarının da, əşyaların da qiymətləri kəskin bahalaşıb: “Hadisədən dərhal sonra versəydilər, yenə də müəyyən işlərimi görə bilərdim. Hər gün ölkədə qiymətlər bahalaşır, pul dəyərdən düşür”.

Sığorta ödənişinin gecikdirilmə səbəbinə gəlincə, şirkətdən bildirilib ki, hadisə ilə bağlı yekun məhkəmə hökmü çıxarılmalıdır.

Verdiyevlər ailəsinin evindəki partlayış, Sahibə Verdiyevanın ölümü və oğlunun xəsarət alması ilə əlaqədar hadisədən sonra Fövqəladə Hallar Nazirliyinin İstintaq İdarəsində cinayət işi başlanıb. Mahir Verdiyevin bildirdiyinə görə, 2021-ci ilin payızında “Bakı Abadlıq” MMC Gəncədə işıqlandırma işləri apararkən onların yaşadığı Nəvai küçəsində də bu məqsədlə qazıntı aparıblar. Qazıntı zamanı traktor onların evinin qarşısından keçən qaz xəttini zədələyib. Oradan sızan qaz kanalizasiya vasitəsilə evə dolub. Hadisə günü gecə saatlarında Sahibə Verdiyeva mətbəxdə oğluna yemək qızdırarkən qazı yandıranda partlayış baş verib.

Ekspertizanın rəyinə görə, evin dağılması, əşyaların sınması nəticəsində Verdiyevlər ailəsinə 170 min manat maddi zərər dəyib. Ekspertlər 113 min manat evin tikintisi, 57 min manat isə əmtəə itkisinə görə ziyan hesablayıblar.

Hadisə ilə əlaqədar “Təmiz Qaz” QSC-nin Gəncə Regional Mərkəzinin xətt baxıcısı Kamran Bəylərov cinayət məsuliyyətinə olunub. İddia olunur ki, o, qaz xəttindəki sızmanı müəyyən etməli idi. Ona cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, 3 il azadlıqdan məhrumetmə cəzası verilib.

51 yaşlı Kamran Bəylərov isə bu ittihamı qəbul etmir, 2023-cü ilin noyabrında özü haqqında çıxarılmış hökmdən də apellyasiya şikayəti verib. Onun şikayətinə Gəncə Apellyasiya Məhkəməsində baxılır. Bu işlə bağlı növbəti məhkəmə prosesi sentyabrda keçiriləcək.

Mahir Verdiyev deyir ki, sığorta üçün hadisədən dərhal sonra müraciət etmişdi. Lakin ona deyilib ki, hökm olmalıdır, sonra ödəniş edilə bilər: “Əvvəl nə qədər istintaq getdi, sonra məhkəmə prosesi. Hökm noyabrda çıxdı. Başa düşə bilmirəm ki, hökmün sığorta ödənişinə nə aidiyyəti var? Fakt ortadadır, hadisə baş verib, görüntülər var, müqaviləmiz var, niyə ödəmək istəmirdilər, aydın deyil. Mütəxəssislərdən də soruşmuşdum, dedilər ki, sığorta şirkəti hökmü gözləməməlidir, qısa müddətdə ödəməlidir. Sığorta şirkəti mənə deyirdi ki, hökmlə zərərçəkən müəyyənləşməlidir, biz də pulu həmin qurumdan, ya adamdan almalıyıq”.

Bu yaxınlarda Milli Məclisin İqtisadi Qanunvericilik Şöbəsi sığorta hadisəsindən sonra ödənişlərlə bağlı şərh verib: “Daşınmaz əmlakın icbari sığortası üzrə hər hansı halın sığorta hadisə hesab edilməsi heç bir təqsirlə əlaqələndirilməyib. Yəni daşınmaz əmlakın icbari sığortası növündə hadisə baş verdikdə hər hansı şəxsin təqsirinin müəyyən edilməsi tələb olunmur”.

Mərkəzi Bankın bugünlərdə açıqladığı şikayət indeksində də “Xalq Sığorta” ən çox şikayət olunan sığorta şirkətlərindən biri kimi göstərilib. Bu şirkət ən çox şikayət olunan sığorta şirkətləri sıyahısında ikinci yerdədir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Bu gün, 13:30
“Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Bu gün, 13:03
“Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Bu gün, 13:02
UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Bu gün, 12:58
“BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Bu gün, 12:52
Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Bu gün, 12:43
“Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Bu gün, 12:35
"Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Bu gün, 12:11
Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Bu gün, 12:06
İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Bu gün, 12:05
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:03
Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Bu gün, 11:52
Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Bu gün, 11:51
Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:47
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Bu gün, 11:37
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Bu gün, 11:34
Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Bu gün, 11:29
Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Bu gün, 11:27
Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 11:10
"Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Bu gün, 11:09
Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Bu gün, 11:01
Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Bu gün, 10:55
Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Bu gün, 10:29
Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Bu gün, 10:19
"Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 10:10
Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Bu gün, 10:05
İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Bu gün, 10:03
"Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Bu gün, 09:54
Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Bu gün, 09:33
Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Bu gün, 09:24
DSK sədri vəfat etdi - FOTO
Bu gün, 09:17
Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Bu gün, 09:14
İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Bu gün, 08:26
"Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Bu gün, 08:23
Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Bu gün, 08:22
Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35
Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21
"Efirim canlı olduğu üçün yanında ola bilmədim"
Bu gün, 07:06
Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... - “Röyters”
Bu gün, 07:04
Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət - GƏLİŞMƏ
Bu gün, 06:58
"Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" - ETİRAZ
Bu gün, 06:55
Ermənistanda ACINACAQLI DURUM - Rəqəmlərin gözü ilə...
Bu gün, 06:43
Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
Bu gün, 06:39
Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu - “Geo” telekanalı
Bu gün, 06:31
Pakistan Hindistandan gələ biləcək hücumlara görə hava məkanını bağlayıb
Bu gün, 06:28
TƏBİB kimsəni SAYA SALMIR - AXI NİYƏ?..
Bu gün, 06:26
"Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
Bu gün, 06:18
Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü - TENDER NİYƏ LƏĞV EDİLDİ?
Bu gün, 06:14
Dünyanın böyük gücü Zəngəzur dəhlizində - İNCƏLƏMƏ
Bu gün, 06:11
Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? - İTTİHAM VAR...
Bu gün, 06:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru