Birinci Qarabağ müharibəsi veteranının çörəyini kəsiblər - İNDİ NECƏ YAŞASIN...
Tarix: 27-06-2024, 10:33 | Çap et
İyulun 17-də Bakı İnzibati Məhkəməsində Birinci Qarabağ müharibəsi veteranı Rəşid İsmiyevin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı, 2007-ci ildən daimi əlilliyin ləğvi üzrə məhkəmə prosesi keçiriləcək.
***
Hekayənin əvvəlinə qayıdaq. İndi çox az adam xatırlayır, amma 90-cı illərin əvvəllərində müharibəyə müharibə deyilmirdi. Bu, Ermənistan-Azərbaycan münaqişəsi idi və həmin hadisələrin bütün iştirakçıları sanki döyüşmürdülər, əksinə, qarşı tərəflə münasibətləri nizamlayırdılar. Bu “xüsusi əməliyyat” zamanı insanlar öldü, yaralandı, əsir oldu, itkin düşdü...
Və o dövrün siyasi strateqləri öz terminologiyasında mükəmməl idilər - mümkün qədər “tolerant”, “az aqressiv”, “qanuni” olmağa çalışırdılar. Bunun nəyə gətirib çıxardığını bilirik.
Hakimiyyətə gələn Heydər Əliyev döyüşləri dayandıra bildi. İlham Əliyev daha da irəli getdi - müharibəni müharibə adlandıraraq, işğal edilmiş torpaqları Azərbaycana qaytardı.
Bəli, hər bir müharibədə olduğu kimi, həm də insan həyatı, şikəst olan talelər hesabına, amma, minimal bir müddətdə - İkinci Qarabağ müharibəsi cəmi 44 gün davam etdi və xeyli az itki verdik. Sonda bütün bunlar möhtəşəm qələbə və 30 ilə yaxın davam edən münaqişədə qəti nöqtə ilə kompensasiya olundu.
***
“Kombat” çağırış adlı Rəşid İsmiyev 1993-cü ildə səfərbərlikdən sonra cəbhəyə gedib. Baş leytenant rütbəsi ilə Qubadlı-Laçın istiqamətində batalyonunun tərkibində döyüşüb. O, iki dəfə yaralanıb, bu barədə hərbi biletində müvafiq qeyd var.
Birinci yara - pulemyot gülləsi ayağını, ikincisi - qəlpə yarası üz-çənə sümüyünü parçalayıb. “Həkimlər məni “yığmaqda” çox çətinlik çəkdilər. Başım sadəcə olaraq bir əzələdən asılı qalmışdı”, - o deyir.
***
Bu gün İkinci Qarabağ müharibəsi veteranlarının üzləşdiyi problemlərdən çox yazılır, danışılır. Bunlar: sosiallaşma, məşğulluq, yaralıların reabilitasiyası, posttravmatik şəraitlə işləyən tibb müəssisələrində psixoloq çatışmazlığı, pensiya və müavinətlərin təyini ilə bağlı bürokratiyadır.
Amma bütün bu çətinliklərə baxmayaraq, 30 il əvvəlki hadisələri xatırlayanlar təsdiq edə bilərlər ki, “münaqişə”də döyüşənlər son hadisələrin iştirakçılarının aldıqları dövlət qayğısından və qəyyumluğundan məhrum olublar. Sənədlərlə o qədər qarışıqlıq var idi ki, çoxları döyüş əməliyyatlarında iştirakını sübut etməli oldular.
Bəziləri isə sadəcə olaraq təslim olub həyatlarına davam etdilər, müharibəni pis bir yuxu kimi unutmağa çalışdılar. Səfərbərlik üçün döyüş bölgəsində olan da, xəsarət alan da, çoxsaylı əməliyyatlardan və reabilitasiyadan keçənlər də oldu, hərbi bilet ala bilməyənlər də.
Ərazisinin 20 faizini itirmiş, bir milyona yaxın qaçqını olan və iqtisadi çətinliklərlə üzləşən bir ölkə, sadəcə olaraq, onun köməyinə ehtiyacı olan bütün qruplara tam diqqət yetirmək iqtidarında deyildi.
***
Hospitaldan sonra yeni əməliyyatlar, uzun reabilitasiya, sonra belə bir vəziyyətdə zəruri olan tibbi müayinə və nəhayət, beş ildən sonra ikinci qrup əlillik hərbi biletə qeyd edildi. Eyni zamanda baş leytenant Rəşid İsmiyevi müayinə edən hərbi həkimlər də yaxşı bilirdilər ki, illər keçdikcə onun səhhəti daha da pisləşəcək.
Bu barədə alman ekspertlər də öz qərarlarında yazıblar. Yeri gəlmişkən, indi veteranların xaricdə əməliyyatları dövlət tərəfindən ödənilir, lakin İsmiyev əməliyyat üçün Almaniyaya uçub və əməliyyatdan sonrakı reabilitasiyanı tamamilə öz vəsaiti hesabına keçirib.
Və artıq 2007-ci ildə ona daimi əlillik təyin edilib. Bundan başqa, Azərbaycan Prezidentinin sərəncamı ilə Rəşid İsmiyevə Birinci Qarabağ müharibəsi veteranı və əlili adı verilib. Bunu onun hərbi bileti də sübut edir.
20 ilə yaxın müddətdə veteran pensiya və əlillik müavinəti alıb. Özü üçün əlavə heç nə istəmyib, işləyib, müharibə veteranlarına dövlət tərəfindən verilən mənzil və maşınlar üçün növbəyə durmayıb.
“Son vaxtlara qədər vəkil işləyirdim, mənzilim var idi. İndi səhhətim pisləşdiyinə görə işləyə bilmirəm və dövlət tərəfindən də hər şeydən məhrum olmuşam”, - deyə qazi bildirir.
Qeyd edək ki, artıq keçmiş baş leytenant sırf əlil arabasında hərəkət edir. Ayağın yarası özünü hiss etdirdi və ciddi bir xəstəliyə - osteomielitə səbəb oldu, yeganə müalicəsi ayağın amputasiyasıdır. İsmiyev şiddətli ağrılardan əziyyət çəkir, əslində dərmanların hesabına yaşayır.
***
İndi biz güclü, hüquqi dövlətik. Belə görünürdü ki, hər iki müharibənin iştirakçıları Prezidentin sərəncamları, Milli Məclisin hazırladığı qanunlar, bir çox qətnamələrlə qorunur. Amma belə çıxır ki, bütün bunları nəzərə almamaq da olarmış.
Ötən ilin sonunda Rəşid İsmiyev Əlillərin Reabilitasiya Mərkəzinə çağırılıb, onun diaqnozu sorğulanıb və bir ay sonra ona bildirilib ki, ayaq xəstəliyinin zədə ilə əlaqəsi yoxdur, ona görə də veteran... əlillikdən məhrum edilib.
Qərar verənlər veteranın əlil arabasından, dövlət başçısının sərəncamlarından, imzaladığı qərarlardan utanmayıblar. Eyni zamanda, Rəşid İsmiyevə əlilliyinin ləğvi ilə bağlı qərar rəsmi verilmir.
“Artıq 6 aydır ki, pensiya və müavinət almıram (ödənişlərin ləğvi ilə bağlı qərar 25 dekabr 2023-cü ildə verilib – müəllif). İndi yenidən müraciət etməli, yoxlamadan keçməli və əlilliyimi bərpa etməliyəm. Mənim vəziyyətimdə bunu necə təsəvvür edirsiniz? Mən heç nəyi təsdiqləmək fikrində deyiləm. Hər hansı bir tibb tələbəsi post-müharibə sindromu haqqında hər şeyi bilir. İstənilən tələbə alınan yaraların və travmaların nəticələrindən danışa bilər. Komissiyada oturanlar isə heç də tələbə deyillər”, - deyə veteran şikayətlənir.
Onu da söyləyir ki, prezident seçkiləri öncəsi gözlənilmədən 400 manat alıb – əlillik müavinətinin məbləği belədir: “Amma indi bu pulu da geri tələb edirlər”.
Bundan əlavə, həmsöhbətimizin sözlərinə görə, ona yeni əlil arabası və ortopedik döşək də söz verilib. Təbii ki, onları almayıb və belə getsə, verilməyəcək də.
Son vaxtlar Rəşid İsmiyevin ətrafında baş verənlərin hamısı absurd teatrına bənzəyir. Əvvəlcə ona təqaüd kimi qələmə verməyə çalışdıqları 80 manat pulu almaqdan məhrum edilib, amma əslində bu, veteranların kommunal xərclərinin kompensasiyasıdır. İndi bu ödəniş geri qaytarılıb. Baxmayaraq ki, bu ödənişin qaytarılması elə İsmiyevin müharibə veteranı kimi tanınması deməkdir.
Sonra onun yanına komissiya göndərilib. Onunla beş metr məsafədən danışılıb və ona əlilliyini təsdiqləmək üçün xəstəxanaya getmək tövsiyə edilib. Onların gözləri qarşısında veteranın vəziyyəti pisləşib, təcili yardım çağırılıb, ilkin tibbi yardım göstərilib. Təcili yardım həkimi səhhətində yaranan fəsadın xəstəlikdən qaynaqlandığını təsdiqləyib. Qəhrəmanımız xəstəxanaya yerləşdirməkdən imtina edib. Qanuna görə, onun bunu etməyə tam hüququ var.
“İndi işin materialları məhkəməyə göndərilib. İddia ərizəmdə, ilk növbədə, Agentliyin 25 dekabr 2023-cü il tarixli qərarının ləğv edilməsini və Azərbaycanın ərazi bütövlüyü və konstitusiya quruluşunun müdafiəsi zamanı aldığım xəsarətlə əlaqədar qeyri-müəyyən müddətə mənə verilmiş 2-ci qrup əlil statusunun mənə qaytarılmasını xahiş edirəm. Eləcə də pensiyamın və Prezident müavinətimin bərpasına çalışıram. Güman və ümid edirəm ki, məhkəmə də bunu təsdiq edəcək ki, ayrı-ayrı Agentlik əməkdaşlarının səhlənkarlığı ucbatından çaşqınlıq yaranıb. Ona görə də komissiyanın qərarı ləğv edildikdən və statusum bərpa edildikdən sonra mənimlə imtinalar yazmaqla əlaqə saxlayan və Konstitusiya Məhkəməsi Plenumunun Qarabağ müharibələri əlillərinin statusunun toxunulmazlığını açıq-aşkar ifadə edən qərarını görməzliyə vuran konkret şəxslərə qarşı iddia qaldıracağam”, - deyə müsahibimiz danışır.
O, ƏƏSMN-i məhkəməyə vermək və ya Dövlət Agentliyini nədəsə ittiham etmək fikrində deyil: “Hüquq təcrübəm onu deməyə əsas verir ki, belə hallar həmişə ayrı-ayrı məmurların səriştəsizliyi, tənbəlliyi və səhlənkarlığı ilə bağlıdır və bir qayda olaraq, ən yüksək səviyyədə oturanların deyil. Ona görə də mənə göndərilən cavablarda imzası olan konkret şəxsləri və Agentlikdə komissiya zamanı xəstələndiyim anda tibbi diplomu olan, lakin mənə əsas yardım göstərmək istəməyən həkimləri məhkəməyə vermək istəyirəm. Onlar bunu edə bilmədilər və ya istəmədilər. Bunlar ünvansız məhkəmə iddiaları deyil, dövlətin müəyyən etdiyi qanunları, nizamnamələri və fərmanları dəyişdirmək səlahiyyətinə malik olduqlarına qərar vermiş konkret şəxslərə qarşı olacaq. Özləri dərk etmədən öz səriştələri ilə ölkəmizin imicini aşağı salırlar”.
***
Müharibə veteranının düşdüyü vəziyyətə münasibət bildirmək üçün ƏƏSMN-ə müraciət etdik. Lakin Nazirliyin mətbuat xidmətindən bizə bildirildi ki, pensiya və müavinətlərin bərpası üçün I Qarabağ müharibəsi veteranı xidmət etdiyi hərbi hissənin müvafiq bölməsinə müraciət etməli və əlilliyə görə yenidən bütün yoxlamalardan keçməlidir. Bizə izah edilmədi ki, bütün bu prosedurlar niyə birdən-birə lazım oldu, çünki İsmiyevin hərbi biletində hər şey aydın yazılıb və şikayətçinin bizə təqdim etdiyi statusların etibarlılığını təsdiq edən çoxlu sənədlər var.
***
Deputat Jalə Əliyeva Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclaslarından birində əlilliklə bağlı problemi birbaşa qeyd edib: “Hələ də bu məsələlərlə bağlı onlarla məktub alırıq. Prosesdə müəyyən boşluqlar var və vətəndaşlar müəyyən problemlərlə üzləşirlər. Məsələ ombudsman institutu tərəfindən nəzarətə götürülüb”.
ƏƏSMN yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 2023-cü il üzrə hesabatında qeyd edib ki, əlilliyin təyin edilməsi üçün vətəndaşlar tərəfindən təqdim edilən tibbi arayışların yalnız 43 faizi həqiqi olub. “Ümumilikdə, ötən il əlilliklə bağlı 70 mindən çox müraciət edilib. Öz növbəsində, əlilliyin yenidən təyin edilməsi ilə bağlı müraciətlərin sayı yarıbayarı azalıb”, - deyə Agentliyin rəhbəri Anar Bayramov bildirib.
Cari ilə gəlincə, yanvar-fevral aylarında Agentlik tərəfindən 7,9 min nəfər əlil müəyyən edilib. Onlardan 3,8 min nəfəri ilkin, 4,1 min nəfəri isə təkrar əlillik dərəcəsi alıb.
***
Nədənsə, deyəsən, Rəşid İsmiyev də Dövlət Agentliyinin yaxşı hesabat verməsi üçün tələb etdiyi 47 faizin içinə düşüb.
Rəsmilərə xatırlatmaq istərdik ki, Birinci Qarabağ müharibəsindən keçənlər 1960-1970-ci illərdə anadan olanlardır. Məsələn, veteranımızın indi 61 yaşı var. Onların demək olar ki, heç biri heç bir psixoloji reabilitasiya keçməyib, posttravmatik sindromlardan müalicə almayıb, heç bir müayinədən keçməsə belə, onları sağlam hesab etmək olmaz. Müharibə onu keçən hər kəsdə iz buraxır. Üstəlik, R.İsmiyevin ona təklif olunan bütün prosedurlardan keçdikdən sonra səhhətinin yaxşılaşacağına, əlil arabasından düşüb işə gedəcəyinə inanmaq sadəlövhlükdür. Yaşı 60+ olan veteranı kim işə götürəcək?
Yaxın keçmişdən bir əhvalat yadımdadır: 33 yaşlı İkinci Qarabağ müharibəsi əlilinin uzun müddət idarədən idarəyə, bir şöbədən digərinə göndərilməsindən sonra bir daha paytaxtın mərkəzi klinikalarının birinin baş həkimi bütün möhürləri vurub dedi ki, vətəndaş yenidən sənədlərlə birlikdə reabilitasiya mərkəzinə qayıtmalıdır. Bu süründürməçiliyə dözməyən gənc oğlan düz qəbul otağında orada duran nəhəng güzgünü başı ilə sındırdı... Xoşbəxtlikdən, baş həkim bunu sakitliklə qarşıladı, yaranın müalicəsinə kömək etdi, veteranı sakitləşdirdi və öz klinikası çərçivəsində müharibədən sonrakı sindromun müalicəsi üçün psixoterapiya tövsiyə etdi.
Bütün bu bürokratik əngəllərlə, dövlətimizin bütövlüyü uğrunda canından, gəncliyindən keçmiş insanların sağlamlıqlarının qalıqlarını da əllərindən almağa dəyərmi? Baxmayaraq ki, Milli Məclis, Konstitusiya Məhkəməsi və Prezident İlham Əliyev hər iki Qarabağ müharibəsi veteranlarının həyatını sadələşdirmək üçün hər şeyi edib. Lakin ayrı-ayrı məmurların səyləri nəticəsində hər şeyin üstündən xətt çəkilir...
***
Bundan sonrakı prosesləri, Rəşid İsmiyevin məhkəməsini izləməyə və bu barədə oxucularımıza məlumat verməyə çalışacağıq.
Alyona Myasnikova, AYNA
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Talıbovlar qayıdır: BACANAQ QOLLARINI ÇIRMALADI... - İLGİNC...
Bu gün, 19:02 |
|
|
|
• Ermənistan terrorçuların həbsi ilə bağlı əməkdaşlıq EDƏ BİLƏR - AÇIQLAMA
Bu gün, 19:00 |
|
|
|
• Texnologiyanın yeni BƏLASI: - “Deep Fake” ilə necə MÜBARİZƏ APARMALI?
Bu gün, 18:58 |
|
|
|
• 20 min manatlıq yerli avtomobili kim alır? - Ekspert danışır...
Bu gün, 18:56 |
|
|
|
• Türkiyə nümayəndə heyətinin Azərbaycana səfəri davam edir
Bu gün, 18:03 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni şirkət yaradıb
Bu gün, 18:01 |
|
|
|
• Alternativ hərbi xidmət: - “Bu, sovetlər dövründən qalma bir sistemdir”
Bu gün, 18:00 |
|
|
|
• Bölgəmizdəki təhdidlərə cavab vermək hədəflərdən biridir - AKTUAL
Bu gün, 17:58 |
|
|
|
• "Müəllimi bu həddə çatdırmaq olmaz" - ETİRAZ
Bu gün, 17:48 |
|
|
|
• Məktəbdə QALMAQAL!: Müəllim direktoru məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:44 |
|
|
|
• Gömrükdə sifarişlərim saxlanılır - Kəmalə Piriyeva
Bu gün, 17:40 |
|
|
|
• Qərb İrəvanı təsir obyektinə çəkməyə çalışır - Gerasimov
Bu gün, 17:37 |
|
|
|
• Hafiz Hacıyev ayaqqabılarını “prakata” verir – Qiymət
Bu gün, 17:27 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları"na məxsus şirkətin adı dəyişdirilib
Bu gün, 17:23 |
|
|
|
• Gürcüstan arzusuna çatdımı? - Prezident iqamətgahı tərk etməsə...
Bu gün, 17:14 |
|
|
|
• ATƏT-in Minsk qrupu çoxdandır fəaliyyətsizdir və ləğv edilməlidir - ŞƏRH
Bu gün, 17:10 |
|
|
|
• Sıra Nazilə Səfərliyə gəldi... - AÇIQLAMA
Bu gün, 17:05 |
|
|
|
• İsa İsayev 2,3 milyon kapital ilə yaradılan daha 2 şirkətə rəhbərlik edəcək - DETALLAR
Bu gün, 17:03 |
|
|
|
• Daha bir estetik əməliyyat faciəsi: Baş həkim həmkarının burnunu tanınmaz hala saldı - FOTO
Bu gün, 16:57 |
|
|
|
• Suriya-Türkiyə münasibətləri strateji məzmun daşıyacaq
Bu gün, 16:53 |
|
|
|
• Ermənistan sülh əvəzinə yeni ərazi istədi – Köçəryandan iddia
Bu gün, 16:50 |
|
|
|
• Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edilib - Polis əməliyyatı
Bu gün, 16:48 |
|
|
|
• İrəvandan Zəngəzur açıqlaması: - “Mümkün deyil”
Bu gün, 16:46 |
|
|
|
• Gəncədə məktəbli məktəblini bıçaqlayıb
Bu gün, 16:42 |
|
|
|
• Azay Möhnətovun qalmaqallı bazarında nə baş verir? - İLGİNC...
Bu gün, 16:41 |
|
|
|
• Azərbaycanın İnterpola verdiyi şəxs bu ölkədə tutuldu
Bu gün, 16:34 |
|
|
|
• "Mən hakim ola-ola 50 min manata mebel ala bilmirəm" - "İnstapower" işində maraqlı faktlar açıqlandı
Bu gün, 16:32 |
|
|
|
• Kürdəmir rayon prokuroru müavininin işinə xitam verilib
Bu gün, 16:30 |
|
|
|
• “Gecə 11-də özünü yalandan yerə yıxıb ki, ölürəm” - TƏFƏRRÜAT
Bu gün, 16:28 |
|
|
|
• Sabah MSK-da bələdiyyə seçkiləri ilə əlaqədar yaradılan işçi qrupların iclası keçiriləcək
Bu gün, 16:23 |
|
|
|
• Ramalın ayaqqabısının qiyməti ŞOK ETDİ: - “Bir evin pulu…”
Bu gün, 16:21 |
|
|
|
• Bələdiyyə seçkiləri üçün daha iki siyasi partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb
Bu gün, 16:19 |
|
|
|
• Nazir rəisi işdən çıxardı, başqa vəzifə verdi - Yeni təyinatlar
Bu gün, 16:17 |
|
|
|
• “Binokl diplomatiyası”: Ermənistan davamlı sülhdə maraqlı deyil? - GÖRÜNƏNİ BUDUR
Bu gün, 16:13 |
|
|
|
• “Nar”ın tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı təşkil edildi
Bu gün, 16:12 |
|
|
|
• Nazirin köməkçisi bacısından sonra atasını da İTİRDİ
Bu gün, 16:09 |
|
|
|
• “İraqda mənə qarşı iki sui-qəsd hazırlanmışdı” - Roma Papası
Bu gün, 16:08 |
|
|
|
• “Paşinyan sülh müqaviləsi ilə bağlı prosesi ona görə uzadır ki…” - İqbal Ağazadə
Bu gün, 15:36 |
|
|
|
• Ermənilərin gözü Bakıda: Tarixi etiraf olacaq, siyahıda onlar da var - GƏLİŞMƏ
Bu gün, 15:34 |
|
|
|
• Zaxarova əsəbiləşdi: - Bu sualı İrəvana verin!
Bu gün, 15:33 |
|
|
|
• Niyə kiçik mağazalar “Card-to-Card”a üstünlük verir və vergi idarəsi bundan necə xəbər tutur? - AKTUAL
Bu gün, 15:29 |
|
|
|
• Tərtər rayonunda “Mülki müdafiə sahəsində 2024-cü ilin yekunu, 2025-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib
Bu gün, 15:26 |
|
|
|
• Ərdoğan və Makron arasında telefon danışığı olub
Bu gün, 15:25 |
|
|
|
• Xaricə satdığımız elektrik enerjisinin dəyəri 16 qəpikdən 9 qəpiyə düşüb
Bu gün, 15:24 |
|
|
|
• Məhkəmədən Xoşqədəm Hidayətqızına daha bir QADAĞA
Bu gün, 15:22 |
|
|
|
• "Həyat yoldaşı adamı qocaldır" - Əməkdar artist
Bu gün, 15:18 |
|
|
|
• "Gold Məkan" tikinti şirkəti sakinlərin evini başlarına uçurur – ŞİRKƏT RƏHBƏRLİYİ MƏHKƏMƏ QƏRARINA MƏHƏL QOYMUR
Bu gün, 15:14 |
|
|
|
• ŞOK İDDİA: İsrail helikopteri Dəməşqə ENDİ - 20 dəqiqəlik GİZLİ ƏMƏLİYYAT
Bu gün, 15:02 |
|
|
|
• Prezident “Washington Post”, “New York Times”, “Figaro” və “Le Monde”ni “yalançı dördlük” adlandırıb
Bu gün, 14:57 |
|
|
|
• "Amerikanın səsi” və “Azadlıq radiosu” kimi əlaltı resursları vasitəsilə ölkəmizə qara yaxırlar - Prezident İlham Əliyev
Bu gün, 14:52 |
|
|
|
|