Hakimiyyətin yuxarı eşalonu SİLKƏLƏNİR... - Samir Şərifov da gedir, yenilərdən isə...
Tarix: 18-01-2023, 11:26 |
Çap et
DİA.AZ: - Bir neçə gün əvvəl belə bir informasiya yayıldı ki, Azərbaycan Respublikası Baş nazirinin 1-ci müavini Yaqub Eyyubovun yaxın vaxtlarda vəzifəsindən kənarlaşdırılması gözlənilir. DİA.AZ bildirir ki, bu xəbərə paralel olaraq yerli KİV-də Rusiya yanlısı kimi təqdim olunan Yaqub Eyyubovun xaricə astrinomik məbləğdə vəsait çıxarması da ictimailəşdi.
Bununla bağlı DİA.AZ-a daxil olan son informasiyalardan aydın olur ki, Yaqub Eyyubov adı gedəcəklər siyahısında olan yeganə şəxs deyil. Mənbənin söylədikləri:
"Eyni zamanda Maliyyə Naziri Samir Şərifov da işdən çıxarılacaq. Samir Şərifov hələ "ABB işi" zamanı həbsdən canını qurtara bilmişdi.
Samir Şərifovdan savayı, yeni kadrlardan bəziləri - konkret olaraq Kənd Təsərrüfatı Naziri İnam Kərimov da görəvdən alınacaq.
Kəmaləddin Heydərovun FHN şefi postunda son günlərini keçirdiyi mətbuatda yazılıb və həqiqətdir".
Mənbə diaaz.space-a açıqlamasında eyni zamanda NK strukturlarında total təmizləmələrə gediləcəyini də bildirib.
Bizi izləyin. Əlavə bilgilərimiz olacaq...