MN-də TƏMİZLƏMƏ DURDUMU? - Hələ küncdə-bucaqda qalanlar var...
Tarix: 18-03-2022, 11:26 | Çap et
gün öncə Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi Fikrət Mirzəyev DTX-də davam edən cinayət işi üzrə saxlanılıb. O, xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilir. Fikrət Mirzəyevə qarşı Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham irəli sürülüb. Məlumat üçün qeyd edək ki, polkovnik Fikrət Mirzəyev 2020-ci il iyun ayında MN-dəki vəzifəsindən çıxarılıb. Bu faktı nə üçün xatırlatdıq..? Gündəlik-Bakı olaraq illər öncə Müdafiə Nazirliyində baş verən rüşvət və korrupsiya əməlləri ilə bağlı konkret olaraq faktlara söykənən araşdırma yazıları dərc etmişik. Əlbəttə, biz 44 günlük Vətən müharibəsində torpaqlarımızı erməni faşistlərdən azad edən ordumuzla fəxr edirik, amma... Əmması odur ki, Gündəlik-Bakı 10 ilə yaxındır ki, Müdafiə Nazirliyi sistemində olan korrupsiya əməllərindən yazır. Biz bir media olaraq neçə illərdir yazırıq ki, Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi dövlətin hərbçilərimiz üçün ayırdığı milyonları mənimsəyir, hərbçilər illərlə mənzil növbəsi gözləyir, amma orduya heç bir dəxli olmayan şəxslər mənzil alır... Gündəlik-Bakı olaraq uzun illər barəsində yazdığımız və ciddi təhdidlərlə üzləşdiyimiz bəzi generallar son vaxtlar dalbadal həbs olunur. Biz Gündəlik-Bakı olaraq MN-nin Baş Qərargah rəisi Nəcməddin Sadıkovun, onun müavini olmuş, Maddi Texniki Təminat Baş İdarəsinin rəisi, general Nizam Osmanovun və general Xaqani Cəbrayılovun əməllərindən kifayət qədər yazmışıq. Son vaxtlar haqqında yazdığımız yüksək rütbəli hərbiçilər ya ordudan uzaqlaşdırılır, ya da həbs olunurlar. Gündəlik-Bakı bu şəxslər barəsində yazanda bu şəxslərin barəsində yazmağa ciddi SENZURA qoyulmuşdu. Amma biz bir media olaraq yazırdıq... Bəli, Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi Fikrət Mirzəyev həbs olundu. Bəs, Fikrət Mirzəyevin “şefi”, MN-nin Maddi Texniki Təminat Baş İdarəsinin rəisi, general Nizam Osmanov niyə həbs olunmur ? Axı, Fikrət Mirzəyev Nizam Osmanovun icazəsi olmadan heç bir addım ata bilməzdi. Bəli, hərbçilərin mənzil problemi üçün dövlətin ayırdığı milyonları mənimsəyən Nizam Osmanov olub. Fikrət Mirzəyev isə sadəcə, JEK rəisi olub. İndi necə olur ki, Fikrət Mirzəyev həbs olunur, Nizam Osmanov isə nazir müavini, Baş idarənin rəisi vəzifəsində qalır..? Daha bir fakta nəzər salaq. Bir müddət əvvəl Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov həbs olundu. Və general-mayor hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyatla saxlanıldı. Bakı Hərbi Məhkəməsinin qərarı ilə Nizami Məmmədov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçildi. İlkin məlumata görə, Nizami Məmmədov 80 milyon miqdarda mənimsəmədə təqsirləndirilir. Biz Gündəlik-Bakı olaraq bu generallar barəsində illər öncə yazmışıq və onların neqativ əməllərini ictimailəşdirmişik. Və buna görə bizə ciddi təzyiqlər olub. Bu gün də həmin araşdırma yazılarımızı davam etdiririk. Və soruşuruq ki, dövlətin müdafiə sisteminə ayırdığı milyonları mənimsəyən general Xəqani Cəbrayılov necə azadlıqda ola bilər ? Aşağı rütbəli hərbçi məmurlar həbs olunur, amma onun rəhbəri toxunulmaz qalır... Yaxud Gündəlik-Bakının neçə illərdir ki, yazdığı Rəşad Quliyev niyə cəzasız qalmalıdır ? Söhbət Bakıda yerləşən Mərkəzi Ordu İdman Klubunun ( MOİK ) sabiq rəisi polkovnik-leytenant Rəşad Quliyevdən gedir. Bu adam MOİK-i uzun illər rüşvət və korrupsiya yuvasına çevirdi. Təsəvvür edirsiniz, bu hərbi hissədə qulluq etməyin qiyməti nə az, nə çox, 40-50 min arasında olub. İndi bu rəqəmi vurun əsgərlərin sayına, sonra alınan nəticəni illərə vurun...və görün Rəşad Quliyev neçə milyonları qazanıb. Sözün qısası, Rəşad Quliyev bu illər ərzində milyonlara sahib oldu. Sonradan onun vəzifəsi bir az da böyüdü və Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində polkovnik rütbəsində, İdman kafedrasında idman rəisi kimi çalışır. Bu illər ərzində Rəşad Quliyev qazandığı milyonlar hesabına milyonluq obyektlərə, mülklərə, bahalı mənzillərə, avtomobillərə sahib oldu. Rəşad Quliyevin Badamdar qəsəbəsində 10 milyon dəyəri olan “Olive Garden” restoranı, villası var. Bəs, Rəşad Quliyev niyə həbs olunmur ? Bir sözlə, Gündəlik-Bakının 10 ilə yaxındır ki, apardığı mübarizə öz nəticəsini verməkdədir. Düşünürük ki, yaxın zamanda haqq-ədalət öz yerini tapacaq və orudmuza ziyan vuran bəzi “generallar” layiq olduğu cəzanı alacaqlar. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Deputatımızın bahalı obyekti XARABA GÜNƏ QALDI - FOTO
Bu gün, 08:36 |
|
|
|
• Naxçıvanda ÜÇ DƏFƏ AZ pərakəndə ticarət dövriyyəsi... - Rəqəmlər düz gəlmir, cənab Nəcəfli...
Bu gün, 08:30 |
|
|
|
• Azərbaycanda aktyor vəfat edib
Bu gün, 08:27 |
|
|
|
• Qərb Azərbaycanın müstəqil siyasət həyata keçirməsinə mane olmağa çalışır - deputat
Bu gün, 07:32 |
|
|
|
• Zaur Hüseynov niyə işdən çıxarıldı? - İLGİNC DETALLAR
Bu gün, 07:27 |
|
|
|
• İllər öncə sənətə gəlsə də...
Bu gün, 07:24 |
|
|
|
• Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt” - BU NƏDİ BELƏ?
Bu gün, 07:20 |
|
|
|
• Qərb Moskvaya qarşı bu “silahı” işə salır – “Rusiyanı çökdürmək… “
Bu gün, 07:18 |
|
|
|
• Kiyev rus qazını kəsir: Avropa istilik problemi ilə üz-üzə - NƏ BAŞ VERİR?
Bu gün, 03:11 |
|
|
|
• Məktəblərdə istilik problemi varmı? - AKTUAL
Bu gün, 03:09 |
|
|
|
• Suriyanın “açarı” kimdədir? - Türkiyədə, ya da 300 milyard dolları kim versə, onda...
Bu gün, 03:06 |
|
|
|
• MİDA hamını BOĞAZA YIĞIB... - öz qaydaları ilə...
Bu gün, 03:04 |
|
|
|
• "Cəmiyyət və dövlət susur deyə əxlaqsızlığın sayı artır" - - ETİRAZ
Bu gün, 02:59 |
|
|
|
• 'Expargo' karqoları BELƏ GECİKDİRİR - Yolda olan bağlama yenidən çeşidləməyə necə qayıtdı?
Bu gün, 02:55 |
|
|
|
• Elçin Lənbəranski hüquq-mühafizə orqanlarına səsləndi - "Bu binamusları həbs edin..."
Bu gün, 02:51 |
|
|
|
• Azərbaycanda 24 illik şirkət - LƏĞV EDİLİR
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 10 manat nizamnamə kapitalı olan kredit şirkəti yaradılıb
Bu gün, 00:02 |
|
|
|
• ABŞ-da Tərlan Əhmədova yüksək vəzifə verildi
Dünən, 20:30 |
|
|
|
• Zaur Hüseynov “Bakı Metropoliteni” QSC-nin sədri vəzifəsindən azad edilib, yeni təyinat olub
Dünən, 20:24 |
|
|
|
• Paşinyanın “təkliflər oyunu"
Dünən, 19:00 |
|
|
|
• Bu şirkət Ağdərədə 2,3 milyon manata 90 evi təmir edəcək - TENDER NƏTİCƏSİ
Dünən, 18:58 |
|
|
|
• ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı TƏLƏB: - “İrəvan bunda maraqlı deyil”
Dünən, 18:00 |
|
|
|
• Hesablama Palatası Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətində nöqsanlar AŞKAR EDİB
Dünən, 17:31 |
|
|
|
• İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinə yeni müşavir təyin edilib - ƏMR
Dünən, 17:26 |
|
|
|
• Suriyadan sonra: İran atom bombası əldə etməyə tələsir - “Nezavisimaya qazeta”
Dünən, 17:23 |
|
|
|
• Sülh müqaviləsi şübhə altında - İNCƏLƏMƏ
Dünən, 17:19 |
|
|
|
• Bakıda iranlı narkotik tədarükçüsü ifşa olundu - Polis əməliyyatı
Dünən, 17:17 |
|
|
|
• Fərhad Əhmədovun adı “Böyük Manipulyator”a necə düşdü? - Böyük Manipulyator
Dünən, 17:14 |
|
|
|
• "Öz ölkəsində ölüm hökmü olan Qərb ölkələrinin səfirləri ölkəmizdə "beynəlxalq hüquq"dan danışır"
Dünən, 17:04 |
|
|
|
• Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi işindəki nöqsanlara görə cərimə edildi - TƏFƏRRÜAT
Dünən, 17:00 |
|
|
|
• Zəngəzur dəhlizi olmayacaqsa, Ermənistan dalan ölkəsi olaraq qalacaq
Dünən, 16:58 |
|
|
|
• "Yelo Bank"ın kritik maliyyə hesabatları - Ehtiyatlar azalıb
Dünən, 16:42 |
|
|
|
• Yaşar Əliyev illər uzunu tutduğu vəzifədən alınaraq... - YENİ TƏYİNAT
Dünən, 16:37 |
|
|
|
• Azərbaycan Qətərə yeni səfir TƏYİN EDİB
Dünən, 16:35 |
|
|
|
• Tofiq Musayev Azərbaycanın BMT yanında daimi nümayəndəsi təyin edilidi - SƏRƏNCAM
Dünən, 16:34 |
|
|
|
• Azərbaycanın Niderlanda yeni səfiri təyin edilib - FOTO
Dünən, 16:32 |
|
|
|
• Azərbaycan İndoneziyaya yeni səfir TƏYİN EDİB
Dünən, 16:31 |
|
|
|
• Cəlal Mirzəyev səfir vəzifəsindən geri çağırılıb - SƏRƏNCAM
Dünən, 16:29 |
|
|
|
• “Gədəbəyin dağ kəndlərində də kilsələr tikilsin, biz də qaz üzü görək” - SAKİNLƏR ÇARƏSİZDİR
Dünən, 16:23 |
|
|
|
• Qulu Məhərrəmliyə Prezidentin fərdi təqaüdü verilib - SƏRƏNCAM
Dünən, 16:17 |
|
|
|
• Bakıda həbsxanada MƏHKUM ÖLDÜ
Dünən, 16:13 |
|
|
|
• Prezident İlham Əliyev Mayıl Əhmədovu 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif etdi - SƏRƏNCAM
Dünən, 16:12 |
|
|
|
• Dəməşqdə mitinq – Colani administrasiyasına ETİRAZ
Dünən, 16:06 |
|
|
|
• AYNA bir “texniki" nasazlığın əlində qalıb – Problem niyə həll olunmur?
Dünən, 16:02 |
|
|
|
• Tramp Aİ-ni hədələyir, ABŞ-dan daha çox neft və qaz almağı tələb edir - "Bloomberg”
Dünən, 15:59 |
|
|
|
• “Saf Farma“-nın “əldən satış“ biznesinin gizlinləri - Şirkət vergidən belə yayınır...
Dünən, 15:57 |
|
|
|
• Fuad Nəcəfli ÖZÜNDƏN PADŞAH DÜZƏLDİR? - BU NƏDİ BELƏ?..
Dünən, 15:50 |
|
|
|
• Putin müsahibədə Əliyevdən bu iki cavabı gözləyirdi – Daniyelyan
Dünən, 15:47 |
|
|
|
• Azərbaycanda 3600 manata bayramı qeyd edənlər var - "Tələbat olacaqsa, qiyməti daha da qaldıracaqlar..."
Dünən, 15:41 |
|
|
|
• 32 yaşlı Səmra çılpaq şəkli ilə gündəmdə - FOTO
Dünən, 15:37 |
|
|
|
|