Deputatımızın bahalı obyekti XARABA GÜNƏ QALDI .....                     Naxçıvanda ÜÇ DƏFƏ AZ pərakəndə ticarət dövriyyəsi... .....                     Azərbaycanda aktyor vəfat edib .....                     Qərb Azərbaycanın müstəqil siyasət həyata keçirməsinə mane olmağa çalışır .....                     Zaur Hüseynov niyə işdən çıxarıldı? .....                     İllər öncə sənətə gəlsə də... .....                     Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt” .....                     Qərb Moskvaya qarşı bu “silahı” işə salır .....                     Kiyev rus qazını kəsir: Avropa istilik problemi ilə üz-üzə .....                     Məktəblərdə istilik problemi varmı? .....                     Suriyanın “açarı” kimdədir? .....                     MİDA hamını BOĞAZA YIĞIB... .....                     "Cəmiyyət və dövlət susur deyə əxlaqsızlığın sayı artır" - .....                     'Expargo' karqoları BELƏ GECİKDİRİR .....                     Elçin Lənbəranski hüquq-mühafizə orqanlarına səsləndi .....                     Azərbaycanda 24 illik şirkət .....                     Azərbaycanda 10 manat nizamnamə kapitalı olan kredit şirkəti yaradılıb .....                     ABŞ-da Tərlan Əhmədova yüksək vəzifə verildi .....                     Zaur Hüseynov “Bakı Metropoliteni” QSC-nin sədri vəzifəsindən azad edilib, .....                     Paşinyanın “təkliflər oyunu" .....                     Bu şirkət Ağdərədə 2,3 milyon manata 90 evi təmir edəcək .....                     ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı TƏLƏB: .....                     Hesablama Palatası Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətində nöqsanlar .....                     İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinə yeni müşavir təyin edilib .....                     Suriyadan sonra: İran atom bombası əldə etməyə tələsir .....                     Sülh müqaviləsi şübhə altında .....                     Bakıda iranlı narkotik tədarükçüsü ifşa olundu .....                     Fərhad Əhmədovun adı “Böyük Manipulyator”a necə düşdü? .....                     "Öz ölkəsində ölüm hökmü olan Qərb ölkələrinin səfirləri .....                     Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi işindəki nöqsanlara görə cərimə edildi .....                     Zəngəzur dəhlizi olmayacaqsa, .....                     "Yelo Bank"ın kritik maliyyə hesabatları .....                     Yaşar Əliyev illər uzunu tutduğu vəzifədən alınaraq... .....                     Azərbaycan Qətərə yeni səfir .....                     Tofiq Musayev Azərbaycanın BMT yanında daimi nümayəndəsi təyin edilidi .....                     Azərbaycanın Niderlanda yeni səfiri təyin edilib .....                     Azərbaycan İndoneziyaya yeni səfir .....                     Cəlal Mirzəyev səfir vəzifəsindən geri çağırılıb .....                     “Gədəbəyin dağ kəndlərində də kilsələr tikilsin, biz də qaz üzü görək” .....                     Qulu Məhərrəmliyə Prezidentin fərdi təqaüdü verilib .....                 

Evi yıxılan AZƏRBAYCAN TƏHSİLİ... - BELƏ HARA GEDİRİK?
Tarix: 7-03-2022, 10:52 | Çap et
Evi yıxılan AZƏRBAYCAN TƏHSİLİ...
8.2. Azərbaycanda təhsilin əsas məqsədi:

Azərbaycan Respublikasında təhsilin əsas məqsədi aşağı­da­kı­lar­dır və bunlar “Təhsil haqqında Azərbaycan Res­pub­li­ka­sı­nın Qa­nu­nu”nda rəsmiləşdirilmişdir:
- Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xal­qın milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hü­quq­ları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ide­yalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəx­siyyət yetişdirmək;

Təbii ki, qanunda qeyd edilən məqsədlərə çatmaq üçün təhsildə keyfiyyət mütləqdir. Keyfiyyətin təminatçısı isə təhsil ocaqları və ümumiyyətlə təhsil sahəsində çalışan hər kəsdir. Keyfiyyətsiz təhsil, sadalanan məqsədlərin tam əksini yetişdirir. Təəssüflər olsun ki, son bir neçə ildə sosial şəbəkələrdən və müstəqil mediadan təhsil barəsində oxuduğumuz, gördüyümüz valideyin, şagird, müəllim narazılıqları, təhsil ocaqlarında rüşvət, özbaşınalıq və sair, artıq demək olar ki, çox valideynləri az qala övladlarını təhsildən uzaqlaşdırma həddinə çatdırıb. İndi bəzi valideynlər əsrlər öncə olduğu kimi məktəblərdən qorxmağa, ehtiyat etməyə başlayıb. Bu hal hər dövrün şairi rəhmətlik Mirzə Ələkbər Sabirin şeirini xatırladır.

"Satmaram öz əqlimi siz kimi laməzhəbə,
Razıyam оğlum gеdə qəbrə, – nə ki məktəbə!
Məktəb adın çəkməyin, – məl’əbədir, məl’əbə!..
Əlhəzər, оndan həzər, оxutmuram, əl çəkin!
Еyləməyin dəngəsər, оxutmuram, əl çəkin!

Bəsdir о bildikləri, kaş оnu da bilməsə!
Canıma оlsun fəda bir də üzü gülməsə!
Ta ki, о zеhnindəki fikrləri silməsə,
Sanma оla bəxtəvər, оxutmuram, əl çəkin!
Еyləməyin dəngəsər, оxutmuram, əl çəkin!"


Bu gün müasir Azərbaycan təhsilinə nəzər saldıqda, dahi şairin məhz bu satirik şeiri yada düşürsə, vay gələcəyimizin halına...

Azərbaycan təhsili inkişaf etmək yerinə, hər gün sürətlə geri gedir. Buna səbəb isə sözügedən sahədə rəhbər vəzifələrə malik olduğu elmə görə deyil, şəxsi maraqlar naminə təyinatların olmasıdır. Belə düşünməyə isə dəfələrlə vurğuladığımız, direktorluq müsabiqələrində yüksək nəticələr toplamış müəllimlərin hələ də məqsədlərinə çata bilməməsi, eyni zamanda müsabiqələrdə iştirak etmədən, direktor vəzifəsinə yiyələnən direktor əvəzi şəxslərin bu gün yüzlərlə şagirdin təhsil aldığı təhsil müəssisələrinə rəhbərlik etmələridir.

Yaşlı nəslin nümayəndələri yaxşı xatırlayar, əvvəllər bütün imtahanlar test deyil, "bilet çəkmə" üsulu ilə aparılır, seçimə görə iki cür - yazılı, yaxud şifahi formada imtahan verilirdi. Özü də yalnız orta məktəbdə öyrəndikləri ilə. Lakin, təhsil müasirləşdikcə, yeni üsullar - valideynlərin "repetitr" adlandırdıqları, müəllimlər meydana çıxdı.

Qeyd: Ana dilimizə "dağ çəkən" ifadələrdən daha biri olan bu söz, valideynlərin "repetitr" dediyi, əslində isə "repeating" sözüdür. İngilis dilindən tərcümədə, "təkrar edən" deməkdir. Yəni, orta məktəbdə öyrəndiklərini təkrar edən.

Sözügedən "repetitr"lar meydana çıxdıqdan sonra, orta məktəblərdə təhsilin səviyyəsi daha da aşağı düşdü. Şagirdlər dərsdən sonra, orta məktəbdə onlara dərs verən eyni müəllimlərin yanına hazırlığa gedirlər. Maraqlıdır, əgər həmin müəllimlər normal təhsil verə bilirlərsə, əlavə hazırlıq nəyə lazım? Yox əgər orta məktəblərdə normal təhsil öyrədilmirsə, həmin müəllimlərdən əlavə dərs almaq nə işə yarayır?

Demək ki, təhsil övladlarımızı məqsədli şəkildə, maddi maraqlar naminə cahilliyə sürükləyir. Zatən, "məktəbdə normal dərs keçilmir" - deyən valideyinin, övladını həmin məktəbin müəlliminin yanına hazırlığa göndərməsinin özü də cahillik əlamətlərindən biridir. Təəccübləndirici tərəfi isə odur ki, bütün bunlara məktəb direktorları özü şərait yaradır və eyni zamanda Təhsil Nazirliyi də lap əvvəldən məsələdən xəbərdardır. Lakin, bunun üçün - məktəblərdə təhsilə "qəsd"in qarşısını almaq üçün heç bir addım atmır. Əksinə, bəzi beynini işə salaraq deyil, əlini cibinə salaraq, diplom əldə edən müəllimlərin məktəblərdə hələ də çalışmasına deyil, məhz nazirliyin özünün tətbiq etdiyi qaydalara uyğun olaraq, müsabiqələrdə yüksək nəticələr toplayanlara süni əngəllər yaradılır və gözlətməkdə davam etdirilir.

Çox da uzaq olmayan keçmişimizdə Binəqədi rayon Sulutəpə qəsəbəsində, 217 saylı tam orta məktəbin keçmiş 72 yaşlı direktoru (Alı Qocayevin həyat yoldaşı) Bənövşə Cəfərovanın yaşına, kim olduğuna və direktor kimi son çıxışına nəzər saldıqda, direktor olmaq üçün tələb olunan "vacibatlar"ın nələrdən ibarət olduğu aydın görünür. Doğrudur, Bənövşə xanımın məktəb tədbirində ucadan səsləndirdiyi paposlu çıxışı, ictimai qınağa səbəb oldu. Yəni, el dili ilə desək, "əl-ətəyini yığıb-yığışdıra bilmədilər". Nəticədə isə xanımın direktorluq fəaliyyətinə son verildi.

Yeri gəlmişkən, Bənövşə xanım da Gəncə müəllimlər institutunu bitirib. Bir İcra Hakimiyyətində önəmli vəzifə daşıyan şəxslərdən biri Gəncə müəllimlər institutu haqqında belə bir ifadə işlətmişdir ki, "Gəncə müəllimlər institutunda, kim pul verirsə, elə ordaca dizlərinin üstündə bir diplom yazıb verirlər". Məhz buna görə, Gəncə müəllimlər institutunun fəaliyyətinə 2013-cü ildə son verildi. Lakin, təəssüflər olsun ki, sözügedən ali təhsil müəssisəsinin diplom satdığı çox şəxslər var ki, hələ də təhsil müəssisələrində müəllim kimi fəaliyyət göstərirlər. Bir də nə yazıq ki, eyni qayda ilə diplom əldə etmək, başqa təhsil müəssisələrində hələ də mümkündür. Bu cür saxta yolla müəllim adını qazanan müəllimlərin bir neçəsini də pandemiya dövründə, "online" (distant) dərslər zamanı görmüş olduq. Maraqlıdır ki, yayılmış videogörüntülərini izləyib, güldüyümüz həmin müəllimlər, hələ də gələcəyimiz üçün zərərli olan fəaliyyətlərini davam etdirirlər.

"İndi bütün iş dolanıb lağlağa,
Dərs oxudur hər başı fəsli çağa,
Etdiyi tədrisi ilan, qurbağa,
Dərs deyil, hərzəvü hədyandı bu!
Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!..

Mən dəyişib şiveyi-əcdadımı,
Böylə oda salmaram övladımı!
Eyləmərəm dinsiz öz əhfadımı!
At çölə getsin, nə dəbistandı bu?!
Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!
Elm adına bir quru böhtandı bu!
Mirzə Ələkbər Sabir"


Görəsən, o adi "vurma-bölmə"də çətinlik çəkən riyaziyyat müəllimi, ingilis dilini kitabdan olduğu kimi oxuyub, Azərbaycan ləhçəsində şagirdlərə sırıyan qocaman ingilis dili müəllimi (və s...) müəyyən zamanlarda müəllimlər üçün keçirilən imtahanlarda yüksək demirik, normal nəticələr toplayıbmı?! Sizi bilmirik, bizim üçün şübhəlidir. Daha doğrusu, ümumiyyətlə inandırıcı deyil.

Mövzuya qayıdacağıq.

DogruXeber.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Deputatımızın bahalı obyekti XARABA GÜNƏ QALDI - FOTO
Bu gün, 08:36
Naxçıvanda ÜÇ DƏFƏ AZ pərakəndə ticarət dövriyyəsi... - Rəqəmlər düz gəlmir, cənab Nəcəfli...
Bu gün, 08:30
Azərbaycanda aktyor vəfat edib
Bu gün, 08:27
Qərb Azərbaycanın müstəqil siyasət həyata keçirməsinə mane olmağa çalışır - deputat
Bu gün, 07:32
Zaur Hüseynov niyə işdən çıxarıldı? - İLGİNC DETALLAR
Bu gün, 07:27
İllər öncə sənətə gəlsə də...
Bu gün, 07:24
Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt” - BU NƏDİ BELƏ?
Bu gün, 07:20
Qərb Moskvaya qarşı bu “silahı” işə salır – “Rusiyanı çökdürmək… “
Bu gün, 07:18
Kiyev rus qazını kəsir: Avropa istilik problemi ilə üz-üzə - NƏ BAŞ VERİR?
Bu gün, 03:11
Məktəblərdə istilik problemi varmı? - AKTUAL
Bu gün, 03:09
Suriyanın “açarı” kimdədir? - Türkiyədə, ya da 300 milyard dolları kim versə, onda...
Bu gün, 03:06
MİDA hamını BOĞAZA YIĞIB... - öz qaydaları ilə...
Bu gün, 03:04
"Cəmiyyət və dövlət susur deyə əxlaqsızlığın sayı artır" - - ETİRAZ
Bu gün, 02:59
'Expargo' karqoları BELƏ GECİKDİRİR - Yolda olan bağlama yenidən çeşidləməyə necə qayıtdı?
Bu gün, 02:55
Elçin Lənbəranski hüquq-mühafizə orqanlarına səsləndi - "Bu binamusları həbs edin..."
Bu gün, 02:51
Azərbaycanda 24 illik şirkət - LƏĞV EDİLİR
Bu gün, 00:05
Azərbaycanda 10 manat nizamnamə kapitalı olan kredit şirkəti yaradılıb
Bu gün, 00:02
ABŞ-da Tərlan Əhmədova yüksək vəzifə verildi
Dünən, 20:30
Zaur Hüseynov “Bakı Metropoliteni” QSC-nin sədri vəzifəsindən azad edilib, yeni təyinat olub
Dünən, 20:24
Paşinyanın “təkliflər oyunu"
Dünən, 19:00
Bu şirkət Ağdərədə 2,3 milyon manata 90 evi təmir edəcək - TENDER NƏTİCƏSİ
Dünən, 18:58
ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı TƏLƏB: - “İrəvan bunda maraqlı deyil”
Dünən, 18:00
Hesablama Palatası Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətində nöqsanlar AŞKAR EDİB
Dünən, 17:31
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinə yeni müşavir təyin edilib - ƏMR
Dünən, 17:26
Suriyadan sonra: İran atom bombası əldə etməyə tələsir - “Nezavisimaya qazeta”
Dünən, 17:23
Sülh müqaviləsi şübhə altında - İNCƏLƏMƏ
Dünən, 17:19
Bakıda iranlı narkotik tədarükçüsü ifşa olundu - Polis əməliyyatı
Dünən, 17:17
Fərhad Əhmədovun adı “Böyük Manipulyator”a necə düşdü? - Böyük Manipulyator
Dünən, 17:14
"Öz ölkəsində ölüm hökmü olan Qərb ölkələrinin səfirləri ölkəmizdə "beynəlxalq hüquq"dan danışır"
Dünən, 17:04
Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi işindəki nöqsanlara görə cərimə edildi - TƏFƏRRÜAT
Dünən, 17:00
Zəngəzur dəhlizi olmayacaqsa, Ermənistan dalan ölkəsi olaraq qalacaq
Dünən, 16:58
"Yelo Bank"ın kritik maliyyə hesabatları - Ehtiyatlar azalıb
Dünən, 16:42
Yaşar Əliyev illər uzunu tutduğu vəzifədən alınaraq... - YENİ TƏYİNAT
Dünən, 16:37
Azərbaycan Qətərə yeni səfir TƏYİN EDİB
Dünən, 16:35
Tofiq Musayev Azərbaycanın BMT yanında daimi nümayəndəsi təyin edilidi - SƏRƏNCAM
Dünən, 16:34
Azərbaycanın Niderlanda yeni səfiri təyin edilib - FOTO
Dünən, 16:32
Azərbaycan İndoneziyaya yeni səfir TƏYİN EDİB
Dünən, 16:31
Cəlal Mirzəyev səfir vəzifəsindən geri çağırılıb - SƏRƏNCAM
Dünən, 16:29
“Gədəbəyin dağ kəndlərində də kilsələr tikilsin, biz də qaz üzü görək” - SAKİNLƏR ÇARƏSİZDİR
Dünən, 16:23
Qulu Məhərrəmliyə Prezidentin fərdi təqaüdü verilib - SƏRƏNCAM
Dünən, 16:17
Bakıda həbsxanada MƏHKUM ÖLDÜ
Dünən, 16:13
Prezident İlham Əliyev Mayıl Əhmədovu 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif etdi - SƏRƏNCAM
Dünən, 16:12
Dəməşqdə mitinq – Colani administrasiyasına ETİRAZ
Dünən, 16:06
AYNA bir “texniki" nasazlığın əlində qalıb – Problem niyə həll olunmur?
Dünən, 16:02
Tramp Aİ-ni hədələyir, ABŞ-dan daha çox neft və qaz almağı tələb edir - "Bloomberg”
Dünən, 15:59
“Saf Farma“-nın “əldən satış“ biznesinin gizlinləri - Şirkət vergidən belə yayınır...
Dünən, 15:57
Fuad Nəcəfli ÖZÜNDƏN PADŞAH DÜZƏLDİR? - BU NƏDİ BELƏ?..
Dünən, 15:50
Putin müsahibədə Əliyevdən bu iki cavabı gözləyirdi – Daniyelyan
Dünən, 15:47
Azərbaycanda 3600 manata bayramı qeyd edənlər var - "Tələbat olacaqsa, qiyməti daha da qaldıracaqlar..."
Dünən, 15:41
32 yaşlı Səmra çılpaq şəkli ilə gündəmdə - FOTO
Dünən, 15:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru