"Qadın ayrılıb deyə “onunla evlənmək olmaz” düzgün düşüncə tərzi deyil" .....                     “5A Construction” şirkəti ölkədən pul çıxarıb? .....                     Culfa və Babək şəhərinin baş planının hazırlanması .....                     Tramp-Putin görüşünə hazırlıqlar başlayır .....                     "Bakıda hesab edirlər ki, bu, onlara dəhlizi nəzarətə götürmək hüququ verir" .....                     “Yararlı hərbi qulluqçular yararsız kimi qeyd olunur” .....                     Jurnalistə vəzifə verildi .....                     Neftçilərdən SOS: Heç birimizin ərzağı qalmayıb!!! .....                     Şərurda valideynlər məktəbdən İMTİNA EDİR? .....                     İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti jilet, papaq, dəbilqə, eynək alacaq .....                     Paşinyan gecikmiş etirafından peşmandır .....                     Elvin Məmmədova yeni vəzifə verildi .....                     Qardaşına görə arvadının başını kəsdi .....                     Bakıda daha bir lizinq şirkəti təsis edilib .....                     Bakı həbsxanasında .....                     Emin Əmirullayevin `skoç`lanan və tüstülənən məktəbləri... .....                     4 günlük gecikməyə görə İŞDƏN QOVULDU VƏ... .....                     “Soyuqdan donsam da, heç vaxt qazı yanılı qoyub yatmıram” .....                     Fakt istəyən nazirə FAKT YAĞIŞI davam edir... .....                     Afaqın verilişi nə vaxt yayımlanacaq? .....                     Dələduzluqda ittiham olunan “Moon Kids” uşaq bağçasının direktoru .....                     Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər NİYƏ İŞLƏMİR? .....                     Ermənistanın dəmir yolu təklifi: Paşinyan əslində nə istəyir? .....                     Geri çağrılan səfirdən GERİYƏ QALANLAR... .....                     AMEA-nın hər köşəsi BAZAR İMİŞ... .....                     Ermənistanda “iqtisadi sıçrayış” bitdi: nələr gözlənilir? .....                     Zəngəzur dəhlizi uğrunda gərgin SAVAŞ .....                     Zurabişvili İvanişvilini öz iqamətgahında danışıqlara çağırdı... .....                     `Armada` şirkəti də ÖLKƏDƏN VALYUTA ÇIXARIBMIŞ... .....                     Bu həftə ardıcıl 7 gün iş olacaq .....                     "Siyasi istəklərdə yenidən güc amili ön plana çıxır" .....                     Qrenlandiya Amerikanın mülkiyyətinə keçməlidir .....                     Müştərilər üçün KAPTAL BANK məngənəsi... .....                     "`Kristal Abseron`dan ev alanda 100 ölcüb, 1 biçin..." .....                     Kartına 400 manat yüklədi... YOXA ÇIXDI! .....                     Ərdoğanın Suriya səfəri... .....                     "Bu əsasla Əmək müqaviləsinin ləğv edilməsi..." .....                     BU FAKTDIR: `Azəriqaz` işçiləri öz hesablarına avadanlıq alır... .....                     Suriyanın yeni sahibi NECƏ DAVRANACAQ... .....                     Ceyhun Bayramov Serbiyaya səfər edib .....                 

Erməni dəstəkçisi olan FARS-MOLLA REJİMİ - Saxta tərəfsizlik görüntüsü...
Tarix: 9-10-2020, 16:43 | Çap et
Erməni dəstəkçisi olan FARS-MOLLA REJİMİ
Ermənistanla Azərbaycan Respublikası arasında münaqişə son onilliklərdəki ən qanlı, ən təhlükəli toqquşmaya çevrilib, sentyabrın 27-dən bəri Dağlıq Qarabağda və ətrafında güclü döyüşlər gedir. Uğrunda mübarizə aparılan ərazi İrana o qədər yaxındır ki, İranın şimal-qərbindəki şəhərlərin sərhəd ərazilərində yaşayan insanlar iki ölkə arasında atəş mübadiləsini öz gözləri ilə görə bilirlər. Bəzi yerli sakinlər son günlər döyüşlərin videolarını da çəkib, Ermənistan və Azərbaycan tərəfindən atılan mərmilər İran yaşayış məntəqələrinə bir neçə dəfə zərbə endirib və hətta bir iranlını öldürdüyündən bəzən ölümcül risk daşıyır.

Bəs bu illər ərzində İslam Respublikası Azərbaycanla Ermənistan arasındakı münaqişə ilə bağlı hansı siyasət yürüdüb?

***

İki ölkə arasındakı münaqişə Azərbaycanla Ermənistan arasında olan Dağlıq Qarabağ ərazisi ucbatındandır. Bu bölgənin sakinləri əsasən ermənilərdir, lakin sovet dövründə ərazinin idarəçiliyi Azərbaycan Respublikasına verilib. Sovet İttifaqının ömrü sona çatdıqda, bölgənin yerli sakinləri Ermənistanın bir hissəsi sayılmaq üçün kampaniyaya başlayıblar.

SSRİ-nin süqutu və Azərbaycanla Ermənistan respublikalarının müstəqillik elan etməsi ilə Dağlıq Qarabağ problemi milli eyniyyət məsələsinə çevrilib və ərazi mübahisəsi iki ölkə arasında geniş miqyaslı hərbi münaqişəyə səbəb olub. Nəhayət, Ermənistan Dağlıq Qarabağın geniş ərazilərinə nəzarəti ələ keçirib və hətta onu muxtar respublika elan edib. BMT Dağlıq Qarabağ bölgəsini Azərbaycan Respublikasına aid olduğunu tanıyır və Ermənistanın hazırda ərazini işğal etdiyi iddiasını dəstəkləyir.

İranın hər iki ölkə ilə çox yaxın münasibətləri var. Azərbaycan Respublikasında daha çox şiə müsəlmanları məskunlaşır və mədəni irsi İranla bağlıdır. Ermənistanın da İranla dərin mədəni əlaqələri və İran erməniləri ilə sıx əlaqələr var.

Münaqişə başlayandan bəri İran İslam Respublikası, guya, bitərəf olduğunu elan edib. Ancaq əslində, hər iki tərəfi müxtəlif yollarla dəstəkləyib.

İranın dəyişən siyasəti

Əkbər Haşimi Rəfsəncaninin prezidentliyi dövrü ilə üst-üstə düşən qarşıdurmanın ilk illərində İran Azərbaycana hərbi təlim və maliyyə yardımı edib.

Haşimi Rəfsəncani 1993-cü ilə aid xatirələrində yazır: “Xarici işlər nazirinə [Əli Əkbər Vilayətiyə] zəng etdim və əfqan döyüşçülərinin Azərbaycana keçməsini təmin etməyə çalışmasını söylədim. Silah və sursata ehtiyac duyduqlarını və Xudafərin səddi ətrafını qorumaq istədiklərini dedim. Cənab [müdafiə naziri Məhəmməd] Foruzende azərbaycanlılarla 30 milyon dollarlıq silah-sursat müqaviləsi bağlandığını bildirdi”.

Əvvəllər İslam Respublikası Dağlıq Qarabağla bağlı Azərbaycanla mübahisədə Ermənistanı dəstəkləyib və bu, müsəlmanlara, xüsusən də şiələrə dəstək barədə bəyan edilmiş ideologiyaya zidd olan bir siyasət idi. Əbülfəz Elçibəy prezident olduğu 1992-1993-cü illərdə güclü millətçi meylləri göstərib və İranın azəri bölgələrini birləşdirmək istəklərini bildirmişdi. Odur ki, çevrilişlə devrildikdə, İran Azərbaycandakı lider dəyişikliyindən və Heydər Əliyevin Elçibəyin varisi olmasından razı qalıb. Əliyev İslam Respublikası ilə çox yaxın əlaqələr qurub və Azərbaycan müstəqil bir ölkə olaraq inkişaf etdikcə, İran siyasətini yeniləyib, Ermənistana qarşı mübahisədə onu dəstəkləməyə başlayıb. Bu dövrdə iranlılar Azərbaycan hərbçilərinə hərbi təlim keçiblər.

Dağlıq Qarabağ münaqişəsindən söz düşdükdə, Haşimi Rəfsəncaninin prezidentliyi dövründə İranın Şərqi Azərbaycan əyalətinin valisi Əli Əbdüləlizadə İranın Azərbaycana verdiyi məsləhət dəstəyi barədə öz xatirəsini paylaşır: “O vaxtlar ölkəmizin bir çox qeyrətli gənci, [İraqla] müharibə iştirakçısı azərbaycanlılara kömək etməyə çalışıb. Biz bir neçə qrup təşkil etdik, ancaq müharibəyə müdaxilə etmək hüququmuz olmadığından onları Azərbaycana məsləhətçi qismində göndərdik. O zaman müharibə tamamilə bitmiş və azərilər çox uğurlar qazanmamışdı”.

Həmin dövrdə İran İnqilab Keşikçiləri Korpusunun komandanı olan Möhsün Rezai Şərqi Azərbaycan valisinin Azərbaycan Respublikasına döyüşçü göndərmək qərarı ilə razılaşmayıb, ölkəyə qayıtmasını və Tehrandakı hərbi qurumlara hesabat verməsini tələb edib.

Rezai də Azərbaycan ordusunun hazırlanmasında şəxsən iştirak edib. “Mən şəxsən Dağlıq Qarabağ bölgəsindəki vəziyyətə aydınlıq gətirilməsini, Azərbaycan Respublikası ordusunun müvafiq hərbi texnika ilə təchiz olunmasını və lazımi təlimlərin keçirilməsini uyğun bilmişdim. Hələ o vaxt Azərbaycan silahlı qüvvələrinin xüsusi hərbi təlimi barədə əmrlər vermişdim”.

Möhsün Rezainin sözlərinə görə, “Qarabağ müharibəsində çox sayda iranlı iştirak edib və ölkəyə geri gətirilən yaralılardan əlavə, müharibədə həlak olmuş çoxsaylı İran şəhidi Bakıda dəfn edilib”.

1990-cı illərin əvvəllərində neftlə zəngin olan Azərbaycanın iqtisadiyyatı sağlam deyildi, bu da münaqişə və müharibə ilə daha da şiddətlənib. O vaxtkı Şərqi Azərbaycan valisi Əbdüləlizadənin sözlərinə görə, “bir dəfə Heydər Əliyev gecəyarısı Haşimi Rəfsəncaniyə zəng edərək dedi: “Səhərə qədər bizə çörək göndərməsəniz, sağ qalmayacağıq. Elə həmin gecə mərhum Haşimi mənə zəng etdi və bu barədə məlumatlandırdı. Ertəsi gün ilk çörək sövqatımız ta günortadan əvvəl Bakıya çatdırıldı və həmin gün cənab Heydər Əliyev zəng edib mənə təşəkkür etdi”.

Tərəfsizlik görünüşü

Bu yaxınlarda Ali Rəhbər Ayətullah Xamnəinin şimal əyalətlərindəki dörd nümayəndəsi Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul etdiklərini bildirərək, Ermənistanla mübarizədə Azərbaycana dəstək olduqlarını bəyan edib. Rəsmilərin hamısı İranın Azərbaycan dilində danışan bölgələrindən – Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Zəncandan idilər – bu dəstək təəccüblü deyildi. “Əgər Dağlıq Qarabağın işğalının əvvəlində İslam Respublikasının köməyi olmasaydı, işğal mütləq Bakıya qədər uzanardı”, – deyə nadir bir açıqlamada bildirilir.

2012-2016-cı illərdə 9-cu çağırış Məclisində Ərdəbil vilayətinin millət vəkili olan Mənsur Həqiqətpur 2013-cü ildə deyib: “İran İslam Respublikası bu müharibədə öz missiyasının ən yaxşı və ən incə şəkildə istifadə edib. Ali Rəhbərin fətvasına görə, Dağlıq Qarabağın İslam torpağıdır və orada həlak olan şəhid sayılır. Biz hər zaman Azərbaycan torpağının və xalqının tərəfdarı olmuşuq”.

Bununla yanaşı, İran, eyni zamanda, həm Azərbaycanı, həm də Ermənistanı dəstəkləmə siyasəti yürüdüb, rəsmi siyasətdə isə bitərəf mövqe tutub, İslam Respublikası rəsmiləri iki ölkə arasında müharibədə vasitəçilik etməyə hazır olduqlarını elan ediblər.

Azərbaycan Respublikası ilə İsrail arasındakı daha çox yaxınlaşma İran rəsmiləri arasında bu münasibətlərin bölgə üçün nəyə səbəb ola biləcəyi barədə narahatlıq doğurub. Üstəlik, toxunulmaz qalması üçün İranın Rusiya ilə yaxın münasibətlərə ehtiyacı var və Rusiya Dağlıq Qarabağ münaqişəsində, əsasən, Ermənistanın tərəfini tutub. Bütün bunlar və hər zaman Ermənistanla (eləcə də Azərbaycanla) əlaqədə olma İranın münaqişə barədə fikirlərini ictimaiyyətə çatdırmasına mane olub. Amma ən azından görünüş baxımından tarazlıq yaratmağa çalışma davam edir.

İranın Ermənistanla çoxsaylı iqtisadi və ticarət müqavilələri var və İran Ermənistanın ən vacib enerji təchizatçılarından biridir. Sentyabr ayının sonunda iki ölkə arasında hərbi toqquşmalar böyüməyə başladıqda, İran Xarici İşlər Nazirliyi Ermənistana hərbi yardım verdiyini inkar etsə də, Rusiya hərbi maşınlarının İran qoşquları ilə Ermənistana aparıldığını göstərən videolar yayımlanıb.

Rusiyanın İran vasitəsilə Ermənistana hərbi yardımının görüntüləri İranın şimal-qərb şəhərlərində və Tehranda etirazçılara səbəb olub, etirazçılar İranda görünməmiş anti-erməni şüarları səsləndiriblər. Bir sıra mövzularda danışması ilə tanınan keçmiş millət vəkili Əli Mütəhhəri bildirib: “Mən də Ermənistanla Azərbaycan Respublikası arasındakı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İranın mövqeyini tənqid edirəm. İran bu müharibədə Azərbaycana kömək edib, amma eyni zamanda, Ermənistana da dəstək verib və Azərbaycan xalqı qəzəblənib”.

Ayətullah Xamnəinin Azərbaycana meyl etməsi göz qabağındadır və şübhəsiz ki, ideoloji baxımdan İslam Respublikası rejimi əsasən şiə olduğu üçün Azərbaycanı dəstəkləmək istərdi. 1992-ci ildə, rəhbərliyinin və Dağlıq Qarabağ müharibəsinin ilk illərində Xamnəi demişdi: “Ermənistan hökuməti və Dağlıq Qarabağ erməniləri bu bölgənin müsəlmanlarına zülm edir”.

Lakin Xamnəi ideoloji zəmində davamlı siyasətə qabil olmayıb. Sonrakı illərdə Çində uyğur müsəlmanlarını dəstəkləmək üçün də oxşar siyasət aparmayıb və əslində, uyğurlara qarşı sistemli təqibi görməməzliyə vurub, çünki İran Çinə çox güvənir.

İranın Rusiyaya nə qədər ehtiyacı olduğunu nəzərə alsaq, onun Ermənistana dəstəyi də bu “xilasedici kəməri” qorumaq cəhdi sayıla bilər.
//strateq.az\\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Qadın ayrılıb deyə “onunla evlənmək olmaz” düzgün düşüncə tərzi deyil" - VİDEO
Bu gün, 11:51
“5A Construction” şirkəti ölkədən pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 11:44
Culfa və Babək şəhərinin baş planının hazırlanması 351 min manata başa gələcək
Bu gün, 11:40
Tramp-Putin görüşünə hazırlıqlar başlayır
Bu gün, 11:38
"Bakıda hesab edirlər ki, bu, onlara dəhlizi nəzarətə götürmək hüququ verir" - Vardan Oskanyan
Bu gün, 11:33
“Yararlı hərbi qulluqçular yararsız kimi qeyd olunur” - RƏSMİ İTTİHAM
Bu gün, 11:31
Jurnalistə vəzifə verildi - ƏMR
Bu gün, 11:24
Neftçilərdən SOS: Heç birimizin ərzağı qalmayıb!!! - NƏ BAŞ VERİR?
Bu gün, 11:18
Şərurda valideynlər məktəbdən İMTİNA EDİR? - "Siniflərdə oturmaq mümkün deyil..."
Bu gün, 11:08
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti jilet, papaq, dəbilqə, eynək alacaq - 343 min xərcləyəcək
Bu gün, 11:03
Paşinyan gecikmiş etirafından peşmandır - KİV
Bu gün, 10:59
Elvin Məmmədova yeni vəzifə verildi - ƏMR
Bu gün, 10:58
Qardaşına görə arvadının başını kəsdi – Xırdalanda dəhşət
Bu gün, 10:55
Bakıda daha bir lizinq şirkəti təsis edilib
Bu gün, 10:49
Bakı həbsxanasında DAHA BİR ÖLÜM
Bu gün, 10:41
Emin Əmirullayevin `skoç`lanan və tüstülənən məktəbləri... - AXI NİYƏ?..
Bu gün, 10:34
4 günlük gecikməyə görə İŞDƏN QOVULDU VƏ... - İTTİHAM VAR...
Bu gün, 10:30
“Soyuqdan donsam da, heç vaxt qazı yanılı qoyub yatmıram” – Razi Nurullayev
Bu gün, 10:16
Fakt istəyən nazirə FAKT YAĞIŞI davam edir... - Nəticəsi OLACAQMI?
Bu gün, 10:14
Afaqın verilişi nə vaxt yayımlanacaq?
Bu gün, 10:10
Dələduzluqda ittiham olunan “Moon Kids” uşaq bağçasının direktoru özünü təqsirli bilməyib
Bu gün, 10:06
Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər NİYƏ İŞLƏMİR? - Vasif Talıbovun da adı çəkilir...
Bu gün, 10:03
Ermənistanın dəmir yolu təklifi: Paşinyan əslində nə istəyir? - AKTUAL
Bu gün, 09:50
Geri çağrılan səfirdən GERİYƏ QALANLAR... - İLGİNC İDDİA
Bu gün, 09:45
AMEA-nın hər köşəsi BAZAR İMİŞ... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:32
Ermənistanda “iqtisadi sıçrayış” bitdi: nələr gözlənilir? - "...çıxılmaz vəziyyətə düşüb"
Bu gün, 09:27
Zəngəzur dəhlizi uğrunda gərgin SAVAŞ - İNCƏLƏMƏ
Bu gün, 09:26
Zurabişvili İvanişvilini öz iqamətgahında danışıqlara çağırdı... - "Newsgeorgiya"
Bu gün, 09:22
`Armada` şirkəti də ÖLKƏDƏN VALYUTA ÇIXARIBMIŞ... - TƏFƏRRÜAT
Bu gün, 09:16
Bu həftə ardıcıl 7 gün iş olacaq - DİQQƏT!
Bu gün, 09:09
"Siyasi istəklərdə yenidən güc amili ön plana çıxır" - deputat
Bu gün, 09:07
Qrenlandiya Amerikanın mülkiyyətinə keçməlidir - Tramp Kanadadan sonra yeni ərazi iddiası İRƏLİ SÜRDÜ
Bu gün, 09:03
Müştərilər üçün KAPTAL BANK məngənəsi... - AXI NİYƏ?..
Bu gün, 08:59
"`Kristal Abseron`dan ev alanda 100 ölcüb, 1 biçin..." - "Dərəbəylikdir!!!"
Bu gün, 08:55
Kartına 400 manat yüklədi... YOXA ÇIXDI! - GİLEY
Bu gün, 08:47
Ərdoğanın Suriya səfəri... GÖZLƏNİLƏNDİR!
Bu gün, 08:39
"Bu əsasla Əmək müqaviləsinin ləğv edilməsi..." - Ekspert danışır...
Bu gün, 08:35
BU FAKTDIR: `Azəriqaz` işçiləri öz hesablarına avadanlıq alır... - "Deyirsiniz `Azəriqaz` ziyanla işləyir, AMMA..."
Bu gün, 08:31
Suriyanın yeni sahibi NECƏ DAVRANACAQ... - Hər kəsi YAXŞI TANIYIR...
Bu gün, 08:19
Ceyhun Bayramov Serbiyaya səfər edib
Bu gün, 08:17
`Azercell` istehlakçı hüquqlarını NECƏ POZUR... - NARAZILIQ VAR...
Bu gün, 08:14
Makronun BATIRDIĞI FRANSA... - İNCƏLƏMƏ
Bu gün, 07:15
İranın sərhəddə 150 minlik ordusu var, ancaq Azərbaycan… - GƏLİŞMƏ
Bu gün, 07:11
"HƏMAS, Hizbullah, İslami Cihad bizim deyil" - Xamenei İranın proksi qüvvələrindən imtina etdi
Bu gün, 06:19
Ermənilərdən “Dubay şokoladı” ilə bağlı ŞOK iddia: Şuşa detalı - Rəsmən xəstədirlər...
Bu gün, 06:17
"Valmarket Şəbəkə Supermarket" dövlətə külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:12
Dezinformasiya ilə necə mübarizə aparaq? - AÇIQLAMA
Bu gün, 00:48
Gürcüstan Prezidenti hakimiyyətə 1 HƏFTƏ VAXT VERDİ - "Sputnik Georgia"
Bu gün, 00:43
İsrail və Türkiyə arasında MÜHARİBƏ riski artdı: Azərbaycan isə... - NƏ BAŞ VERİR?
Bu gün, 00:36
Bəzi Qərb dairələrinin “qarın ağrısı” nədir? - COP29-a qarşı HİBRİD HÜCUMLAR
Dünən, 22:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru