Azərbaycanlı Niyazi necə “erməni” oldu? - ŞOK FAKTLAR
Tarix: 26-09-2019, 11:33 | Çap et
Ağdam rayonunun sakini Niyazi Vəliyev Brüsseldə erməni Violettoy Baqdasaryanın kilsəsinə sığınıb, ona “ana” deyir. O, torpaqların işğalını danıb, Azərbaycanın əleyhinə kilsələrdə və beynəlxalq dini mediada çıxış edir.
Yerli saytlar yazır ki, N. Vəliyev dinini dəyişərək xristianlığı qəbul edib. Erməni diasporasının fəal üzvü kimi çıxış edir. Avropada erməni diasporasının vasitəsilə Ermənistanın xüsusi xidmət orqanlarına məlumat ötürür.
Bildirilir ki, Niyazi Vəliyev ermənilərə qoşularaq hətta “Qarabağ Ermənistanın tarixi torpağıdır” söyləyib.
O da qeyd olunur ki, N. Vəliyevin dili ilə beynəlxalq mediada, Qərb mətbuatında azərbaycanlıların daim erməniləri düşmən kimi gördüklərini, buna görə ermənilərlə azərbaycanlıların bir arada yaşamasınıın mümkünsüz olduğunu yazdırırlar. Məsələn, “Svet İstinı” (Həqiqət İşığı) adlı Londonda rus dilində nəşr edilən dini jurnalın 5 may tarixində Niyazinin adından açıqlama yayılıb. Açıqlamada Niyazi deyir: “Mən Azərbaycanda doğulmuşam. Valideynlərim hər zaman mənə deyirdilər ki, islam dini ən doğru dindi dünyada. Xristianlar, xüsusilə ermənilər yaxşı insanlar deyillər, onlara inanmaq olmaz. İslam dini bizim ürəyimizi və gözümüzü bağlayıb. Bu üzdən mən özümü axtardım və ölkəmdən qaçaraq uzaq Belçikaya gəldim. Gələndə düşünürdüm ki, məni xoşbəxt həyat gözləyir. Amma mən burda dostsuz, qohumsuz və köməksiz qaldım. Lakin Tanrı hər zaman mənimlə idi. Mən internetlə xristian kilsəsi axtardım və Filadelfiya kilsəsini tapdım. İnternetdə tanış olduğum Violettoy Baqdasaryan məni doğma oğlu kimi qəbul etdi. Kilsəyə daxil oldum. Burda qardaş və bacılarla tanış olduq. Artıq mən tək deyiləm.”
Ağdam sakini N.Vəliyevin xristian dinini qəbul etməsi aşkar ortadadır. Çünki onun (https://www.facebook.com/niyazi.valiyev.50) profilində yazdığı “Rəbbim, İsa Məsih sən xalqımızı qəddar şahdan xilas et, necə ki, Musa bunu etdi” statusu və erməni Violettoy Baqdasaryanla birgə şəkilləri bunu sübut edir.
Açığı, bu profilə baxanda heyrətlənməmək olmur. Necə olar bilər ki, bir Azərbaycan türkü erməni Violettoy Baqdasaryanın kilsəsinə sığınıb, ona “ana” desin və “Qarabağ Ermənistanın tarixi torpağıdır” söyləsin?! Çox güman ki, o şəxsin adı, soyadı Azərbaycan türkü olduğunu ifadə etsə də, onun ermənilərlə qan qohumluğu var. Çünki təmiz Azərbaycan türkü olan bir adam öz dövlətinin, millətinin əleyhinə çalışa bilməz, o qandakı saflıq buna imkan verməz.
Təəssüf ki, adı, soyadı Azərbaycan türkü olan bu şəxsdən düşmən dövlətimizin, xalqımızın əleyhinə istifadə edir. Çox güman ki, bu şəxsin Azərbaycanla əlaqəsi var. Bu baxımdan, bu adam dövlətimiz üçün ciddi təhlükədir. Yəqin ki, onun barəsində hüquq-mühafizə orqanları bir tədbir görərlər.
“Burada şəxsin tək özündə günah axtarmaq birtərəfli olar”
Ağdam rayon sakini Niyazi Vəliyevin Brüsseldə erməni kilsəsinə sığınması, torpaqların işğalını danması ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu “Hürriyyət”ə dedi ki, bunun çoxtərəfli səbəbləri var: “Hər bir insanın, sosial qrupun davranışında 4 amil çox mühüm rol oynayır. Onun biri insanın fitrətidir, yəni insanın qəlb aləmidir. Ona fitrət deyirlər. İkinci amil insanın yaşadığı mühitdir. Üçüncü aldığı informasiyalar, dördüncü də üstünlük verdiyi dəyərlərdir. Bizim cəmiyyətdən belə bir adamlar çıxırsa, elə açıq şəkildə gedib, orada söyləyirsə və yaxud altdan-altdan belə bir iş birliyi qurursa, burada şəxsin tək özündə günah axtarmaq birtərəfli olar. Bu problemi dediyim 4 amildə axtarmaq lazımdır. Birinci, hər bir adam o işi görməz. O fitrət, insanın xisləti, mahiyyəti burada rol oynayır. O işi o adam görə bilər ki, onun ruhunda, qəlb aləmində ola bilsin ki, hansısa bir erməni təsiri var, nəsə erməni bağlılığı var. Ola bilsin ki, nənəsi ermənidir, ayrı bir qan qarışıqlığı var. İkincisi mühitdir ki, biz gərək, mühitimizi elə edək ki, Azərbaycan mühitində hər bir vətədandaş özünü reallaşdırmaq imkanı tapsın. Yəni insan yer üzünə gələndə onun ən böyük tələbatı özünü reallaşdırmaqdır. Mən bu cəmiyyətdə o mühiti yarada bilmirəm ki, mənim vətəndaşım özünü reallaşdırsın, öz həyatını hansı şəkildəsə qursun. Mühitdə elə bir maneələr var ki, əgər o insanları əzirsə, əziyyət verirsə, ruh özü də bir rol oynaya bilər. Üçüncü informasiya amilinə görə, deməli, ölkədə maarifləndirmə işi arzuolunan səviyyədə getmir. Televiziyalar normal şəkildə maarifləndirmə işi aparmır. Təhsil sisteminin özü də maariflənidirmə işini yarıtmır. Dördüncü çox mühüm amillərdən biri o, üstünlük verdiyi dəyərlərdir. Cəmiyyətdə hansı dəyərlər daha çox rol oynayır? İnsanlar daha çox ya maddi, ya da mənəvi dəyərlərə üstünlük verir. Əgər insan ağır vəziyyətdədirsə və o ağır vəziyyətdən çıxmaq üçün həyatda mənəvi dəyərlərin hamısını unudub, ancaq elə öz həyatını güdürsə, bu addımı ata bilər. Bax, bu, fərdin, şəxsiyyətin, sosial qrupun davranışına təsir edən amildir”.
“Biz elə boş yer buraxanda qarşı tərəf həmin yeri tapır”
Ə. Qəşəmoğlunun sözlərinə görə, qarşı tərəf çalışır ki, bizim zəif yerlərimizdən istfadə eləsin: “Ölkədə xüsusi texnologiyalar həyata keçirilir. İstəsək, istəməsək də müharibənin bir növü də bu yumşaq metodla müharibədir. Əgər qabaqlar düşmən topla-tüfənglə daha çox gəlirdisə, indi belə yumşaq metodlarla, nərmənazik oğlanlarla, qızlarla, siyasətlə gəlir. Biz elə boş yer buraxanda həmin yeri tapır. Bu da müharibənin bir yoludur. Belə adamları axtarıb, tapırlar və o adamlarla işləyirlər, birini döndərib yazıçı, birini də jurnalist edir. Burada bir sosioloq kimi mənim üçün qaranlı heç nə yoxdur. Sadəcə olaraq bu işləri ölkədə düzgün qurmaq lazımdır ki, o dediyim faktorlar hamısı elə bir qarşılıqlı əlaqəli olsun ki, belə davranışda insanlar ortaya çıxmasın, düşmənlər də zəif nöqtə kimi onlardan istifadə etməsinlər. Burada hər şey iki vur iki qədər aydın bir məsələdir”.
“Birmənalı şəkildə bu cür insanların qəti əleyhinəyəm”
N.Vəliyevin Azərbaycan torpaqlarının işğalını danması ilə bağlı Azərbaycan Demokrat Partiyasının sədr müavini Taliyət Əliyev isə dedi ki, bütün cəmiyyətlər belə tör-töküntülərdən xali deyil: “Bütün cəmiyyətlərdə olduğu kimi, Azərbaycan cəmiyyəti də bu cür tör-töküntülərdən xali deyil. O tipli insanlar üçün milli, mənəvi, əxlaqi dəyərlər önəmli deyil, onlar üçün şəxsi çıxarı, öz komfortu hər şeydən irəlidir. Yəni öz normal yaşayışı üçün vətənini də, dövlətini də, ailəsini də sata bilərlər. Lap tutaq ki, o adam hansısa səbəbdən didərgin düşüb, mühacirət edib. Amma gedib düşmən bir ölkənin nümayəndəsinə sığınmaq və düşmən ölkənin tərəfindən öz dövlətinə, xalqına qarşı çıxış eləməyə heç cür haqq qazandırmaq mümkün deyil. Ona görə də mən bu məsələdə birmənalı şəkildə bu cür insanların qəti əleyhinəyəm. Bu cür insanlara qətiyyən haqq qazandıra bilmərəm ki, onlar burada hansısa bir siyasi, sosial təqibdən və yaxud nəyinsə ucbatından başqa bir dövlətə sığınıb və orada ermənipərəst bir mövqedən çıxış edir. Buna heç cürə haqq qazandırmaq mümkün deyil”.
“Bu adam bu gün öz dövlətinin əleyhinə çıxış edirsə, sabah öz ailəsinin əleyhinə çıxış edəcək”
“Baxmayaraq ki, müxtəlif səbəblərdən ölkədən mühacir axını var. Burada siyasi, iqtisadi, sosial, hətta dini ayrı-seçkiliklə bağlı səbəblər var. Müxtəlif problemlərlə bağlı insanlar başqa ölkələrə gedirlər. Amma bu, heç kimə əsas vermir ki, gedib orada öz dövlətinin, millətinin, torpağının, ailəsinin əlehyinə bu cür mövqedən çıxış eləsin. Bu adam bu gün öz dövlətinin, xalqının əleyhinə çıxış edirsə, sabah öz ailəsinin, nəsil-nəcabətinin əleyhinə də çıxış edəcək. Ona görə ki, bu tipli insanlardan hər şey gözləmək mümkündür və mən buna heç cürə haqq qazandıra bilmərəm”,-deyə sədr müavini əlavə etdi.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ATƏT-in Minsk qrupu və onun bütün strukturları ləğv edilməlidir - Zaxarova
Bu gün, 19:32 |
|
|
|
• Azər Zahid haqda həbs qərarı verildi: Bu cinayətlərdə ittiham olunur - TƏFƏRRÜAT
Bu gün, 19:09 |
|
|
|
• Ermənistanla səfirliklərin açılması Azərbaycanla koordinasiyalı şəkildə reallaşacaq
Bu gün, 19:00 |
|
|
|
• 4 milyon manatlıq şirkət kapitalını 10 min manata endirib
Bu gün, 18:58 |
|
|
|
• Kredit daha çox hansı sektora yönəlib? - AKTUAL
Bu gün, 18:16 |
|
|
|
• Diplomların tanınmaması normaldır... - ÇÜNKİ...
Bu gün, 18:04 |
|
|
|
• “Embraer” təyyarələri nə qədər təhlükəsizdir? – Qəza tarixi
Bu gün, 17:52 |
|
|
|
• Qəzadan əvvəl kəlimeyi-şəhadət gətirən sərnişin sağ qaldı - VİDEO
Bu gün, 17:41 |
|
|
|
• AZAL-dan MATƏM PAYLAŞIMI - "Onların ağrısı bizim də ağrımızdır..."
Bu gün, 17:31 |
|
|
|
• “Oranı qarışdıran əsas İran idi... İranı da təcrid etdilər...” - Etibar Məmmədov
Bu gün, 17:21 |
|
|
|
• Məhkəmə sertifikasiyadan kəsilən müəllimlərin tələbini RƏDD ETDİ - TƏFƏRRÜAT
Bu gün, 17:15 |
|
|
|
• Rusiya XİN təyyarə qəzasından sonra Aktauya diplomatlar göndərib - Zaxarova
Bu gün, 17:13 |
|
|
|
• "Tağı İbrahimov özünü təqsirli bilməsə də, 400 min manat ödəyib" - Emalatxanada 10 nəfərin öldüyü partlayışla bağlı MƏHKƏMƏ
Bu gün, 17:06 |
|
|
|
• Möhnətovdan şəhid ruhuna SAYĞISIZLIQ... - BU, HƏDDSİZLİKDİR!!!
Bu gün, 17:02 |
|
|
|
• Təyyarə qəzasından sağ çıxan şəxs: - "Havada olarkən partlayış səsi eşitdik"
Bu gün, 16:57 |
|
|
|
• “Sun Qaynaq” şirkətindən milyonlarla manat vəsait geri götürüldü
Bu gün, 16:46 |
|
|
|
• Təyyarə qəzasında İTV-nin keçmiş əməkdaşı həlak olub - FOTO
Bu gün, 16:43 |
|
|
|
• Qəzaya düşən təyyarəni ilk lentə alan bloqer saxlanıldı - FOTO
Bu gün, 16:40 |
|
|
|
• Ermənistan SÜLH ÜÇÜN TƏRPƏNMİR -“Prosesi 2026-cı ilə qədər uzatmaq istəyir”
Bu gün, 16:37 |
|
|
|
• Təyyarənin qəzaya düşməzdən əvvəl çəkilən son GÖRÜNTÜLƏRİ - VİDEO
Bu gün, 16:33 |
|
|
|
• Sədri dəyişən metropolitendə nə dəyişəcək? - "Stansiya və depoların sayı artırılmalıdır, əlaqəli xətt qurulmalıdır"
Bu gün, 16:30 |
|
|
|
• “İcra Hakimiyyətində bizi qəbul etməyi özlərinə yaraşdırmırlar” - 5 şəhidi , 70 müharibə iştirakçısı olan kəndin sakinləri çarəsiz vəziyyətdədir
Bu gün, 16:27 |
|
|
|
• Paşinyanın rəqibi Vardan Oskanyan olacaqsa... - ŞƏRH
Bu gün, 16:22 |
|
|
|
• Qəzanın səbəbləri bizə bəlli deyil, müxtəlif versiyalar var - Prezident İlham Əliyev
Bu gün, 16:20 |
|
|
|
• Matəm günündə dərs olacaq? - RƏSMİ AÇIQLAMA
Bu gün, 16:19 |
|
|
|
• Quru sərhədlər açıq olsaydı, qəza baş verməyəcəkdi? - "Bu, nə təfəkkürdür?.."
Bu gün, 16:01 |
|
|
|
• Belə qəzalardan heç bir ölkə sığıortalanmayıb... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:59 |
|
|
|
• Tələbələrin ölkədə qalması üçün: Universitetlərə qəbul şərtləri dəyişə bilər - ŞƏRH
Bu gün, 15:57 |
|
|
|
• Sabiq deputatı Fərhad Qəribov vəfat edib
Bu gün, 15:55 |
|
|
|
• Nə qədər ki Rusiya-Ukrayna sabaşı DAVAM EDİR... - AKTUAL
Bu gün, 15:54 |
|
|
|
• Qəzaya uğrayan təyyarədə olanlardan 10 nəfəri Balakən sakinləridir - ADLAR
Bu gün, 15:51 |
|
|
|
• Təyyarə faciəsi barədə versiyalar: suallara cavab “qara qutu”dadır - TƏFSİLAT
Bu gün, 15:42 |
|
|
|
• 67 nəfərin 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub
Bu gün, 15:41 |
|
|
|
• Dekabrın 26-da Azərbaycanda matəm elan edilib - SƏRƏNCAM
Bu gün, 15:33 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsinə ilk onlar kömək ediblər - HƏR BİRİNƏ MİNNƏTDARIQ!
Bu gün, 15:31 |
|
|
|
• Təyyarə qəzası ilə bağlı hərtərəfli təhqiqat aparılacaq - Putin
Bu gün, 15:27 |
|
|
|
• Yeni Klinika TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin siyahısına daxil edilib - QƏRAR
Bu gün, 15:23 |
|
|
|
• Qəzaya uğrayan təyyarədə həlak olanlardan 6-sı Zaqataladandır - SİYAHI
Bu gün, 15:10 |
|
|
|
• Bakı 3 dəfə xəbərdarlıq edib: Hücum silahları sərhədə gətirildi - GƏLİŞMƏ
Bu gün, 15:08 |
|
|
|
• Fövqəladə hallar naziri və rəqəmsal inkişaf və nəqliyyat nazirinin rəhbərlik etdiyi heyət Qazaxıstandadır - FOTO
Bu gün, 15:05 |
|
|
|
• Astana sakinləri Azərbaycan səfirliyinin önünə gül dəstələri gətirirlər - FOTO
Bu gün, 15:04 |
|
|
|
• 32 nəfər sağdır, vəziyyəti ağır olanlar var
Bu gün, 14:50 |
|
|
|
• Prezident İlham Əliyevin təyyarəsi Moskva üzərindən geri qayıdıb
Bu gün, 14:34 |
|
|
|
• Faciə ilə bağlı YEKUN RƏQƏMLƏR... - BAŞIN SAĞ OLSUN, VƏTƏN!
Bu gün, 14:20 |
|
|
|
• Paşinyan qəza ilə bağlı başsağlığı verdi - FOTO
Bu gün, 14:16 |
|
|
|
• Makronun Azərbaycan nifrətinin əsas SƏBƏBİ - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:02 |
|
|
|
• Paşinyan erməni cəmiyyətini çaşdırır - Belə getsə, 2028-ci ilədək sülh sazişi imzalanmayacaq
Bu gün, 14:00 |
|
|
|
• Minlərlə manat yenə havaya sovrulub - AXI NİYƏ?..
Bu gün, 13:58 |
|
|
|
• Pilot niyə təyyarəni Xəzərə endirmədi? - Üç səbəb
Bu gün, 13:11 |
|
|
|
• Bu məktəbdə Yeni il şənliyi üçün 120 manat tələb olunur - Məktəbdənsə deyirlər ki...
Bu gün, 13:07 |
|
|
|
|