“City Construction Group” dövlət fonduna 122 milyonluq mənzillər satdı .....                     Bu şirkət təmir işləri müqabilində 6 milyondan çox pul .....                     Təyyarənin vurulduğu gün Çeçenistan TŞ katibinin mükafatlandırılması vicdansızlıqdır .....                     Rusiya nə qədər təzminat ödəməlidir? .....                     ATALARIN ƏN YAXŞISI... .....                     ABŞ İvanişviliyə qarşı sanksiya tətbiq etdi .....                     Zədələnmiş təyyarənin Rusiya hava limanlarına enməsinin qarşısı niyə alındı? .....                     İrəvanın YUNAN BİRLİYİNDƏ... .....                     Qərbi Azərbaycanda xarici ölkələrin hərbçiləri olmamalıdır .....                     Banklar depozit faizlərini aşağı sala bilər? .....                     “Xalq Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib .....                     Paşinyanın Qərbpərəst mövqeyi... .....                     Təyyarə qəzasının Rusiyanın HHM sisteminin işi nəticəsində baş verməsinə şübhə yoxdur .....                     Qəzanı öncədən bilən türk astroloqdan Azərbaycana yeni xəbərdarlıq .....                     Abşeron Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub .....                     Şuşa şəhər Peşə Təhsili Mərkəzinin təmiri .....                     Təhsil müəssisəsi mühafizə xidməti aldı .....                     Rusiya niyə üzr istəmir? .....                     Təyyarədə döyüş elementlərini, yəni şrapnellərin izlərini gizlətmək mümkün deyil .....                     Qaradağ rayonunda şəhid, qazi və aztəminatlı ailələrin övladları üçün Yeni il şənliyi təşkil olunub .....                     "TikTok"er xanımlar həbs edildi .....                     Ukrayna XİN Azərbaycan təyyarəsinin vurulması ilə bağlı ŞOK açıqlama verdi: .....                     Tanınmış həkimə cinayət işi açıldı .....                     Qəbələ RLS-in rəhbərliyi dəyişib .....                     “Flydubai” Soçi və Mineralnıye Vodıdan Dubaya reysləri .....                     "Ərazi də Rusiyanındır, silah da!" .....                     Ruslar hara qədər BURCUDACAQ?.. .....                     DSX generalı Müzəffər Pirizadə batan gəmilərdən milyonlar qazanır .....                     Təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb .....                     Rusiya Azərbaycandan üzr istəməlidir! .....                     AZAL-ın keçmiş prezidentindən sensasion müsahibə .....                     Xüsusi Təftiş Komissiyası yaradıldı .....                     Nursultan Nazarbayev Azərbaycana başsağlığı verib .....                     Dövlət qurumu 1,7 milyona çağrı mərkəzində süni intellekt həlləri .....                     Azərbaycanın ƏN `ZASTOY` MƏKTƏBİ... .....                     Səhiyyə nazirliyində həbslər: KİMLƏR QANDALLANDI? .....                     Prezident İlham Əliyev Kasım-Jomart Tokayevə zəng edib .....                     Qroznı üzərindəykən zərbə səsi eşidildi .....                     İlahə Əhmədova 390 min manatı hansı ehtiyaclarına xərcləyib? .....                     Azərbaycanda 70 yaşlı "professor" həbs edildi .....                 

Ziya Məmmədovun 100 milyonluq “intellektual korrupsiyası” - İTTİHAM
Tarix: 4-02-2019, 10:43 | Çap et
Ziya Məmmədovun 100 milyonluq “intellektual korrupsiyası”
“Bas düyməni, gör işləyir? Heç monitor açılmır ki, ana səhifədə nə yazıldığını görəsən. Əvvəllər monitor yalandan da olsa göstərirdi”. Metronun “Neftçilər” stansiyası yaxınlığındakı avtobus dayanacağında 30 saylı marşrut avtobusu gözləyən sərnişin Kamil burada quraşdırılan interval monitorunun durumundan danışarkən belə deyir.

Onun sözlərinə görə, indiyə qədər Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi tərəfindən quraşdırılmış bu monitorlar işinə yaramayıb:

“Hər gün 30 nömrəli marşrutdan istifadə eləyirəm. Hələ bir dəfə bu aparatın düyməsinə toxunanda görməmişəm ki, avtobusun hansı ərazidə olduğunu, nə vaxt dayanacağa çatacağını göstərsin”.

Nüsrət isə Bakıxanov qəsəbəsi, Komsomol dairəsində 49 saylı marşrutu gözləyir. Onunla da söhbətimizdən aydın olur ki, sözügedən qurğu sərnişinlərə fayda verməyib: “Bu qədər pul xərcləndi, guya nəqliyyat intellektual idarə olunacaqdı. Amma hanı? Nə intellektual, başdan xarab bir aparatdır, əlini vur, heç nə göstərmir. Guya şəhərdə tıxacın yüngülləşməsinə səbəb olacaqdı, ictimai nəqliyyatda nizam-intizam olacaqdı, sərnişin avtobusun haçan gələcəyini biləcəkdi. Məsələn, Avropada belədir. Bizdə işləmədi, çox dayanacaqlarda bu monitorlar quraşdırılsa da, lazımsız əşyaya çevrilib”.

“O aparatların başı əvvəldən xarabdır”

“O aparatların başı əvvəldən xarabdır, heç bir intellektuallığı, çoxbilmişliyi yoxdur. Gör neçə ildir ki, dayanacaqlarda həmin monitorlar quraşdırılıb, soruşun, görün hansı sərnişin avtobus gözləyəndə ordakı qrafikə, intervala baxır?”, - deyə şəhər sakini Vahid ironik şəkildə giley edir.

Doğrudan da, şəhərin mərkəzində və ətraf ərazilərində dayanacaqlarda quraşdırılmış bu monitorlar fəaliyyət göstərmirsə, o zaman NİİM hansı funksiyanı yerinə yetirir?

Axı paytaxtın ictimai nəqliyyatından heç bir intellektual idarəetmədən söhbət gedə bilməz. Hər hansı sərnişin xatırlamır ki, mindiyi avtobusun hansı intervalla işlədiyini, neçə saniyəyə dayanacaqda olacağını həmin monitorlardan öyrənib.

Ona görə dövlət vəsaitinin havaya sovrulduğunu, bu qurumun isə heç bir iş görmədiyini əminliklə söyləmək olar.

Bu sistem 2007-ci ildə yaradılıb. Artıq 12 il ərzində bu struktur təkmilləşməli, şəhərin ictimai nəqliyyat sistemi intellektuallaşmalıydı.

Sanki qurum qeybə çəkilib, bu nəhənglikdə qurum mövcud deyil. Qurumun internet resursları da aktiv fəaliyyət göstərmir.

Əslində, çox gözəl bir təşəbbüs olan intellektual idarəetmə mərkəzi, çox təəssüf ki, böyük miqdarda maliyyə ayrılan, lakin faydasını yetərincə görmədiyimiz layihələrdən oldu.

Kiyevdə 30 milyona, Bakıda isə...

Nəqliyyat Nazirliyi və Cənubi Koreyanın birgə layihəsi olan NİİM-in reallaşmasına büdcədən 100 milyon manat vəsait ayrılmışdı. O zamankı nəqliyyat naziri Ziya Məmmədov bu layihə ilə bağlı böyük vədlər verirdi.

O, bütün ölkəboyu bu sistemin işləyəcəyini bildirirdi. Təəssüf ki, nazirlik zamanında bu qurumun effektiv fəaliyyəti üçün zəruri olan addımları atmadı.

Dayanacaqlarda quraşdırılan və hərəsinin dəyəri az qala 10 min dollar olan monitorların vəziyyəti göz qabağındadır və ümumilikdə 100 milyonun necə göyə sovrulduğu göz önündədir.

Yüzlərlə müşahidə kamerasına, kilometrlərlə fiber optik infrastruktura, yüzlərlə avtobuslarda quraşdırılan GPS tipli avadanlıqlara, dünyanın ən böyük monitoruna məxsus olan bu nəhəng infrastruktur tamamilə sıradan çıxıb.

Kiyevdə intellektual idarəetmə sistemi təxminən 30 milyon manata başa gəldiyi halda, Bakıda bu sistemə 100 milyon xərclənməsinin heç bir məntiqi izahı yoxdur.

Sadəcə, vaxtilə büdcə pullarını talayan sabiq nazir Z.Məmmədovun növbəti “intellektual korrupsiyası”na görə bu layihə batıb, ayağa qaldırmaq mümkün olmur.

Rəsmi məlumata görə, bu sistemin işləməsi üçün dayanacaq və avtobuslarda 40 mindən çox avadanlıq qurulub, nəqliyyatın hərəkəti ümumi sahəsi 120 kvadratmetr olan monitor vasitəsilə idarə edilir. Hətta qurumun Bakı Nəqliyyat Agentliyinin balanasına verilməsi də nəyisə dəyişə bilmədi.

BNA-nın mətbuat xidməti rəhbəri Mais Ağayev “Yeni Müsavat”a bildirdi ki, monitorların işləməməsinin bir neçə səbəbi var:

“Bildiyiniz kimi, monitorlar bizdən öncə quraşdırılıb və quraşdırılan zaman da yaradılan sistemdə müəyyən çatışmazlıqlar olub. Digər bir yandan bu monitorların işləməməsi müxtəlif vaxtlarda yollarda koordinasiyasız işlərin aparılması olub.

Müxtəlif təşkilatlar və ya ayrı-ayrı şəxslər tərəfindən qazıntı işləri zamanı monitorları qidalandıran xətlər optik naqillər yararsız hala salınıb. Ona görə də monitorlar bu gün işləmir. Bakı Nəqliyyat Agentliyi ötən dövr ərzində NİİM-in fəaliyyətinin təkmilləşdirilməsi dayanıqlı sistem əsasında fəaliyyət göstərməsi istiqamətində mühüm işlər görüb.

Bununla bağlı müxtəlif xarici ölkə şəhərlərinin aidiyyatı qurumları ilə də sıx əməkdaşlıq edilir. Bunlar hamısı zaman alan məsələlərdir.

Müəyyən bir vaxtdan sonra dayanacaqlarda yenidən informasiya tabloları sərnişinlərimizə xidmət göstərəcək.

Çətin proses olsa da agentlik tərəfindən bu istiqamətdə iş aparılır ki, dövlətin çəkdiyi xərclər nəticəsiz qalmasın və camaatımız rahat şəkildə bu sistemdən istifadə edə bilsinlər".
“Yeni Müsavat










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“City Construction Group” dövlət fonduna 122 milyonluq mənzillər satdı - TENDER NƏTİCƏSİ
Bu gün, 00:05
Bu şirkət təmir işləri müqabilində 6 milyondan çox pul - QAZANACAQ
Bu gün, 00:02
Təyyarənin vurulduğu gün Çeçenistan TŞ katibinin mükafatlandırılması vicdansızlıqdır - VİDEO
Dünən, 22:15
Rusiya nə qədər təzminat ödəməlidir? - ARAŞDIRMA
Dünən, 21:41
ATALARIN ƏN YAXŞISI... - BİZİM QƏHRƏMAN...
Dünən, 21:36
ABŞ İvanişviliyə qarşı sanksiya tətbiq etdi
Dünən, 21:33
Zədələnmiş təyyarənin Rusiya hava limanlarına enməsinin qarşısı niyə alındı? - "Haber Global"
Dünən, 21:31
İrəvanın YUNAN BİRLİYİNDƏ... NƏ İTİ AZIB?
Dünən, 19:02
Qərbi Azərbaycanda xarici ölkələrin hərbçiləri olmamalıdır - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Banklar depozit faizlərini aşağı sala bilər? - AKTUAL
Dünən, 18:58
“Xalq Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib
Dünən, 18:12
Paşinyanın Qərbpərəst mövqeyi... Lukaşenko kimi ənənəvi siyasətçiləri həmişə narahat edib
Dünən, 18:08
Təyyarə qəzasının Rusiyanın HHM sisteminin işi nəticəsində baş verməsinə şübhə yoxdur - Arkadi Dubnov
Dünən, 18:01
Qəzanı öncədən bilən türk astroloqdan Azərbaycana yeni xəbərdarlıq - FOTO
Dünən, 17:59
Abşeron Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub - ƏMR
Dünən, 17:50
Şuşa şəhər Peşə Təhsili Mərkəzinin təmiri 6,4 mln. manata başa gələcək
Dünən, 17:46
Təhsil müəssisəsi mühafizə xidməti aldı – MƏBLƏĞ
Dünən, 17:44
Rusiya niyə üzr istəmir? - ARAŞDIRMA
Dünən, 17:39
Təyyarədə döyüş elementlərini, yəni şrapnellərin izlərini gizlətmək mümkün deyil - Rusiyalı hərbi ekspert
Dünən, 17:36
Qaradağ rayonunda şəhid, qazi və aztəminatlı ailələrin övladları üçün Yeni il şənliyi təşkil olunub - FOTO
Dünən, 17:31
"TikTok"er xanımlar həbs edildi
Dünən, 17:27
Ukrayna XİN Azərbaycan təyyarəsinin vurulması ilə bağlı ŞOK açıqlama verdi: - “Rusiyaya imkan verməyin…”
Dünən, 17:25
Tanınmış həkimə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 17:20
Qəbələ RLS-in rəhbərliyi dəyişib - ƏMR
Dünən, 17:17
“Flydubai” Soçi və Mineralnıye Vodıdan Dubaya reysləri yanvarın 5-dək ləğv edib
Dünən, 17:15
"Ərazi də Rusiyanındır, silah da!" - ODRU Kİ...
Dünən, 17:13
Ruslar hara qədər BURCUDACAQ?.. - Peskov deyir ki...
Dünən, 17:10
DSX generalı Müzəffər Pirizadə batan gəmilərdən milyonlar qazanır - İTTİHAM VAR...
Dünən, 17:06
Təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb - AZAL-dan RƏSMİ MÖVQE
Dünən, 17:01
Rusiya Azərbaycandan üzr istəməlidir! - İctimai xadimlərdən TƏLƏB
Dünən, 16:54
AZAL-ın keçmiş prezidentindən sensasion müsahibə – Təyyarə qəzası ilə bağlı yeni FAKTLAR
Dünən, 16:53
Xüsusi Təftiş Komissiyası yaradıldı - Plastik cərrahların sənədləri yoxlanılacaq
Dünən, 16:49
Nursultan Nazarbayev Azərbaycana başsağlığı verib
Dünən, 16:37
Dövlət qurumu 1,7 milyona çağrı mərkəzində süni intellekt həlləri - TƏTBİQ EDƏCƏK
Dünən, 16:32
Azərbaycanın ƏN `ZASTOY` MƏKTƏBİ... - DƏLİXANADIR, VALLAH...
Dünən, 16:24
Səhiyyə nazirliyində həbslər: KİMLƏR QANDALLANDI? - RƏSMİ AÇIQLAMA
Dünən, 16:18
Prezident İlham Əliyev Kasım-Jomart Tokayevə zəng edib - Telefon söhbəti zamanı...
Dünən, 16:15
Qroznı üzərindəykən zərbə səsi eşidildi - Təyyarə qəzasında sağ qalan bələdçi
Dünən, 16:14
İlahə Əhmədova 390 min manatı hansı ehtiyaclarına xərcləyib? - Dələduzluq işi
Dünən, 16:11
Azərbaycanda 70 yaşlı "professor" həbs edildi - 15 minə FHN-də işə düzəldirmiş
Dünən, 16:10
İş adamı MTN-nin keçmiş idarə rəisindən maddi ziyan tələb edir - TƏFƏRRÜAT
Dünən, 16:00
Rasim Musabəyovdan Peskova CAVAB: - “Məsuliyyət "çeçen knyazı" Kadırovun üzərinə düşür”
Dünən, 15:58
MAZIXDA CIZIĞINDAN ÇIXAN KİMDİR? - NARAZILIQ VAR...
Dünən, 15:55
“Rosaviasiya” açıqlama verdi... BOYNUNA ALMADI... - ÜZR İSTƏYƏNƏ OXŞAMIRLAR...
Dünən, 15:47
Distant iş Trampın və Maskın planlarına ciddi maneədir - WP
Dünən, 15:44
Talıbovsuz Naxçıvanın ikinci ili - NƏLƏR DƏYİŞDİ?
Dünən, 15:40
Məktəblərin yaxınlığındakı bu obyektlər bağlanmalıdır - Uşaqlar niyə zəhərlənirlər?
Dünən, 15:38
Təyyarənin vurulmasında Zelenskinin məsuliyyət payı var? – “Dəqiq araşdırılmalıdır”
Dünən, 15:34
Azərbaycana Rusiyadan pul köçürmələri azalıb... - NƏ BAŞ VERİR?
Dünən, 15:24
Ərazilərin ələ keçirilməsi qələbə deyil: - Rusiya müharibəni artıq uduzub
Dünən, 15:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru