Gürcüstana qarşı yeni sanksiyalar hazırlanır .....                     Gəncəli Mübarizin oğlunun ermənilərlə şərikli biznesi… .....                     “Yekun hesabat 3 ildən gec olmayaraq təsdiqlənəcək” .....                     Azərbaycan Gimnastika Federasiyasının sabiq prezidenti vəfat edib .....                     Ermənistanda milli qəhrəman həbs edilib .....                     2025-ci ildə Azərbaycanın xarici siyasətinin istiqamətləri .....                     “Toy sahibləri xahiş edir ki, məclisimizə barbi geyimində gəlin, .....                     "Dilarə Kazımova və Nigar Camala deyim ki, niyə belə geyinirsiniz?" .....                     Akopyan həmin oteldə 3 min manata qalıb? .....                     Qroznıda AZAL-ın təyyarə qəzası ilə bağlı araşdırmanın “hərbiyə aid hissəsi” gizliləşdirilib .....                     İrəvan ordusunu "süni intellekt"li etmək istəyir .....                     Azər Baxşəliyevin həyat yoldaşı: .....                     Öcalan PKK-ya nə zaman tərk-silah çağırışı edəcək? .....                     AZAL-ın təyyarəsinə görə idarə rəisi dindirildi: .....                     Putin nüvə silahını işə salmağa hazır imiş: Rusiyanı Çin dayandırıb! .....                     Putin yenidən "Qarabağ klanı"na "stavka" edir? .....                     "Rusiya Azərbaycan Prezidentinin səsləndirdiyi şərtləri yerinə yetirəcək” .....                     Bayden korrupsiyada günahlandırılır .....                     Ukrayna Rusiyaya döyüş PUA-ları ilə hücum edib .....                     Nazarbayevin həmin sammitdə iştirakı ölkəni qarışdırdı .....                     Gürcüstan Milli Bankı ABŞ dolları ilə bağlı yeni qərar qəbul edib .....                     Bakı həbsxanasında .....                     “Söz versələr də etmədilər, küsdü..” .....                     İran Suriyadakı silahlarını Ermənistana GÖNDƏRİR .....                     İYİ Partiya DEM heyətini qəbul etmədi .....                     AŞPA-nın qış sessiyasının gündəliyi açıqlanıb .....                     Dnestryanı “donur”: Kremlin əmri ilə yardımdan imtina etdi .....                     Yeni il süfrəsini qurmaq neçəyə başa gəldi? .....                     Qazax RİH-də NƏ BAŞ VERİR? .....                     Həkimin cərrahi əməliyyat zamanı canlı yayım açması .....                     “Made in China 2025” işə düşüb .....                     Kirayəpulunu ödəyə bilməyən Qarabağ əlili ilə məmur arasında qalmaqal .....                     Əl-Culani ABŞ-dan qoşunlarını Suriya ərazisindən çıxarması üçün İsrailə təzyiq göstərməyi tələb etdi... .....                     Blinken Koreya, Yaponiya və Fransaya səfər edəcək .....                     Müəllimlər üçün ictimai nəqliyyat pulsuz olacaq? .....                     Braziliyalı mütəxəssislər AZAL-ın təyyarəsinin qara qutularının təhlilinə başlayıblar .....                     Haftonidəki YAŞIL TERROR: Niyə səsini çıxaran yoxdur? .....                     Erməni ordusunda “süni intellekt tağımı” yaradılır .....                     "Qoy yeni ildə də bizi güldürsün!" .....                     Sankt-Peterburq aeroportunun fəaliyyəti müvəqqəti dayandırılıb .....                 

Xaçmazda tarixi abidələrə qarşı da SOYQIRIM həyata keçirilir - FAKTLAR
Tarix: 5-04-2018, 11:37 | Çap et
Xaçmazda tarixi abidələrə qarşı da SOYQIRIM həyata keçirilir
Xaçmaz potensialından istifadə edilməyən rayonlardan biridir. Xəzərin sahilində, zəngin flora və faunası olan Xaçmaza hər dəfə gedəndə yaşıllığın azaldığı gözdən qaçmır. Digər rayonlarda olduğu kimi, burada da ağacları kəsib, yerində daşdan nələrsə tikirlər. Tikdikləri də bir işə yarasa…

Yaşıllıqlar qalsın bir yana, Xaçmazda tarixi abidələrə qarşı da soyqırım həyata keçirilir.

Yenicag.az-ın reportyor qrupunun Xaçmazdan hazırladığı reportajı sizə təqdim edirik.

Rayonda tunc dövrünə aid abidələrin tapılması Xaçmazın qədim yaşayış məskəni olduğunu söyləməyə əsas verir. Burada qədim dövrlərlə yanaşı, ötən əsrə aid olan abidələr də çoxluq təşkil edir. Həmin abidələrə qarşı münasibəti də aşağıda oxuyacaqsınız.

Baptistlərin dəmiryol vağzalıXaçmazda dəmiryol xəttinin mövcudluğuna baxmayaraq, burada uzun illər vağzal olmayıb. XIX əsrin 60-cı illərində Almaniyada cəmiyyət tərəfindən sıxışdırılan baptistlər çar Rusiyasına pənah gətirirlər. Rusiya isə onları Azərbaycana göndərir. Onlardan bəziləri Şəmkir və Tovuzda məskunlaşır. 100-ə yaxın ailə isə Xaçmazda yerləşdirilir. Həmin o baptist almanlar dəmiryol vağzalını tikiblər. Vağzalın rəsmi açılışı 1905-ci ildə olub. Hacı Zeynalabdin Tağıyevin şərəfinə adlandırılan “Hacıbağı” vağzalının bir tərəfində onun atları, faytonu, digər tərəfində isə özünün dincəlməsi üçün xüsusi yer ayrılıb. Tağıyev üçün ayrılan ev sovet dövründə dağıdılıb.

Vağzalın ön tərəfində almanlar tərəfindən tikilən dəmiryolçuların mədəniyyət evi olub. Bəli, olub. Amma artıq yoxdur. 2009-cu ildə həmin klub dağıdılıb. Dəmiryolçuların mədəniyyət evinin qarşısında isə park olub. Parkda 1000 illik xan çinarlar var. Nə yaxşı ki, o çinarlara toxunmayıblar. Parkda yaşlılar, cavanlar, uşaqlar vaxtlarını səmərəli keçirərmiş.

Artıq park deyə bir ərazi yoxdur, ətrafı hasarlanıb, xan çinarlar da hasarın içərisindədir. O ki qaldı sökülən Mədəniyyət evinə… Əvvəlcə onun yerində yeni binanın tikiləcəyinə söz verilsə də… sonradan ərazidə böyük bir restoranın inşa olunduğu üzə çıxıb.

Demək, Xaçmaz rəhbərliyinin məntiqinə əsasən belə çıxır ki, dəmiryolçu fəhlədir, fəhləyə isə mədəniyyət lazım deyil. Onun üçün vacib olan lom və beldir…

İntiqam adlı keçmiş dəmiryolçu ilə söhbət edirik. Deyir ki, vaxtilə onların Mədəniyyət evinə ABŞ-dan, Fransadan, Almaniyadan qonaqlar gəlib. Və o qonaqların “vizitka”ları hələ də onda qalır:

“Buranın şəkillərini çəkirdilər. Dedilər, belə tarixi binaları kimlər, necə tikib, onları axtarırlar. Son zamanlar bir dəfə də gəlmişdilər, gördülər ki, dəmiryolçuların Mədəniyyət evi sökülüb, elə o gedən oldular”.

Əldə etdiyimiz məlumata görə, dəmiryolçuların mədəniyyət evini söküb, yerində restoran və ticarət mərkəzi tikən Dəmir Yollarının və Texniki Qurğuların Təmir-Tikinti Departamentinin sədri Çingiz Məmmədovdur. Hətta tikintinin trafaretində Çingiz Məmmədovun həyat yoldaşı Yaqut Məmmədovanın adı qeyd olunub.

Rayon sakinləri bildirir ki, uzun müddətdir ki, FHN tikintini yarımçıq saxlayıb. Səbəb binanın əyri inşa edilməsidir.

Dəmiryol vağzalından bir qədər qarşıda su nasos stansiyası və almanlar tərəfindən tikilən çörək zavodu var. Stansiya Zeynalabdin Tağıyevin vəsaiti hesabına tikilib. Hələ də işlək vəziyyətdədir. Ancaq binanın görünüşünə baxdıqda təəssüf hissi keçirirsən: stansiyanın pencərələri qırılıb-tökülüb, ətrafı ot basıb.

Dinamitin partlatmadığı çörək zavodu

Baptist almanların Xaçmaza daha bir hədiyyəsi də çörək zavodudur. Zavodun tikintisində sementdən istifadə edilməyib. Uzun illər zavod kimi istifadə edilən müəssisə fəaliyyətini 90-cı illərin sonunda dayandırıb. Binanın divarlarında 5 sm diametrində dəliklər var. Əldə etdiyimiz məlumata görə, bu dəliklər dinamit qoymaq üçün açılıb. Ancaq binanı dinamitlə də partlatmaq mümkün olmayıb. Bina əzəmətini qorusa da, baxımsızlıqdan zir-zibil içərisindədir.

Xristian dünyasının 30 ən qədim kilsəsindən biri

Qafqaz Albaniyasında xristian dini yayılmağa başlayanda 30 il hakimiyyətsizlikdən sonra 498-ci ildə III Vaçaqan hakimiyyətə gəlir və Aquen kilsə məclisini çağırtdırır. Bundan sonra ölkə ərazisində kilsələrin tikintisinə başlayırlar. Həmin vaxt tikilən ilk kilsə köhnə Xaçmazda yerləşən Alban kilsəsi olub. Kilsənin 1500 illik yaşı var. Xristian dünyasının 30 ən qədim kilsələrindən biri sayılır. Çar Rusiyası dövründə Alban katalikosluğu ləğv edilir və onu ermənilərə verirlər. Gülüstan-Türkmənçay müqavilələrindən sonra Xaçmazda məskunlaşan ermənilər həmin kilsələrdə yerləşərək, onu özününküləşdirirlər. Həmişəki kimi xalqımız bu binaları “erməni kilsəsi” kimi adlandırmağa başlayır.

İndi düşünəcəksiz ki, yaxşı ki, bu cür qədimi, tarixi abidə qorunur, təmir edilib, muzey kimi saxlanılır. Siz elə düşünün, əslində isə…

Kilsə dəmir darvazalı, daşdan hörülmüş bir həyətin içərisindədir. Məntiqlə bu kilsənin həyətyanı sahəsi olmalı idi, ancaq tarixi abidə bir nəfərin həyətindədir. Kilsəyə girmək üçün ev sahibindən icazə almaq lazımdır. Həyətə giririk: kilsənin fasadı uçub, tikilinin tamamən məhv olması isə an məsələsidir. Kilsənin içərisində ev sahibinin istifadə etmədiyi məişət əşyaları saxlanılır. Ev sahibi gülçülüklə məşğul olduğu üçün kilsənin içərisində əklillərə də rast gəlirik.

1500 illik tarixi bir abidənin kiminsə həyətinə “keçməsi” çox maraqlıdır. Görəsən, ümumiyyətlə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin belə bir tarixi abidənin varlığından xəbəri varmı?

Xəzərin sahilində yerləşən Xaçmazın potensialından yalnız Nabranda istifadə edilir. Ancaq tarixi abidələrdən və rayonun coğrafi mövqeyindən istifadə edərək, Xaçmazı turist axınına qərq etmək olar.


Xaçmazda tarixi abidələrə qarşı da SOYQIRIM həyata keçirilir
Xaçmazda tarixi abidələrə qarşı da SOYQIRIM həyata keçirilir
Xaçmazda tarixi abidələrə qarşı da SOYQIRIM həyata keçirilir
Xaçmazda tarixi abidələrə qarşı da SOYQIRIM həyata keçirilir
Xaçmazda tarixi abidələrə qarşı da SOYQIRIM həyata keçirilir
Xaçmazda tarixi abidələrə qarşı da SOYQIRIM həyata keçirilir
Xaçmazda tarixi abidələrə qarşı da SOYQIRIM həyata keçirilir
Xaçmazda tarixi abidələrə qarşı da SOYQIRIM həyata keçirilir
Xaçmazda tarixi abidələrə qarşı da SOYQIRIM həyata keçirilir
Xaçmazda tarixi abidələrə qarşı da SOYQIRIM həyata keçirilir
Xaçmazda tarixi abidələrə qarşı da SOYQIRIM həyata keçirilir
Xaçmazda tarixi abidələrə qarşı da SOYQIRIM həyata keçirilir









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gürcüstana qarşı yeni sanksiyalar hazırlanır - “Novosti Qruzii”
Bu gün, 16:16
Gəncəli Mübarizin oğlunun ermənilərlə şərikli biznesi… - TƏFƏRRÜAT
Bu gün, 16:13
“Yekun hesabat 3 ildən gec olmayaraq təsdiqlənəcək” – Qazaxıstan Nəqliyyat Nazirliyi BELƏ DEYİR...
Bu gün, 16:10
Azərbaycan Gimnastika Federasiyasının sabiq prezidenti vəfat edib
Bu gün, 16:00
Ermənistanda milli qəhrəman həbs edilib
Bu gün, 15:51
2025-ci ildə Azərbaycanın xarici siyasətinin istiqamətləri NECƏ OLACAQ?
Bu gün, 14:00
“Toy sahibləri xahiş edir ki, məclisimizə barbi geyimində gəlin, imic yaratmışam...”
Bu gün, 13:58
"Dilarə Kazımova və Nigar Camala deyim ki, niyə belə geyinirsiniz?" - Niyaməddin Musayev
Bu gün, 13:11
Akopyan həmin oteldə 3 min manata qalıb? – Paşinyan VİDEO yaydı
Bu gün, 13:00
Qroznıda AZAL-ın təyyarə qəzası ilə bağlı araşdırmanın “hərbiyə aid hissəsi” gizliləşdirilib - "ВЧК-ОГПУ"
Bu gün, 12:49
İrəvan ordusunu "süni intellekt"li etmək istəyir - TƏBİİ AĞILLA NƏ QƏLƏT ETDİLƏR Kİ...
Bu gün, 12:47
Azər Baxşəliyevin həyat yoldaşı: - "Oyanmadın"
Bu gün, 12:44
Öcalan PKK-ya nə zaman tərk-silah çağırışı edəcək?
Bu gün, 12:42
AZAL-ın təyyarəsinə görə idarə rəisi dindirildi: - Qroznı aeroportundakı çatışmazlıq ÜZƏ ÇIXDI
Bu gün, 12:30
Putin nüvə silahını işə salmağa hazır imiş: Rusiyanı Çin dayandırıb! - İLGİNC İDDİA
Bu gün, 12:28
Putin yenidən "Qarabağ klanı"na "stavka" edir? - GƏLİŞMƏ
Bu gün, 12:21
"Rusiya Azərbaycan Prezidentinin səsləndirdiyi şərtləri yerinə yetirəcək” - Sergey Markov
Bu gün, 12:20
Bayden korrupsiyada günahlandırılır
Bu gün, 12:00
Ukrayna Rusiyaya döyüş PUA-ları ilə hücum edib
Bu gün, 12:00
Nazarbayevin həmin sammitdə iştirakı ölkəni qarışdırdı - Tokayev şok detalları açıqladı
Bu gün, 11:42
Gürcüstan Milli Bankı ABŞ dolları ilə bağlı yeni qərar qəbul edib
Bu gün, 11:34
Bakı həbsxanasında MƏHKUM ÖLDÜ
Bu gün, 11:31
“Söz versələr də etmədilər, küsdü..” - Rafael Dadaşov kimdən incik getdi?
Bu gün, 11:17
İran Suriyadakı silahlarını Ermənistana GÖNDƏRİR - NƏ BAŞ VERİR?
Bu gün, 11:14
İYİ Partiya DEM heyətini qəbul etmədi
Bu gün, 11:13
AŞPA-nın qış sessiyasının gündəliyi açıqlanıb - DETALLAR
Bu gün, 11:11
Dnestryanı “donur”: Kremlin əmri ilə yardımdan imtina etdi - "Politiko”
Bu gün, 11:07
Yeni il süfrəsini qurmaq neçəyə başa gəldi? - ARAŞDIRMA
Bu gün, 11:06
Qazax RİH-də NƏ BAŞ VERİR? - Birinci müavin başçıya qarşı...
Bu gün, 10:47
Həkimin cərrahi əməliyyat zamanı canlı yayım açması QANUNİDİRMİ?
Bu gün, 10:38
“Made in China 2025” işə düşüb - NƏ BAŞ VERİR?
Bu gün, 10:36
Kirayəpulunu ödəyə bilməyən Qarabağ əlili ilə məmur arasında qalmaqal - TƏFƏRRÜAT
Bu gün, 10:33
Əl-Culani ABŞ-dan qoşunlarını Suriya ərazisindən çıxarması üçün İsrailə təzyiq göstərməyi tələb etdi...
Bu gün, 10:29
Blinken Koreya, Yaponiya və Fransaya səfər edəcək
Bu gün, 10:26
Müəllimlər üçün ictimai nəqliyyat pulsuz olacaq? - AKTUAL
Bu gün, 10:15
Braziliyalı mütəxəssislər AZAL-ın təyyarəsinin qara qutularının təhlilinə başlayıblar - Braziliya mediası
Bu gün, 10:10
Haftonidəki YAŞIL TERROR: Niyə səsini çıxaran yoxdur? - ETİRAZ VAR...
Bu gün, 10:09
Erməni ordusunda “süni intellekt tağımı” yaradılır - KİV
Bu gün, 09:59
"Qoy yeni ildə də bizi güldürsün!" - REPLİKA
Bu gün, 09:52
Sankt-Peterburq aeroportunun fəaliyyəti müvəqqəti dayandırılıb
Bu gün, 09:47
Cinayət törətməkdə şübhəli bilinən 15 nəfər saxlanılıb
Bu gün, 09:40
2025-ə rektorsuz girən universitetlər: Yeni təyinatlar GÖZLƏNİLİR - SİYAHI
Bu gün, 09:25
Abşeronda satmadığı YER QALMAYIB... - İTTİHAM VAR...
Bu gün, 09:21
"Qadına sahib çıxmaq kişinin borcudur"
Bu gün, 09:18
Petrosyanın şok çıxışı: Azərbaycanlıları qovduq ki... - VİDEO
Bu gün, 09:14
14 saylı poliklinikada tibbi arayış zülmü - NARAZILIQ VAR...
Bu gün, 09:08
Vətəndaşın təcili tibbi yardım DƏRDİ... - AXI NİYƏ?..
Bu gün, 09:01
Əmək pensiyasından tutulmalar nə qədər qanuni və əsaslıdır... - Ekspert danışır...
Bu gün, 08:51
Tanınmış yazar AZƏRİQAZ-a OD PÜSKÜRDÜ - "Zavod-zad işlədirik?.."
Bu gün, 08:47
"Poeziyaya, şeirə qarşı bu aqressiv, ironiyalı, aşağılayıcı münasibət hardan qaynaqlanır?.." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru