Elman Rüstəmov və Cavid Qurbanovun himayə etdiyi filial müdiri kimdir? - İTTİHAM VAR
Tarix: 6-08-2016, 10:04 | Çap et
Son aylar adı ətrafında ən çox qalmaqal yaranan, mətbuatda müzakirə olunan banklardan biri də “DəmirBank”dır. Qafqaznews.az xatırladır ki, bu il aprelin 21-də “Dəmirbank” ASC-nin idarə heyəti sədrliyindən gedərək vəzifəsini Fərid Abuşova buraxan Roman Əmircanovla bağlı da, dövri mətb5d7cb21805uatda çox yazılıb. Roman Əmircanovun sabiq MTN generalı Akif Çovdarovla qohum olması, onun əmisioğlu Rəşad Əmircanovun da MTN-də şöbə rəisi vəzifəsində çalışması hamıya məlumdur.
“MTN işi” ilə əlaqədar o da tutduğu vəzifədən azad edilərək sərəncama göndərilib. Bundan başqa, yayılan məlumatlara görə, Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Rəşad Əmircanovun Badamdardakı villasında və Bakının digər yerlərindəki evlərində axtarışlar aparıb. Rəşad Əmircanova məxsus Badamdardakı 1 milyon dollarlıq villa möhürlənib. Rəşad Əmircanov əvvəllər Xüsusi Dövlət Mühafizə Xidmətində işləyib, Akif Çovdarov Milli Təhlükəsilik Nazirliyində idarə rəisi təyin edildikdən sonra, qayınatasının himayədarlığı ilə MTN-ə şöbə rəisi gətirilib. Hüquq-mühafizə orqanları Akif Çovdarovun təşkil etdiyi gizli həbsxanalar və müxtəlif cinayət əməllərində Rəşad Əmircanovun da iştirakının olduğunu təxmin edirlər. Hələ o zaman məlumat yayılmışdı ki, Roman Əmircanovun da fəaliyyəti araşdırılır. İddia olunurdu ki, Akif Çovdarov Roman Əmircanov vasitəsilə külli miqdarda maliyyə vəsaitlərini “DəmirBank”da leqallaşdırıb (azpolitika.info).
Aprel ayından “DəmirBank”ın rəhbərliyinə Fərid Abuşovun keçməsilə, hər kəs gözləyirdi ki, artıq bu bank ətrafındakı qalmaqallar səngiyəcək və ciddi kadr islahatları aparılacaq. Lakin mətbuatda yazılanlar başqa mənzərə yaradır. Buyaxınlarda ölkə mətbuatında “DəmirBank”la əmanətçiləri arasında münaqişələr haqqında məlumatlar yayılıb. Həmin məlumatlarda bildirilir ki, “DəmirBank”, bir çox müştərilərinin pullarını min bir bəhanə ilə geri qaytarmır. Bu qalmaqalla bağlı cumhuriyyet.az-a daxil olan məlumatda baş verənlərlə bağlı ilginc təfərrüatlar yer alıb. Bildirək ki,hazırda problem yaşayan yeddi nəfər vətəndaş, o cümlədən şəhid və Milli Qəhrəman ailələrinin üzvləri on illərlə manat-manat topladıqları pulları “DəmirBank”a əmanət ediblər. Həmemircanovin insanların əllərində rəsmi müqavilələr, pulların mədaxil qəbzləri, əmanət kitabçaları, hətta bankın səlahiyyətli şəxsləri tərəfindən imzalanıb-möhDemir Bank logoürlənmiş qarant məktubları olmasına və həmin depozit əmanətlərin müqavilə müddətlərinin aylardır bitməsinə baxmayaraq, bu günə qədər geri qaytarılmayıb. Son bir neçə ayda dəfələrlə vətəndaşlar tərəfindən rəsmi müraciət edilməsinin də bir faydası olmayıb. Qeyri-rəsmi məlumatlara görə, həmin pullar mənimsənilib. Bank fırıldağı ilə bağlı cumhuriyyet.az-a daxil olan məlumatda bildirilir ki, “DəmirBank”ın Bayıl filialından qaynaqlanan olayın başında filialın rəhbəri Fərəh Rəşadətli durub. Belə ki, əmanətçilərin pullarının geri verilməməsi, güman edilən mənimsəmə məhz Fərəh xanımın rəhbərliyi altında baş verib. Mənbəmizin sözlərinə görə, ötən ilin dekabrından depozitlərin verilməsində baş verən yubanmadan sonra vətəndaşlar bank rəhbərliyinə müraciət edib və “Dəmirbank”ın Bayıl filialında yoxlamalar aparılıb. Mənbənin verdiyi məlumata görə bankın mərkəzi aparatından təyin edilən Oqtay Şirinov bir ay müddətində yoxlamalara rəhbərlik edib və nə qədər qəribə olsa da “heç bir qüsur tapılmayıb”. Güman edilir ki, F.Rəşadətli O.Şirinov arasında müəyyən anlaşmalar olub və bu məsələ ört-bastır edilib (cumhiriyyet.az). Xatırladaq ki, bir neçə il əvvəl ölkə mətbuatında “DəmirBank”ın “Mərkəz” filialının müdiri Müşfiq Tükanov barədə, eləcə də onun qayınatası kimi təqdim etdiyi AMB rəhbərinin müşaviri Abdulla Məlik -Aslanov haqqında diqqətçəkən məlumatlar yayılmışdı. Qeyd edək ki, M.Tükanov adlı şəxs hazırda da sözügedən bankın “Mərkəz” filialına rəhbərlik edir. 2013-cü il sentyabrında ölkə mətbuatında xəbər verilmişdi ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin “Azərbaycan Dövlət Dəmir Yolları” QSC-nin marketinq şöbəsinin rəisi Rahib Hüseynovu həbs etməsi diqqəti bu QSC sədrinin üzərinə yönəldib. Yayılan məlumatlara görə, R.Hüseynov 48 milyon manatı mənimsəməkdə ittiham olunur. Onun qardaşı, bu işdə adı keçən Emin Hüseynov isə Moskvaya qaçıb. Hazırda onun Moskvada olduğu və müntəzəm olaraq zərərçəkmişlərlə əlaqə saxladığı bildirilir. E.Hüseynov dəmir yollarının təchizat sistemində yer alır. Zərərçəkənlər bildiriblər ki, əslində bu maliyyə fırıldağının başında Arif Əsgərovun oğlu Elnar Əsgərov durur və bütün pullar ona çatırmış. Saxlanılan R.Hüseynov Arif Əsgərovun baldızı oğludur (musavat.com).
Qeyd edək ki, Müşfiq Tükanovun da bu şəxslərə yaxın olduğu deyilir. Eyni zamanda, Müşfiq Tükanovun Cavid Qurbanovun oğlu Şəmşirlə kirvə olması barədə də ölkə mətbuatında az yazılmayıb. “Yeni Müsavat” qəzeti Azərbaycan Mərkəzi Bankından “itən” 48 milyon manatla bağlı araşdırmasında yazırdı: “Bank sektorundakı mənbələrdən redaksiyamıza verilən məlumata görə, M.Tükanov Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin sədri Elman Rüstəmovun ən yaxın adamlarından biridir: “Onun Mərkəzi Bankda işləyən qayınatasının vasitəçiliyi ilə, ”DəmirBank”ın “Mərkəz” filialı şübhəli maliyyə əməliyyatlarının əsas mərkəzlərindən birinə çevrilib. Belə əməliyyatlardan əldə edilən “gəlir” isə oyunçular arasında bölüşdürülür. Bu baxımdan, 48 milyonluq yeyinti qalmaqalında E.Rüstəmovun adının yer alması tam başadüşüləndir. Məsələnin başqa bir maraqlı nüansı “DəmirBank”ın özü ilə bağlıdır. 1989-cu ildə yaradılmış, “Azərdəmiryolbank” adı ilə fəaliyyət göstərən bank, adından da göründüyü kimi, dəmiryolçulara xidmət edir. Bank 16 oktyabr 2009-cu il tarixindən etibarən fəaliyyətini “DəmirBank” adı ilə həyata keçirir və biznes mühitində “nəqliyyat naziri Ziya Məmmədovun bankı” kimi tanınır.
Z.Məmmədovun özü də Azərbaycan Dəmir Yolu İdarəsinin rəisi işləyib. Nazir dəmir yoluna başçılıq etdiyi dönəmdə bankı özününküləşdirə bilib. Bankın saytında səhmdarları ilə bağlı yarımçıq məlumatlar verilib. Saytda yalnız xarici səhmdarların adı göstərilib. Saytda səhmlərin 25 faizinin Avropa Yenidənqurma və İnkişaf Bankına, 10 faizinin isə Hollandiya İnkişaf Maliyyə Şirkətinə məxsus olması göstərilir. Səhmlərin 65 faizinin sahibi olan yerli səhmdarın (və ya səhmdarların) adı isə gizli saxlanılır (bu yaxınlarda qanunvericiliyə edilmiş dəyişikliyə görə, təsisçi və ya səhmdarların adı gizli saxlanıla bilər). Ancaq ən müxtəlif qaynaqlar bankın Z.Məmmədova məxsus olduğunu bildirir.
Beləliklə, burada maraqlı korrupsiya üçbucağı alınır: Ziya Məmmədov-Arif Əsgərov-Elman Rüstəmov. Böyük ehtimalla dairə burada qapanmır. Ötən saylarımızda qeyd etmişdik ki, mütəşəkkil qrupa adları bizə bəlli olmayan başqa şəxslər də daxil ola bilər. Çünki 48 milyon manat yetərincə böyük vəsaitdir və bu məbləği bir neçə şəxs öz arasında mənimsəyə bilməz. Yeni məlumatlar qənaətimizi bir daha təsdiqləyir” (musavat.com).
Müşfiq Tükanovla bağlı araşdırma apararkən, onun iqtisad elmləri doktoru, hətta bir sıra elmi məqalələr müəllifi olduğunu öyrəndik. Qafqaznews-un əldə etdiyi məlumata görə, M.Tükanov sabiq “DəmirBank” rəhbəri Roman Əmircanovla həm yerlidir, həm də onların arasında qohumluq münasibətləri var.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Ermənistan rəhbərliyinin “B planı” yoxdur” - Suren Sarkisyan
Bu gün, 18:04 |
|
|
|
• Tiktoker Fatimə ev dustaqlığına buraxıldı
Bu gün, 18:02 |
|
|
|
• Evi sökülən sakinə ev verilməlidir, yoxsa pul? - “Şirkətlər Bakıda bina tikmək istəmir”
Bu gün, 17:54 |
|
|
|
• Ermənistan Rusiyanı və İranı necə aldatdı?! - GƏLİŞMƏ...
Bu gün, 17:51 |
|
|
|
• Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi - ƏMR
Bu gün, 17:48 |
|
|
|
• "Xozeyn" ləqəbli tiktoker HƏBS EDİLDİ
Bu gün, 17:46 |
|
|
|
• Tərtər şəhər Vüqar Tofiq oğlu Həsənov küçəsində də asfalt örtüyünün salınması işlərinə başlanılıb - FOTO
Bu gün, 17:44 |
|
|
|
• Əhmədian əslində Ermənistana mesaj ötürur - AMMA...
Bu gün, 17:31 |
|
|
|
• “ETN-nin son illərdə QHT-lərə verdiyi qrantlar əksər hallarda güzəştlə dost-tanışlara paylanılan hədiyyə olub...” - İTTİHAM VAR...
Bu gün, 17:29 |
|
|
|
• Polis Yasamal rayonunda narkotiklərə qarşı əməliyyatlar keçirib - VİDEO
Bu gün, 17:28 |
|
|
|
• İcra başçıları Bakıda bina tikə BİLMƏYƏCƏK - "Tikinti maqnatları"na qadağa
Bu gün, 17:15 |
|
|
|
• Əsgərlərimizi Qərbi Azərbaycanda qırğına verdiniz – Babacanyan
Bu gün, 17:12 |
|
|
|
• "German hospital”da yoxlama aparıldı, 4 nəfər cəzalandırıldı - AD GÜNÜ qalmaqalı...
Bu gün, 17:09 |
|
|
|
• “Sea Breeze”ə yaxın şirkət yaradılıb
Bu gün, 17:05 |
|
|
|
• "Üç gün əvvəl oğlum demişdi ki, yanğın baş verən ərazi uzaqdı"
Bu gün, 17:01 |
|
|
|
• Delimitasiyada 1920-ci illərin xəritələrinə istinad edilməlidir - HÜQUQİ ŞƏRH
Bu gün, 16:59 |
|
|
|
• Hesablama Palatası UNEC-də aşkarladığı maliyyə pozuntularını niyə ört-basdır edir? - YEYİNTİ İTTİHAMI
Bu gün, 16:58 |
|
|
|
• “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - BU NƏDİ BELƏ?
Bu gün, 16:54 |
|
|
|
• BMU və İqlim Böhranına Cavab Layihə Qrupu arasında sənəd imzalanıb - FOTO
Bu gün, 16:51 |
|
|
|
• Ermənistan parlamentinin vitse-spikeri Aİ rəsmisi ilə Azərbaycanla normallaşma prosesini müzakirə edib
Bu gün, 16:49 |
|
|
|
• Direktor xaricdən Azərbaycana donor orqanların gətirilməsinin mümkünlüyündən danışıb
Bu gün, 16:47 |
|
|
|
• Ermənistan Avropa İttifaqına üzv ola bilərmi? - ŞƏRH
Bu gün, 16:20 |
|
|
|
• Gülzar Qurbanova virusa yoluxub
Bu gün, 16:17 |
|
|
|
• "Avropa İttifaqının Gürcüstan və Ukraynanı “qapıda gözlədərək”, Ermənistana qucaq açması inandırıcı deyil"
Bu gün, 16:16 |
|
|
|
• Müsavat Partiyası Sabir Rüstəmxanlıya CAVAB VERDİ
Bu gün, 16:14 |
|
|
|
• “Putini danışıqlara getmək fikrindən daşındırmağa çalışırlar” - ISW
Bu gün, 16:12 |
|
|
|
• Bakının 3 rayonunda binaların elektrik paylayıcı qutularından çoxsaylı oğurluqlar edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:08 |
|
|
|
• Paşinyan Putinlə vidalaşır – Rus liderin “sürprizi” nə olacaq?
Bu gün, 16:05 |
|
|
|
• İDDİA: Sahil Babayev yeni quruma rəhbərlik edəcək - Dövlət gəlirləri vahid quruma tapışırılır
Bu gün, 16:03 |
|
|
|
• Bakı İrəvandan istədiyini bu yolla alacaq - Krılov
Bu gün, 16:00 |
|
|
|
• Avropa yenə burnunu Ermənistana SOXDU: - “1992-ci ildə...”
Bu gün, 15:59 |
|
|
|
• Deputatın 20 milyonluq əmlakı əlindən çıxdı - FOTO
Bu gün, 15:58 |
|
|
|
• Mərdan Əliyev vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 15:57 |
|
|
|
• Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədində missiya müddətini uzatmaq istəyir
Bu gün, 15:53 |
|
|
|
• Mərasim evlərinin yas biznesi: "Gündən-günə artır" - deputatdan REAKSİYA
Bu gün, 15:49 |
|
|
|
• "Cənab Prezident mənə böyük etimad göstərib" - Samir Şərifovdan ilk açıqlama
Bu gün, 15:46 |
|
|
|
• Açıq mesajın şifrəsi - Hələlik 1:0
Bu gün, 15:44 |
|
|
|
• Xamenei Azərbaycandan üzr istəməlidir! – Tehran bizə qarşı heç vaxt səmimi olmayıb
Bu gün, 15:42 |
|
|
|
• Rusiyada azərbaycanlı vəkilin həbs müddəti uzadılır
Bu gün, 15:40 |
|
|
|
• “Partlayıcı döyüş sursatlarının zərərsizləşdirilməsi kursu”nun buraxılış mərasimi keçirilib
Bu gün, 15:39 |
|
|
|
• Kriminal avtoriteti həbsxanada döyüb öldürdülər
Bu gün, 15:24 |
|
|
|
• Ermənistanın Avropa Birliyi kursu: Rusiya və İranın münasibəti necə olacaq?
Bu gün, 15:22 |
|
|
|
• “Xaricdəydim, Ətağanın cəddini çağırdım, yollar açıldı...” - bunu uzun illər AMEA-ya rəhbərlik etmiş şəxs deyir...
Bu gün, 15:19 |
|
|
|
• Kabinetdə oturanlar 3-4 qat artıq maaş alır... - "Bizə də heç olmasa 1.5 mislini versinlər..."
Bu gün, 15:14 |
|
|
|
• İcra başçısının qalmaqallı sabiq müavini seçkidən geri çəkildi - YAP-ın namizədi idi...
Bu gün, 15:05 |
|
|
|
• Əsgər getməmək üçün özünü ülgüclə doğradı, sinəsinə “ATA” yazdırdı, amma... - İLGİNC TƏFƏRRÜAT
Bu gün, 15:03 |
|
|
|
• Süleyman Mikayılovun Puta qəsəbəsində səyyar qəbulu keçirilib - FOTO
Bu gün, 14:56 |
|
|
|
• Bələdiyyə seçkilərində "exit poll" keçirilməyəcək
Bu gün, 14:33 |
|
|
|
• Yeni ilə yeni qiymətlərlə: artım həll yolu deyil, lakin... - NƏ ETMƏLİ?
Bu gün, 14:00 |
|
|
|
• Ermənistan sülh istəmirsə, bizə də lazım deyil - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:58 |
|
|
|
|