Bələdiyyə seçkilərində "exit poll" keçirilməyəcək .....                     Yeni ilə yeni qiymətlərlə: artım həll yolu deyil, lakin... .....                     Ermənistan sülh istəmirsə, bizə də lazım deyil .....                     Azərbaycan vətəndaşını zorla döyüşə apardılar, əsir düşdü .....                     Azərbaycanda məhkəmə hakimi müəmmalı şəkildə öldü .....                     Üşüyən icra başçıları: Həmin fotonu tez sildilər .....                     Şabranda 10-cu sinif şagirdinə xəsarət yetirən məktəbli .....                     "Məni Putinlə, mafiya babaları ilə hədələyirlər" .....                     Sakinlərin hüquqları pozulur, dövlət qurumları isə susur .....                     İrəvana təzyiq artır: Avropa İttifaqı xilasedici kəmər olacaqmı? .....                     Samir Şərifov nazir postundan ALINDI, yeni görəvə gətirildi .....                     Az çiskin olacaq... .....                     Bayden administrasiyası son həmlələrini reallaşdırır .....                     Şabranda 10-cu sinif şagirdi məktəb yoldaşının gözünü ÇIXARIB .....                     Yaponiya "Vaqner"in rəhbərinin anasına qarşı sanksiyaları ləğv edib .....                     Amerikalılar Çinin Qrenlandiyadakı planlarına mane olublar .....                     2025-ci ildə BİZİ VƏ DÜNYANI NƏ GÖZLƏYİR? .....                     Azərbaycan SƏRT KARANTİN rejiminə keçir? .....                     Əhəd Abıyevin yeni işi məlum oldu .....                     Əvvəllər də Azərbaycana eşşəklər gətirilib, amma heç bir işə yaramayıb .....                     Zorlandığını sübut etmək üçün "Xəzər TV"yə çıxdı .....                     Səs-küylə həbs olunmuş deputat azadlığa çıxır .....                     Eyni adama məxsus 4 şirkət ləğv olunur .....                     Niftulla Məmmədlinin xanımı vəfat etdi .....                     Aİ rəsmiləri Trampın Rusiyaya sanksiyaları ləğv edəcəyindən ehtiyatlanır .....                     Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində QARANLIQ İŞLƏR... .....                     Avropa Məhkəməsi vəzifəsindən kənarlaşdırılan erməni hakimin .....                     Naxçıvanda Vasif Talıbovdan qalma BORCU ÖDƏTDİRİRLƏR? .....                     İş adamı Alik Kərimovun oğlu ölkədən pul çıxarıb? .....                     "Bizim rusiyayönlü qüvvələr ciddi problemlərlə üzləşirlər" .....                     “Lenin elə söz deməyib” .....                     İcra başçısının oğlunun inanılmaz əməlləri: `Rüsvay olmuşam, evlənə də bilmirəm...` .....                     Bakıya müqavimət mümkün deyil: Diz çökək və kömək diləyək? .....                     Bacısını boğaraq qətlə yetirən qardaş cəzasını .....                     Ermənistan faşizm "aşiqi" olduğunu etiraf etdi .....                     Ermənistanda hakim partiyanın toplantısında qalmaqal, Paşinyan iclası tərk edib .....                     Rusiya şirkəti Azərbaycan bazarından gedir .....                     “Zəngəzur dəhlizinin açılması Ermənistanın üzərinə götürdüyü bir öhdəlikdir” .....                     Ağstafa rəhbərliyinin BƏLƏDİYYƏ BAZARLIĞI... .....                     “Xortdana oxşayıram” .....                 

Anasını dəlixanaya saldıran məmur kimdir? - ŞOK İDDİA
Tarix: 25-06-2016, 12:25 | Çap et
Anasını dəlixanaya saldıran məmur kimdir?
Redaksiyaya daxil olmuş bir müraciəti emosiyasız oxumaq mümkün deyil – oxuduqca, cəmiyyətimizdə hökm sürən mənəviyyatsızlığın və köməksizliyin miqyasına heyrətlənməyə bilmirsən!
İslam üləmaları, ziyalı dindarlarımız, yazarlarımız hər zaman bizlərə bir hikməti aşılayıblar – yazıblar, deyiblər: «Cənnət – ananın ayaqları altındadır». Nə yazıq ki, Alya ananın redaksiyamıza təqdim etdiyi sənədləri öyrəndikcə, istər-istəməz bu qənaətə gəlirsən ki, onun nankor oğlu artıq cənnəti də sökməyə başlayıb!

Bakı şəhər sakini, Səbail rayonu, Bünyad Sərdarov küçəsindəki 17 saylı binanın 22-ci mənzilində yaşayan Təmrazova Alya Həsən qızı yazır: «24 may 2014-cü il tarixdə Baş Prokuror Zakir Qaralov məni vəkilimlə birlikdə qəbul etdiyi zaman «Cənab Baş Prokuror, 4 ildir ki, bu cinayət işləri Sizin xüsusi nəzarətinizdə olduğu halda, nə üçün öz həllini tapmır?» sualına cavab verə bilmədikdə, «Danışığınızı davam etsəniz mən də sizin psixi durumunuz haqqında fikrimi dəyişə bilərəm» – deyə, bildirdi.

2013-cü ilin oktyabrında Bakı şəhər prokurorluğunun müstəndiqi, hazırda Nərimanov rayon prokurorunun köməkçisi Elşən Məmmədov məni küçə söyüşləri ilə təhqir edərək, istintaq idarəsinin rəisi Cəfər Cəfərovun və Bakı şəhər prokurorunun müavini Azər Əsgərovun yanında «Q….ə, sənin nəslini kəsəcəyəm» – deyə, söydü.

14 aprel 2016-cı il tarixində Baş Prokurorluğun istintaqa nəzarət İdarəsinin rəisi Nazim Abbasov məni qəbul edərkən ona təqdim etdiyim faktlara-sənədlərə bir bəhanə tapa bilmədikdə, qəflətən əlini masanın üstünə vuraraq, ərazi prokuroru Nizami Göyüşovun və şahidlərim olan vətəndaşların yanında «Kopək oğlunun qızı, bəsdir, mənim əsəblərimlə oynama!» – dedi və dəhlizə çıxıb, məni «oğraş oğlunun qızı!» söyüşünə qonaq elədi…

Hörmətli baş redaktor! Azərbaycan Respublikasının Prezidenti çıxışlarında məmur ozbaşınalığına son qoyulmasını tələb etdiyi halda, göründüyü kimi, hələ də bu çağırışa əməl etməyən məmurların sayı kifayət qədərdir. 02 mart 2016-cı il tarixindən hal-hazıra qədər Bakı şəhər prokurorluğunda istintaq idarəsinin müstəntiqi Asəm Səfərəliyev tərəfindən birləşdirilmiş iki cinayət işi üzrə heç bir istintaq hərəkəti aparılmır. Bakı şəhər prokuroru Əziz Seyidov suallarıma cavab verə bilmədikdə, məni açıq-aşkar süründürməçiliyə məruz qoyur – aldadır. Çünki Bakı şəhər prokurorluğunun qanunsuz və qərəzli Qərarı 3 dəfə Baş Prokurorun müavini Rüstm Usubov tərəfindən ləğv edilib.
Odur ki, bu işin mətbuatda və internet səhifələrində işıqlandırılması, mənim təhlükəsizliyimin təmin olunması və cinayətkarların məsuliyyətə cəlb olunması üçün yuxarıda göstərilənləri Baş Prokurorun və Fuad Ələsgərovun diqqətinə çatdırılmasını sizdən xahiş edirəm».

Bəs, bütün bu çək-çevir öz başlanğıcını nədən və haradan götürür? Alya xanımın müraciətinə əlavə olunmuş digər bir sənəd – Baş Prokuror Zakir Qaralova, Bakı şəhər prokuroru Əziz Seyidova, Səbail rayon prokuroru Şirxan Adıgözəlova (Keçmiş-red.) ünvanlanmış bir ərizə bu suala dolğun cavab verir. Ərizə sahibi, Zaqatala rayonunun Bəhmənli kənd sakini, vəkil Əhməd İsmayıl Əhməd oğlu yazır:
«Sizə bildiririk ki, Təmrazova Alya Həsən qızı ilə biz ailəlikcə 30 ildən artıqdır ki, dostluq edirik. 19.09.2010-cu il tarixdə, axşam çağı Alya xanıma baş çəkməyə getmişdim. Evə qalxanda məni Həsən (Həsən Alya xanımın oğludur, hazırda Gömrük Komitəsində yüksək vəzifədə işləyir. Bu vəzifəyə onu Birinci xanım Mehriban Əliyeva ilə qohumluq əlaqələri olan anası düzəldib… –red.) qarşıladı. Mənzilə daxil olarkən, orada Vəfadar adlı qonşunu və yataq xəstəsi olan Lətifə xanımı gördüm. Həsəndən Alya xanımı soruşdum. Cavab verdi ki, Alya xanımı dəlixanaya yerləşdirmişəm – o, dəlidir, onu bir neçə ay dəlixanada müalicə etdirib, qəyyumluğu öz üzərimə sənədləşdirəcəm. Bununla da hər şey bitəcək.

Həsən onu da dedi ki, Alya xanımın dəlixanaya aparılmasına və oradakı həkimlərə külli miqdarda pul xərcləyib. Nəzərimə çatdırdı ki, mənə də nə qədər lazımdırsa pul verəcək.

Daha sonra Alya xanımın xalası oğlu Vaqif həyat yoldaşı ilə gəldi. Lətifə nənəyə yemək yedirtmək istəyirdilər. Amma o, yeməkdən imtina elədi. Mən Həsənə heç nə demədən, mənzildən çıxdım.

21.09.2010-cu il tarixində səhər tezdən Şamil müəllim (bu şəxsin kimliyi barədə məlumat verilmir – red.) ilə mən Maştağada yerləşən 1 saylı Respublika Psixatriya Xəstəxanasına gəldik. Orada Alya xanımı axtarıb tapdıq və onun həkimi Gülzar xanımla görüşdük. Alya xanımın nə üçün burada saxlandığını soruşduq. Həkim bizə Həsənin imzaladığı ərizəni (bir-iki cümlədən ibarət) göstərdi və bildirdi ki, indi komissiya olacaq və Alya xanımı buraxacağıq.
Alya xanımın yaxın adamları kimi baş həkimlə görüşmək istədik. Amma nəyə görə isə baş həkim bizimlə görüşməkdən imtina elədi. Üstündən 30 dəqiqə keçməmiş, Alya xanım içəridən çıxdı və biz onu evə gətirdik. Biz orada gözləyən vaxt Həsənin də kənarda duraraq, əsəbi şəkildə kimlərləsə danışdığını gördük. Sonra o, bizə yaxınlaşdı – bizi acıladı və kənarlaşdı.

Anasını dəlixanaya saldıran məmur kimdir?

Evə gəldikdə isə gördüm ki, Həsən evdədir. Alya xanımın xahişi ilə onu kənara çəkib, mənzili tərk etməsini istədim, çünki Alya xanım onu görmək istəmirdi. O zaman Həsən bildirdi ki, mənzili tərk etməyəcək… Alya xanım polisə zəng vurdu və polis gəldi və onu mənzildən çıxartdı.

Onu da nəzərinizə çatdırmaq istəyirəm ki, Həsən 2007-ci ildən anası Alya xanımla yaşamır. Alya xanım həmişə bizə deyirdi ki, oğlu onunla pis davranır, onu döyür-söyür və təhqir edir. Sonuncu dəfə 2010-cu ildə Həsən Alya xanımı döydükdən sonra, ana oğlunun mənzil qeydiyyatından çıxarılması iddiası ilə məhkəməyə müraciət edib».

Bax, belə… Anasının mənzilində gözü olan, mənzili ələ keçirməyə çalışan oğul, yadlara pul verib, Alya xanımı küçədən oğurlatdıraraq, dəlixanaya saldırır. Guya ki, ANA dəlidir! Üstəlik də, nankor oğul anasını dəlixanada saxlatdırmaq məqsədilə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova məktubla müraciət edib, ondan da kömək umub.

Rəzalət!!!

Bu barədə Alya ana yazır: «Fövqəladə Hallar Nazirliyinin işçisi Murad Usub oğlu Sultanzadə və Gömrük Komitəsinin müstəndiqi Həsən Çingiz oğlu Sultanzadə doğma anası Alya Təmrazovanın mənzillərini və şəxsi əşyalarını ələ keçirmək məqsədilə qanunsuz – məhkəmənin qərarı olmadan polis və həkimlərin iştirakı ilə onu küçədən oğurlayıb Maştağadakı 1 saylı Psixatriya xəstəxanasına yerləşdiriblər. Amma həkimlərin rəyi əsasında mənim tam sağlam olduğum təsdiqlənib”.
Həsən Sultanzadənin «dəlixana əməliyyatı» baş tutmadıqda, o, doğma anası Alya Təmrazovanı 36 dəfə məhkəməyə çəkib. “2014-cü ildə heç bir əsas və səbəb olmadan, nə mənim, nə də vəkilimin məhkəmədən və məhkəmə qərarından xəbərimiz olmadığı halda, Səbail rayonunun sabiq prokuroru Şirxan Adıgözəlov korrupsiya və rüşvətxorluqla bağlı öz cinayətlərini ört-basdır etmək məqsədilə Səbail rayon Məhkəməsinin hakimi Azər Tağıyevin gizli qərarını əldə edərək, 20 fevral 2014-cü il tarixində 9-cu polis bölməsinin təhqiqatçısı Fazil Mahmudovun və digərlərinin köməyi ilə məni yenidən oğurlayıb Maştağadakı 1 saylı psixatriya xəstəxanasına apartdırdı. Şirxan Adıgözəlovun mənə qarşı törətdiyi cinayət əməlləri bu günə qədər hüquq-mühafizə orqanları tərəfindən araşdırılmayıb və hüquqi baxımdan qiymətləndirilməyib.
Şirxan Adıgözəlovun «dəlixana əməliyyatı» baş tutmadıqdan sonra, Həsən Sultanov (xeyli düşündürücüdür ki, Alya xanım oğluna öz atasınıni adını verib!) 18 sentyabr 2014-cü ildə heç bir aidiyyatı olmayan qurumun rəhbərinə – Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova yazılı surətdə müraciət edib ki, anası Alya Təmrazovanı psixatriya xəstəxanasına yerləşdirmək işində ona göməklik göstərsin (? – red.).»

Fövqəladə Hallar Nazirliyi Həsənin (maraqlıdır ki, bu nankor oğula Alya xanım imam Nəsənin adını verib!) rəsmi müraciətinə 14.10.2014-cü il tarixli, 22/22-26/05720 saylı məktubla cavab verib: «…Göstərilən məsələnin nazirliyin səlahiyyətinə aid olmadığını nəzərinizə çatdırır və digər aidiyyati orqanlara müraciət etməyinizi məqsədəmüvafiq hesab edirik». Bu da belə…

Anasını dəlixanaya saldıran məmur kimdir?

Beləliklə, bütün səylərinə baxmayaraq, Həsənin «dəlixana» variantı baş tutmayıb. Bunu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Psixatrik Ekspertiza Mərkəzinin verdiyi 207 saylı (26.02.2014) rəy təsdiqləyir. Rəydə deyilir: «19 sentyabr 2010-cu ildə Alya Təmrazovanın psixatriya xəstəxanasına müayinə məqsədi ilə yerləşdirilməsi oğlunun ərizəsi nəzərə alınmaqla qüvvədə olan «Psixatriya Yardım Haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci, 19-cu, 25-ci və 29-cu maddələrinin tələblərinə uyğun olaraq əsaslı aparılmışdır. 1 saylı Respublika Psixatriya Xəstəxanası tərəfindən qoyulmuş «Hazırda ruhi xəstəlik aşkar olunmur. Şəxsiyyətin cüzi paranoyal inkişafının cizgiləri müşahidə olunur» diaqnozu düzgün və əsaslı olmuşdur. Tibbi sənədlərdə göstərilən həmin nəticəyə əsasən Təmrazova Alya Həsən qızında həmin vaxt hər-hansı psixi xəstəlik və psixi fəaliyyətin pozulmaları qeyd olunmamışdır…»

Təsəvvür edirsinizmi, doğma oğul sapsağlam anasının başına bütün bu müsibətləri nələrin xatirinə gətirir? Bu sualın cavabını Respublika Baş Prokurorluğunun Alya xanıma ünvanladığı 02.03.2016-cı il tarixli, 04/8988 saylı məktubda tapacağıq. Məktubda deyilir: «Oğlunuz Həsən Sultanzadənin 19 sentyabr 2010-cu il tarixli ərizəsi əsasında qanunsuz olaraq 1 saylı Respublika Psixatriya Xəstəxanasına yerləşdirilməyiniz və həmin müddətdə mənzilinizdən Sizə məxsus qızıl-ziynət əşyaları, 5000 manat pulun və evin sənədlərinin oğurlanması faktları ilə bağlı başlanmış cinayət işinin qeyri-obyektiv aparılması ilə əlaqədar həmin işlərin bir icraata birləşdirilməsi, təqsirli olan şəxslərin cinayət məsuliyyətinə cəbl edilməsi barədə müraciətinizə Baş Prokurorluqda baxıldı.

Məlumat üçün bildirilir ki, şikayətiniz təmin olunaraq Səbail Rayon Prokurorluğunda Azərbaycan Respublikası CM-nin 146.2 və 313-cü maddələri və Bakı Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsində Azərbaycan Respublikası CM-nin 177.3.2 maddəsi ilə olan cinayət işləri bir icraata birləşdirilərək, istintaqın aparılması Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinə həvalə edilmişdir…». Bu da belə…

İndi gördünüzmü ki, ANAnın ayaqları altındakı cənnət necə tar-mar edilir?! İmam Həsənin (şiələrdə ən hörmətli müqəddəslərdən biri – Həzrət Əlinin böyük oğlu və Peyğəmbərimizin böyük nəvəsi) adını daşıyan Sultanzadə Həsənin hərəkələri açıq-aydın göstərir ki, o, bir Peyğəmbər ümməti kimi həmin ada layiq deyil və Alya xanım oğluna bu adı verərkən, böyük səhv edib. Bu nankor övladın davranışını mənəviyyatsızlıq adlandırmaq xeyli yumşaq və qeyri-adekvat olardı…

Bir neçə gün bundan əvvəl vətəndaş müraciəti əsasında hazırladığım yazıda qeyd etmişdim ki, mənəviyyat nihilizmi avtomatik olaraq, ölkədə hüquqi nihilizmi doğurur və stimullaşdırır. Buyurun – bu da dediklərimə daha bir nümunə: Həsən «cənnət»i söküb-dağıdır, hüquq-mühafizə orqanları da onun hərəkətlərinə göz yumur…










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bələdiyyə seçkilərində "exit poll" keçirilməyəcək
Bu gün, 14:33
Yeni ilə yeni qiymətlərlə: artım həll yolu deyil, lakin... - NƏ ETMƏLİ?
Bu gün, 14:00
Ermənistan sülh istəmirsə, bizə də lazım deyil - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:58
Azərbaycan vətəndaşını zorla döyüşə apardılar, əsir düşdü - ANASI FƏRYAD EDİR
Bu gün, 13:34
Azərbaycanda məhkəmə hakimi müəmmalı şəkildə öldü
Bu gün, 13:11
Üşüyən icra başçıları: Həmin fotonu tez sildilər - NƏ BAŞ VERİR?
Bu gün, 13:06
Şabranda 10-cu sinif şagirdinə xəsarət yetirən məktəbli təhsil müəssisəsindən uzaqlaşdırılıb
Bu gün, 13:04
"Məni Putinlə, mafiya babaları ilə hədələyirlər" - Qənirə Ataşova
Bu gün, 13:03
Sakinlərin hüquqları pozulur, dövlət qurumları isə susur - AXI NİYƏ?
Bu gün, 13:00
İrəvana təzyiq artır: Avropa İttifaqı xilasedici kəmər olacaqmı? - “Nezavisimaya qazeta”
Bu gün, 12:56
Samir Şərifov nazir postundan ALINDI, yeni görəvə gətirildi - SƏRƏNCAM
Bu gün, 12:54
Az çiskin olacaq... - belə deyirlər...
Bu gün, 12:52
Bayden administrasiyası son həmlələrini reallaşdırır - İNCƏLƏMƏ
Bu gün, 12:51
Şabranda 10-cu sinif şagirdi məktəb yoldaşının gözünü ÇIXARIB - TƏFƏRRÜAT
Bu gün, 12:48
Yaponiya "Vaqner"in rəhbərinin anasına qarşı sanksiyaları ləğv edib
Bu gün, 12:44
Amerikalılar Çinin Qrenlandiyadakı planlarına mane olublar - “Reuters”
Bu gün, 12:41
2025-ci ildə BİZİ VƏ DÜNYANI NƏ GÖZLƏYİR? - Tanınmış astroloqdan ÖNGÖRÜ
Bu gün, 12:39
Azərbaycan SƏRT KARANTİN rejiminə keçir? - NARAHATÇILIQ VAR...
Bu gün, 12:36
Əhəd Abıyevin yeni işi məlum oldu - özündən AÇIQLAMA
Bu gün, 12:33
Əvvəllər də Azərbaycana eşşəklər gətirilib, amma heç bir işə yaramayıb - AÇIQLAMA
Bu gün, 12:28
Zorlandığını sübut etmək üçün "Xəzər TV"yə çıxdı - Sevgilisini yandıran Həcərin MƏHKƏMƏ İŞİ
Bu gün, 12:24
Səs-küylə həbs olunmuş deputat azadlığa çıxır - İDDİA
Bu gün, 12:20
Eyni adama məxsus 4 şirkət ləğv olunur
Bu gün, 12:16
Niftulla Məmmədlinin xanımı vəfat etdi
Bu gün, 12:15
Aİ rəsmiləri Trampın Rusiyaya sanksiyaları ləğv edəcəyindən ehtiyatlanır - “Financial Times”
Bu gün, 12:09
Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində QARANLIQ İŞLƏR... - İTTİHAM VAR...
Bu gün, 12:08
Avropa Məhkəməsi vəzifəsindən kənarlaşdırılan erməni hakimin müraciətinə baxacaq
Bu gün, 11:59
Naxçıvanda Vasif Talıbovdan qalma BORCU ÖDƏTDİRİRLƏR? - İDDİA
Bu gün, 11:58
İş adamı Alik Kərimovun oğlu ölkədən pul çıxarıb? - DETALLAR
Bu gün, 11:54
"Bizim rusiyayönlü qüvvələr ciddi problemlərlə üzləşirlər" - Akopyan
Bu gün, 11:52
“Lenin elə söz deməyib” - Keçmiş prezidentə ETİRAZ
Bu gün, 11:50
İcra başçısının oğlunun inanılmaz əməlləri: `Rüsvay olmuşam, evlənə də bilmirəm...` - TƏFƏRRÜAT
Bu gün, 11:46
Bakıya müqavimət mümkün deyil: Diz çökək və kömək diləyək? - Tevos Arşakyan
Bu gün, 11:42
Bacısını boğaraq qətlə yetirən qardaş cəzasını Psixiatrik dispanserdə çəkəcək
Bu gün, 11:41
Ermənistan faşizm "aşiqi" olduğunu etiraf etdi - BU FAKTDIR!
Bu gün, 11:40
Ermənistanda hakim partiyanın toplantısında qalmaqal, Paşinyan iclası tərk edib - KİV
Bu gün, 11:38
Rusiya şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 11:38
“Zəngəzur dəhlizinin açılması Ermənistanın üzərinə götürdüyü bir öhdəlikdir” - BUNA GÖRƏ DƏ...
Bu gün, 11:35
Ağstafa rəhbərliyinin BƏLƏDİYYƏ BAZARLIĞI... - Artıq bələdiyyə üzvlərinin kimlikləri məlumdur...
Bu gün, 11:30
“Xortdana oxşayıram” - Sərxan Kərəmoğlu
Bu gün, 11:20
Universitetdə kütləvi ixtisarların olması məlumatı həqiqəti əks etdirmir - SDU
Bu gün, 11:18
SOCAR-a DOST-dan gələnlər NİYƏ DÜŞMƏNƏ ÇEVRİLİR? - BU NƏDİ BELƏ?..
Bu gün, 11:14
Şərti azadlığa buraxılan Tərlan yenidən HƏBS EDİLDİ - MƏHKƏMƏDƏN VİDEO
Bu gün, 11:00
Məşhur idmançının məhkəməsidir - SENSASİON DETALLAR
Bu gün, 10:54
İranın sirli generalının Bakıya qəfil səfəri - İLGİNC...
Bu gün, 10:43
Pasiyentin həyatını heçə sayan "həkimlər" - AXI NİYƏ?..
Bu gün, 10:41
Rüşvət alan məmurlardan birinin cəzası azaldıldı, digəri isə azadlığa buraxıldı
Bu gün, 10:36
Tələbə təqaüdləri nə vaxt artırılacaq? - Onlara endirim kartları verilə bilər
Bu gün, 10:34
İstehsalçılar unun qiymətini açıqladı - SİYAHI
Bu gün, 10:27
Paşinyanın saytında şokedici məlumatlar tapdım – Xzmalyan
Bu gün, 10:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru