Azərbaycan Teatrının Hüseynbala Mirələmov “mərhələsi” - acı reallıq
Tarix: 13-06-2016, 09:28 | Çap et
Millət vəkili Hüseynbala Mirələmov aprel ayında maraqlı bir açıqlama ilə çıxış edib. O, bankları tənqid atəşinə tutaraq, onları sahibkarları aldatmaqda, sahibkarların başına “oyun” açmaqda günahlandırıb. Millət vəkilinin bu mövqeyinə müəyyən mənada haqq qazandırmaq olar. Bu ayrıca bir yazının mövzusudur.
Bundan başqa onun adı tez- tez yerli mətbuatda bakıda cövlan edən qumar oyunlarını himayə etməkdə hallandırılır,buna isə bu günə qədər münasibət bildirməməsi gizli mətləblərdən xəbər verir. Bizi maraqlandıran kimlərisə nədəsə ittiham edən birisinin özü haqqında deyilən, yazılan çoxsaylı tənqidləri qulaqardına vurması, inadkarcasına öz fəaliyyətini davam etdirməsidir. Söhbət son 10-15 ildə H.Mirələmovun görkəmli yazıçı-dramaturq adı ilə Azərbaycan cəmiyyətinə, ədəbiyyatına, teatrına sırınmasından gedir.
Bu şəxs uzun müddət Azərbaycan Qaz Emalı Zavodunun direktoru işləyib, son bir neçə çağırışda deputat seçilib və hazırda YAP Xətai rayon təşkilatının sədridir. Vəzifə səlahiyyətlərindən sui-istifadə edərək yığdığı külli miqdarda sərvət ona birdən-birə tanınmış yazıçı və dramaturq olmağa stimul verib. Yazdığı və yaxud bəzilərinin dediyi kimi yazdırdığı pyeslər ölkənin ən aparıcı teatrının – Azərbaycan Akademik Milli Dram Teatrının səhnəsinə yol açmağa nail olub. Azərbaycanın ən böyük sənət məbədini acınacaqlı duruma salan, intriqalar yuvasına çevirən sabiq direktor İsrafil İsrafilovun rəhbərliyi dövründə isə H.Mirələmovun pyesləri M.F.Axundov, Ə.Haqverdiyev, C.Məmmədquluzadə, S.Vurğun, M.Hüseyn, İ.Əfəndiyev və başqa dahilərin əsərlərini səhnədən sıxışdırıb çıxarmağa müvəffəq oldu. Xalq artisti, əməkdar artist adını daşıyan bir sıra tanınmış şəxslər böyük “həvəslə” H.Mirələmovun əsərlərində rol oynamağa başladılar. Rejissorlar, tənqidçilər sözügedən əsərlərin yüksək bədii məziyyətlərindən ağız dolusu danışmaq üçün az qala yarışa girib sıraya düzüldülər. Lakin onların hər birinin daxilində dərin bir xəcalət hissi aydın sezilirdi. Çünki, bu mövqeyin arxasında maddi ehtiyac, maddi maraq dayandığı heç kəsə sirr deyil.
Məlum mövzu ilə bağlı bu yaxınlarda istedadlı gənc şair Aqşin Yeniseyin “Teatrlarımızı mirələmovlardan necə xilas etməli?!” başlıqlı yazısı dərc edilmişdi. Həmin yazı H.Mirələmov tərəfindən çox böyük aqressivlik və təhqirlə qarşılandı. Aydın məsələdir ki, nə qədər haqlı olsa da, gənc bir yazar H.Mirələmov kimi bir şəxsi yerində oturtmaq gücündə deyil. Bu missiya ədəbiyyatımızın, teatrımızın, mədəniyyətimizin başında duranların üzərinə düşür. Ancaq təəssüf ki, onlar da bu məsələdə həvəsli görünmürlər.
Bununla belə qeyd etmək lazımdır ki, gec də olsa, H.Mirələmova “dur” deyən bir nəfər tapıldı. Bu da Azərbaycan Akademik Milli Dram Teatrının yeni direktoru Azərpaşa Nemətovdur. Azərbaycan teatr sənətinin korifeylərindən olan Azərpaşa müəllim direktor təyin olunan kimi son 1 ildən bəri məşqləri gedən H.Mirələmovun “Mərhumun mesajı” əsərinə qadağa qoydu və repertuardan çıxartdırdı. Səbəb də məlumdur. Həmin əsər səviyyəsinə görə, ölkənin aparıcı teatrının səhnəsində təqdim olunmağa layiq deyil.
Yeri gəlmişkən, onu da vurğulamalıyıq ki, demokratik cəmiyyətdə yaşadığımızdan heç kəsə, o cümlədən Hüseynbala Mirələmova bədii yaradıcılıqla, dramaturgiya ilə məşğul olmağa qadağa qoyula, və nəyi, necə yazmaq haqqında göstəriş verilə bilməz. Qoy o da yazıb yaratsın, içindən gələn hissləri istədiyi kimi qələmə alsın. Ancaq sonda ünvanı düz seçsin. Yaxşı olar ki,öz əsərlərini klublara, mədəniyyət evlərinə, bədii özfəaliyyət kollektivlərinə təqdim etsin, maddi yardımı da həvəskar aktyorlara göstərsin. Əgər belə edərsə, o daha çox sevilər və daha böyük savab qazanmış olar.
Həsrət Gündoğan Faktinfo.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bələdiyyə seçkilərində "exit poll" keçirilməyəcək
Bu gün, 14:33 |
|
|
|
• Yeni ilə yeni qiymətlərlə: artım həll yolu deyil, lakin... - NƏ ETMƏLİ?
Bu gün, 14:00 |
|
|
|
• Ermənistan sülh istəmirsə, bizə də lazım deyil - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:58 |
|
|
|
• Azərbaycan vətəndaşını zorla döyüşə apardılar, əsir düşdü - ANASI FƏRYAD EDİR
Bu gün, 13:34 |
|
|
|
• Azərbaycanda məhkəmə hakimi müəmmalı şəkildə öldü
Bu gün, 13:11 |
|
|
|
• Üşüyən icra başçıları: Həmin fotonu tez sildilər - NƏ BAŞ VERİR?
Bu gün, 13:06 |
|
|
|
• Şabranda 10-cu sinif şagirdinə xəsarət yetirən məktəbli təhsil müəssisəsindən uzaqlaşdırılıb
Bu gün, 13:04 |
|
|
|
• "Məni Putinlə, mafiya babaları ilə hədələyirlər" - Qənirə Ataşova
Bu gün, 13:03 |
|
|
|
• Sakinlərin hüquqları pozulur, dövlət qurumları isə susur - AXI NİYƏ?
Bu gün, 13:00 |
|
|
|
• İrəvana təzyiq artır: Avropa İttifaqı xilasedici kəmər olacaqmı? - “Nezavisimaya qazeta”
Bu gün, 12:56 |
|
|
|
• Samir Şərifov nazir postundan ALINDI, yeni görəvə gətirildi - SƏRƏNCAM
Bu gün, 12:54 |
|
|
|
• Az çiskin olacaq... - belə deyirlər...
Bu gün, 12:52 |
|
|
|
• Bayden administrasiyası son həmlələrini reallaşdırır - İNCƏLƏMƏ
Bu gün, 12:51 |
|
|
|
• Şabranda 10-cu sinif şagirdi məktəb yoldaşının gözünü ÇIXARIB - TƏFƏRRÜAT
Bu gün, 12:48 |
|
|
|
• Yaponiya "Vaqner"in rəhbərinin anasına qarşı sanksiyaları ləğv edib
Bu gün, 12:44 |
|
|
|
• Amerikalılar Çinin Qrenlandiyadakı planlarına mane olublar - “Reuters”
Bu gün, 12:41 |
|
|
|
• 2025-ci ildə BİZİ VƏ DÜNYANI NƏ GÖZLƏYİR? - Tanınmış astroloqdan ÖNGÖRÜ
Bu gün, 12:39 |
|
|
|
• Azərbaycan SƏRT KARANTİN rejiminə keçir? - NARAHATÇILIQ VAR...
Bu gün, 12:36 |
|
|
|
• Əhəd Abıyevin yeni işi məlum oldu - özündən AÇIQLAMA
Bu gün, 12:33 |
|
|
|
• Əvvəllər də Azərbaycana eşşəklər gətirilib, amma heç bir işə yaramayıb - AÇIQLAMA
Bu gün, 12:28 |
|
|
|
• Zorlandığını sübut etmək üçün "Xəzər TV"yə çıxdı - Sevgilisini yandıran Həcərin MƏHKƏMƏ İŞİ
Bu gün, 12:24 |
|
|
|
• Səs-küylə həbs olunmuş deputat azadlığa çıxır - İDDİA
Bu gün, 12:20 |
|
|
|
• Eyni adama məxsus 4 şirkət ləğv olunur
Bu gün, 12:16 |
|
|
|
• Niftulla Məmmədlinin xanımı vəfat etdi
Bu gün, 12:15 |
|
|
|
• Aİ rəsmiləri Trampın Rusiyaya sanksiyaları ləğv edəcəyindən ehtiyatlanır - “Financial Times”
Bu gün, 12:09 |
|
|
|
• Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində QARANLIQ İŞLƏR... - İTTİHAM VAR...
Bu gün, 12:08 |
|
|
|
• Avropa Məhkəməsi vəzifəsindən kənarlaşdırılan erməni hakimin müraciətinə baxacaq
Bu gün, 11:59 |
|
|
|
• Naxçıvanda Vasif Talıbovdan qalma BORCU ÖDƏTDİRİRLƏR? - İDDİA
Bu gün, 11:58 |
|
|
|
• İş adamı Alik Kərimovun oğlu ölkədən pul çıxarıb? - DETALLAR
Bu gün, 11:54 |
|
|
|
• "Bizim rusiyayönlü qüvvələr ciddi problemlərlə üzləşirlər" - Akopyan
Bu gün, 11:52 |
|
|
|
• “Lenin elə söz deməyib” - Keçmiş prezidentə ETİRAZ
Bu gün, 11:50 |
|
|
|
• İcra başçısının oğlunun inanılmaz əməlləri: `Rüsvay olmuşam, evlənə də bilmirəm...` - TƏFƏRRÜAT
Bu gün, 11:46 |
|
|
|
• Bakıya müqavimət mümkün deyil: Diz çökək və kömək diləyək? - Tevos Arşakyan
Bu gün, 11:42 |
|
|
|
• Bacısını boğaraq qətlə yetirən qardaş cəzasını Psixiatrik dispanserdə çəkəcək
Bu gün, 11:41 |
|
|
|
• Ermənistan faşizm "aşiqi" olduğunu etiraf etdi - BU FAKTDIR!
Bu gün, 11:40 |
|
|
|
• Ermənistanda hakim partiyanın toplantısında qalmaqal, Paşinyan iclası tərk edib - KİV
Bu gün, 11:38 |
|
|
|
• Rusiya şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 11:38 |
|
|
|
• “Zəngəzur dəhlizinin açılması Ermənistanın üzərinə götürdüyü bir öhdəlikdir” - BUNA GÖRƏ DƏ...
Bu gün, 11:35 |
|
|
|
• Ağstafa rəhbərliyinin BƏLƏDİYYƏ BAZARLIĞI... - Artıq bələdiyyə üzvlərinin kimlikləri məlumdur...
Bu gün, 11:30 |
|
|
|
• “Xortdana oxşayıram” - Sərxan Kərəmoğlu
Bu gün, 11:20 |
|
|
|
• Universitetdə kütləvi ixtisarların olması məlumatı həqiqəti əks etdirmir - SDU
Bu gün, 11:18 |
|
|
|
• SOCAR-a DOST-dan gələnlər NİYƏ DÜŞMƏNƏ ÇEVRİLİR? - BU NƏDİ BELƏ?..
Bu gün, 11:14 |
|
|
|
• Şərti azadlığa buraxılan Tərlan yenidən HƏBS EDİLDİ - MƏHKƏMƏDƏN VİDEO
Bu gün, 11:00 |
|
|
|
• Məşhur idmançının məhkəməsidir - SENSASİON DETALLAR
Bu gün, 10:54 |
|
|
|
• İranın sirli generalının Bakıya qəfil səfəri - İLGİNC...
Bu gün, 10:43 |
|
|
|
• Pasiyentin həyatını heçə sayan "həkimlər" - AXI NİYƏ?..
Bu gün, 10:41 |
|
|
|
• Rüşvət alan məmurlardan birinin cəzası azaldıldı, digəri isə azadlığa buraxıldı
Bu gün, 10:36 |
|
|
|
• Tələbə təqaüdləri nə vaxt artırılacaq? - Onlara endirim kartları verilə bilər
Bu gün, 10:34 |
|
|
|
• İstehsalçılar unun qiymətini açıqladı - SİYAHI
Bu gün, 10:27 |
|
|
|
• Paşinyanın saytında şokedici məlumatlar tapdım – Xzmalyan
Bu gün, 10:26 |
|
|
|
|