Yaxşı maaş verilirsə: Həkimlər niyə bölgəyə getmir? .....                     Razılaşdırılmayan iki bənd və iki tələb: Prezidentin mesajlarının şifrələri .....                     Dövlət qurumundan “Teymur-M” şirkətinə 12 milyon manatlıq .....                     Özəl, yoxsa ÖZBAŞINA bağçalar? .....                     Elmar Məmmədyarov həbs olunan diplomatı işdən çıxarıbmış .....                     İDDİA: Bank kartlarından pullar buna görə oğurlanır... .....                     Sülh prosesini pozan addım: .....                     Sabiq deputatdan qalmaqallı açıqlama: .....                     Daha bir məhkum həbsdə ölüb .....                     Ermənistanın dövlətsizləşdirilməsi planı var .....                     Oğlunu əfv etdiyinə görə Baydeni qınamıram .....                     Dövlət büdcəsindən `qoparılan` milyonlarla dollara başa gələn idman kompleksləri... .....                     Sumqayıtda polis profilaktik tədbir keçirib .....                     Toydan çıxıb küçədə yüksək səslə musiqi qoyub, rəqs etdilər .....                     “Kağızdan açanda ələ yapışırsa, suludursa, üzərində müxtəlif rənglər varsa...” .....                     Putindən Vaşinqtona “duel” təklifi .....                     İtaliyanın hərbi nümayəndə heyəti ölkəmizə səfər edib .....                     Əliyev bunu ilk dəfə açıqladı .....                     Azərbaycanda ən çox şikayət olunan internet provayderləri .....                     Neftçala DOST filialında təmir işləri bu şirkətə .....                     “Paşinyan iki şeyi yaxşı bacarır: .....                     DSX əməkdaşı general-leytenant Araz Məmmədovdan şikayətçidir .....                     Putin niyə ELƏ DEDİ? .....                     Dövlət qurumunun 6,3 milyon manatlıq tenderini bu şirkət .....                     Axı məktəblərimiz niyə bu gündə olmalıdır? .....                     Məhkəmə bir sıra ukraynalı qaçqına Aİ-də müvəqqəti qoruma statusunun verilməsindən imtina etməyə icazə verib .....                     Mərkəzi Bank 6 sığorta şirkətinə məcburi göstəriş verib .....                     Bağlar massivində olay: 33 yaşlı kişi 9 yaşlı qıza qarşı əxlaqsızlıq etdi... .....                     Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səfər planlaşdıran sərnişinlərin nəzərinə .....                     Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? .....                     Azərbaycan -Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilib .....                     TƏBİB-in məsul şəxsinin gəlini faizə pul verdiyini məhkəmədə etiraf etdi .....                     "Dünya hamıya çatacaq qədər böyükdür" .....                     Suriyada qalib hansı ölkədir? .....                     "Pulların gəlişi, bölüşdürülməsi, ümumiyyətlə, bütün detalları aydın şəkildə qeyd ediblər" .....                     Başçıdan şəhid ailəsinə sayğısızlıq... .....                     "Azərbaycanın ərazi bütövlüyünün bərpası - Şəxsiyyət faktoru” kitabının .....                     Vəzifəli şəxs HƏBS OLUNDU .....                     Nəsimi RİH-də kitab təqdimatı oldu .....                     2025-ci ildə Zəngəzur dəhlizinin açılmasının şahidi olacağıq .....                 

“KURTLAR VADİSİ” MAFİYASI CƏZASIQ QALIB
Tarix: 29-12-2011, 12:38 | Çap et
“KURTLAR VADİSİ” MAFİYASI CƏZASIQ QALIB

MAFİYANIN QURBANI YENİDƏN HARAY ÇƏKDİ

DİA.AZ: - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında saxlanılan təqsirləndirilən şəxs Hüseynov Fuad Oktay oğlu Ucar rayonunda fəaliyyət göstərən "Kurtlar Vadisi" adlı cinayətkar dəstə və vəkilinin başına gətirilənlər barədə yenidən mətbuata müraciət edib. Məhbusun məktubunu olduğu kimi dərc edirik:

“Hörmətli Mətbuat!

Qondarma cinayətlə, sifarişli məhkəmə hökmü ilə məhkum edilməyim barədə mətbuatda daima yazılar gedir. Buna görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Ucar Rayon Polis Şöbəsinin rəisi Tahir Quliyevin, onun müavini İlham Əhmədovun və hakim Çingiz İsgəndərovun əlbir olub “Kurdlar Vadisi” adı altında yaratdıqları cinayətkar dəstənin qurbanı olub, Ucar rayon Məhkəməsinin 26.09.2011-ci il tarixli hökmü ilə AR CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 6 il 6 ay müddətində azadlıqdan məhrum edilmişəm. Girov götürülmüşəm.

Bu cinayətkar dəstə cəzasızlıq mühitində daha da fəallaşmış, ağır cinayətlər törətməkdə davam edirlər. Baxmayaraq ki, onların cinayət əməllərini təsdiq edən konkret sübutlar müvafiq mərkəzi orqanlara təqdim olunub, mətbuatda bu barədə mütəmadi yazılar dərc olunmuşdur.

Bu sübutları, faktları araşdırıb, qanuni tədbirlər görmək üçün Daxili İşlər Nazirliyinin 2 əməkdaşı Ucarda sübutları toplamış, hüquq müdafiəçisi Taleh Xasməmmədovla görüşüb tezliklə məsələnin öz həllini tapacağını ona söz vermişdilər. Bu görüşdən bir neçə gün sonra isə Hüquq müdafiəçisini “Kurtlar Vadisi” adlı mafioz dəstə 12 noyabr 2011-ci il tarixdə şərləyərək həbs etmişdirlər. Daha doğrusu, girov götürmüşdülər.

“Kurtlar Vadisi” adlı mafioz dəstənin fəal üzvü olan Ucar RPŞ-nin rəis müavini İlham Əhmədov gizli nömrə ilə hüquq müdafiəçisi Taleh Xasməmmədova zəng edib, özünü DİN-dən Ucar rayonuna ezam olunmuş vəzifəli şəxs kimi təqdim edib, ondan əlində olan sübutları götürüb Ucar RPŞ-nə gəlməyi xahiş edir və bildirir ki, nazir Ramil Usubovun nəzarəti ilə bu işlər obyektiv araşdırılacaq və qanuni tədbirlər görüləcək.

Taleh Xasməmmədovla buna görə inanıb, Ucar RPŞ-nə gəlir, onu müstəntiq Nazim Əhmədovun otağına aparıb əvvəlcədən hazırlanmış plana əsasən, üzlərini, paqonlarını cırıb, kabinetdəki əşyaları dağıdıb, sındırıb səs-küy salırlar və bununla da qondarma cinayətlə hüquq müdafiəçisi Taleh Xasməmmədovu şərləyib girov götürmək planları baş tutur. Hətta mafioz dəstənin rəhbəri Ucar Rayon Polis Şöbəsinin rəisi Tahir Quliyev hüquq müdafiəçisinin həbsinə sevincindən ağlayıb, “Sizə qurban olum, mükafatınızı özüm verəcəm” deyib, şərləmə planını həyata keçirən əməkdaşlarını qucaqlayıb öpüb. Səhəri gün isə müstəntiq Nazim Əhmədovun otağına dəvət olunmuş 2 nəfər priton qadınları Taleh Xasməmmədovu şantaj etməyə cəhd göstərmişlər. Həmin priton qadınları onun üstünə hücum ediblər, bu çirkin mənzərəni Polis Şöbəsinin rəisi Tahir Quliyev və onun müavini İlham Əhmədov gəlib şəxsən seyr edib, gülüblər. Belə hallar mafiozların həzz alma metodlarındandır. Rəqiblərini, düşmənlərini belə çirkin üsullarla alçaldıb həzz almaq, əylənmək mafiozlara xas əlamətlərdəndir.

Qeyd edim ki, “Kurtlar Vadisi” adlı mafioz dəstənin himayəsi ilə rayonda insan alveri ilə məşğul olan pritonlar çoxlu saydadır. Hüquq müdafiəçisinin barəsində AR CM-nin 221.2.2 ; 221.3 və 315.1-ci maddələri ilə cinayət işi başlanılmış, onu Ucar RPŞ-də əsir kimi işgəncə altında saxlayırlar. Hətta 22.11.2011-ci il tarixdə Ucar RPŞ-nə monitorinq aparmağa gəlmiş Ombudsmanın əməkdaşlarını pul hesabına müvəqqəti saxlama təcridxanasına daxil olmadan çıxıb getmələrinə də mafioz dəstə nail olmuşdur.

Hüquq müdafiəçisi Taleh Xasməmmədovu əvvəllər tanımırdım, heç bir tanışlığımız yox idi. Evimdən mənə dedilər ki, belə bir hüquq müdafiəçisi var, sənin və sənin kimi şərlənib həbsə atılmış Ucar rayon sakinlərinin hüquqlarını müdafiə edir. Çox təəccübləndim, fikirləşdim ki, axı bura Azərbaycandır, yəni burada belə hüquq müdafiəçiləri var ki, öz vicdanlarının səsi ilə günahsız həbsə atılmış insanların fəal, aktiv mübarizəsinə qalxsın, onlara yaxından kömək etsin?

Taleh Xasməmmədovun qısa müddət ərzində apardığı araşdırma nəticəsində əldə edilmiş mötəbər sübutlar mənim qondarma cinayətlə həbs edilməyimi təsdiq etdi və bu qondarma cinayəti qurub-hazırlayan “Kurtlar Vadisi” adlı mafioz dəstənin bu və digər cinayət əməllərini ifşa etdi. Bu faktları O, mətbuatda ictimailəşdirdi.

“Kurtlar Vadisi” adlı mafioz dəstənin çoxlu sayda qurbanları var, bir neçə qətllər, müəmmalı yoxaçıxmalar, insan alveri, cinayətkar dəstələrin himayəsi, silah-narkotika alveri, şərlənib həbs edilənlərə verilən amansız işgəncələr, korrupsiya cinayətləri və s. ağır cinayətlər bu quldurlar tərəfindən törədilmiş və hazırda da cəzasızlıq mühitində davam etməkdədir.

Həbsindən bir neçə gün əvvəl Taleh Xasməmmədovla görüşən DİN-in 2 əməkdaşının tədbir görüləcəyinə söz vermələrindən bir neçə gün sonra onun şərlənib həbs edilməsi onu deməyə əsas verir ki, həbsə razılıq yuxarı səviyyədə verilibmiş. Çünki mafioz dəstənin kapitalı çoxdur.

Hörmətli Mətbuat !

Hüquq müdafiəçisi Taleh Xasməmmədovun həbsindən sonra mənim məhkum edilməyimə dair cinayət işi üzrə qondarma zərərçəkən Akif Cəfərovun da həbs edilməsi planı hazırlanıb, onun qarşısında isə şərt qoyulub ki, ya apellyasiya şikayətindən imtina etməlisən, ya da ki həbs ediləcəksən.

Təbii ki, belə xüsusiyyətli insan 1-ci şərtlə razı olub, apellyasiya şikayətindən imtina etdi. Akif Cəfərov Şirvan Apellyasiya Məhkəməsinin 29.11.2011-ci il tarixli iclasında mənə dedi ki, barəmdə cinayət işi başlayıblar, həyat yoldaşımı girov götürüblər, şərt isə apellyasiya şikayətimi geri götürməkdir. Məni düz başa düşün.

Qeyd edim ki, zərərçəkən sayılan Akif Cəfərov Ucar rayon Məhkəməsində etiraf ərizəsi və ifadəsi verib göstərmişdir ki, biz şahid Elçin Əliyevin verdiyi bıçaqla qolumuzu kəsib, özümüzə xəsarət yetirmişik, bu cinayət planı Ucar RPŞ-nin rəhbərliyi və məhkəmə hakimi tərəfindən hazırlanıb. A. Cəfərov həmçinin Ucar rayon məhkəməsinin hökmündən apellyasiya şikayəti verib bunları göstərmişdir və hökmün ləğv edilib mənə bəraət verməsini xahiş etmişdir.

Bildirirəm ki, zərərçəkən A. Cəfərov əleyhinə olan şahidlər Ramil Salahov, Vidadi Mürsəlov, Elçin Əliyev bu cinayətin qondarma olması Ucar RPŞ-nin rəhbərliyi və məhkəmə hakimi tərəfindən hazırlandığı barədə sərbəst video çıxışları olan disklər var ki, məhkəməyə təqdim olunub.

Bütün bu mötəbər və konkret sübutları Hüquq müdafiəçisi Taleh Xasməmmədov toplayıb əldə etmişdir. Hüquq müdafiəçisi Taleh Xasməmmədov “Kurtlar Vadisi” adlı mafioz dəstənin qurbanları Müşfiq Qarayevin, Sadiq Məmmədovun, Ruslan Kərimovun, Sadiq Kamilovun, Ələkbər Kərimovun, Brilyant Məmmədovanın, Fərqanə Həmidovanın və digər Ucar rayon sakinlərinin aktiv müdafiəsini təşkil edib, çoxlu sayda sübutlar, sənədlər toplamışdır.

Ucar RPŞ-nin təhqiqatçısı Mahir İsayev polisə işə qəbul edilənədək toylarda, küçələrin tinində meyxana deməklə məşğul olub. Onunla bir evdə yaşayan bibisi Məlahət Şirin qızı İsayeva AR CM-nin 178-ci maddəsi ilə azadlıqdan məhrumetmə cəzası ilə məhkum ediləndən dərhal sonra Mahir İsayev yaşadığı ünvandan daimi qeydiyyatdan çıxıb, qayınatasının yaşadığı ünvana daimi qeydiyyata düşmüşdür ki, özünü sığortalasın. Təhqiqatçı Mahirin atası Səməd Şirin oğlu İsayev 2000-ci ilədək Qarabağ Əlilləri Cəmiyyətinin Ucar rayon şöbəsinin sədri olub. Sonradan onun Qarabağ müharibəsi iştirakçısı olmadığı, Pambıqtəmizləmə Zavodunun möhürü vurulmuş saxta sənəd olduğu müəyyən edildiyindən cəmiyyətdən qovulmuşdur.

Ucar RPŞ-nin rəis müavini İlham Əhmədov. Atası Sovet dövründə uzun müddət Pambıqtəmizləmə Zavodunun direktoru olmuş, 1994-cü ildə Bərdə rayon İcra Başçısı vəzifəsində 7 ay işləmiş, avtomobil qəzasında ölmüşdür. Aydın Əhmədov çox zəngin adam olduğundan, oğlu İlhamı və ailənin digər üzvünü Yevlaxlı Rəşid adlı avtoritet girov götürüb və külli miqdarda pulun miqdarında azad etmişdir. İlham Əhmədov narkotik xəstəsidir. Bundan əvvəl Bərdə RPŞ-də cinayət-axtarış bölməsində işlədiyi vaxt həbs edilmiş şəxsə ağır fiziki işgəncə verdiyinə görə, vəzifəsindən kənarlaşdırılmışdır.

Ucar RPŞ-nin rəisi Tahir Quliyev. Aeroportda polis şöbəsinin rəisi işlədiyi vaxt 1 nəfər vəzifəli şəxsin milyonlarla dollar çirkli pullarını qanunsuz, gizli yolla xarici ölkəyə keçirilməsini təşkil etmiş və bunu üstü açılmış, vəzifədən kənarlaşdırılmaqla canını qurtara bilmişdir. Bir müddət vəzifəsiz qaldıqdan sonra 2009-cu ilin mart ayında Ucar RPŞ-nə rəis vəzifəsinə təyin olunmuşdur.

Qeyd edim ki, “Kurtlar Vadisi” adlı mafioz dəstənin yaradıcısı Ucar RPŞ-nin sabiq rəisi Ənvər Quliyev hazırkı rəis Tahir Quliyev və rəis müavini İlham Əhmədov həm yaxın qohumdurlar, həm də həmyerlidirlər, Bərdə rayonundandırlar.

“Kurtlar Vadisi” adlı mafioz dəstə hüquq müdafiəçisi Taleh Xasməmmədovun qarşısına şərtlər qoyublar ki, azadlıqda qalmaq üçün susmalısan, bizə xidmət etməlisən. Bunları etməsən də, sakit oturmalısan. Haqsızlığa, bizim əməllərimizə kor olmalısan.

Hüquq müdafiəçisi Taleh Xasməmmədovun girov götürülməsinə etiraz olaraq başladığım aclıq aksiyasını onun özünün təkidi ilə dayandırmışam.

Hörmətli Mətbuat !

Mən mətbuat vasitəsi ilə Prezident İlham Əliyevə, Fuad Ələsgərova, Baş Prokuror Zakir Qaralova, Ədliyyə Naziri Fikrət Məmmədova, MTN Eldar Mahmudova, DİN Ramil Usubova, bütün millət vəkillərinə müraciət edib, onlardan xahiş edirəm : Ucar rayonunda ağır cinayət əməlləri ilə məşğul olan Ucar Rayon Polis Şöbəsinin rəisi Tahir Quliyevin, onun müavini İlham Əhmədovun, məhkəmə hakimi Çingiz İsgəndərovun və onların cinayətlərinin iştirakçılarına çevrilmiş vəzifəli şəxslərin barələrində tədbirlər görün, hüquq müdafiəçisi Taleh Xasməmmədovun və bizim girovluqdan azad edilməyimizə kömək edin.

Mətbuat vasitəsi ilə bütün əsl hüquq müdafiəçilərindən xahiş edirəm : həmkarınız, gənc hüquq müdafiəçisi Taleh Xasməmmədovun və bizim girovluqdan azad edilməyimizə yaxından kömək edin, Girovxanaya döndərilmiş, ağır cinayətlərin tüğyan etdiyi Ucar rayonunda monitorinqlər aparın, müvafiq tədbirlər görün.

Mətbuat vasitəsi ilə bütün vicdanlı mətbuat nümayəndələrindən çox-çox xahiş edirəm : Bu məsələni müsbət həllini tapana qədər gündəmdə saxlayın, jurnalist araşdırması aparın, ictimailəşdirin, bizə yaxından kömək edin.

Girov götürülmüş, əsir saxlanılan Fuad Oktay oğlu Hüseynov”

Redaksiyadan: Məqalədə adları hallandırılan qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yaxşı maaş verilirsə: Həkimlər niyə bölgəyə getmir? - AKTUAL
Bu gün, 19:02
Razılaşdırılmayan iki bənd və iki tələb: Prezidentin mesajlarının şifrələri - İNCƏLƏMƏ
Bu gün, 19:00
Dövlət qurumundan “Teymur-M” şirkətinə 12 milyon manatlıq – SİFARİŞ
Bu gün, 18:58
Özəl, yoxsa ÖZBAŞINA bağçalar? – “İlk müəllim travması”
Bu gün, 18:52
Elmar Məmmədyarov həbs olunan diplomatı işdən çıxarıbmış - AÇIQLAMA
Bu gün, 18:06
İDDİA: Bank kartlarından pullar buna görə oğurlanır... - Yeni maliyyə sisteminə keçilir?
Bu gün, 18:05
Sülh prosesini pozan addım: - Ermənistan revanş istəyir
Bu gün, 18:02
Sabiq deputatdan qalmaqallı açıqlama: - “2-3 növ araq, konyak, şərab...”
Bu gün, 17:56
Daha bir məhkum həbsdə ölüb
Bu gün, 17:52
Ermənistanın dövlətsizləşdirilməsi planı var - İşxan Saqatelyan
Bu gün, 17:49
Oğlunu əfv etdiyinə görə Baydeni qınamıram - Putin
Bu gün, 17:47
Dövlət büdcəsindən `qoparılan` milyonlarla dollara başa gələn idman kompleksləri... - gənclərin işinə yarayırmı?
Bu gün, 17:43
Sumqayıtda polis profilaktik tədbir keçirib - FOTO, VİDEO
Bu gün, 17:41
Toydan çıxıb küçədə yüksək səslə musiqi qoyub, rəqs etdilər - Məhkəmə qərarı
Bu gün, 17:34
“Kağızdan açanda ələ yapışırsa, suludursa, üzərində müxtəlif rənglər varsa...” - kolbasadan gələn BÖYÜK TƏHLÜKƏ
Bu gün, 17:25
Putindən Vaşinqtona “duel” təklifi
Bu gün, 17:16
İtaliyanın hərbi nümayəndə heyəti ölkəmizə səfər edib
Bu gün, 17:14
Əliyev bunu ilk dəfə açıqladı – Paşinyanla danışıqlar zamanı…
Bu gün, 17:10
Azərbaycanda ən çox şikayət olunan internet provayderləri - SİYAHI
Bu gün, 17:06
Neftçala DOST filialında təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 17:05
“Paşinyan iki şeyi yaxşı bacarır: - sosial şəbəkələrdə statuslar yazmaq və əraziləri vermək”
Bu gün, 17:00
DSX əməkdaşı general-leytenant Araz Məmmədovdan şikayətçidir – ELÇİN QULİYEVƏ MÜRACİƏT
Bu gün, 17:00
Putin niyə ELƏ DEDİ? - Elxan Şahinoğlu ŞƏRH EDİR
Bu gün, 16:42
Dövlət qurumunun 6,3 milyon manatlıq tenderini bu şirkət – UDDU
Bu gün, 16:39
Axı məktəblərimiz niyə bu gündə olmalıdır? - Nazirə açıq məktub
Bu gün, 16:30
Məhkəmə bir sıra ukraynalı qaçqına Aİ-də müvəqqəti qoruma statusunun verilməsindən imtina etməyə icazə verib - KİV
Bu gün, 16:27
Mərkəzi Bank 6 sığorta şirkətinə məcburi göstəriş verib
Bu gün, 16:24
Bağlar massivində olay: 33 yaşlı kişi 9 yaşlı qıza qarşı əxlaqsızlıq etdi... - TƏFƏRRÜAT
Bu gün, 16:23
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səfər planlaşdıran sərnişinlərin nəzərinə - DİQQƏT!
Bu gün, 16:18
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
Bu gün, 16:16
Azərbaycan -Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilib
Bu gün, 16:07
TƏBİB-in məsul şəxsinin gəlini faizə pul verdiyini məhkəmədə etiraf etdi - Mələk Zeynalovaya ağır cəza istənildi
Bu gün, 16:06
"Dünya hamıya çatacaq qədər böyükdür"
Bu gün, 16:03
Suriyada qalib hansı ölkədir? - “Nezavisimaya qazeta”
Bu gün, 16:01
"Pulların gəlişi, bölüşdürülməsi, ümumiyyətlə, bütün detalları aydın şəkildə qeyd ediblər" - deputat
Bu gün, 15:55
Başçıdan şəhid ailəsinə sayğısızlıq... - "Döşəməm də torpaqdır..."
Bu gün, 15:48
"Azərbaycanın ərazi bütövlüyünün bərpası - Şəxsiyyət faktoru” kitabının Pirallahı rayonunda təqdimatı keçirildi
Bu gün, 15:38
Vəzifəli şəxs HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 15:34
Nəsimi RİH-də kitab təqdimatı oldu - FOTO
Bu gün, 15:33
2025-ci ildə Zəngəzur dəhlizinin açılmasının şahidi olacağıq - ANONS EDİLDİ
Bu gün, 15:07
“Ağıllı kişi silikonlu, vulqar qadına aşiq olmaz” - “Vətəndaş A”nın “Almaz”ı
Bu gün, 15:04
Erməni politoloqdan Azərbaycanla bağlı SƏRSƏM AÇIQLAMA
Bu gün, 15:00
Rusiya Suriyada məqsədinə nail olub - Putin
Bu gün, 14:55
AzGerneft işçilərinin taleyi SUAL ALTINDA... - NƏ BAŞ VERİR?
Bu gün, 14:53
2 nəfərin öldüyü tuneli tikən şirkət 138 milyonluq tender uddu - TƏFƏRRÜAT
Bu gün, 14:10
İsrail və Türkiyə arasında yeni SURİYA ÇATI... - Bakıdan ŞƏRH
Bu gün, 14:02
Makron Fransası sülh prosesini əngəlləyir - FAKT BUDUR!
Bu gün, 14:00
“RM Medicare Klinika”sında sertifikasiyadan kəsilənlər həkimlik edir - BU NƏDİ BELƏ?..
Bu gün, 13:58
"Ermənistan buna imkan vermir, - heç cür şərait yaratmaq istəmir"
Bu gün, 13:11
Meyiti tapılan bloger Nərmin bu klinikada əməliyyat olunub - 5 min veribmiş
Bu gün, 13:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru