ZİYA MƏMMƏDOVUN İNTELLEKTUAL KORRUPSİYASI
Tarix: 24-07-2013, 12:15 | Çap et
MİLYONLAR XƏRCLƏNDİ, AMMA İŞLƏMİR Kİ, İŞLƏMİRArtıq iki ildən çoxdur ki, Bakıda nəqliyyatın tənzimlənməsi, tıxacların aradan qaldırılması üçün İntellekual İdarəetmə Sistemi (İİS)yaradıldı. Sistemin yaradılmasına, tətbiqinə kifayət qədər vəsait ayrıldı və bunun üçün Azərbaycana xarici ölkələrdən mütəxəssislər də cəlb edildi. Bunun üçün Azərbaycana, Bakı və Bakıətrafı ərazilərdə quraşdırılmaq üçün xüsusi intellektual avtobus dayanacaqları da gətirilib quraşdırıldı. Nəqliyyat Nazirliyi və şəxsən nəqliyyat naziri Ziya Məmmədov bəyan etdi ki, sistem bir ilə işə düşəcək və paytaxtda marşrut pərakəndəliyi həllini tapacaq, tıxaclar tam aradan qaldırılacaq.
Əhəmiyyətli layihəni əhəmiyyətsiz edən qüvvələr
Əslində həyata keçirilən layihə olduqca əhəmiyyətli və Bakı üçün gərəklidir. Bu sistemin Azərbaycanda tətbiqinə ehtiyac var. Amma, görək bu sistem Azərbaycanda necə quraşdırılıb? Ümumiyyətlə iki il ərzində görülən işlər hansı səviyyədədir? Bu proses standartlara uyğundurmu? Başlayaq avtobus dayanacaqlarının İntellektual İdarəetmə Sisteminə uyğunlaşdırılmasından. Nəqliyyat Nazirliyi ilk olaraq bu sistemə buradan başladı. Dayanacaqlar dəyişdirildi, köhnə dayanacaqlar yeniləndi və hər dayanacağa intellektual monitorlar quraşdırıldı. Nazirlik bəyan etdi ki, guya bir aya marşrut avtobusları intellektual idarə ediləcək. Hamı sevindi ki, tezliklə pərakəndəliyin qarşısı alınacaq. Amma, hadisədən iki il keçməsinə baxmayaraq monitorlar hələ də tam işlək vəziyyətdə deyil.
3 dəqiqəyə gəlməli olan avtobus yarım saata gəlmir
Əslində bu monitorlarda avtobusların hərəkət xətti, dayanacaqların sayı, hansı dayanacaqda hansı dəqiqədə olması və hansı dəqiqədə həmin dayanacağı tərk etməsi vaxtları göstərilməlidir. Bundan başqa, dayanacağın kənar sütununda havanın temperaturu göstərilir. Bu sadaladıqlarım demək olar ki, hamısı hazırda da var. Amma, necə? Bax bu bir az qaranlıqdır. Məsələn, hansısa dayanacaqda dayanıb marşrut gözləyən sərnişin bu monitorda gözlədiyi marşrutun gəlmə vaxtına baxır. Monitor göstərir ki, həmin marşrut avtobusu 3 dəqiqədən sonra dayanacaqda olmalıdır. Amma, sərnişin həmin marşrutu təxminən 20 dəqiqədən artıq gözləyəndən sonra bezib taksiyə müraciət etməli olur. Monitor isə dediyindən dönmür. Hətta elə hallar olur ki, avtobus dayanacağa çatdığı vaxt monitor göstərir ki, həmin avtobus 15 dəqiqədən sonra dayanacaqda olacaq. Bu da sərnişinlər arasında çaşqınlıq yaradır. Amma İntellektual Mərkəz rəhbərliyi hələ də bunu düşünmür.
Sərnişinləri vahiməyə salan dayanacaq hərarətölçəni
İkinci məsələ dayanacaqda insanları vahiməyə salan digər məsələdir. Bu isə havanın hərarətini göstərən tablodur. Bu tablo qış və yaz aylarında, yəni 12-20 dərəcə isti olanda havanın hərarətini 38-40 dərəcə göstərir. Təsəvvür edin ki, 20 dərəcə isti hava şəraitində dayanacağın hərarətölçəni 38 dərəcə göstərir. Bir az ürəyi zəif adam bəlkə də həmin vaxt elə oradaca infakt keçirər.
İntellektual dayanacaqlar tıxaclar yaradır
Başqa məsələ, əslində dayanacağın təhkim zolağı olmalıdır ki, burada yalnız və yalnız marşrutlar dayanmalıdır. Bir dayanacaq isə eyni vaxtda iki-üç avtobus qəbul etmək imkanına malik olmalıdır. Amma, bizim bu standartlara uyğun dayanacağım heç bir avtobusu da qəbul edə bilmir. Səbəb həm dayanacağın yerinin kiçik olmasıdır ki, bura heç bir avtobus da yerləşmir. İkinci problem isə həmin balaca yerə taksilərin dolmasıdır. Avtobuslar da gələndə düz yolun ortasında saxlayır. Nəticədə marşrut avtobusunun bir sərnişin düşürməsi yarım saatlarla tıxacın yaranmasına gətirib çıxarır. İntellektual İdarəetmə Sisteminin fəaliyyəti üçün marşrut avtobuslarında quraşdırılan dalğaötürücü monitorlar da içşləmir. Artıq onlarla avtobuslarda quraşdırılan bu monitorlar çıxarılıb. Hazırda yenə də avtobuslar köhnə qrafiklə hərəkət edir.
Kart sistemi də yaddan çıxdı
Sistemin daha bir özəlliyi isə marşrut avtobuslarının kart sistemi ilə işləməsi idi. Ona görə idi deyirəm ki, bu proses də deyəsən alınmadı. Nəqliyyat Nazirliyi marşrutları bu sistemə uyğunlaşdıra bilmədi. Bu ilin əvvəlində nəqliyyat naziri Ziya Məmmədov bəyan etmişdi ki, bəs bu ilin may ayında bütün avtobuslar kart sistemi ilə işləyəcək. Hamı da əvvəlki vədlər kimi buna da inandı. Amma, artıq nəinki may ayı, iyul da arxada qalır. Amma nazirin vədindən əsər-əlamət qalmadı. Hamısını istəmirəm, nazirin dediyi vaxta heç olmasa sınaq üçün bir avtobusda kart sistemi tətbiq olunsaydı, bu sistemin nə vaxtsa işləməsinə sərnişinlərdə bir az da olsa inamfason bir şey formalaşardı. Amma çox təəssüf. Bu gün bəzi məmurların başı şəxsi maraqlarına qarışdığından İntellektual İdarəetmə Sistemi elə idarə kimi boş-boş fəaliyyət göstərməkdən başqa bir işə yaramır. Milyonlar xərclənir, amma, ortada heç nə yoxdur. Bəli, bu gün Azərbayanın dövlət büdcəsindən ayrılan milyonların axırı belə nəticələnir. Nəqliyyat Nazirliyi bu sistemin tətbiqi üçün milyonlar xərcləsə də, baxımsızlıq və plansız iş sonucda nəticəsiz alındı. Bu barədə ictimaiyyətə heç kim də izahat vermir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dövlətin verdiyi mal-qara KÜTLƏVİ ŞƏKİLDƏ QIRILIR - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 09:18 |
|
|
|
• Bayram günlərində hotellərinqiyməti fantastik həddə - “O qiymətə Avropada istirahət etmək olar”
Bu gün, 09:07 |
|
|
|
• Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov
Bu gün, 09:06 |
|
|
|
• İrəvan “Zəngəzur dəhlizi olmayacaq” deyir, amma olacaq, çünki... - "...MƏCBUR OLACAQ"
Bu gün, 09:00 |
|
|
|
• 4 milyon manat necə ələ keçirilib? - Zeynal Usubovun da pulu gedib
Bu gün, 08:58 |
|
|
|
• Güzəştli şərtlərlə yaranan pensiya hüququ... - Ekspert danışır...
Bu gün, 08:52 |
|
|
|
• İxtisar etmək istəyirlərsə, yuxarı maaş alan müavinləri ixtisara salsınlar... - ETİRAZ VAR...
Bu gün, 08:49 |
|
|
|
• Deputatımızın bahalı obyekti XARABA GÜNƏ QALDI - FOTO
Bu gün, 08:36 |
|
|
|
• Naxçıvanda ÜÇ DƏFƏ AZ pərakəndə ticarət dövriyyəsi... - Rəqəmlər düz gəlmir, cənab Nəcəfli...
Bu gün, 08:30 |
|
|
|
• Azərbaycanda aktyor vəfat edib
Bu gün, 08:27 |
|
|
|
• Qərb Azərbaycanın müstəqil siyasət həyata keçirməsinə mane olmağa çalışır - deputat
Bu gün, 07:32 |
|
|
|
• Zaur Hüseynov niyə işdən çıxarıldı? - İLGİNC DETALLAR
Bu gün, 07:27 |
|
|
|
• İllər öncə sənətə gəlsə də...
Bu gün, 07:24 |
|
|
|
• Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt” - BU NƏDİ BELƏ?
Bu gün, 07:20 |
|
|
|
• Qərb Moskvaya qarşı bu “silahı” işə salır – “Rusiyanı çökdürmək… “
Bu gün, 07:18 |
|
|
|
• Kiyev rus qazını kəsir: Avropa istilik problemi ilə üz-üzə - NƏ BAŞ VERİR?
Bu gün, 03:11 |
|
|
|
• Məktəblərdə istilik problemi varmı? - AKTUAL
Bu gün, 03:09 |
|
|
|
• Suriyanın “açarı” kimdədir? - Türkiyədə, ya da 300 milyard dolları kim versə, onda...
Bu gün, 03:06 |
|
|
|
• MİDA hamını BOĞAZA YIĞIB... - öz qaydaları ilə...
Bu gün, 03:04 |
|
|
|
• "Cəmiyyət və dövlət susur deyə əxlaqsızlığın sayı artır" - - ETİRAZ
Bu gün, 02:59 |
|
|
|
• 'Expargo' karqoları BELƏ GECİKDİRİR - Yolda olan bağlama yenidən çeşidləməyə necə qayıtdı?
Bu gün, 02:55 |
|
|
|
• Elçin Lənbəranski hüquq-mühafizə orqanlarına səsləndi - "Bu binamusları həbs edin..."
Bu gün, 02:51 |
|
|
|
• Azərbaycanda 24 illik şirkət - LƏĞV EDİLİR
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 10 manat nizamnamə kapitalı olan kredit şirkəti yaradılıb
Bu gün, 00:02 |
|
|
|
• ABŞ-da Tərlan Əhmədova yüksək vəzifə verildi
Dünən, 20:30 |
|
|
|
• Zaur Hüseynov “Bakı Metropoliteni” QSC-nin sədri vəzifəsindən azad edilib, yeni təyinat olub
Dünən, 20:24 |
|
|
|
• Paşinyanın “təkliflər oyunu"
Dünən, 19:00 |
|
|
|
• Bu şirkət Ağdərədə 2,3 milyon manata 90 evi təmir edəcək - TENDER NƏTİCƏSİ
Dünən, 18:58 |
|
|
|
• ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı TƏLƏB: - “İrəvan bunda maraqlı deyil”
Dünən, 18:00 |
|
|
|
• Hesablama Palatası Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətində nöqsanlar AŞKAR EDİB
Dünən, 17:31 |
|
|
|
• İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinə yeni müşavir təyin edilib - ƏMR
Dünən, 17:26 |
|
|
|
• Suriyadan sonra: İran atom bombası əldə etməyə tələsir - “Nezavisimaya qazeta”
Dünən, 17:23 |
|
|
|
• Sülh müqaviləsi şübhə altında - İNCƏLƏMƏ
Dünən, 17:19 |
|
|
|
• Bakıda iranlı narkotik tədarükçüsü ifşa olundu - Polis əməliyyatı
Dünən, 17:17 |
|
|
|
• Fərhad Əhmədovun adı “Böyük Manipulyator”a necə düşdü? - Böyük Manipulyator
Dünən, 17:14 |
|
|
|
• "Öz ölkəsində ölüm hökmü olan Qərb ölkələrinin səfirləri ölkəmizdə "beynəlxalq hüquq"dan danışır"
Dünən, 17:04 |
|
|
|
• Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi işindəki nöqsanlara görə cərimə edildi - TƏFƏRRÜAT
Dünən, 17:00 |
|
|
|
• Zəngəzur dəhlizi olmayacaqsa, Ermənistan dalan ölkəsi olaraq qalacaq
Dünən, 16:58 |
|
|
|
• "Yelo Bank"ın kritik maliyyə hesabatları - Ehtiyatlar azalıb
Dünən, 16:42 |
|
|
|
• Yaşar Əliyev illər uzunu tutduğu vəzifədən alınaraq... - YENİ TƏYİNAT
Dünən, 16:37 |
|
|
|
• Azərbaycan Qətərə yeni səfir TƏYİN EDİB
Dünən, 16:35 |
|
|
|
• Tofiq Musayev Azərbaycanın BMT yanında daimi nümayəndəsi təyin edilidi - SƏRƏNCAM
Dünən, 16:34 |
|
|
|
• Azərbaycanın Niderlanda yeni səfiri təyin edilib - FOTO
Dünən, 16:32 |
|
|
|
• Azərbaycan İndoneziyaya yeni səfir TƏYİN EDİB
Dünən, 16:31 |
|
|
|
• Cəlal Mirzəyev səfir vəzifəsindən geri çağırılıb - SƏRƏNCAM
Dünən, 16:29 |
|
|
|
• “Gədəbəyin dağ kəndlərində də kilsələr tikilsin, biz də qaz üzü görək” - SAKİNLƏR ÇARƏSİZDİR
Dünən, 16:23 |
|
|
|
• Qulu Məhərrəmliyə Prezidentin fərdi təqaüdü verilib - SƏRƏNCAM
Dünən, 16:17 |
|
|
|
• Bakıda həbsxanada MƏHKUM ÖLDÜ
Dünən, 16:13 |
|
|
|
• Prezident İlham Əliyev Mayıl Əhmədovu 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif etdi - SƏRƏNCAM
Dünən, 16:12 |
|
|
|
• Dəməşqdə mitinq – Colani administrasiyasına ETİRAZ
Dünən, 16:06 |
|
|
|
|