FHN ŞEFİ İCRA BAŞÇISINI BİTİRİR
Tarix: 17-12-2011, 13:35 | Çap et
KƏMALƏDDİN HEYDƏROV RAZİM MƏMMƏDOVU NİYƏ MƏHKƏMƏYƏ VERİB?
DİA.AZ: - Bu günlərdə məlumat verərək bildirmişdik ki, Xətai rayonunun icra başçısı Razim Məmmədov çox ciddi problemlər yaşayır və hətta onun həbs olunma təhlükəsi var. Məlumatımızda bildirmişdik ki, Razim Məmmədov hələ də problemləri çözülməyən «Gen» MMC qurbanları ilə bağlı yaranmış qalmaqalın güdazına gedir.
Bu barədə verilən xəbərə görə, əslində Razim Məmmədov «Gen» MMC-nin əsas ortaqlarından biri olub və şirkətin nümayəndələri yüzlərlə sakini məhz Razim Məmmədova güvənərək müflisləşdirib. Lakin buna baxmayaraq icra başçısı azadlıqda qalmağa müəssər oldu. Amma bu da müvəqqəti imiş.
Məlumatlı mənbələr iddia edir ki, artıq icra başçısı ilə bağlı bütün tədarüklər görülüb. Səbəb isə «Gen» MMC ilə bağlı qalmaqalın uzanmasıdır. Məlumatlı qaynaqların bilgisində vurğulanır ki, Razim Məmmədova fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən aldadılmış sakinlərin razı salınması barədə göstəriş verilsə də, icra başçısı yaxasını kənara çəkib: «Halbuki belə bir tapşırıq Kəmaləddin Heydərovun özünə də prezident tərəfindən verilib. Yəni İlham Əliyev FHN şefinə «Gen» MMC vasitəsilə narazı düşmüş sakinlərin razı salınması barədə göstəriş verib. Kəmaləddin Heydərov da işin əsl mahiyyətindən xəbərdar olduğundan Razim Məmmədova eyni tapşırığı verib. Lakin icra başçısı razılaşmayıb və bu gün də kimsə sakinləri razı salmaq barədə düşünmür. Halbuki prezidentin bu barədə tapşırığı olub».
Mənbənin sözlərinə görə, bundan sonra Kəmaləddin Heydərov icra başçısını bitirmə qərarını verib: «Amma Razim Məmmədovun arxasında birbaşa olaraq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev dayandığından FHN şefi hələlik manevrlər etməkdədir».
Onu da qeyd edək ki, artıq fövqəladə hallar nazirliyi tərəfindən iki rayonun icra hakimiyyəti məhkəmə verilib və onlardan biri də məhz Xətai rayon icra hakimiyyətidir.
Xatırladaq ki, bu barədə bir neçə gün əvvəl rəsmi məlumatlar da dövrü mətbuata açıqlandı. Xəbərdə bildirilirdi ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının iki rayonunun İcra Hakimiyyətini məhkəməyə verib. Bunu FHN-in Tikintidə təhlükəsizliyə nəzarət Agentliyinin rəis müavini Elxan Əsədov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, məhkəməyə müraciət edilməsinin səbəbi icra hakimiyyəti orqanlarının burdakı yaşayış binalarında yol verilən qanunsuz layihə dəyişdirmə işlərinin qarşısını almamasıdır.
E.Əsədov qeyd edib ki, FHN-in bilavasitə vəzifələrinə daxil olmasa da, nazirlik ona edilən müraciətlər əsasında Bakının bir sıra rayonlarında əvvəllər tikilmiş binaların texniki vəziyyətini, onların təhlükəsizlik tələblərinə nə dərəcədə cavab verdiyini araşdırıb. Bu zaman bəzi binalarda ciddi pozuntuların olduğu, eləcə də qanunsuz konstruksiya dəyişikliklərinin aparıldığı və nəticədə binalarda təhlükəli vəziyyət yarandığı bəlli olub: “Söhbət “xruşşovka” adı ilə tanınan və iri panelli binalardan gedir”.
Ən çox belə hallar Bakının Xətai, Nəsimi, Yasamal və Binəqədi rayonlarında qeydə alınıb. E.Əsədovun sözlərinə görə, nazirlik həmin rayonların icra hakimiyyəti orqanlarını bu pozuntuların aradan qaldırılmasına dəvət edib: “Bu pozuntular bəzi rayonlarda aradan qaldırılsa da, iki rayonda aradan qaldırılmayıb. Nəticədə iki rayonun İcra Hakimiyyəti tərəfimizdən məhkəməyə verilib”. Bununla belə, FHN rəsmisi məhkəməyə verilən rayon İcra Hakimiyyətlərinin adlarını açıqlamayıb.
İndi isə aydın olur ki, əslində Kəmaləddin Heydərovun Razim Məmmədova qəzəbli olmasının səbəbi heç də hansısa «xruşşovka» ila bağlı deyil.
Bu arada bir başqa qaynaqlar redaksiyamıza bildirdilər ki, artıq Kəmaləddin Heydərov «Gen» MMC-nin qurbanları ilə danışıqlar aparır və onlara dəymiş maddi zərərin ödənilməsi barədə ümumi dil tapılacağı gözlənilir. Yəni bu da o deməkdir ki, Kəmaləddin Heydərov prezidentin tapşırığına əməl etmək fikrindədir və zərərçəkənləri öz hesabına razı salacaq. Bunun isə Razim Məmmədova çox baha başa oturacağı heç şübhəsizdir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 23 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda BOKT qızıllarını satışa çıxarır - DETALLAR
Bu gün, 00:02 |
|
|
|
• Qriqoryanın açıqlamasında yenilik yoxdur - RƏY
Dünən, 23:34 |
|
|
|
• Palata sədrindən Naxçıvanla bağlı tənqidi çıxış - "Məsul şəxslərin məsuliyyətini tam dərk etməməsi..."
Dünən, 23:28 |
|
|
|
• İrəvan Bakının bu tələbindən niyə yayınır? – Mühüm məqam
Dünən, 23:26 |
|
|
|
• Naftalin qoxulu bəyanatlar və ya yeni "köhnə rus yalanı" - NƏ BAŞ VERİR?
Dünən, 19:46 |
|
|
|
• Talıbovlar qayıdır: BACANAQ QOLLARINI ÇIRMALADI... - İLGİNC...
Dünən, 19:02 |
|
|
|
• Ermənistan terrorçuların həbsi ilə bağlı əməkdaşlıq EDƏ BİLƏR - AÇIQLAMA
Dünən, 19:00 |
|
|
|
• Texnologiyanın yeni BƏLASI: - “Deep Fake” ilə necə MÜBARİZƏ APARMALI?
Dünən, 18:58 |
|
|
|
• 20 min manatlıq yerli avtomobili kim alır? - Ekspert danışır...
Dünən, 18:56 |
|
|
|
• Türkiyə nümayəndə heyətinin Azərbaycana səfəri davam edir
Dünən, 18:03 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni şirkət yaradıb
Dünən, 18:01 |
|
|
|
• Alternativ hərbi xidmət: - “Bu, sovetlər dövründən qalma bir sistemdir”
Dünən, 18:00 |
|
|
|
• Bölgəmizdəki təhdidlərə cavab vermək hədəflərdən biridir - AKTUAL
Dünən, 17:58 |
|
|
|
• "Müəllimi bu həddə çatdırmaq olmaz" - ETİRAZ
Dünən, 17:48 |
|
|
|
• Məktəbdə QALMAQAL!: Müəllim direktoru məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:44 |
|
|
|
• Gömrükdə sifarişlərim saxlanılır - Kəmalə Piriyeva
Dünən, 17:40 |
|
|
|
• Qərb İrəvanı təsir obyektinə çəkməyə çalışır - Gerasimov
Dünən, 17:37 |
|
|
|
• Hafiz Hacıyev ayaqqabılarını “prakata” verir – Qiymət
Dünən, 17:27 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları"na məxsus şirkətin adı dəyişdirilib
Dünən, 17:23 |
|
|
|
• Gürcüstan arzusuna çatdımı? - Prezident iqamətgahı tərk etməsə...
Dünən, 17:14 |
|
|
|
• ATƏT-in Minsk qrupu çoxdandır fəaliyyətsizdir və ləğv edilməlidir - ŞƏRH
Dünən, 17:10 |
|
|
|
• Sıra Nazilə Səfərliyə gəldi... - AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• İsa İsayev 2,3 milyon kapital ilə yaradılan daha 2 şirkətə rəhbərlik edəcək - DETALLAR
Dünən, 17:03 |
|
|
|
• Daha bir estetik əməliyyat faciəsi: Baş həkim həmkarının burnunu tanınmaz hala saldı - FOTO
Dünən, 16:57 |
|
|
|
• Suriya-Türkiyə münasibətləri strateji məzmun daşıyacaq
Dünən, 16:53 |
|
|
|
• Ermənistan sülh əvəzinə yeni ərazi istədi – Köçəryandan iddia
Dünən, 16:50 |
|
|
|
• Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edilib - Polis əməliyyatı
Dünən, 16:48 |
|
|
|
• İrəvandan Zəngəzur açıqlaması: - “Mümkün deyil”
Dünən, 16:46 |
|
|
|
• Gəncədə məktəbli məktəblini bıçaqlayıb
Dünən, 16:42 |
|
|
|
• Azay Möhnətovun qalmaqallı bazarında nə baş verir? - İLGİNC...
Dünən, 16:41 |
|
|
|
• Azərbaycanın İnterpola verdiyi şəxs bu ölkədə tutuldu
Dünən, 16:34 |
|
|
|
• "Mən hakim ola-ola 50 min manata mebel ala bilmirəm" - "İnstapower" işində maraqlı faktlar açıqlandı
Dünən, 16:32 |
|
|
|
• Kürdəmir rayon prokuroru müavininin işinə xitam verilib
Dünən, 16:30 |
|
|
|
• “Gecə 11-də özünü yalandan yerə yıxıb ki, ölürəm” - TƏFƏRRÜAT
Dünən, 16:28 |
|
|
|
• Sabah MSK-da bələdiyyə seçkiləri ilə əlaqədar yaradılan işçi qrupların iclası keçiriləcək
Dünən, 16:23 |
|
|
|
• Ramalın ayaqqabısının qiyməti ŞOK ETDİ: - “Bir evin pulu…”
Dünən, 16:21 |
|
|
|
• Bələdiyyə seçkiləri üçün daha iki siyasi partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb
Dünən, 16:19 |
|
|
|
• Nazir rəisi işdən çıxardı, başqa vəzifə verdi - Yeni təyinatlar
Dünən, 16:17 |
|
|
|
• “Binokl diplomatiyası”: Ermənistan davamlı sülhdə maraqlı deyil? - GÖRÜNƏNİ BUDUR
Dünən, 16:13 |
|
|
|
• “Nar”ın tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı təşkil edildi
Dünən, 16:12 |
|
|
|
• Nazirin köməkçisi bacısından sonra atasını da İTİRDİ
Dünən, 16:09 |
|
|
|
• “İraqda mənə qarşı iki sui-qəsd hazırlanmışdı” - Roma Papası
Dünən, 16:08 |
|
|
|
• “Paşinyan sülh müqaviləsi ilə bağlı prosesi ona görə uzadır ki…” - İqbal Ağazadə
Dünən, 15:36 |
|
|
|
• Ermənilərin gözü Bakıda: Tarixi etiraf olacaq, siyahıda onlar da var - GƏLİŞMƏ
Dünən, 15:34 |
|
|
|
• Zaxarova əsəbiləşdi: - Bu sualı İrəvana verin!
Dünən, 15:33 |
|
|
|
• Niyə kiçik mağazalar “Card-to-Card”a üstünlük verir və vergi idarəsi bundan necə xəbər tutur? - AKTUAL
Dünən, 15:29 |
|
|
|
• Tərtər rayonunda “Mülki müdafiə sahəsində 2024-cü ilin yekunu, 2025-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib
Dünən, 15:26 |
|
|
|
• Ərdoğan və Makron arasında telefon danışığı olub
Dünən, 15:25 |
|
|
|
• Xaricə satdığımız elektrik enerjisinin dəyəri 16 qəpikdən 9 qəpiyə düşüb
Dünən, 15:24 |
|
|
|
|