MASALLIDA HƏR EVDƏ ACLIQ AKSİYASI
Tarix: 17-12-2011, 10:59 | Çap et
İCRA BAŞÇISI BARƏDƏ ŞOK FAKTLAR AÇIQLANDI
DİA.AZ: - Uzun müddətdir ki, Masallı rayon İcra Hakimiyyəti ilə rayon ziyalıları arasında gedən mübarizə kəskin xarakter almaqdadır. Qeyd edək ki, ziyalılar icra başçısının özbaşınalığı və qanunsuz əməllərinə etiraz edirlər. İcra başçısı Qəzənfər Ağayev isə qulluq mövqeyindən sui-istifadə edib qanunsuz əməllər törətməklə yanaşı rayonda azad fikirli insanları daim təzyiq altında da saxlayır. Masallı ziyalılarının "Gündəm Xəbər"ə daxil olan müraciəti də elə bununla bağlıdır. Qeyd edək ki, onlar icra başçısının qanunsuz əməlləri barədə eyni ölkə başçısı İlham Əliyev başda olmaqla bütün dövlət qurumlarına, o cümlədən daxili işlər naziri Ramil Usubova, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə, eləcə də Ombudsmana və beynəlxalq təşkilatlara da dəfələrlə eyni məzmunlu müraciətlər ünvanlayıblar.
Ziyalıların DİA.AZ-a bildirdiyinə görə, rayon ictimaiyyətinin Masallı rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev cinayət tərkibli əməlləri, özünə şəxsi biznes imperiyası yaratması, rayonu talan etməsi barədə dəfələrlə ölkə rəhbərliyinə müraciət etsələr də, onlara cavab verilməyib və heç bir tədbir görülməyib. Ziyalıların bildirdiyinə görə, icra başçısının cinayət dolu əməlləri Prezident Adminstrasiyasının rəhbər işçilərinin təşkilatçılığı və Qəzənfər Ağayevin təqdim etdiyi saxta məlumat, arayışlarla ört-basdır edilib. İş burasındadır ki, hər dəfə rayonda baş verən qanunsuzluq və özbaşınalıqlarala bağlı Prezident Adminstrasiyasına ünvanlanan şikayətlən məhz Qəzənfər Ağayevə göndərilir. Təbii ki, o da özü-özünə qarşı tədbir görə bilməz. Başqa sözlə, Qəzənfər Ağayevlə bağlı şikayətlərin tədbir görülməsi üçün onun özünə göndərilməsi məntiqsizdir. Bu halda şikayətlərdə qeyd olunan problemlər nəinki həllini tapmır, əksinə rayon sakinlərinə yeni-yeni problemlər yaranır. Ziyalıların bildirdiyinə görə, geriyə - Qəzənfər Ağayevə qaytarılan şikayətlərdən sonra rayonda "ziyalı ovu" başlayır. Belə ki, icra başçısı polis şöbəsi, icra nümayəndələri, bələdiyyələr, idarə və müəssisə rəhbərləri vasitəsilə şikayət məktubunu imzalayan rayon ziyalılarına qarşı genişmiqyaslı təqib və təzyiq kampaniyası başladır. Bəzi şikayətçilər şantaj və aldatma yolu ilə imzalarından imtina etməyə məcbur edilirlər.
Ziyalılar müraciətlərində yazırlar ki, bu kampaniyaları uğurla həyata keçirən Qəzənfər Ağayev daha da ruhlanaraq abadlıq işləri, yolların bərpası və təmiri, məktəbtikintisi üçün ayrılan dövlət vəsaitlərini mənimsıəmək hesabına öz şəxsi biznesini daha da genişləndirir: "Hər dəfə rayona külli miqdarda vəsait ayrılır, lakin onun cüzi bir hissəsi abadlıq işlərinə sərf olunur, vəsaitin əhəmiyyətli hissəsi Qəzənfər Ağayevin yeni obyektlər açmasına, torpaq sahəsi almasına, şəxsi balıqçılıq biznesini genişləndirməsinə yönəlir. Rayonumuzun Xallıcalı kəndi ərazisində 134 ha sahəyə malik "Xallıcalı İstili" deyilən ərazini ələ keçirmək üçün Qəzənfər Ağayev bir şəhid ailəsinin başına faciələr gətirdi. Şəhid anası, Xallıcalı kənd sakini Səlbinaz İsmayılova uzun müddət Rayon İcra Hakimiyyətinə, Torpaq şöbəsinə, kənd bələdiyyəsinə, hətta Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya "Xallıcalı İstili" ərazisindən ona balıqçılıq təsərrüfatı üçün 10-15 ha torpaq sahəsi ayrılması barədə müraciətlər etsə də, Qəzənfər Ağayevin nəzarətində olan ərazidən torpaq istəməsi onun müraciətlərinin rədd edilməsi ilə nəticələndi. Müraciətlərində israrlı olan Səlbinaz İsmayılovaya bildirilir ki, Nazirlər Kabinetinin qərarına əsasən, ümumi istifadədə olan su tutarlarının şəxsi balıq təsərrüfatlarına verilməsi mümkünsüzdür. Lakin elə həmin qərara zidd olaraq da Səlbinaz ismayılovaya başqa yerdə ümumi istifadədə olan su tutarından 12 ha sahə təklif olunur".
Ziyalıların bildirdiyinə görə, burada Nazirlər Kabinetinin qərarını pozmaq hesabına olsa belə, Qəzənfər Ağayevin maraqlarının təmin olunması məqsədi güdülür. Belə ki, Səlbinaz İsmayılovanın torpaq sahəsi istədiyi yer icra başçısının nəzarətindədir və oradan şəxsi məqsədləri üçün istifadə edir: "Əgər "Xallıcalı İstili" kəndin ümumi istifadəsindədirsə, Qəzənfər Ağayevin əli silahlı dörd adamı su tutarlarını əhalidən niyə qoruyur? Onlara hər ay 200 manata yaxın əmək haqqını kim verir? İldə orada yetişən və satılan 50 tona yaxın balığın kəndəhalisinə nə xeyri var? Hamı gözəl bilir ki, həmin əli silahlı adamlara əmək haqqını Qəzənfər Ağayev ödəyir. Oradan tutulub satılan balıqların pulu da icra başçısına çatır".
Ziyalıların bildirdiyinə görə, İsmayılovlar ailəsinin tələblərində israrlı olması ailənin tam susdurulması planının qurulması və reallaşdırılması ilə nəticələnir: "
Masallı sakinləri Çingiz və Yavər Həşimovlara məxsus "Tərəvəz bazarı" da Qəzənfər Ağayev tərəfindən eyni şəkildə ələ keçirildi. "Qəzənfərin polis şöbəsi" və əlaltıları tərəfindən süni insident yaradıldı, ata və oğlu Həşimovları həbs etdilər, onlar "Tərəvəz bazarı"ndan imtina etdikdən sonra azadlığa buraxıldılar. İsmayılovlar ailəsinə də eyni ssenari tətbiq olundu. Belə ki, qondarma cinayət işi ilə Qafil və Mirəddin İsmayılovlar həbs edildilər. Onlar iki il həbs və üç iş şərti cəzaya məhkum edildilər. Məhkəmə qərarının səhərisi günü oğullarının həbsinə dözməyən şəhid anası Səlbinaz İsmayılovanın ürəyi partladı. Ana qəbiristanlığa, oğullar isə həbsxanaya göndərildilər. Qəzənfər tam "qələbəsini" təmin etdi".
Daha sonra ziyalılar bildirirlər ki, Qəzənfər Ağayevin Masallını çapıb-talamaq planları bitmir: "Bu "qələbələrdən" sonra icra başçısı rayondakı su tutarlarının işğalına start verdi. Belə ki, Digah, Babaser, Qarğalıq su tutarlarını nəzarətinə keçirdi, Şərəfə kəndində 15 ha sahəyə yaxın olan su tutarını düzəltdirib istifadəyə verdi. Əhalinin örüş sahəsi hesabına isə Kürdəbaz kəndində 15 hektara yaxın su tutarını həmin kənddən olan traktorçu İlkin Mirzəyevin adına rəsmiləşdirib. Bunun müqabilindəona 1700 manat dəyərində traktor bağışlayıb".
Masallı ziyalıları icra başçısı Qəzənfər Ağayevə məxsus olduğu bildirilən obyekt, torpaq sahələri və su tutarları barədə məlumatları da açıqlayıblar. Belə ki, onların tərtib etdiyi siyahıdan bəzi məqamları nəzərinizə çatdırırıq:
1.Qəzənfər Ağayevin təzyiq, təqib və şantaj yolu ilə sahibkar Ç.Həşimovdan zorla aldığı "Tərəvəz bazarı". Sahəsi 3000 kv. metr.
2.Şəhərin "Qala bazarı" deyilən hissəsində ticarət obyektləri silsiləsi. Sahəsi 1500 kv. metr. Orada 40 ədəd mağaza var. Hər birinin satış qiyməti 20-25 min ABŞ dollarıdır.
3.Olimpiya Kompleksi ilə üzbəüz İstirahət guşəsi. Sahəsi 3 hektardan artıq çəpərlənmiş meşə ərazisi. Bir inzibati bina, bir restoran, istirahət üçün yüksək şəraiti olan 9 bina.
4.Qəriblər və Ərkivan kəndləri arasında yarım hektar özəlləşdirilmiş torpaq sahəsi.
5.Boradigah qəsəbəsində sahəsi 30 hektar olan "Boradigah istili" adlanan özəlləşdirilmiş torpaq sahəsi.
6.Heydər Əliyev parkı ərazisində Q.Ağayevə məxsus "Gənclik çay evi". Sahəsi 250 kv. metr.
7.Şəhərin çıxış hissəsində "İnşaat materialı bazası". Sahəsi 12 hektar, özəllədirilmiş torpaq sahəsi.
8."Xallıcalı istili" adlanan balıqçılıq təsərrüfatı. Sahəsi 130 hektar.
9.Masallı-Lənkəran yolunun sol tərəfində Q.Ağayevə məxsus "Cənnət bağı" restoranı. Dəmir çəpərə alınmış 5 hektar meşə sahəsi. Həmin sahəyə bitişik olan və müxtəlif ağacların yetişdirilməsi üçün nəzərdə tutulan 10 hektar özəlləşdirilmiş torpaq sahəsi.
Qeyd.Yuxarıda göstərilən obyektlərin bəziləri "Kaspian Fruit KO" MMC-nin, bəziləri də ayrı-ayrı vətəndaşların adına sənədləşməsinə baxmayaraq, həmin obyektlərin Q.Ağayevə məxsus olduğunu hamı bilir".
Qeyd edək ki, rayon sakinləri icra başçısın məxsus olduğunu iddia etdikləri su tutrları barədə də ayrıca siyahı təqdim ediblər. Bu barədə növbəti saylarımızda məlumat verəcəyik.
Daha sonra ziyalıların müraciətində onların aclıq aksiyaları keçirəcəklərindən bəhs olunur: "Masallı RİH başçısı Qəzənfər Ağayevin rayonda yaratdığı dözülməz vəziyyətə, rayonun abadlıq, quruculuq işlərinə ayrılan, büdcədə nəzərdə tutulan digər vəsaitləri mənimsəyərək, onun hesabına şəxsi biznesini yaradaraq obyektlər inşa etməsinə, torpaq sahələri almasına, özünün balıqçılıq biznesilə əlaqədar bütün su tutarlarnı şəxsi nəzarətinə keçirməsinə, əhalinin örüş sahələrində yeni su tutarları yaratmasına, sahibkarlara qarşı apardığı müharibəyə, insan hüquq və azadlıqlarına, yaşamaq, işləmək, mülkiyyət hüquqlarımızın kobud şəkildə pozulmasına, yarıtmaz fəaliyyətilə ətrafına yığdığı təcrübəsiz, bəsit düşüncəli kadrlarla əhalini kütləvi surətdə hakimiyyətdən narazı salması faktına istinad edərək, dövlət orqanlarına ünvanlanan müraciətlərimizə rəsmi və ya şifahi cavab verilməyib. Mətbuat klublarında dəfələrlə keçirdiyimiz konfranslarda, ölkə mətbuatında səslənən fikir və faktlara, Prezident Administrasiyasına kütləvi surətdə gedərək edilən şikayətlərə heç bir məhəl qoyulmamasına, bundan ruhlanan Qəzənfər Ağayevin rayonun inkişafına bu il üçün ayrılmış vəsaitləri mənimsəyərək yeni şəxsi obyektlər, torpaq sahələri, su tutarları almasına, bu əməlləri ifşa edən rayon ziyalılarına, ictimaiyyət nümayəndələrinə qarşı təqib, təzyiq, şantaj, izlənmə və həbs etdirmə cəhdlərinə, konstitusiyada təsbit olunmuş hüquqlarımızın sistemli şəkildə pozulmasına etiraz əlaməti olaraq 11 avqustda nəzərdə tutduğumuz, lakin PA-nın məsul işçisinin müraciətlərin araşdırılıb tədbir görüləcəyi barədəki sözünü, aclıq aksiyasının keçirilməməsi tövsiyəsini nəzərə alaraq, təxirə saldığımız aksiyanı bərpa edib, 18 dekabrda rayon ziyalıları və ictimaiyyət nümayəndələri adından "Hər evdə aclıq" aksiyası kampaniyasına başlayacağıq.
Nəzərə alsaq ki, 11 avqustda keçirmək istədiyimiz aclıq aksiyası ərəfəsində Masallı Ziyalıları İctimai
Birliyinin sədri Məmmədağa Eynullayevin evinin heç bir əsas olmadan Qəzənfər Ağayevin göstərişi əsasında polis tərəfindən mühasirəyə alınaraq, onun təzyiq, şantaj edilərək həbs olunmasına cəhd edilməsi və digər ziyalılara, ictimaiyyət nümayəndələrinə təzyiqlər edilməsi halları olmuşdursa, təbii ki, bu hərəkətlərin aclıq aksiyası keçirdiyimiz ərəfədə də təkrar olunmayacağına heç bir inam və etimad yoxdur.
Qəzənfər Ağayevin qanunsuz, cinayət əməllərinə, Masallı əhalisinə etdiyi zülmlərə son verilməsi ilə əlaqədar keçirəcəyimiz "Hər evdə aclıq" aksiyası dövründə, rayondakı dözülməz vəziyyəti nəzarətinizdə saxlamaqla rayondakı rəzalətə "Dur!" demək üçün müvafiq addımlar atılmasını, tədbirlər görülməsini xahiş edirik".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 23 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda BOKT qızıllarını satışa çıxarır - DETALLAR
Bu gün, 00:02 |
|
|
|
• Qriqoryanın açıqlamasında yenilik yoxdur - RƏY
Dünən, 23:34 |
|
|
|
• Palata sədrindən Naxçıvanla bağlı tənqidi çıxış - "Məsul şəxslərin məsuliyyətini tam dərk etməməsi..."
Dünən, 23:28 |
|
|
|
• İrəvan Bakının bu tələbindən niyə yayınır? – Mühüm məqam
Dünən, 23:26 |
|
|
|
• Naftalin qoxulu bəyanatlar və ya yeni "köhnə rus yalanı" - NƏ BAŞ VERİR?
Dünən, 19:46 |
|
|
|
• Talıbovlar qayıdır: BACANAQ QOLLARINI ÇIRMALADI... - İLGİNC...
Dünən, 19:02 |
|
|
|
• Ermənistan terrorçuların həbsi ilə bağlı əməkdaşlıq EDƏ BİLƏR - AÇIQLAMA
Dünən, 19:00 |
|
|
|
• Texnologiyanın yeni BƏLASI: - “Deep Fake” ilə necə MÜBARİZƏ APARMALI?
Dünən, 18:58 |
|
|
|
• 20 min manatlıq yerli avtomobili kim alır? - Ekspert danışır...
Dünən, 18:56 |
|
|
|
• Türkiyə nümayəndə heyətinin Azərbaycana səfəri davam edir
Dünən, 18:03 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni şirkət yaradıb
Dünən, 18:01 |
|
|
|
• Alternativ hərbi xidmət: - “Bu, sovetlər dövründən qalma bir sistemdir”
Dünən, 18:00 |
|
|
|
• Bölgəmizdəki təhdidlərə cavab vermək hədəflərdən biridir - AKTUAL
Dünən, 17:58 |
|
|
|
• "Müəllimi bu həddə çatdırmaq olmaz" - ETİRAZ
Dünən, 17:48 |
|
|
|
• Məktəbdə QALMAQAL!: Müəllim direktoru məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:44 |
|
|
|
• Gömrükdə sifarişlərim saxlanılır - Kəmalə Piriyeva
Dünən, 17:40 |
|
|
|
• Qərb İrəvanı təsir obyektinə çəkməyə çalışır - Gerasimov
Dünən, 17:37 |
|
|
|
• Hafiz Hacıyev ayaqqabılarını “prakata” verir – Qiymət
Dünən, 17:27 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları"na məxsus şirkətin adı dəyişdirilib
Dünən, 17:23 |
|
|
|
• Gürcüstan arzusuna çatdımı? - Prezident iqamətgahı tərk etməsə...
Dünən, 17:14 |
|
|
|
• ATƏT-in Minsk qrupu çoxdandır fəaliyyətsizdir və ləğv edilməlidir - ŞƏRH
Dünən, 17:10 |
|
|
|
• Sıra Nazilə Səfərliyə gəldi... - AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• İsa İsayev 2,3 milyon kapital ilə yaradılan daha 2 şirkətə rəhbərlik edəcək - DETALLAR
Dünən, 17:03 |
|
|
|
• Daha bir estetik əməliyyat faciəsi: Baş həkim həmkarının burnunu tanınmaz hala saldı - FOTO
Dünən, 16:57 |
|
|
|
• Suriya-Türkiyə münasibətləri strateji məzmun daşıyacaq
Dünən, 16:53 |
|
|
|
• Ermənistan sülh əvəzinə yeni ərazi istədi – Köçəryandan iddia
Dünən, 16:50 |
|
|
|
• Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edilib - Polis əməliyyatı
Dünən, 16:48 |
|
|
|
• İrəvandan Zəngəzur açıqlaması: - “Mümkün deyil”
Dünən, 16:46 |
|
|
|
• Gəncədə məktəbli məktəblini bıçaqlayıb
Dünən, 16:42 |
|
|
|
• Azay Möhnətovun qalmaqallı bazarında nə baş verir? - İLGİNC...
Dünən, 16:41 |
|
|
|
• Azərbaycanın İnterpola verdiyi şəxs bu ölkədə tutuldu
Dünən, 16:34 |
|
|
|
• "Mən hakim ola-ola 50 min manata mebel ala bilmirəm" - "İnstapower" işində maraqlı faktlar açıqlandı
Dünən, 16:32 |
|
|
|
• Kürdəmir rayon prokuroru müavininin işinə xitam verilib
Dünən, 16:30 |
|
|
|
• “Gecə 11-də özünü yalandan yerə yıxıb ki, ölürəm” - TƏFƏRRÜAT
Dünən, 16:28 |
|
|
|
• Sabah MSK-da bələdiyyə seçkiləri ilə əlaqədar yaradılan işçi qrupların iclası keçiriləcək
Dünən, 16:23 |
|
|
|
• Ramalın ayaqqabısının qiyməti ŞOK ETDİ: - “Bir evin pulu…”
Dünən, 16:21 |
|
|
|
• Bələdiyyə seçkiləri üçün daha iki siyasi partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb
Dünən, 16:19 |
|
|
|
• Nazir rəisi işdən çıxardı, başqa vəzifə verdi - Yeni təyinatlar
Dünən, 16:17 |
|
|
|
• “Binokl diplomatiyası”: Ermənistan davamlı sülhdə maraqlı deyil? - GÖRÜNƏNİ BUDUR
Dünən, 16:13 |
|
|
|
• “Nar”ın tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı təşkil edildi
Dünən, 16:12 |
|
|
|
• Nazirin köməkçisi bacısından sonra atasını da İTİRDİ
Dünən, 16:09 |
|
|
|
• “İraqda mənə qarşı iki sui-qəsd hazırlanmışdı” - Roma Papası
Dünən, 16:08 |
|
|
|
• “Paşinyan sülh müqaviləsi ilə bağlı prosesi ona görə uzadır ki…” - İqbal Ağazadə
Dünən, 15:36 |
|
|
|
• Ermənilərin gözü Bakıda: Tarixi etiraf olacaq, siyahıda onlar da var - GƏLİŞMƏ
Dünən, 15:34 |
|
|
|
• Zaxarova əsəbiləşdi: - Bu sualı İrəvana verin!
Dünən, 15:33 |
|
|
|
• Niyə kiçik mağazalar “Card-to-Card”a üstünlük verir və vergi idarəsi bundan necə xəbər tutur? - AKTUAL
Dünən, 15:29 |
|
|
|
• Tərtər rayonunda “Mülki müdafiə sahəsində 2024-cü ilin yekunu, 2025-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib
Dünən, 15:26 |
|
|
|
• Ərdoğan və Makron arasında telefon danışığı olub
Dünən, 15:25 |
|
|
|
• Xaricə satdığımız elektrik enerjisinin dəyəri 16 qəpikdən 9 qəpiyə düşüb
Dünən, 15:24 |
|
|
|
|