DİA HOLDİNQDƏ FƏHLƏ ÜSYANI
Tarix: 16-12-2011, 11:22 |
Çap et
ETNİK AYRISEÇKİLİK EDƏN ŞİRKƏT AZƏRBAYCANLI FƏHLƏLƏRİ ZARA GƏTİRİB
DİA.AZ: - Azərbaycanda fəaliyyət göstərən əcnəbi şirkətlərin yerli işçilərlə problem yaşaması ilk dəə deyil. Milli Məclisin qarşısında, keçmiş «Moskva» mehmanxanasının yerində tikilən «Alov qüllələri»nin icraçısı olan DİA Holdinqin də davamlı olaraq azərbaycanlı fəhlələrlə problemləri yaranıb. Bu gün də redaksiyamıza daxil olan məlumatlarda deyilir ki, hakimiyyətiçi kürd qruplaşmasının dəstəyi ilə azərbaycanda iri layihələri «qazanan» DİA Holdinq fəhlələrin narazılığına səbəb olub.
«Dünya» İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) məlumat verən fəhlələrdən birinin sözlərinə görə, iki aydır ki, «Alov qüllələri»ndə çalışan işçilərin pulları verilmir: «Təkcə azərbaycanlı işçilərə belə münasibət var. Bu gün səhər də etiraz edən 10-a yaxın işçi səbəbsiz olaraq ixtisara salındı. Qarşıdan da bayram gəlir. Belə şəraitdə ailəmizi nə ilə dolandıracağımızı da bilmirik».
Fəhlələrin bu səbəbdən etiraza hazırlaşdığını bildirən həmsöhbətimiz bildirdi ki, onlar rəhbərlik qarşısında tələblərini artıq səsləndiriblər: «Bildirmişik ki, qovulan işçilər dərhal bərpa olunmalıdır və yığılan əməkhaqqılar verilməlidir. Əks halda tətil elan edəcəyik və inşaat avadanlıqlarını girov götürəcəyik».
Olay diqqətimizdədir. Bizi izləyin…