“AzDrama”da ŞOK ULTİMATUM: Mehriban Mehribana yenidən SAVAŞ AÇDI .....                     Axtarışa verilən Hüseyn Həsənov onu məhkəməyə verir .....                     Səidə Niyamı dostluqdan .....                     Sabah İstanbula gedə bilərəm .....                     İran Prezidenti: Azərbaycanla qardaşlıq və bərabərlik istəyirik .....                     Ceyhun Cəlilov NİYƏ QAPI-QAPI DÜŞÜB AXI... .....                     Auditorlar Palatasında bir neçə şəxs qanunsuz olaraq müxtəlif kartlara pul köçürüb .....                     Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir .....                     Özünü Çindən avtomobil idxal edən şirkətin rəhbəri kimi təqdim edərək vətəndaşlara .....                     “İmişlidəki “SSRİ”, Georgi lenti" kampaniyasının arxasında da Rusiya dayanıb…” .....                     "Mozalan Studiyası"na yeni direktor təyin edilib .....                     "İbrahim sazişləri": Vaşinqton Bakıya nə təklif edir? .....                     İran vətəndaşı gömrük postundan siqaretləri necə keçirdi? .....                     “Peyk zavodu”nun direktoru dəyişib .....                     "Caamatın müraciətinə baxmayaraq, heç bir tədbir görülmür" .....                     Ağsaqqal Rusiya kanallarına çox baxırmış, ona görə "qaza gələrək" belə addım atıb .....                     “Bakı Avtonəqliyyatı"” ASC-nin səhmdarları .....                     Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub .....                     "Avroviziya"da finala keçə bilməyən təmsilçilərimizdən .....                     Baş həkim olmaq arzusu ona baha başa gəldi... .....                     "1094 saxtakarlıq... dövləti, xalqı aldatmaq..." .....                     Ermənistanın TŞ katibi İrana səfər edəcək .....                     İmişlidə rus simvollarını təbliğ edən şəxs YAP-dan REAKSİYA .....                     "Səba" külli miqdarda borca düşdü, .....                     Xarici ölkənin xüsusi xidmət orqanına casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb .....                     Vasif Əmirova daha yüksək vəzifə verildi .....                     Ağdam təhsilində biabırçılıq DAVAM EDİR... .....                     Robert Köçəryan Levon Ter-Petrosyana “Mən albanam” deyib... .....                     Vəzifəli şəxsin fermasını talayan mühafizəçi ilə bağlı .....                     Paşinyan Albaniyada ikitərəfli görüş keçirəcək .....                     Polşa Vaşinqtona sərt mesaj göndərib .....                     Bakı və Ankara “qara siyahı”da: İrəvanın dostu qəzəbləndi .....                     TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq .....                     “Nazirlər bilmirdilər ki, məndən 5-6 il qabaq orada səfirliyimiz olub” .....                     “Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi .....                     Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək… .....                     “Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir .....                     “Qəçrəş” ASC-nin səhmdarları bir araraya toplaşır .....                     Papikyanın SIX SƏFƏR TRAFİKİ... .....                     "Mən onlardan pulu necə geri ala bilərəm?" .....                 

POLİS RƏİSİNDƏN NARAZI VƏTƏNDAŞ PROKURORA ÜZ TUTDU
Tarix: 21-05-2013, 11:37 | Çap et
POLİS RƏİSİNDƏN NARAZI VƏTƏNDAŞ PROKURORA ÜZ TUTDU
Saatlı rayon prokuroru Tariyel Ələkbərova üz tutan Saatlı şəhəri, Mətləb Kərimov küçəsi-51 ünvanda yaşayan, Qarabağ müharibəsi veteranı, II qrup hərbi əlil, rayon Veteranlar Şurasının sədri Qurbanov Əliağa Əsədulla oğlu Saatlı rayon Polis Şöbəsinin rəisinin son hərəkətlərindən yazıb...

“Təzadlar”a Ə.Qurbanovun müraciəti daxil olub. Müraciət Saatlı rayon prokuroru T.Ələkbərova ünvan edilib.

DİA.AZ olaraq həmin müraciəti kiçik ixtisarla təqdim edirik:

Hörmətli cənab Prokuror!

Yazaraq Sizə bildirirəm ki, 07 aprel 2013-cü il tarixdə Saatlı rayon Polis Şöbəsindəki bəzi nöqsanlar barədə keçmiş zabitin iradları kimi DİN Daxili Təhqiqatlar İdarəsinə ünvanladığım məktub araşdırılmaq üçün Saatlı rayon Polis Şöbəsinə göndərilmişdir. Məktubda qeyd olunurdu ki, iki şəhid ailəsindən pul alınması faktları araşdırılarkən polis əməkdaşları tərəfindən Mehbalıyevlər ailəsinə və Mirvari Babayevaya təzyiq və təsir göstərilmişdir, hətta M.Babayevadan guya ona böhtan atmağım barədə ərizə alınmışdır və s. Polis rəisinin göstərişi ilə bir çox məmurlardan tutmuş digər şəxslərə qədər, bir çox insanlar tərəfindən həmin məktubun bağlanması üçün məndən xahişlər olunmuşdur. Polis şöbəsində izahat verərkən isə mən həmin məktubda yazdıqlarımı təsdiqləməklə, onun şikayət kimi yox, zabit iradları kimi yazdığımı etiraf etmişəm.

Bundan sonra Saatlı rayon Polis Şöbəsinin rəisi Cəbrayıl Vəliyevin göstərişi və onun müavini Hacı Əhmədovun icrası ilə mənə qarşı “qara piar” kampaniyasına başlanmışdır. Bir çox insanlar Saatlı rayon Polis Şöbəsinə çağrılmış, onlara guya oğlumun icarəyə götürüb işlətdiyi kafedə mənim müxalifətlə, “demaqoq”larla dövlətin əleyhinə söhbətlər apardığım barədə hüquq-mühafizə orqanlarına ünvanlanmış “hazır” teleqram mətnləri təqdim olunmuşdur. Şöbəyə çağrılanlardan yalnız rayonun Çolpu kənd sakini, belə işlərdə daim polislərlə “yaxınlıq” edən, mənim üzdən tanıdığım Ehtiram Ehtibar oğlu Qasımov “hazır” teleqramı vurmağa razılaşmışdır.

Səhəri gün isə Ehtiram Qasımov bu teleqramı polisin təzyiqi altında vurduğunu, teleqramdakı “Əliağanın başqa Əliağa olduğunu düşünərək” buna razılışdığını söyləmiş və kiril əlifbası ilə polis rəisinin adına yazdığı ərizəni şöbəyə göndərmişdir. Ehtiram Qasımov özü mənə yalvararaq səhv etdiyinə görə onu bağışlamağımı onlarla adamın yanında dəfələrlə söyləmişdir. Çox təəssüf ki, məktub polis rəisi Cəbrayıl Vəliyevə çatandan sonra E.Qasımov əvvəlcə rəis müavini Hacı Əhmədovun, sonra birlikdə rəis C.Vəliyevin, daha sonra isə birlikdə rəis C.Vəliyevin yanına aparılmışdır. Bu dəfə E.Qasımovdan latın qrafikası ilə yazılmış izahat alınmışdır. E.Qasımov kiril qrafikası ilə yazıb rəisə göndərdiyi ərizəni mənim “təzyiqim” altında yazdığını, mənim onu ölümlə hədələyərək yazdırdığım barədə izahat vermişdir. O, digər izahatında ümumiyyətlə, kiril qarafikası ilə yazılmış izahatın ona məxsus olmadığını, həmin izahatı mənim kiməsə yazdıraraq rəisə göndərdiyimi belə yazmışdır.

Cənab Prokuror!

Odur ki, Sizdən E.Qasımovun rayon prokurorunun köməkçisi H.Hüseynovun icraatında olan materiallardakı izahatlarındakı təzadlı olan qərəzli fikirlərinin araşdırılması üçün bütün izahatlardakı xəttin ona məxsus olub-olmadığının araşdırılması üçün ekspert təyin olunmasını xahiş edirəm. Əlavə edirəm ki, Ehtiram Qasımovun Saatlı rayonunun sabiq hərbi komissarı İlqar Atayevlə ilişgili cinayət tərkibli əməlləri ilə bağlı Respublika Hərbi Prokurorluğunun müstəntiqi, polkovnik-leytenant Rəsul Hüseynova sorğu göndərməyinizi xahiş edirəm!



Ehtiram Qasımovun şəxsiyyətinin araşdırılması üçün isə Çolpu kənd icra nümayəndəliyinə, 13 saylı TSEK-ə, Respublika Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Saatlı rayon İcra Hakimiyyətinə, DSMF-yə, Saatlı rayon Mərkəzi Xəstəxanasına sorğular göndərməyinizi xahiş edirəm! E.Qasımovun cinayət tərkibli əməlləri barədə Sizə kifayət qədər ətraflı məlumatlar verəcəyəm və polis rəisinin “yaxın” dostu olan E.Qasımovu yaxından tanıyacaqsınız!

Saatlı rayon prokurorunun köməkçisi H.Hüseynov məndən izahat alarkən bir neçə maraqlı faktlar üzə çıxdı. Şəhər sakinləri-Abdullayev Sədulla Rəhim oğlunun və Abdilli Emil Fəxrəddin oğlunun Respublika Baş Prokurorluğuna, DİN-ə, Saatlı rayon Prokurorluğuna, Saatlı rayon İcra Hakimiyyəti başçısına teleqramlarla müraciət etdikləri məlum oldu. Prokuror köməkçisinin “Siz bu adamları tanıyırsınızmı?”-sualına təbii ki, “xeyr” cavabını verdim. Teleqramların mətni barədə yazmaq istəmirəm, çünki onlar polisin “toplanmış materiallarında” vardır.

Cənab Prokuror!

Təsəvvür edirsinizmi, Abdullayev Sədulla Rəhim oğlu uzun müddətdir ki, Rusiyada yaşayır və sonuncu dəfə Azərbaycanda nə vaxt olub, heç rəis Cəbrayıl Vəliyev də bilməz. Amma onun adından mənə qarşı teleqram vurulur.

Emil Abdilli isə bir neçə il əvvəl atasının vəfatından sonra ailə həyatı qurub və Bakıda yaşayır. Emil Abdilli 18 may 2013-cü il tarixdə saat 16:03-də 070-266-91-88 nömrəli telefondan (sonra öyrəndim ki, özünə məxsusdur) mənə zəng etmişdi. Mən onu telefonda sakitləşdirə bilmirdim. Bu teleqramı təşkil edənlər, onu vuranlar, bu işin başında dayananlar barədə nələr demədi?! Şübhəsiz ki, o, rayon prokurorluğuna gəlib izahatı ilə bu saxta teleqrama aydınlıq gətirəcək.

Sədulla Abdullayev isə Moskvadan yeznəsi Ələddin Abdiyevə zəng edib, yaxın günlərdə təyyarə ilə uçub gələcəyini və bəzi məsələlərə aydınlıq gətirəcəyini bildib. Yəqin ki, əlavə şərhə ehtiyac yoxdur?

Belə lazımsız və polis rəhbərinə yaraşmayan variantlara əl atan polis rəisindən və onun bəzi əməkdaşlarından nə desən gözləmək olar. Amma mən bilirəm ki, bu məsələlər nazir Ramil Usubovun diqqətinə çatsa, rəisə qarşı olduqca sərt tədbir görəcək. Mən başa düşmürəm, polisin Saatlıda görməli olduğu başqa iş yoxdurmu?

Sizdən həmin teleqramların kimlər tərəfindən vurulduğunu, bu işin arxasında kimlərin dayandığının araşdırılması üçün göstəriş vermənizi xahiş edirəm. Teleqramda onun yola salınması tarixi və saatı vardır. Rabitə evinin təhlükəsizlik kameralarında həmin teleqramları vuran şəxslər və onların başının üstündə dayanan paqonlu şəxs və ya şəxslər yəqindir ki, yaddaşa düşmüşdür. Bundan əlavə, E.Qasımovun kirillə yazılmış ərizəsində icra hakimiyyətinin işçisi Nurəddin Abdiyevin qardaşının adı hallanır. N.Abdiyevin bir qardaşı Telman Abdiyev polisin “UAZ” markalı avtomobilinin sürücüsüdür. Onun digər qardaşı Çingiz Abdiyev şəhər icra nümayəndəliyində kargüzarlıqla məşğuldur. Həm Sədulla Abdullayevin və həm də Emil Abdillinin Abdiyevlərlə çox yaxın qohumluq əlaqələri vardır. Yəqin ki, bütün bunlar “saxta” teleqramları vuranları aşkar etməkdə “ipucu” ola biləcək!

Polis rəisinin əqidəli, vicdanlı, vətənpərvər, dövlətə və dövlətçiliyə sadiq olan bir adamı ləkələmək üçün əl atdığı bu ucuz variant onun bu işdə səriştəsizliyindən xəbər verir. Gün ərzində məni açıq-aşkar izlətdirmək, oturub durduğum adamlara sifariş göndərmək, əyləşdiyim çayxananı bağlatdıracağı ilə hədələmək, hər halda, rəisin məsələləri ağılla yox, zorla həll etmək cəhdi kimi qiymətləndirilməlidir. Ən azından, son günlər rayon polisi barədə olduqca mənfi rəy formalaşır. Çünki polis rəisi doğru addımlara könül verməyib. 19 may 2013-cü il tarixdə saat 12 radələrində bazar ətrafındakı “Muğan” parkının polislər tərəfindən mühasirəyə alınması da C.Vəliyevin bu işdə tam səriştəsizliyinin bariz nümunəsidir. Həmin vaxt mən C.Vəliyevin mənə “xahiş-minnətə” göndərdiyi hacı Mirabbas Abbasovun və hacı Seyidrza Kazımovun telefonla məndən görüşmək istədikləri ilə bağlı ricasını nəzərə alıb həmin parka gəlmişdim. Hacılar məndən rəislə “barışmağı” çox xahiş etdilər və mən çox yumşaq, sülhsevər adam olduğum üçün xırda şərtlə razılıq verdim. Dedim ki, oğlumun icarəyə götürdüyü çayxananın sahibini qorxudub, çayxananı bağlatdıran rəisə deyin, olan-olub, böyüklük eləsin, bir neçə ailənin yeganə çörək ağacı-iş və məşğulluq yeri olan bu obyektin açılmasına icazə versin. Hansı ki, çayxana polis rəisinin özəl obyekti deyil ki, sərəncam vermək hüququ da olsun. Sadəcə, rəis vəzifəsindən sui-istifadə edərək obyekt sahibinə qanunsuz göstəriş verib. Və mən çox hörmət bəslədiyim hacılara da bildirdim ki, bu çayxana insanların baş-başa verib dərdləşdiyi bir iaşə yeridir. Bakının Bulvarında yüzlərlə çayxana var. İndi Bakı şəhər Baş Polis İdarəsinin rəisi Hacıbala Abutalıbova tapşırıq versin ki, görün o çayxanalara kimlər gəlir, nə danışır, nədən söhbət edirlər? Bu absurd məsələdir! Amma bizim rəis insanların daha bir istirahət yerindən-sayxanadan qaçmasına, deməli, daha pis işlərlə məşğul olmasına şərait yaradır. Bu insanlar çayxanaya gəlməsin, bəs hara getsin: bara, restorana, əxlaqsızlıq və narkotikləşdirilmə yerlərinə? Bəlkə oğurluqla məşğul olma barədə düşünsünlər? Dünyanın harasında olub ki, insanları çayxanada güdürlər? Və güddürən polis şefi olur!

Beləliklə, mən parkın həyətində oturub hacılarla çay içərkən park polislə doldu. Mən zarafatla hacılara dedim ki, görürsünüz, rəis C.Vəliyev Sizi mənim üstümə xahişə göndərib, ardınca da məni həbs etdirmək üçün polisləri göndərib... Axşam saat 19 radələrində isə futbol yarışları keçirdiyim Peşə Liseyinin idman meydançasında zarafatımın çin olduğu aşkarlandı. Sən demə, polis məni tutmağa gəlibmiş, guya mən “Muğan” parkında aksiya (?!) keçirəcəyəm!

Cənab Prokuror! Cəbrayıl Vəliyevin polis rəisi kimi fəaliyyətində Azərbaycan Respublikasının qanunlarının yox, başqa cür idarə etmənin simptomları açıq-aşkar görünür. O, rəis kimi Saatlı rayonunu “oğru” qanunları ilə idarə etməyə çalışır. Mən DİN naziri, çox hörmətli Ramil Usubova C.Vəliyevin polis sıralarına necə düşməsinin, xüsusən də belə mötəbər posta necə təyin edilməsinin araşdırılması barədə də müraciət edəcəyəm. Bu müştəbeh və özündən çox razı olan rəis barədə bütün instansiyalara məlumat verəcəyəm. “Mərdi qova-qova namərd etmək”, öz nöqsanlarını görmək və bundan çəkinmək əvəzinə, Güzgünü sındırmaq yolverilməzdir! Deyəsən, rəis həqiqətən də unudub ki, Azərbaycan hüquqi, demokratik bir dövlətdir! Bu ölkənin İlham Əliyev kimi demokratik prezidenti, dövlət başçısı var. Onu qəzetdə tənqid etdiyinə görə jurnalisti müxtəlif iyrənc vasitələrlə qorxutmaq, həbs etməyə çalışmaq, şantaj etmək, özü kimilərinin əli ilə böhtan atmaq nəinki məmura, heç kimə yaraşan iş deyil!

Polis rəisi C.Vəliyevin idarəetmə metodu adamları, şübhəsiz ki, hökumətdən narazı salır. Bu gün çox yüksək inkişaf etmiş və gözəl istirahət guşələri olan Saatlı çayxanalarında insanlar çox az gözə dəyir. Polis xofu, nahaqdan “işə düşmək” qorxusu adamların canından çıxmır.

Cənab Prokuror!

Sizdən ərizəmin qeydiyyata alınaraq rayon prokurorluğunda Saatlı rayon polis şöbəsi tərəfindən göndərilmiş materiallara əlavə edilməsi və ərizəmdə göstərilən xüsusatların ciddi və obyektiv araşdırılması barədə müvafiq göstəriş verməyinizi xahiş edirəm.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“AzDrama”da ŞOK ULTİMATUM: Mehriban Mehribana yenidən SAVAŞ AÇDI – “ÜZR İSTƏMƏLİSƏN!”
Bu gün, 11:36
Axtarışa verilən Hüseyn Həsənov onu məhkəməyə verir
Bu gün, 11:35
Səidə Niyamı dostluqdan SİLDİ
Bu gün, 11:28
Sabah İstanbula gedə bilərəm - Tramp
Bu gün, 11:26
İran Prezidenti: Azərbaycanla qardaşlıq və bərabərlik istəyirik - İRNA
Bu gün, 11:22
Ceyhun Cəlilov NİYƏ QAPI-QAPI DÜŞÜB AXI... - NƏ BAŞ VERİR?
Bu gün, 11:21
Auditorlar Palatasında bir neçə şəxs qanunsuz olaraq müxtəlif kartlara pul köçürüb - MƏHKƏMƏ
Bu gün, 11:14
Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir - İLGİNC FAKTLAR...
Bu gün, 11:12
Özünü Çindən avtomobil idxal edən şirkətin rəhbəri kimi təqdim edərək vətəndaşlara 300 min manat zərər vuran şəxs həbs olunub
Bu gün, 11:05
“İmişlidəki “SSRİ”, Georgi lenti" kampaniyasının arxasında da Rusiya dayanıb…” - FAKT BUDUR!
Bu gün, 11:02
"Mozalan Studiyası"na yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:51
"İbrahim sazişləri": Vaşinqton Bakıya nə təklif edir? - AKTUAL
Bu gün, 10:48
İran vətəndaşı gömrük postundan siqaretləri necə keçirdi? – MƏHKƏMƏ
Bu gün, 10:44
“Peyk zavodu”nun direktoru dəyişib - ƏMR
Bu gün, 10:43
"Caamatın müraciətinə baxmayaraq, heç bir tədbir görülmür" - vətəndaşdan SOS!!!
Bu gün, 10:41
Ağsaqqal Rusiya kanallarına çox baxırmış, ona görə "qaza gələrək" belə addım atıb - Tural Abbaslı
Bu gün, 10:33
“Bakı Avtonəqliyyatı"” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 10:21
Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub - BUNDAN SONRA...
Bu gün, 10:19
"Avroviziya"da finala keçə bilməyən təmsilçilərimizdən AÇIQLAMA
Bu gün, 10:17
Baş həkim olmaq arzusu ona baha başa gəldi... - TƏFƏRRÜAT
Bu gün, 10:11
"1094 saxtakarlıq... dövləti, xalqı aldatmaq..." - AXI NİYƏ?..
Bu gün, 10:09
Ermənistanın TŞ katibi İrana səfər edəcək - “Armenia-Today”
Bu gün, 10:00
İmişlidə rus simvollarını təbliğ edən şəxs YAP-dan REAKSİYA - “O şəxsin əqli vəziyyətinin qiymətləndirilməsinə ehtiyac var”
Bu gün, 09:58
"Səba" külli miqdarda borca düşdü, bütün paylarını satışa çıxardı, rəhbəri dəyişdi
Bu gün, 09:53
Xarici ölkənin xüsusi xidmət orqanına casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb
Bu gün, 09:50
Vasif Əmirova daha yüksək vəzifə verildi - SOCAR-da yeni təyinat
Bu gün, 09:47
Ağdam təhsilində biabırçılıq DAVAM EDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:44
Robert Köçəryan Levon Ter-Petrosyana “Mən albanam” deyib... - VİDEO
Bu gün, 09:38
Vəzifəli şəxsin fermasını talayan mühafizəçi ilə bağlı QƏRAR
Bu gün, 09:36
Paşinyan Albaniyada ikitərəfli görüş keçirəcək
Bu gün, 09:30
Polşa Vaşinqtona sərt mesaj göndərib - VİDEO
Bu gün, 09:29
Bakı və Ankara “qara siyahı”da: İrəvanın dostu qəzəbləndi – 800 nəfərlə bağlı QƏRAR
Bu gün, 09:27
TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq – Hökm ləğv edildi
Bu gün, 09:22
“Nazirlər bilmirdilər ki, məndən 5-6 il qabaq orada səfirliyimiz olub” - Hidayət Orucovdan SENSASİON AÇIQLAMALAR
Bu gün, 09:19
“Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi – Yekun qərar verildi
Bu gün, 09:15
Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək… - ÇAĞIRIŞ
Bu gün, 09:13
“Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir
Bu gün, 09:11
“Qəçrəş” ASC-nin səhmdarları bir araraya toplaşır
Bu gün, 09:08
Papikyanın SIX SƏFƏR TRAFİKİ... - Sadəcə, seyr edirikmi?
Bu gün, 09:04
"Mən onlardan pulu necə geri ala bilərəm?" - NARAZILIQ VAR...
Bu gün, 09:01
Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... - NƏ ETMƏLİ?
Bu gün, 08:43
Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? - İLGİNC İDDİALAR
Bu gün, 08:40
"Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" - REAKSİYA
Bu gün, 08:35
Vəzifəli şəxs küçədə vətəndaşı döydü - TƏFƏRRÜAT
Bu gün, 08:34
"Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" - ETİRAZ VAR...
Bu gün, 08:31
Övladlar kriminala niyə yönəlir? - "AİLƏLƏRİN ÇOX BÖYÜK SƏHVLƏRİ VAR"
Bu gün, 07:10
3 il sonra yenidən İstanbulda: - Ukrayna üçün mühüm görüş...
Bu gün, 07:02
Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? - NƏ ETMƏLİ?
Bu gün, 06:59
Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır - FAKT BUDUR!
Bu gün, 06:55
İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır - NƏ BAŞ VERİR?
Bu gün, 06:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru