İSTANBUL AEROPORTUNDA DAHA BİR UTANC
Tarix: 10-12-2011, 14:38 |
Çap et
TÜRK POLİSİ DEPUTATIMIZA QARŞI DA KOBUDLUQ EDİB
DİA.AZ: - Bir neçə gün əvvəl tanınmış hüquqşünas İntiqam Ağayevin Türkiyədə saxlanılması və yerli polis əməkdaşları tərəfindən vəhşicəsinə döyülməsi həm Azərbaycanda və həm də Türkiyədə böyük ajiotaja səbəb oldu. «Dünya» İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) daxil olan məlumatlardan isə aydın olur ki, bu həftə Türkiyənin polisi Azərbaycanın daha bir tanınmış simasına qarşı da kobudluq edib.
Bu barədə məlumatı verən hakimiyyət içindəki mənbə bildirir ki, bu günlərdə Azərbaycan parlamentinin deputatlarından biri İstanbul hava limanında polis işçiləri ilə mübahisə edib. Bu barədə mənbənin söylədikləri:
«Deputatımızın şəxsi əl çantasını yerli gömrük işçiləri yoxlamaq istəyəndə mübahisə yaranıb. Və bu zaman işə polis işçiləri müdaxilə edib. Deputatımız özünü tanıtsa da, yerli polislər zor gücünə onun çantasını əlindən alıblar və bundan sonra əsəbiləşən deputatımız Azərbaycanın İstanbuldakı konsulluğunu məlumatlandırıb. Sonradan deputatımızdan üzr istənilib».
Mənbəmiz bildirdi ki, elə buna görə də deputatımız məsələnin qabardılmasının əleyhinədir. Və redaksiyamızdan da onun adının hallandırılmamasını xahiş etdi.