Əsas Səhifə > Sosial, Manşet > Gəncə şəhər icra hakimiyyəti başçısının dövlətlə bahalı alış-verişi...
Gəncə şəhər icra hakimiyyəti başçısının dövlətlə bahalı alış-verişi...16-12-2014, 10:17 |
DİA.AZ: - Məlum olduğu kimi, Mingəçevirdə qaçqınlar üçün tikilən yaşayış kompleksi yaxın vaxtlarda tam olaraq istifadəyə veriləcək. Qeyd edək, inşasına 2011-ci ilin sonunda başlanan kompleks, ümumilikdə 10 hektar ərazini əhatə edir. Şəhərcikdə 10 ədəd 9 mərtəbəli bina ilə yanaşı, 480 yerlik məktəb, 50 çarpayılıq uşaq baxçası, klub ictimai mərkəzi və inzibati bina tikilib. Ümumilikdə 502 məcburi köçkün ailəsinin yerləşdirilməsi nəzərdə tutulan mənzillərdən 36-sı bir, 259-u iki, 180-i üç, 27-si isə dörd otaqlıdır. Onu da bildirək ki, bu binaların inşa olunduğu ərazi ilə bağlı müəyyən bilgilər dolaşmaqdadır. Bu barədə DİA.AZ-a danışan mənbə iddia edir ki, həmin 10 hektarlıq sahənin 2 hektarı tanınmış məmurlardan birinə aid olub və bu torpaq sahəsi dövlətə olduqca baha qiymətə satılıb. Məlumatlı mənbənin diaaz.space-a söylədikləri hər kəsi heyrətləndirə bilər. Odur ki, diqqətli olun... Beləliklə, redaksiyamızı bilgiləndirən mötəbər qaynaq iddia edir ki, həmin 10 hektarlıq torpaq sahəsinin 2 hektarı hazırda Gəncə şəhər ira hakimiyyətinin başçısı postunu tutan Elmar Vəliyevə aid olub. Və mənbənin iddialarına görə, bu torpaq sahəsini Elmar Vəliyev hələ Yevlax RİH başçısı postunu tutarkən satın alıb: «Onun bu zaman sənədləşmə işinə 20 min dollar xərci çıxmışdı və əlavə pul hansısa ünvana ödənməyib». Amma torpaq sahəsi dövlətə olduqca baha qiymətə satılıb. Bunu da xəbəri verən qaynaq bildirir. Mənbənin diaaz.space-a söylədiyinə görə, Elmar Vəliyev 2 hektarlıq torpaq sahəsini dövlətə 2 milyon manata satıb: «Halbuki oxşar hallarda «dövlət ehtiyacı» adı altında sıradan vətəndaşların halal torpaqları əllərindən ya pulsuz, ya da aşağı qiymətə satın alınır. Amma Elmar Vəliyev torpağı DÖVLƏTİN EHTİYACININ olduğu şəraitdə belə, Mingəçevir şəhəri üçün ən yüksək hesab olunan qiymətə - sotu 20 min manata satıb. Təbii ki, bu saxtakarlıq və dövlət pulunun rəsmən talanması deməkdir». Mənbə bildirir ki, Mingəçevirdə köhnə Avtovağzalın yaxınlığında olan bu torpaq sahəsinin müqabilində ayrılan pulları kimsə ilə bölüşməyən Elmar Vəliyevin Bakıda da böyük sahələri var: «Yəqin vaxtı çatanda həmin yerlər də baha qiymətə satılacaq»… Bütün maraqlı tərəflərin mövqelərini də işıqlandırmağa hazırıq… Geri qayıt |