Əsas Səhifə > Sosial, Manşet > Azərbaycani Qərbin hədəfində olan iki dövləti qovuşduran məntəqəyə çevrilib

Azərbaycani Qərbin hədəfində olan iki dövləti qovuşduran məntəqəyə çevrilib


27-11-2014, 11:34
Azərbaycani Qərbin hədəfində olan iki dövləti qovuşduran məntəqəyə çevrilib
DİA.AZ: - Azərbaycan bu gün Rusiya və İran arasında böyük və əsas körpü rolunu oynamaqdadır. Bu isə ölkəmizin son geosiyasi proseslər fonunda əlahiddə bir mövqeyə daşınmasını xəbər verir. Yəni Azərbaycan bu gün ən azından Rusiya və İran üçün xüsusi əlahiddə məntəqə hesab olunur. Və elə bu səbəbdən də Qərbin Azərbaycana qarşı aqressiyası daha da artmaqdadır…

Bu barədə DİA.AZ-a danışan hökumətdəki mötəbər mənbənin iddialarına görə, Rusiya və İranla yeni siyasi münasibətləri səbəbindən Qərbin Azərbaycana münasibəti daha da pisləşib:

«Rəsmi Bakı son prezident seçkilərindən sonra bir sıra dəyişikliklərə getdi. Qərb və beynəlxalq təşkilatlara qarşı sərt mövqe ifadə edən Azərbaycan bu fəaliyyətində kifayət qədər haqlı göründü də. Söhbət rəsmi Bakının Qərbin üzərinə Qarabağ münaqişəsinin həll edilməməsi ittihamı ilə yeriməsindən gedir.

Buna alternativ olaraq rəsmi Bakı Rusiya ilə münasibətlərini yeni məcraya yönləndirdi. Əslində Ukraynadakı savaşın ardından Azərbaycanın başqa bir çıxış yolu da qalmamışdı. Ya Rusiya ilə tarana getməli idi, ya da Rusiya ilə getməli idi…

Azərbaycan da 2-ci versiyanı seçdi və bu da Azərbaycanın milli dövlətçilik maraqları baxımından ən doğru olanı idi».

Mənbə bildirir ki, Azərbaycanın sözügedən seçimi artıq kifayət qədər ciddi proseslərə təkan olmaqdadır: «Bu gün Qərbin sanksiyaları ilə üz-üzə qalan Rusiya üçün Azərbaycan ciddi nəfəslik rolunu oynayır. Həm Azərbaycanın ərvətləri və həm də İran-Azərbaycan marşrutu ilə qeyd olunan bölgənin sərvətləri Rusiyanın nəfəsinin tükənməməsinə hesablanıb».

Mənbənin diaaz.space-a bildirdiyinə görə, bu gün rəsmi Bakı İran-Rusiya əlaqələrində mühüm rıçaq rolunu oynayır: «Azərbaycandan keçmə şərtilə Rusiyadan İrana həm dəmir yolunun, həm də yeni avtomobil yolunun çəkilməsi planlaşdırılır. Bütün bunlar ciddi hadisədir. Azərbaycan Qərbin hədəfində olan iki dövləti qovuşduran bir məntəqəyə çevrilir.

Hələlik bunun faydasını görmürük. Amma zərərini də görməyi arzulamırıq»…

Geri qayıt