Əsas Səhifə > Sosial, Manşet > Pensilvaniyadan Bakıya ismarıc göndərildi: Azərbaycandakı gülənçilər yenidən fəallaşır
Pensilvaniyadan Bakıya ismarıc göndərildi: Azərbaycandakı gülənçilər yenidən fəallaşır30-10-2014, 11:06 |
DİA.AZ: - Bakıda Fətullah Gülən tərəfdarları yenidən toparlanma qərarını verib. Bu barədə DİA.AZ-ın elektron poçtuna daxil olan informasiyada bildirilir. Xəbəri verən qaynağın iddialarına görə, Türkiyənin hazırki prezidenti Ərdoğanın rəsmii Bakıdan xahişinin ardından Azərbaycanda da təqiblərə məruz qalan Gülən tərəfdarları son aylarda böyük itkiyə uğradılar. Belə ki, gülənçilərin Azərbaycandakı biznesləri məhdudlaşdırıldı, onların iştirakçısı olduğu tenderlər ləğv edildi, layihələr dayandırıldı. Biznes sektoru ilə yanaşı gülənçilər təhsil sektorunda da böyük itkiyə uğradılar. diaaz.space-a göndərilən məlumatda isə Fətullah Gülənin Bakıya yeni ismarıc yolladığı və bu ismarıcda toparlanma zamanının yetişdiyi bildirilir. Məlumatda qeyd olunur: «Pensilvaniyadan Bakıya mesaj göndərilib. Gülənçilər yenidən bir araya gələcəklər. Azərbaycanda aldıqları yaralarını sarıyıb, yenə də əvvəlki mövqelərini qaytarmağa çalışacaqlar. Bununla bağlı ilkin olaraq Bakıda toplantı da düzənlənib. Paytaxtdakı otellərin birində baş tutan toplantıya Azərbaycan gülənçilərinin 4 nüfuzlu ismi qatılıb. Onların kimliklərini də açıqlayacağıq. Hələliksə verdikləri qərarı diqqətə çatdırırıq. Fətullah Gülənin yeni təlimatına uyğun olaraq onlar yenidən rəsmi Bakı ilə münasibətlərini qaydasına salmalıdırlar və hətta bu məqsədlə böyük pulları xərcləməkdən belə çəkinməməlidirlər». Mənbə sonda onu da əlavə edib ki, yaxın günlərdə hərəkətlənmə çılpaqlığı ilə müşahidə olunacaq… Geri qayıt |