Əsas Səhifə > Sosial, Manşet > Sumqayıtda sıxışdırılan vəhabilər indi də Yasamalda özlərinə sığınacaq tapıblar

Sumqayıtda sıxışdırılan vəhabilər indi də Yasamalda özlərinə sığınacaq tapıblar


23-10-2014, 11:32
Sumqayıtda sıxışdırılan vəhabilər indi də Yasamalda özlərinə sığınacaq tapıblar
DİA.AZ: - Redaksiyamıza maraqlı vətəndaş müraciəti daxil olub. Yasamal rayon sakini Azər Baxşıyev DİA.AZ-a yazaraq bildirir ki, bu gün Azərbaycanda müxtəlif dini təriqətlərin tərəfdarlarının artması onu da bir vətəndaş kimi narahat edir.

Yasamal sakininin diaaz.space-a yazdıqları:

«Söhbət vəhabilərdən gedir. Bu gün Yasamal ərazisində vəhabilərin ciddi təşkilatlanması mövcuddur. Doğrudur, onlar ara-sıra polislər tərəfindən saxlanılır. Amma çox keçmir ki, yenə də sərbəst buraxılırlar.

Bizim yaşadığımız Şərifzadə küçəsi və onun çevrəsində vəhabilərin gizli görüş yerləri var.

Övladlarımız yazıqdır. Cavan-cavan uşaqları vəhabiləşdirirlər. Sonra da Suriyaya, İraqa göndərirlər.

Mən razılaşmıram ki, kimisə vəhabi olduğuna görə məsuliyyətə cəlb etsinlər. O, insanlarımızı vəhabiliyə cəlb edənləri həbs etməlidirlər».

Narahat vətəndaş onu da bildirir ki, bu günlərdə Yasamal ərazisində vəhabilərlə şiə təriqəti mənsubları arasında böyük bir dava da olacaqmış: «Onlar cümə namazına böyük dəstə ilə gəlirlər. Sanki kiməsə güc göstərirlər. Və cümə namazlarının birində vəhabilərlə şiə təriqətindən olanlar arasında kütləvi dava ola bilərdi. Sakinlər işə müdaxilə edib, onların qarşısını aldı. Amma bir gün Yasamalda böyük bir toqquşma qaçılmazdı.

Xahiş edirik, vəhabilərin yığışdığı məscidlər üzərində nəzarət gücləndirilsin, Şərifzadə küçəsi və onun çevrəsindəki kiçik həyət evlərində vəhabilərin kirayələdikləri gizli yuvaları dağıdılsın».

Geri qayıt