Əsas Səhifə > Sosial, Manşet > ARDNŞ-dəki ixtisarlar dalğası sırası «Rövnəq Abdullayevin ordusu»na da çatdı
ARDNŞ-dəki ixtisarlar dalğası sırası «Rövnəq Abdullayevin ordusu»na da çatdı8-10-2014, 11:37 |
DİA.AZ: - «Dövlət Neft Şirkətində yeni ixtisarlar planlaşdırılır. Əslində bu ixtisarların olacağını ARDNŞ rəhbərliyi çoxdan anons etmişdi. Sadəcə olaraq ajiotajdan yayınmaq üçün ixtisarlar bir dəfə yox, tədricən həyata keçirilir». Bu məlumatı DİA.AZ-a şirkətdəki məlumatlı mənbə verib. Sonuncu dəfə 300 ARDNŞ çalışanının işdən alındığını bildirən qaynaq iddia edir ki, yaxın günlərdə 1000-ə yaxın neft şirkəti əməkdaşının işdən atılması gözlənilir. diaaz.space-a danışan qaynağın sözlərinə görə, bu dəfə işdən atılanların böyük əksəriyyəti ARDNŞ Təhlükəsizlik İdarəsinin işçiləri olacaq. Xatırladaq ki, hazırda sözügedən idarənin 5000-ə yaxın əməkdaşı var və görünəni odur ki, bir zamanlar «Rövnəq Abdullayevin ordusu» adını alan bu idarənin də saxlanması ARDNŞ üçün əlavə vəsait problemi yaradıb. Qeyd edək ki, ARDNŞ Tİ-nin əməkdaşlarından daha çox neft şirkətinə aid torpaqlarda qanunsuz inşaat işlərinin qarşısının alınmasında istifadə olunur. Və bu «ordu» özünün xüsusi amansızlığı ilə çeilir. Geri qayıt |