Əsas Səhifə > Sosial, Manşet > Misir Mərdanovun keçmiş adamından Mikayıl Cabbarova sərt ittihamlar
Misir Mərdanovun keçmiş adamından Mikayıl Cabbarova sərt ittihamlar29-09-2014, 10:00 |
DİA.AZ: - «Təhsil naziri Mikayıl Cabbarov fundamental olaraq heç bir islahat aparmayıb və bu gün faktiki olaraq atdığı bütün addımları ilə təhsil sistemindəki korrupsiya ocaqlarına nəzarət etmə niyyətini ortaya qoyub». Bu sözləri Misir Mərdanovun nazirlik dönəmində təhsil sistemində önəmli postlardan birini tutmuş şəxs anonimliyinin qorunması şərtilə DİA.AZ-a bildirib. Mənbə iddia edir ki, bu gün Mikayıl Cabbarovun islahatlarına nəzər yetirdikdə, təftiş etdikdə bir məsələ çılpaqlığı ilə ortaya çıxır: «Nazir postundakı dəyişiklik Azərbaycan təhsilində özünü göstərmədi. Mikayıl Cabbarov ilk əvvəl populist çıxışları ilə diqqətə gəlirdisə, bu gün mətbuatdan və cəmiyyətdən qaçması ilə hətta onun imajı üçün yeganə «reklam məlzəməsi» olan populizm fürsətini də əldən verdi. Əslində, bu, anlaşılandır. Çünki daha heç kəs Mikayıl Cabbarovun vədlərinə, açıqlamalarına inanmır. Əgər bu gün də Azərbaycanın təhsil sistemi Misir Mərdanovun dövründən fərqlənmirsə, deməli, cənab nazirimiz artıq təhsildəki situasiyanı dəyişməyə yox, onun bir elementinə çevrilməyə üstünlük verib». Mənbəmiz diaaz.space-a açıqlamasında xüsusi olaraq dərslik probleminə diqqət ayırlmasını vacib hesab edir: «Təbii ki, təhsildəki digər problemlər nazirin iradəsindən kənardadır. Bunun üçün dövlət qərar verir. Amma illər ərzində Misir Mərdanova TQDK tərəfindən başqaxıncı olan yarıtmaz dərslik siyasəti hələ də davam edir. Hələ də köhnə qaydalarla dərsliklər yazılır, nəşr olunur. Həm dərsliklərin hazırlanması və həm də nəşri bir «mafiyalaşmış» şəbəkənin əlindədir. Onlar görünür ki, Mikayıl Cabbarovu da ələ alıblar. Və görünür ki, TQDK-ya da haqq verirlər ki, onlar da susur». Daha sonra Misir Mərdanovun sabiq kadrı vurğulayır ki, Mikayıl Cabbarovun təhsil nazirliyindəki şəbəkənin girovu olduğunu sübutlayan dəlillər yetirəncədir: «Siz onun və nazirliyin adından verilən açıqlamalara diqqət yetirin. Məsələn, yeni dərs ili başlayar-başlamaz nazirlik belə bir açıqlama verdi ki, iş dəftərlərinin alınması vacib deyil. Xatırladım ki, keçən il də belə bir açıqlama nazirlik adından verilmişdi. Və qeyd edim ki, həm keçən il və həm də bu il orta məktəblər məcburi qaydada şagirdlərə iş dəftəri aldırtdılar. Halbuki nazirlik şəstlə VACİB DEYİL xəbərdarlığını etmişdi. Amma aydın görünürdü ki, bununla Mikayıl müəllim mesaj ötürdü ki, əvvəlki qaydada alverinizi edin. Çünki maya dəyəri ən uzağı 40-50 qəpik olan iş dəftərləri bu gün şagirdlərə ən ucuzu 6 manata, ən bahası isə 15 manata satılır. Aydın görünür ki, belə bir gəlirli biznesdən Mikayıl Cabbarov da imtina edə bilməyib». Onu da bildirək ki, mənbə Mikayıl Cabbarova qarşı bir sıra ittihamları da səsləndirib ki, bununla bağlı konkret dəlil olmadığından, araşdırma aparmaq qərarına gəldik. Yaxın vaxtlarda həmin materialları diqqətinizə təqdim edəcəyik… Geri qayıt |