Əsas Səhifə > Sosial, Manşet > Xaləddin İsgəndərov özünü kimsə qarşısında cavabdeh hesab etmir

Xaləddin İsgəndərov özünü kimsə qarşısında cavabdeh hesab etmir


18-09-2014, 09:24
Xaləddin İsgəndərov özünü kimsə qarşısında cavabdeh hesab etmir
DİA.AZ: - Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov vergilər nazirliyindən qeyd olunan quruma rəhbər göndəriləndən sonra Binəqədi sakinlərinin günləri göy əskiyə bükülüb. Belə ki, Binəqədidə rüşvətin qiymətini qaldıran və kimsə qarşısında cavabdeh olmadığını nümayişkaranə formada nəzərlərə çarpdıran Xaləddin İsgəndərovla bağlı davamlı olaraq mətbuata və ayrı-ayrı dövlət qurumlarına ünvanlanan şikayətlərin artması da deyilənlərin təsdiqi kimi qəbul edilə bilər.

Elə DİA.AZ-a daxil olan son müraciətdə də Xaləddin İsgəndərovun qanunsuz əməllərindən giley-güzar olunur. Adının çəkilməməsini istəyən (hələ problemi aktual olaraq qalır -red.) Binəqədi sakini bildirir ki, əvvəlki icra başçısı Alı Qocayevin vaxtında Binəqədi rayonu ərazisində 2 min manat rüşvət verməklə bir mərtəbəli ev tikib:

«Təbii ki, rüşvət almaq kimi, vermək də cinayətdir. Amma hamı yaxşı bilir ki, Binəqədi rayonunda rüşvət vermədən bir daş üstünə daş qoya bilməzsən. Qeyri-mümkündür. Alı Qocayevin vaxtında heç olmasa insaflı idilər.

Xaləddin İsgəndərov gələndən sonra isə rüşvətin qiymətini qaldırıblar. Heç kimsədən çəkinmirlər. 1 mərtəbə üçün əgər əvvəl 2 min manat rüşvət vermişdimsə, indi evimin ikinci mərtəbəsini qaldırmaq üçün məndən 10 min manat pul istəyirlər.

Etiraz etmişəm, müxtəlif dövlət idarələrinin rəhbərlərinə şikayət etmişəm. Amma xekyri olmayıb. Etdiyim bütün şikayətləri elə Xaləddin İsgəndərovun üstünə göndəriblər. Bununla da işim lap düyünə düşüb. Hətta qorxuram ki, onlar əvvəlki başçının vaxtında tikdiyim evi də qanunsuz elan edib, sökələr».

Onu da bildirək ki, Binəqədinin icra başçısının əslində görməyə borclu olduğu işlərin müqabilində tələb olunan rüşvət məbləğini artırması ilə bağlı şikayət ilk dəfə deyil. Elə bu günlərdə diaaz.space-a müraciət edən bir başqa vətəndaş da eyni problemlə şikayətçi düşmüşdü.

Qarşı tərəfi də dinləməyə hazırıq…

ZƏRURİ QEYD: Redaksiya olaraq narazı vətəndaşın kimliyini gizlətdik. Çünki sözün əsl mənasında üstünü qaldırmağa hazırlaşdığı evinin birdəfəlik olaraq plana salına biləcəyindən ehtiyat edir…
Geri qayıt