Əsas Səhifə > Sosial, Manşet > Bəylər Əyyubov Elmar Vəliyevin görəvdən alınmasına nail olmaq üzərədir

Bəylər Əyyubov Elmar Vəliyevin görəvdən alınmasına nail olmaq üzərədir


13-08-2014, 11:36
Bəylər Əyyubov Elmar Vəliyevin görəvdən alınmasına nail olmaq üzərədir
DİA.AZ: - «Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev bu ilin sonlarına yaxın vəzifəsindən alınacaq». Bu barədə DİA.AZ-a məlumat verən hökumətdəki mötəbər mənbə iddia edir ki, zaman-zaman bir sıra nüfuzlu məmurlarla belə toqquşan Elmar Vəliyevin qələminin qırılması birbaşa olaraq ona olan etimadın aradan qalxması ilə əlaqədardır.

Mənbənin söylədikləri: «Elmar Vəliyevə qarşı bir neçə nüfuzlu məmur zamanında müəyyən addımlar atıb. Onlarla bağlı mətbuatda da yetərincə bilgi verilib. Amma Vəliyevin Bakıda yüksək vəzifə tutan qardaşının sayəsində daha ciddi mövqelər əldə etməsi ona qarşı hücumların zərərsizləşməsinə gətirib çıxarmışdı».

Hazırda situasiyanın kifayət qədər dəyişik olduğunu bildirən məlumatlı qaynaq diaaz.space-a açıqlamasında iddia edir ki, konkret olaraq Xüsusi Dövlət Mühafizə Xidmətinin rəis müavini, Prezidentin şəxsi mühafizəsinin rəhbəri Bəylər Əyyubov tərəfindən hədəfə alınan Gəncə İH başçısı sentyabr ayında postundan alınacaq: «Elmar Vəliyev Gəncədə vəzifəyə gələr-gəlməz Bəylər Əyyubovun adamlarını hədəfə aldı. İndi isə generalın əlinə qisas alması üçün fürsət düşüb».

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

Geri qayıt