Əsas Səhifə > Sosial, Manşet > Qarabağdakı durumla bağlı şok məqam: Azərbaycan Ermənistana müharibə elan edəcək

Qarabağdakı durumla bağlı şok məqam: Azərbaycan Ermənistana müharibə elan edəcək


7-08-2014, 12:22
Qarabağdakı durumla bağlı şok məqam: Azərbaycan Ermənistana müharibə elan edəcək
DİA.AZ: - «Müharibə olacaq. Bu qaçılmazdır. Soçi görüşü əslində müharibə qərarının rəsmiləşdirilməsi üçündür». Bu şok məlumatı DİA.AZ-a hökumətdəki mötəbər mənbə verib.

Xəbəri diaaz.space-a verən mənbə ilginc iddialarda da bulunub. Etibarlılığına şübhə etmədiyimiz mənbənin söylədikləri:

«Artıq Azərbaycan dövləti Qarabağın işğaldan azad olunması üçün müvafiq tədarükləri həyata keçirməkdədir. Bununla bağlı Moskvanın planı var və Azərbaycan dövləti ilə Rusiya dövləti, habelə Ermənistanın rəhbərliyi arasında aparılan uzun danışıqlardan sonra belə bir prosesə start verilib».

Mənbəmiz bildirir ki, Soçidə Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün təşkilatçısı Rusiyadır: «Bu görüş ATƏT-in çərçivəsindən, habelə Qərbin planlarından kənar baş tutur. Artıq bu görüşdə ATƏT-in Minsk Qrupunun həmsdərlərinin iştirak etməyəcəyi də aydındır. Yəni bu o deməkdir ki, Rusiya artıq «Qarabağın açarı Moskvadadır» ənənəvi tezislərini doğruldaraq problemi məhz özünün nəzarəti altında həl etməyə təşəbbüs göstərməkdədir».

Təbii ki, problemin həllində istənilən bir hərəkətlənmənin Azərbaycanın dövlət maraqlarının xeyrinə olacağını bildirən məlumatlı mənbə diaaz.space-a açıqlamasında onu da iddia edir ki, rəsmi Bakı bu məcraya gələ bilməsi üçün ciddi şərtlər üzərində danışıqlar aparıb. Mənbənin söylədikləri: «Buna qədər də mətbuatda ara-sıra bəzi detallar açıqlanıb. Azərbaycan istənilən halda bu regionda yerləşən dövlət kimi Rusiya ilə dil tapmalıdır. Və Azərbaycanın hansısa Don Kixotsayağı gedişi Azərbaycan dövlətini daha da çıxılmaza sala bilərdi. Amma indi görünəni odur ki, rəsmi Bakı xarici siyasətində ağıllı və müdrik gedişlərini atıb».

Son günlər cəbhə xəttində baş verənlərə gəlincə isə mənbəmiz maraqlı bir faktı da açıqladı: «Əslində Azərbaycan hərbçilərinin hansısa torpaqlarımızın azad etmələri ilə bağlı yayılan xəbərlər əsaslıdır. Səngərlərin daha da önə çəkilməsi hadisələri baş verib. Bu isə konkret olaraq savaş tədarüküdür. Yəni Azərbaycan artıq savaş astanasındadır və bu problemdə Azərbaycan və Ermənistan qədərində maraqlı bir tərəf kimi çıxış edən Rusiyanın bu tədarükü dinc qarşılaması da təsdiqləyir ki, sonrakı dönəmdə də Moskva susacaq».

Geri qayıt