Əsas Səhifə > Sosial, Manşet > Kreml Azərbaycana qarşı yeni şəbəkə formalaşdırır - Rusiya yanlılarından ibarət partiya yaradılır
Kreml Azərbaycana qarşı yeni şəbəkə formalaşdırır - Rusiya yanlılarından ibarət partiya yaradılır15-04-2014, 10:01 |
DİA.AZ: - Ukraynanın tamamını rəsmən işğala hazırlaşan və bu yöndə ciddi addımlar atan Rusiyanın Azərbaycanla bağlı da iyrənc planlarının olduğunu sezməmək mümkün deyil. Həm Rusiyanın başdanxarab kimi təqdim olunan və əslində Putinin gizli niyyətlərini kobud formada ifadə edən Rusiya Liberal Demokrat Partiyasının sədri Jirinovskinin açılamaları, habelə ayrı-ayrı rusiyalı dövlət adamlarının, hərbçilərinin Azərbaycanla bağlı söylədikləri də kifayət qədər əsas yaradır ki, Kremlin ölkəmizdən asanlıqla vaz keçməyəcəyi haqda fikirlər yürüdəsən. DİA.AZ-a hökumət içindəki mötəbər mənbələrdən ötürülən informasiyada isə bildirilir ki, Rusiyanın Azərbaycanla bağlı gizli planı var və bu plan işə salınıb. Məlumatlı mənbənin diaaz.space-a söylədikləri: «Artıq rus xəfiyyəsi Bakıda ciddi şəkildə iş aparır. Rusiyayönümlü siyasətçilər, ictimai-siyasi fəallar müəyyənləşdirilir, onların siyahısı tutulur». Mənbəmiz iddia edir ki, həmin şəxslərdən artıq bəziləri ilə görüşülüb: «Burada köhnə sovet DTK-sının sənədlərindən də istifadə olunur. Eyni zamanda bir zamanlar Azərbaycanda ciddi şəbəkəsi olan sovet «QRU»sunun da xəfiyyə siahısına istinad olunur. Başlıca məqsədləri Azərbaycanda yenidən şəbəkələşməkdir». Mənbə diaaz.space-a bildirir ki, hətta rəsmi Moskvanın dəstəyi ilə Azərbaycanda yeni rusiyayönümlü siyasi partiyanın yaradılması ideyası da mövcuddur: «Bu barədə yaxın vaxtlarda yekun qərar veriləcək. Tanınmış simaların da bu partiyada təşkilatlanacağı gözlənilir. Rusiyada yaxşı başa düşürlər ki, Ukraynadan və digər keçmiş sovet respublikalarından fərqli olaraq Azərbaycanda Rusiyanın ünvanına heç də rəğbət yoxdur, böyük əksəriyyət ruslara gizli nifrət bəsləyir. Hətta sovet dövrünə olan nostalji belə bu nifrəti aradan qaldıra bilməyib. Məhz buna görə Rusiya Azərbaycanda ciddi şəkildə səfərbər olub, işləməyi düşünür». Geri qayıt |