Əsas Səhifə > Sosial, Manşet > Dövlət komitəsi ölkənin ən böyük sement istehsalçısını ifşa etdi

Dövlət komitəsi ölkənin ən böyük sement istehsalçısını ifşa etdi


11-04-2014, 10:25
Dövlət komitəsi ölkənin ən böyük sement istehsalçısını ifşa etdi
DİA.AZ: - Bir neçə gün əvvəl halal-haram məsələsində Qafqaz Müsəlmanları Ruhani İdarəsi ilə toqquşan Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu dəfə Azərbaycanın və Cənubi Qafqazın ən böyük sement istehsalçısı hesab olunan “Holcim” ASC-ni hədəfə alıb.xatırladaq ki, əvvəllər «Qaradağ-Sement» adı ilə tanınan bu şirkət iki il əvvəl “Holcim” ASC brendi idə tanıtımını edib.

“Holcim” ASC hazırda Azərbaycanda ən iri sement istehsalçısıdır. ASC-nin yerli sement istehsalı bazarında payı 35-40%-dir. Onun əsas səhmdarı İsveçrənin “Holcim” şirkətidir. Səhmlərin ayrı-ayrılıqda 10%-i Avropa Yenidənqurma və İnkişaf Bankına və Azərbaycan İnvestisiya Şirkətinə, 10,6%-i özəl səhmdarlara məxsusdur.

DİA.AZ-a hökumət içindəki mənbələrdən daxil olan informasiyalardan aydın olur ki, Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin apardığı araşdırmalar nəticəsində “Holcim” ASC-nin yerli bazara çıxardığı məhsulların əksəriyyətinin müəyyən olunmuş standartlara cavab vermədiyi aşkarlanıb.

Dövlət komitəsi ölkənin ən böyük sement istehsalçısını ifşa etdi

Mənbə iddia edir ki, “Holcim” ASC-nin istehsal etdiyi Optimal, Spesial, Ekspert, Ekspert plus, Solid və Sprint adlı məhsulların keyfiyyəti nəzərdə tutulan normativ qaydalara uyğun deyil.

Mənbənin söylədikləri: «Əslində bu halda “Holcim” ASC-nin sementləri bazardan yığışdırılmalıdır. Amma hələlik belə bir qərar verilməyib. Şirkət rəhbərliyinin dövlət komitəsinə cavabı gözlənilir. Və onlar səslənən iradları dəyərləndirdikdən sonra konkret qərar veriləcək».

Məlumatı diaaz.space-a ötürən mənbə maraqlı bir məqama da diqqət ayırdı: «Təbii ki, Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi təsadüfi olaraq hansısa sahəni hədəfə almır. Əgər bu gün “Holcim” ASC təftiş olunursa, deməli, şirkətlə bağlı planlar, maraqlar da dəyişib».

Bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq.

Geri qayıt