Əsas Səhifə > Sosial, Manşet > Şamaxının icra başçısına qarşı regionçuluq silahı işə salındı
Şamaxının icra başçısına qarşı regionçuluq silahı işə salındı11-03-2014, 10:50 |
DİA.AZ: - Artıq bir neçə rayonda icra hakimiyyətinin başçıları ilə yerli məmurlardan bəzilərinin yola getməməsi barədə müxtəlif məlumatlar mətbuatda yayılmaqdadır. Belə bir konfliktr ocaqlarından biri də Şamaxıda imiş. Bu barədə DİA.AZ-a rayondakı mənbələr xəbər verib. Daxil olan informasiyalardan belə anlaşılır ki, RİH başçısının birinci müavini Qasım Qasımovla RİH başçısı Asif Ağayevin münasibətləri gərgindir. Məlumata görə, hətta vəziyyət o həddədir ki, Qasım Qasımov başçıya qarşı regionçuluq elementlərinə söykənən tərzlə də kampaniya aparır. Bu barədə diaaz.space-a danışan mənbənin söylədikləri: «Bu gün Şamaxı rayon icra hakimiyyətində başçıdan başqa digər bütün məmurlar yerli sakinlərdir. Yalnız Asif Ağayev Sabirabada doğulub. Bu da birinci müavin postunu tutan Qasım Qasımov üçün sanki əsasa çevrilib. Rayonda iş aparır ki, Şamaxının icra başçısı Şamaxıdan olmalıdır. Hətta əvvəlki icra başçılarını da misal çəkərək bildirir ki, nəhayətdə bu rayon yerli əhaliyə verilməlidir». Mənbəmiz isə bu arada maraqlı bir faktı da diqqətə çatdırır: «Əslində Sabirabad rayonunda doğulan Asif Ağayevin özü də əslən Şamaxı rayonundandır və onlar keçən əsrin əvvəlində Sabirabada köç ediblər. Maraqlıdır ki, Qasım Qasımov bu faktı yerli sakinlərdən gizlədir və əhalinin regionçuluq marağında kökləyərək başçıya qarşı aqressiya yaratmağa çalışır». Bütün maraqlı tərəfləri dinləməyə hazırıq… Geri qayıt |