Gədəbəydə ağızın dediyini eşidəsi qulaq yoxdur: Ucqarda qalıb... - NARAZILIQ VAR...
Tarix: 12-08-2015, 10:05 | Çap et
DİA.AZ: - 1991-ci ildən Gədəbəy şəhəri, M.Quliyev küçəsi 2 ünvanında özünə məxsus ticarət obyektində kommersiya fəaliyyətilə məşğul olan Əliyev Oqtay Qara oğlunun müraciətləri və şikayəti bu günə kimi baxılmamış qalıb. Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısına göndərilən məktublar və qanun əsasında verilən sorğular hələ də öz cavabını almayıb. İcra başçısının bu hərəkətsizliyinə yalnız bir ad vermək olar – “Gədəbəydə mənəm, Bağdadda kor xəlifə”.
Lakin bu icra başçısı bilməlidir ki, Azərbaycan müstəqil, hüquqi və demokratik dövlətdir. Dövlət başçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarıdır. Hörmətli prezidentimiz dəfələrlə öz çıxışlarında sahibkarlığın inkişaf etdirilməsinin vacibliyini vurğulamış və bütün məmurlara iş adamları üçün lazımi şərait yaratmağı tövsiyyə etmişdir.Gədəbəy isə, ucqar rayon olduğundan, burada qayğı daha yüksək olmalıdır. Lakin, Ramiz Yediyarovun apardığı yanlış siyasət rayonun bir çox iş adamlarının hiddətinə səbəb olub və bu xüsusda ölkə rəhbərliyinə müraciətlər ünvanlanıb. Bütün bunlara baxmayaraq, Gədəbəydə haqsızlıqlar yenə də davam edir. Mülkiyyəti dağıdılmış, işsiz qalmış Əliyev Oqtay Qara oğlu isə, bu günə qədər ona dəymiş zərərin müqabilində heç bir kompensasiya ala bilməmişdir. DİA.AZ olaraq narazı vətəndaşın şikayət məktubunu təqdim edirik:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına Surəti: Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevaya Surəti: Azərbaycan Respublikası Milli Məclisinə Surəti: Azərbaycan Respublikası Nazirlər Kabinetinə Surəti: Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısı cənab R.Yediyarova Sumqayıt şəhəri 6-cı mkr, mənzil 35, ev 132 ünvanında yaşayan Əliyev Oqtay Qara oğlu, həyat yoldaşı Əliyeva Sevinc Rüstəm qızı, qızı Əliyeva Gülnaz Oqtay qızı, oğlu Əliyev Orxan Oqtay oğlu tərəfindən Mülkiyyət hüququmun pozulması nəticəsində dəymiş zərərin ödənilməsi barədə MÜRACİƏT
Möhtərəm cənab Prezident! Bildirirəm ki, mən, Əliyev Oqtay Qara oğlu 1991-ci ildən Gədəbəy şəhəri, M.Quliyev küçəsi 2 ünvanında özümə məxsus 0,006 ha torpaq sahəmdə, 38,5 kv.m sahəsi olan, bir mərtəbəli, qeyri yaşayış binasını öz vəsaitim hesabına inşa etmişdim və orada ailəmi dolandırmaq üçün ticarətlə məşğul olurdum (mağaza kimi istifadə edirdim). Hər ay orta hesabla 700 (yeddi yüz) manat gəlir (fayda) əldə edirdim. Həmən mülk 08.07.2008-ci il tarixində Azərbaycan Respublikası Daşinmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən mənim şəxsi mülkiyyətimə verilib. Mülkiyyətimi təsdiq edən MN№ 0001695 saylı çıxarışın surətini müraciətimə əlavə edirəm. Lakin, 12 fevral 2015-ci tarıxındə Gədəbəy şəhəri, M.Quliyev küçəsi 2 ünvanında yerləşən 38,5 kv.m sahəsi olan mağazam, Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən mənim razılığım olmadan və xəbərdarlıq edilmədən içərisində olan daşınar əmlakla birlikdə ağır texnika ilə sökülmüş və mənə küllü miqdarda zərər vurmuşdur.
Möhtərəm cənab Prezident! Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin I bəndinə əsasən “Hər kəsin mülkiyyət hüququ vardır”. Həmin maddənin II bəndinə əsasən “Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur”. Həmin maddənin IV bəndinə əsasən “Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər”. Mən dəfələrlə Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı Ramiz Yediyarovun qəbulunda olmuşam. Mənə məxsus xüsusi mülkiyyətimin dəyərini, söküntü zamanı məhv edilmiş (daşınar) əmlakımın dəyərini və beş aydan artıq müddətdə işsiz qalmağıma görə qanunla ödəniləcək kompensasiyanı ala bilməmişəm. Rayon rəhbərliyi hər dəfə bir bəhanə ilə mənə dəymiş ziyanı ödəməkdən yayınır. Eynilə mənə bildirirlər ki, mənə məxsus olan 0,006 ha torpaq sahəsi dövlət ehtiyacları üçün alınır. Qeyd edim ki, həmin torpaq sahəsi və üzərində olan bir mərtəbəli bir girişli ticarət mağazası mənim xüsusi mülkiyyətimdir. Mülkiyyət hüquqları isə qanunla qorunur. Torpaqların dövlət ehtiyacları üçün alınması Azərbaycan Respublikası MM-nin 246-249-cu maddəsinin tələblərinə uyğun həyata keçirilir. Lakin, R.Yediyarov Azərbaycan Respublikası qanunlarına hörmət etmədən mənim şəxsi mülkiyyətimi ağır texnika vasitəsilə içərisində olan əmlak və ərzaq məhsulları ilə birlikdə qanunsuz olaraq sökmüş mənə və ailəmə küllü miqdarda zərər vurmuşdur. Azərbaycan Respublikası MM-nin 21-ci maddəsinin 21.1 hissəsinin tələblərinə əsasən “Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəvzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.” 21.2. hissəsinin tələblərində “Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür”.
Möhtərəm cənab Prezident! Gədəbəy rayon İcra Hakimiyyəti başçısının sərəncamı əsasında mənə məxsus olan mağaza mənimlə razılaşdırılmadan, dəyəri ödənilmədən mənə xəbər verilmədən içərisində olan daşınar əmlakla birgə sökülmüş və mənə ümumilikdə 80200 (səksən min iki yüz) manat miqdarında zərər dəymişdir. Yəni 12 fevral 2015-ci ildən bu günə kimi hır ay əldə edə biləcəyim 2700 (iki min yeddi yüz) manat gəlir (fayda) əlimdən çıxmış, mağazanın içərisində olan təqribən 14000 (on dörd min) manatlıq daşınar əmlakım söküntü altında məhv edilmiş, məhkəmə tərəfindən 50 000(əlli min) manat dəyərində qiymətləndirilmiş 38,5kv.m sahəsi olan bir mərtəbəli (mağazam) xüsusi mülkiyyətim sökülmüş və Gədəbəy rayon İcra Hakimiyyəti tərəfindən mənə 16200 (on altı min iki yüz) manat əldə edəcəyim gəlir (fayda), 14 000 (on dörd min) manatlıq daşınar əmlakım və 50 000 (əlli min) manaat mülkümün dəyəri miqdarında zərər vurulmuşdur. Ümumilikdə Gədəbəy rayon İcra Hakimiyyəti tərəfindən mənə hazırda cəmi 80200 (səksən min iki yüz) manat zərər vurulub.19 iyun 2015-ci il tarixində mənə dəymiş zərəri tələb etmək üçün bir daha başçısı ilə görüşmək istədim. Lakin mənə qəbul zamanı bildirildi ki, məni İcra Hakimiyyətinin binasında qəbul edəcəklər. İcra aparatının hüquqşünası Zülfüqar müəllim mənə dedi ki, 20 iyun saat 11-da İcra Hakimiyyətinə gəl. Mən deyilən vaxtı İcra aparatına getdim. Orada məni hüquqşünas və başçısının müavinləri Qüdrət və Rüstəm qəbul etdilər. Məni müxtəlif dolayı yollarla hədələyək onların təklifi ilə razı olmasam, mənim barəmdə başqa tədbirlər görəcəklərini dedilər. Lakin mən onlara bildirdim ki, Azərbaycan Respublikası müstəqil, demokratik, hüquqi dövlətdir və dövlətin ali qanunları var. Bu qanunlara hər kəs əməl etməlidir. Məmur olmaq o demək deyil ki, özbaşına olasan. Mənim sözlərimdən xoşları gəlməyən bu məmurlar məni təhqir etməyə və hədələməyə başladılar. Mən əsəbiləşib onların kabinetindən çıxdım və bildirdim ki, bu özbaşınalıqları barədə möhtərəm prezidentimizə yazacağam. Bu zaman onlar polis çağırıb mənim qollarımı arxaya buraraq, Gədəbəy rayon PŞ-nə gətirdilər. Orada dilimdən izahat aldılar ki, 22 iyun 2015-ci ilə kimi Gədəbəydən çıxa bilmərəm. 22 iyun 2015-ci il tarixində İcra başçısı R.Yediyarovun göstərişi ilə polis şöbəsində protokol tərtib edərək, məni Gədəbəy rayon Məhkəməsinə gətirdilər. Hakimi Marif Sabir oğlu Kazımovun sədrliyi ilə məhkəmə iclası keçirildi və məni Azərbaycan Respublikası İXM-nin 296-cı maddəsi ilə təqsirli bilib 15 (on beş) gün müddətində inzibati qaydada həbs etdilər.
Möhtərəm cənab Prezident! Bu haqsızlığa son qoyulması üçün Sizdən xahiş edirəm! Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən mənim və ailəmin mülkiyyət hüquqlarının pozulması nəticəsində dəymiş 80 200 (səksən min iki yüz) manat zərərin ödənilməsi barədə Gədəbəy rayon İcra başçısı R.Yediyarova göstəriş verəsiniz.Vətəndaş Oqtay Əliyevin müraciətlərindən məlum olur ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov Azərbaycan Respublikasının qanunlarına məhəl qoymur. Hətta ölkə başçısının çıxışlarını da nəzərə almadan, öz bildiyi kimi idarə üsullarını tətbiq etməkdə davam edir".
DİA.AZ olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Fon der Lyayen haqqında korrupsiya ittihamları reallığı əks etdirsə ... -ŞƏRH
Bu gün, 15:22 |
|
|
|
• “Mən heç bir qadını fahişəliyə cəlb etməmişəm” – Elçin Göyçaylı DANIŞDI
Bu gün, 15:16 |
|
|
|
• Məktəbdə direktor və kollektiv arasında QALMAQAL - “Tfu üzünüzə, arsızlar”
Bu gün, 15:13 |
|
|
|
• “Mənə hücumu o sifariş edib” - Ramal Aslanov da həbs edilib
Bu gün, 15:10 |
|
|
|
• Aygün Bəylərin ailəsində qalmaqal: Bacılar arasında gərginlik və ittihamlar - “Sağlığında yaxınlaşmayanlar indi şou göstərirlər”
Bu gün, 15:06 |
|
|
|
• Naxçıvan təhsil nazirinə yeni müavin təyin olunub - SƏRƏNCAM
Bu gün, 14:58 |
|
|
|
• "Təhkim" olunmağı və "təhkimçi" olmağı rusdan öyrəndik, amma... - REPLİKA
Bu gün, 14:55 |
|
|
|
• Azərbaycanın bütün şərtləri ədalətlidir - ŞƏRH
Bu gün, 14:52 |
|
|
|
• "Casus işi" üzrə məhkəmə başladı: Martin Ryan hakim qarşısında - TƏFƏRRÜAT
Bu gün, 14:51 |
|
|
|
• Xalqımızın qəhrəman övladlarına verdiyi dəyərin növbəti təzahürü - İsrafil Kərimovun yazısı
Bu gün, 14:47 |
|
|
|
• "Sevilya" ilə anlaşan Juninyo İspaniyaya yollanır
Bu gün, 14:44 |
|
|
|
• Hayların köhnə bayatılarla narahatlıq duymaları təəccüblü deyil -RƏY
Bu gün, 14:02 |
|
|
|
• İran hədəf, Ermənistan vasitə: - Cənubi Qafqazdakı təhlükəli ssenari
Bu gün, 14:00 |
|
|
|
• Azərbaycan şirkəti kapitalından 6.4 milyon manatı geri götürür
Bu gün, 13:58 |
|
|
|
• “Bu həddə çatdırmaq lazım deyil”
Bu gün, 13:04 |
|
|
|
• Ombudsmanın Çağrı Mərkəzi bayram günlərində də fəaliyyətini fasiləsiz davam etdirib
Bu gün, 13:00 |
|
|
|
• COVID-dən daha təhlükəli Metapneumovirus QAPIDA – Bu ölümcül virus nədir, necə QORUNAQ?
Bu gün, 12:58 |
|
|
|
• "Azərbaycanda icra məmuru institutu hüquq-mühafizə orqanları arasında ən bərbadıdır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:55 |
|
|
|
• Rusiya qərar verdi: azərbaycanlıların işi çətinləşdi... - Bakının cavabı ləngimədi
Bu gün, 12:47 |
|
|
|
• Bakıdan yeni tələb: "Sülh sazişi" danışıqlarına bu da əlavə olundu - GƏLİŞMƏ
Bu gün, 12:46 |
|
|
|
• Hava bəzi yerlərdə arabir yağıntılı olacaq - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• Tanınmış həkimdən qadınlara: - Etməyin, çox iyrənc görünürsünüz!
Bu gün, 12:39 |
|
|
|
• Suriyanın yeni hakimiyyəti kürd yaraqlılarından silahı yerə qoymağı tələb edib - "Hürriyet"
Bu gün, 12:37 |
|
|
|
• Sabiq maliyyə nazirinə hökm oxundu - O, məhkəmədə Seymur Talıbova verdiyi pulun məbləğini açıqladı
Bu gün, 12:32 |
|
|
|
• Xalq artistinin nəvəsi vəfat etdi - FOTO
Bu gün, 12:30 |
|
|
|
• Ermənilər YENƏ BAŞLADI: Mövqelərimiz ATƏŞƏ TUTULUB... - QAŞINIRLAR...
Bu gün, 12:29 |
|
|
|
• 2024-cü ildə hansı ölkə xoşbəxt olub?
Bu gün, 12:27 |
|
|
|
• Qəfil halı pisləşən alimin xəstəxanaya verməyə də PULU YOXDUR... - "Ölüm anında ani düşündüm ki..."
Bu gün, 12:22 |
|
|
|
• SOCAR-ın “Petkim”ə investisiyalarının həcmi açıqlanıb
Bu gün, 12:16 |
|
|
|
• Tanınmış milyonçuya qarşı dələduzluqda ittiham olunan şəxslərdən biri ölüb - TƏFƏRRÜAT
Bu gün, 12:03 |
|
|
|
• "Reklam xatirinə işlər görmək, zahiri effektlər yaratmaq mahiyyəti dəyişmir" - Tahir Kərimli AYNA-nı tənqid etdi
Bu gün, 11:57 |
|
|
|
• "Ermənistan" layihəsi başa çatdı: Bakının sülh şərtləri dəyişir... - keçmiş nazir ŞƏRH EDİR
Bu gün, 11:51 |
|
|
|
• Rusiya ordusu Ukraynanın Kuraxovo şəhərini ələ keçirib
Bu gün, 11:47 |
|
|
|
• Əsl erməni faciəsi və qəddarlığı... - ƏLAHƏZRƏT FAKT!
Bu gün, 11:46 |
|
|
|
• Şəkidəki seçkilərdə `OĞRU` MARAĞI... - FOTOFAKT
Bu gün, 11:45 |
|
|
|
• Petrosyanın açıq etirafları... məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır
Bu gün, 11:37 |
|
|
|
• Novayaepoxa.com və Yenicag.info saytları 8 yaşında
Bu gün, 11:35 |
|
|
|
• Yəqin icra başçısı bundan xəbərsizdir... - YOXSA...
Bu gün, 11:32 |
|
|
|
• Bakı həbsxanasında DAHA BİR ÖLÜM
Bu gün, 11:18 |
|
|
|
• İctimai nəqliyyat kimlər üçün pulsuz olacaq? - ARAŞDIRMA
Bu gün, 11:16 |
|
|
|
• “Amin Mərdəkanski”ni qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 11:09 |
|
|
|
• Nəcəfli sanki Talıbova SƏDAQƏT ANDI İÇİB... - NARAZILIQ VAR...
Bu gün, 11:04 |
|
|
|
• "Naxçıvana maneəsiz gediş-gəliş xalqımız üçün həyati və strateji əhəmiyyət kəsb edən məsələdir" - deputat
Bu gün, 11:01 |
|
|
|
• Vurulmuş təyyarə: haqlı tələblər və haqsız tənələr - Görünəni odur ki...
Bu gün, 10:59 |
|
|
|
• Yeni ildə sülh gözləntisi: ümidlər, risklər və əngəllər - İNCƏLƏMƏ
Bu gün, 10:58 |
|
|
|
• “Lukaşenko məndən üzr istədi, dedi, zavodu vur” – Zelenski
Bu gün, 10:57 |
|
|
|
• Prezident təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan bələdçilərlə görüşüb
Bu gün, 10:55 |
|
|
|
• Dövlətə xəyanətə görə həbs edilən şəxsin mühakiməsi başlayır - DTX əməliyyatı
Bu gün, 10:54 |
|
|
|
• Beynəlxalq “IQ” testinə görə Azərbaycan Gürcüstandan çox geridə qaldı... - Ermənistan isə...
Bu gün, 10:52 |
|
|
|
• Azərbaycanda xəstəxanada xəyanətin üstü açıldı: Qadın evli kişi ilə... - VİDEO
Bu gün, 10:51 |
|
|
|
|