Azərbaycanda pambıqla baş kəsənlər... - Bu istiqaməti kimlər məhv edib...
Tarix: 29-07-2015, 10:24 | Çap et
Son günlər Azərbaycanda bir zaman ən gəlirli və ən inkişaf etmiş sahələrdən hesab olunan pambıqçılıqla bağlı mənfi statistika ciddi müzakirə mövzusudur. Mətbuatda və iqtisadçılar arasında ölkə pambıqçılığının belə dərin böhran keçirməsinin səbəbləri müzakirə olunur, bununla bağlı müxtəlif mövqelər açıqlanır, araşdırma yazıları dərc edilir. İndi isə artıq bu məsələdə də bəzi məmurların da korrupsiya maraqlarının həlledici rol oynadığı aydınlaşıb. Belə ki, kənd təsərrüfatı üzrə tanınmış mütəxəssis Vahid Məhərrəmli pambıqçılığın yaşadığı tənəzzülün rəqəmlərdə ifadəsini ortaya qoyub və səbəblərini göstərib: "Dövlət Statistika komitəsinin son məlumatına əsasən 2015 -ci ildə əvvəlki ilə nisbətən pambığın əkin sahəsi 4,1 min hektar azalaraq 18,8 min hektar təşkil edib. Bu o deməkdir ki, yüngül sənayenin əsas xammal bazasını təşkil etməklə yanaşı yüksək əlavə dəyər yaradan çox mühüm bir sahə, pambıqçılıq artıq sıradan çıxarılır. Onu da qeyd etməliyəm ki, 1990-cı ildə indikindən 14 dəfə çox ərazidə, 264 min hektar sahədə pambıq əkini ilə məşğul olunduğu halda, sonrakı illərdə ciddi səbəb olmadan əkin sahələri sürətlə azalmağa başladı. Belə ki, əkin sahəsi 2000-ci ildə 101min hektar, 2005 -ci ildə 112 min hektar, 2010-cü ildə isə 30 min hektara düşdü. Xüsusən 2010 -cu ildə Milli Məclis "Pambıqçılıq haqqında Qanun" qəbul etdikdən sonra bu sahəyə maraq kəskin azalıb. Qeyd olunduğu kimi bu il artıq əkin sahəsi 18,8 min hektara düşüb. Ölkəmizdə son 80 ildə pambığın əkin sahəsi bu qədər az olmayıb. Əkin sahələrinin ciddi azalması öz növbəsində istehsalın da kəskin azalmasına səbəb olub. Belə ki, 1990-cı ildə pambıq istehsalı 542, 9 min ton olduğu halda beş il sonra bu göstərici 2 dəfə, sonrakı illərdə isə daha çox azalmışdı. Son on ilin istehsal göstəriciləri isə bu sahənin tam bərbad hala düşdüyündən xəbər verir. On il əvvəl, 2005-ci ildə 196,6 min ton pambıq istehsal olunduğu halda keçən il bu göstərici 40,6 min tona düşüb. Onu da xüsusi qeyd edim ki, Azərbaycanın iqtisadi durumu çətin olan zamanda, 1995 -ci ildə ölkəyə pambığın satışından 116,8 milyon dollar vəsait daxil olduğu halda 2014-ci ildə bu rəqəm 8,2 dəfə azalaraq 14,2 milyon dollar təşkil edib. Keçən əsrin 90-cı illərin ortalarında bu qədər vəsaitin nə dərəcədə ölkə üçün əhəmiyyətli və vacib olduğunu hesabdan başı çıxan adamlar yaxşı dərk edir. Onu da nəzərə almaq lazımdır ki, 1995-ci ildə mahlıcın qiyməti dünya bazarında indi mövcud olan qiymətdən 35 faiz aşağı idi. Son zamanlar kənd təsərrüfatının digər subsektorlarında olduğu kimi bu sahədə də idxala meyillilik artmaqda davam edir. Belə ki, 2014-ci ildə 2,8 milyon ABŞ dolları dəyərində ölkəyə pambıq, 12,9 milyon dollar dəyərində isə pambıq, keçə və toxunmamış materiallar; xüsusi iplik və onlardan alınmış məmulatlar idxal edilmişdir. Pambıq istehsalının inkişafı özü ilə bərabər sənayenin, emal müəssisələrinin yaradılmasına və işləməsinə imkan yaradır. Sovet hökumətinin vaxtında Azərbaycanda bu istiqamətdə bir çox istehsal müəssisələri yaradılmışdı. Təssüflər olsun ki, həmin müəssisələrin əksəriyyəti süni sürətdə "müflis" elan edilərək dağıdıldı və hökumət məmurları tərəfindən dəyər-dəyməzinə mənimsənildi. Əldə olunan statistik məlumatlara əsasən, hələ 1995 -ci ildə sənaye müəssisələrində 98, 5 min ton mahlıc istehsal olunduğu halda 2013-cü ildə bu rəqəm 8 dəfə azalaraq 12,1 min ton təşkil edib. Pambıq parça istehsalı da Azərbaycanda analoqu olmayan səviyyəyə enib. Belə ki, 1995-ci ildə ölkədə 57,9 milyon kvadrat metr pambıq parça istehsal olunmuşdursa, 2013-cü ildə bu göstərici 52 dəfə azalaraq 1,1 milyon kvadrat metrə enib. Rəqəmlərdən göründüyü kimi, bu məhsulun istehsalının ciddi şəkildə azalması ölkənin bu sahədən əldə etdiyi xarici valyutanın azalması ilə yanaşı, həm də fermerlərin gəlirlərinin azalmasına və sənaye müəssisələrində çalışan çoxlu sayda işçilərin iş yerlərini itirməsinə səbəb olub. Təəssüflər olsun ki, bu hələ son deyil. Belə ki, yuxarıda qeyd etdiyim kimi bu il əvvəlki ilə nisbətən əkin sahəsi 4,1 min hektar azalıb. Bölgələrdən əldə olunan məlumatlar onu deməyə əsas verir ki, bu il pambıqçılıqda məhsuldarlığın aşağı düşəcəyi gözlənilir. Bunu pambıqçılıqla məşğul olan fermerlər maliyyə və su çatışmazlığı ilə əlaqələndirirlər." Bir sözlə, problemin kökündə məmurların pambıqçılıqla bağlı istehsal müəssisələri ətrafındakı korrupsiya mahiyyətli oyunbazlıqlarının əsas rol oynadığı anlaşılır. Ölkənin ən ciddi aqrar sahələrindən birinin hansısa vəzifəli şəxslərin maraqlarının güdazına getdiyi göz önündədir. Belə məmurların cəzasız qalması isə şübhəsiz, narahatlıq doğurur.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Xalqımızın qəhrəman övladlarına verdiyi dəyərin növbəti təzahürü - İsrafil Kərimovun yazısı
Bu gün, 14:47 |
|
|
|
• "Sevilya" ilə anlaşan Juninyo İspaniyaya yollanır
Bu gün, 14:44 |
|
|
|
• Hayların köhnə bayatılarla narahatlıq duymaları təəccüblü deyil -RƏY
Bu gün, 14:02 |
|
|
|
• İran hədəf, Ermənistan vasitə: - Cənubi Qafqazdakı təhlükəli ssenari
Bu gün, 14:00 |
|
|
|
• Azərbaycan şirkəti kapitalından 6.4 milyon manatı geri götürür
Bu gün, 13:58 |
|
|
|
• “Bu həddə çatdırmaq lazım deyil”
Bu gün, 13:04 |
|
|
|
• Ombudsmanın Çağrı Mərkəzi bayram günlərində də fəaliyyətini fasiləsiz davam etdirib
Bu gün, 13:00 |
|
|
|
• COVID-dən daha təhlükəli Metapneumovirus QAPIDA – Bu ölümcül virus nədir, necə QORUNAQ?
Bu gün, 12:58 |
|
|
|
• "Azərbaycanda icra məmuru institutu hüquq-mühafizə orqanları arasında ən bərbadıdır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:55 |
|
|
|
• Rusiya qərar verdi: azərbaycanlıların işi çətinləşdi... - Bakının cavabı ləngimədi
Bu gün, 12:47 |
|
|
|
• Bakıdan yeni tələb: "Sülh sazişi" danışıqlarına bu da əlavə olundu - GƏLİŞMƏ
Bu gün, 12:46 |
|
|
|
• Hava bəzi yerlərdə arabir yağıntılı olacaq - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• Tanınmış həkimdən qadınlara: - Etməyin, çox iyrənc görünürsünüz!
Bu gün, 12:39 |
|
|
|
• Suriyanın yeni hakimiyyəti kürd yaraqlılarından silahı yerə qoymağı tələb edib - "Hürriyet"
Bu gün, 12:37 |
|
|
|
• Sabiq maliyyə nazirinə hökm oxundu - O, məhkəmədə Seymur Talıbova verdiyi pulun məbləğini açıqladı
Bu gün, 12:32 |
|
|
|
• Xalq artistinin nəvəsi vəfat etdi - FOTO
Bu gün, 12:30 |
|
|
|
• Ermənilər YENƏ BAŞLADI: Mövqelərimiz ATƏŞƏ TUTULUB... - QAŞINIRLAR...
Bu gün, 12:29 |
|
|
|
• 2024-cü ildə hansı ölkə xoşbəxt olub?
Bu gün, 12:27 |
|
|
|
• Qəfil halı pisləşən alimin xəstəxanaya verməyə də PULU YOXDUR... - "Ölüm anında ani düşündüm ki..."
Bu gün, 12:22 |
|
|
|
• SOCAR-ın “Petkim”ə investisiyalarının həcmi açıqlanıb
Bu gün, 12:16 |
|
|
|
• Tanınmış milyonçuya qarşı dələduzluqda ittiham olunan şəxslərdən biri ölüb - TƏFƏRRÜAT
Bu gün, 12:03 |
|
|
|
• "Reklam xatirinə işlər görmək, zahiri effektlər yaratmaq mahiyyəti dəyişmir" - Tahir Kərimli AYNA-nı tənqid etdi
Bu gün, 11:57 |
|
|
|
• "Ermənistan" layihəsi başa çatdı: Bakının sülh şərtləri dəyişir... - keçmiş nazir ŞƏRH EDİR
Bu gün, 11:51 |
|
|
|
• Rusiya ordusu Ukraynanın Kuraxovo şəhərini ələ keçirib
Bu gün, 11:47 |
|
|
|
• Əsl erməni faciəsi və qəddarlığı... - ƏLAHƏZRƏT FAKT!
Bu gün, 11:46 |
|
|
|
• Şəkidəki seçkilərdə `OĞRU` MARAĞI... - FOTOFAKT
Bu gün, 11:45 |
|
|
|
• Petrosyanın açıq etirafları... məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır
Bu gün, 11:37 |
|
|
|
• Novayaepoxa.com və Yenicag.info saytları 8 yaşında
Bu gün, 11:35 |
|
|
|
• Yəqin icra başçısı bundan xəbərsizdir... - YOXSA...
Bu gün, 11:32 |
|
|
|
• Bakı həbsxanasında DAHA BİR ÖLÜM
Bu gün, 11:18 |
|
|
|
• İctimai nəqliyyat kimlər üçün pulsuz olacaq? - ARAŞDIRMA
Bu gün, 11:16 |
|
|
|
• “Amin Mərdəkanski”ni qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 11:09 |
|
|
|
• Nəcəfli sanki Talıbova SƏDAQƏT ANDI İÇİB... - NARAZILIQ VAR...
Bu gün, 11:04 |
|
|
|
• "Naxçıvana maneəsiz gediş-gəliş xalqımız üçün həyati və strateji əhəmiyyət kəsb edən məsələdir" - deputat
Bu gün, 11:01 |
|
|
|
• Vurulmuş təyyarə: haqlı tələblər və haqsız tənələr - Görünəni odur ki...
Bu gün, 10:59 |
|
|
|
• Yeni ildə sülh gözləntisi: ümidlər, risklər və əngəllər - İNCƏLƏMƏ
Bu gün, 10:58 |
|
|
|
• “Lukaşenko məndən üzr istədi, dedi, zavodu vur” – Zelenski
Bu gün, 10:57 |
|
|
|
• Prezident təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan bələdçilərlə görüşüb
Bu gün, 10:55 |
|
|
|
• Dövlətə xəyanətə görə həbs edilən şəxsin mühakiməsi başlayır - DTX əməliyyatı
Bu gün, 10:54 |
|
|
|
• Beynəlxalq “IQ” testinə görə Azərbaycan Gürcüstandan çox geridə qaldı... - Ermənistan isə...
Bu gün, 10:52 |
|
|
|
• Azərbaycanda xəstəxanada xəyanətin üstü açıldı: Qadın evli kişi ilə... - VİDEO
Bu gün, 10:51 |
|
|
|
• Fars-molla rejimi İŞ BAŞINDA: Bu dəfə təxribata əl atdılar... - guya Azərbaycanda...
Bu gün, 10:47 |
|
|
|
• Bayden Sorosa "Azadlıq" medalı verməklə bu mükafatı dəyərdən saldı - "Fox News"
Bu gün, 10:43 |
|
|
|
• Bankdan vətəndaşların adına kredit necə götürülüb? - 1 milyon manat ziyan var
Bu gün, 10:40 |
|
|
|
• “Avant Group”a yaxın yeni şirkət TƏSİS EDİLDİ
Bu gün, 10:39 |
|
|
|
• Petrosyanın çıxışı: Azərbaycan iddia qaldıra bilər? - AKTUAL
Bu gün, 10:37 |
|
|
|
• “Oleq Bakinski”yə qarşı əlavə ittiham irəli sürüldü - TƏFƏRRÜAT
Bu gün, 10:30 |
|
|
|
• Guya buraları dövlət adına qoruyurlar... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:28 |
|
|
|
• Tofiq Məmmədovun öldüyü qəzada günahlandırılan sabiq polis kassasiya şikayəti verdi
Bu gün, 10:19 |
|
|
|
• Bakıda 165 ailəni aldadan şəxs azadlıqda! - Hakim Elnur Nuriyevlə Pənah Kərimovu nə bağlayır?
Bu gün, 10:17 |
|
|
|
|