2025-ci ildə Azərbaycanın xarici siyasətinin istiqamətləri .....                     “Toy sahibləri xahiş edir ki, məclisimizə barbi geyimində gəlin, .....                     "Dilarə Kazımova və Nigar Camala deyim ki, niyə belə geyinirsiniz?" .....                     Akopyan həmin oteldə 3 min manata qalıb? .....                     Qroznıda AZAL-ın təyyarə qəzası ilə bağlı araşdırmanın “hərbiyə aid hissəsi” gizliləşdirilib .....                     İrəvan ordusunu "süni intellekt"li etmək istəyir .....                     Azər Baxşəliyevin həyat yoldaşı: .....                     Öcalan PKK-ya nə zaman tərk-silah çağırışı edəcək? .....                     AZAL-ın təyyarəsinə görə idarə rəisi dindirildi: .....                     Putin nüvə silahını işə salmağa hazır imiş: Rusiyanı Çin dayandırıb! .....                     Putin yenidən "Qarabağ klanı"na "stavka" edir? .....                     "Rusiya Azərbaycan Prezidentinin səsləndirdiyi şərtləri yerinə yetirəcək” .....                     Bayden korrupsiyada günahlandırılır .....                     Ukrayna Rusiyaya döyüş PUA-ları ilə hücum edib .....                     Nazarbayevin həmin sammitdə iştirakı ölkəni qarışdırdı .....                     Gürcüstan Milli Bankı ABŞ dolları ilə bağlı yeni qərar qəbul edib .....                     Bakı həbsxanasında .....                     “Söz versələr də etmədilər, küsdü..” .....                     İran Suriyadakı silahlarını Ermənistana GÖNDƏRİR .....                     İYİ Partiya DEM heyətini qəbul etmədi .....                     AŞPA-nın qış sessiyasının gündəliyi açıqlanıb .....                     Dnestryanı “donur”: Kremlin əmri ilə yardımdan imtina etdi .....                     Yeni il süfrəsini qurmaq neçəyə başa gəldi? .....                     Qazax RİH-də NƏ BAŞ VERİR? .....                     Həkimin cərrahi əməliyyat zamanı canlı yayım açması .....                     “Made in China 2025” işə düşüb .....                     Kirayəpulunu ödəyə bilməyən Qarabağ əlili ilə məmur arasında qalmaqal .....                     Əl-Culani ABŞ-dan qoşunlarını Suriya ərazisindən çıxarması üçün İsrailə təzyiq göstərməyi tələb etdi... .....                     Blinken Koreya, Yaponiya və Fransaya səfər edəcək .....                     Müəllimlər üçün ictimai nəqliyyat pulsuz olacaq? .....                     Braziliyalı mütəxəssislər AZAL-ın təyyarəsinin qara qutularının təhlilinə başlayıblar .....                     Haftonidəki YAŞIL TERROR: Niyə səsini çıxaran yoxdur? .....                     Erməni ordusunda “süni intellekt tağımı” yaradılır .....                     "Qoy yeni ildə də bizi güldürsün!" .....                     Sankt-Peterburq aeroportunun fəaliyyəti müvəqqəti dayandırılıb .....                     Cinayət törətməkdə şübhəli bilinən 15 nəfər saxlanılıb .....                     2025-ə rektorsuz girən universitetlər: Yeni təyinatlar GÖZLƏNİLİR .....                     Abşeronda satmadığı YER QALMAYIB... .....                     "Qadına sahib çıxmaq kişinin borcudur" .....                     Petrosyanın şok çıxışı: Azərbaycanlıları qovduq ki... .....                 

Məhkəmə Gədəbəyin icra başçısına qarşı qərar çıxardı - Yediyarovun durumu fənalaşa bilər
Tarix: 17-07-2015, 10:00 | Çap et
Məhkəmə Gədəbəyin icra başçısına qarşı qərar çıxardı
Məlum olduğu kimi bu gün Gədəbəy rayonunda indiyədək görünməmiş həddə çatdırılmış məmur özbaşınalıqları mövzusu artıq uzun müddətdir ki, mütəmadi olaraq ictimai müzakirəyə çıxardığımız mövzulardan biridir. Çoxsaylı materiallarımızda biz dəfələrlə qeyd etmişik ki, Ramiz Yediyarovun bu rayona icra başçısı təyin olunduğu 2012-ci ildən bəri yığılıb qalan ən müxtəlif problemlərin bu gün sayı-hesabı yoxdur. İcra başçısının yol verdiyi özbaşınalıqlar ucbatından rayonun təhsil, səhiyyə, mədəniyyət kimi sahələri tənəzzülə uğramış, iqtisadiyyat çökdürülmüş, yerli əhali isə sözün əsil mənasında səfalət içərisində yaşamağa məhkum edilmişdir.Həmçinin dəfələrlə qeyd olunduğu kimi, Ramiz Yediyarovun yol verdiyi ən böyük özbaşınalıqlardan biri də yerli sahibkarları incitməsi, habelə rayonda sahibkarlığın inkişafına maneçilik törətməsi və vətəndaşların məhz bu zəmində xüsusilə haqsızlıqlara və təqiblərə məruz qoyması ilə bağlıdır. Xatırlatmaq yerinə düşər ki, ölkə prezidenti cənab İlham Əliyev hər zaman bu məsələyə münasibət bildirərək vurğulayıb ki, ölkəmizdə biznes mühitinin daha da yaxşılaşması üçün dövlət dəstəyinin artması, təkmil hüquqi bazanın formalaşması, dövlət proqramlarına uyğun bölgələrdə istifadəyə verilən fabrik və zavodlarda, emal müəssisələrində ən müasir texnologiyaların tətbiqi, istehsal olunan məhsullara xarici bazarlarda tələbatın artması göstərir ki, dünya iqtisadiyyatının ayrılmaz parçası olan Azərbaycan iqtisadiyyatı dinamik inkişaf yolunda inamla irəliləyir, sənayeləşmə proqramının həyata keçirilməsi istiqamətində önəmli addımlar atılır. Dövlət başçısının qeyd etdiyi kimi, konkret fəaliyyət proqramları əsasında həyata keçirilən layihə və islahatlar düşünülmüş siyasətə və konkret proqramlara əsaslanır: “...Ölkədə dövlət siyasətinin əsasında Azərbaycan vətəndaşı durur. Çünki dövlətimiz nə qədər güclü olsa insanlar özlərini bir o qədər təhlükəsiz, rahat hiss edəcəklər. Yerli icra başçısı yerlərdə dövlət siyasətini aparan şəxsdir və o, dövlət siyasətindən kənarda heç bir iş görə bilməz”.Lakin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov bu istiqamətdə aparılan dövlət siyasətindən nəinki kənara çıxır, hətta prezidentin bu xüsusda birbaşa göstərişlərinin tam ziddinə olan addımlar belə atır. Bu iddianın arxasında onlarca gədəbəyli iş adamının, yerli sahibkarların sənədli-sübutlu ərizələri, müraciətləri durub. Obyekti uçurulanlar, torpağı əlindən alınanlar, rüşvət vermədiyinə görə təqib edilənlər... Gədəbəydə xalqın məruz qoyulmadığı hansı haqsızlıq qaldı ki? Amma gədəbəylilər bütün bu haqsızlıqlarla yenə də barışmırlar. Elə qəzetimizin səhifələrində mütəmadi dərc olunan materiallarda da Gədəbəy rayon, şəhər və kənd sakinlərinin müxtəlif vaxtlarda icra başçısına qarşı irəli sürdükləri ağır ittihamlar onların haqsızlığa qarşı bu mübarizələrinin əsas göstəricisidir. Eyni zamanda da qeyd etməliyik ki, Ramiz Yediyarovun törətdiyi qanunsuzluqlardan daha çox ziyan çəkmiş gədəbəyli iş adamlarından biri də məhz Plankənd kənd sakini Əliyev Oktay İbrahim oğlu olmuşdur. İlk dəfə 2014-cü ilin yayında redaksiyamıza müraciət edən Oktay Əliyev bildirmişdi ki, o, təxminən iki il əvvəl rayonda turizmin inkişaf etdirilməsi və yeni iş yerlərinin açılması zəminində, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş razılıq və icazə sənədləri əsasında Gədəbəy rayonu Qalakənd meşə zolağında (meşə fonduna aid olan) xüsusi ayrılmış ərazidə turizm-istirahət mərkəzinin tikintisinə başlamışdı: “Ölkə rəhbərliyinin sahibkarların rahat fəaliyyəti üçün yaratdığı şəraitdən istifadə edərək Gədəbəy rayonunun Qalakənd kəndi ərazisində turizm obyekti tikmək qərarına gəldim. Baba yurdum olan torpaq sahəsində vətəndaşların rahat istirahətindən ötrü obyekt qurub yaratmaq üçün Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun müavini Qüdrət Paşayevdən xeyir-dua da aldım. Min bir əzab-əziyyət hesabına bu il tikintini başa çatdırdım. Obyekt elə bir yerdə tikilirdi ki, tikinti materiallarını usta və fəhlələr ora bir kilometr məsafədən əllərində daşıyırdılar. Obyekt tikilib başa çatmaq üzrəykən, daha dəqiq desəm, kosmetik işləri görən zaman icra hakimiyyətinin nümayəndələri gəlib işi dayandırdılar. İcra başçısının müavini Rüstəm Nağıyev heç bir qanuni əsas və məhkəmə qərarı olmadan obyektin bir hissəsini sökdürdü. Halbuki, aidiyyəti qurumlardan, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyindən lazım olan bütün sənədləri almışdım. Sadəcə, bu işdə icra hakimiyyətinin rəhbər şəxslərinin başqa maraqları olduğundan tikintini yarımçıq saxladılar...”Qeyd edək ki, həmin torpaq sahəsi ETSN-nin balansındadır və RİH-nə heç bir aidiyyatı yoxdur. Lakin qeyd edildiyi kimi, ötən ilin iyul ayının 11-də RİH başçısının müavini Rüstəm Nağıyev, aparatın bir neçə əməkdaşı və RPŞ-nin rəis müavini Bəhmən Məmmədov çoxsaylı polis əməkdaşları ilə əraziyə gələrək, heç bir yazılı sənəd təqdim etmədən, ağır texnikanı cəlb etməklə artıq çox hissəsi hazır olan binanın bir hissəsini uçurdurlar. Bundan sonra Oktay Əliyevə qarşı pul tələbi irəli sürülür və yenə gələcəklərini deyən məmurlar çıxıb gedirlər. Həmin şəxslər təkrarən ayın 23-də geri qayıdırlar və bu dəfə də binanın qalan hissəsini uçurdurlar. Nəticədə Oktay Əliyevə külli-miqdarda maddi və mənəvi ziyan dəyir...Elə o vaxtdan da Oktay Əliyev öz hüquqları uğrunda mübarizəyə başlayır. Təbii ki, bu mübarizə yalnız hüquqi müstəvidə, ölkə qanunları çərçivəsində aparıla bilərdi. Buna görə də Oktay Əliyev ilkin olaraq Gəncə İnzibati-İqtisadi Məhkəməsində Gədəbəy Rayon İcra Hakimiyyətinə qarşı iddia qaldırmışdı. Məhkəmə irəli sürülən iddianı nəzərdən keçirərək ədalətli qərar vermidi. Belə ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 16 fevral 2015-ci il tarixli qərarı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin sahibkar Oktay Əliyevin xeyrinə 66.626 (altımış altı min altı yüz iyirmi altı) manat məbləğində cərimə olunması nəzərdə tutulmuşdur. Lakin bundan sonra Ramiz Yediyarovun da komandası müəyyən addımlar atmış və Gəncə İnzibati-İqtisadi Məhkəməsinin qərarından Gəncə Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasına şikayət ərizəsi ilə müraciət etmişdir. Təəssüfflər olsun ki, Gəncə Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasında işin araşdırılmasında müəyyən kobud nöqsanlara yol verilmiş və nəticədə qeyri-obyektiv qərar qəbul edilmişdir. Kollegiyanın 14 aprel 2015-ci il tarixli qərardadı ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 16 fevral 2015-ci il tarixli qərarı ləğv edilmişdir. Lakin əlbəttə ki, Azərbaycan vətəndaşının dövlətçiliyimizə, ölkə qanunlarının aliliyinə inamı bir səhv məhkəmə qərarı ilə sarsıla bilməz. Elə Gəncə Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının verdiyi qərardaddan kassasiya şikayəti verməyə hazırlaşarkən də, Oktay Əliyev ölkəmizin məhkəmə-hüquq sisteminin obyektivliyinə və ədalətinə qətiyyən şübhə etmirdi: “Ölkəmiz öz müstəqilliyini əldə etdikdən sonra, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatları nəticəsində Azərbaycanda hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən quruldu. Yeni mütərəqqi qanunlar, o cümlədən “Konstitusiya məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında” və digər qanunlar qəbul edildi. Bütün bu qanunlar demokratik prinsiplər və beynəlxalq hüquq normalarının tələblərinə uyğun hazırlanıb. Hüquq sistemi islahatları nəticəsində ölkəmizdə birinci instansiya, apellyasiya və kassasiya instansiyalarından ibarət yeni üçpilləli müstəqil məhkəmə sistemi formalaşdırılıb. Ölkəmizdə məhkəmə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin görülməsi daim gündəmdə saxlanılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları məhkəmə sisteminin müasirləşdirilməsi barədə 19 yanvar 2006-cı il tarixli fərmanı imzaladıqdan sonra isə, ölkəmizdə məhkəmə islahatları keyfiyyətcə yeni mərhələyə keçdi. Bütün bunları nəzərə alaraq, mən son nəticədə ədalətin qalib gələcəyinə və hüquqlarımın bərpa olunacağına zərrə qədər də olsa şübhə etmirdim”.Belə də oldu. Bəlkə də bütün gədəbəylilərin səbirsizliklə gözlədikləri gün nəhayət ki, gəlib çıxdı. Həmin gün bütün rayon sakinləri üçün əsil “həqiqət anı” oldu. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Oktay Əliyevin kassasiya şikayəti əsasında işə baxmışdır. Kollegiyanın 18 iyun 2015-ci il tarixli, 2-1 (102)-755/2015 saylı qərarına əsasən Gəncə Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 14 aprel 2015-ci il tarixli qərardadı ləğv edilmişdir.Ədalətin bu zəfəri Azərbaycanda mövcud məhkəmə sisteminin həqiqətən də müstəqil və obyektiv olduğunu növbəti dəfə isbatlamış oldu. Bəzi harınlamış məmurlar isə vətəndaşlarımızın hüquqlarının onların ambisiyalarından qat-qat üstün durduğuna dair daha bir açıq mesaj almış oldular.
\\bizimdovr.az\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
2025-ci ildə Azərbaycanın xarici siyasətinin istiqamətləri NECƏ OLACAQ?
Bu gün, 14:00
“Toy sahibləri xahiş edir ki, məclisimizə barbi geyimində gəlin, imic yaratmışam...”
Bu gün, 13:58
"Dilarə Kazımova və Nigar Camala deyim ki, niyə belə geyinirsiniz?" - Niyaməddin Musayev
Bu gün, 13:11
Akopyan həmin oteldə 3 min manata qalıb? – Paşinyan VİDEO yaydı
Bu gün, 13:00
Qroznıda AZAL-ın təyyarə qəzası ilə bağlı araşdırmanın “hərbiyə aid hissəsi” gizliləşdirilib - "ВЧК-ОГПУ"
Bu gün, 12:49
İrəvan ordusunu "süni intellekt"li etmək istəyir - TƏBİİ AĞILLA NƏ QƏLƏT ETDİLƏR Kİ...
Bu gün, 12:47
Azər Baxşəliyevin həyat yoldaşı: - "Oyanmadın"
Bu gün, 12:44
Öcalan PKK-ya nə zaman tərk-silah çağırışı edəcək?
Bu gün, 12:42
AZAL-ın təyyarəsinə görə idarə rəisi dindirildi: - Qroznı aeroportundakı çatışmazlıq ÜZƏ ÇIXDI
Bu gün, 12:30
Putin nüvə silahını işə salmağa hazır imiş: Rusiyanı Çin dayandırıb! - İLGİNC İDDİA
Bu gün, 12:28
Putin yenidən "Qarabağ klanı"na "stavka" edir? - GƏLİŞMƏ
Bu gün, 12:21
"Rusiya Azərbaycan Prezidentinin səsləndirdiyi şərtləri yerinə yetirəcək” - Sergey Markov
Bu gün, 12:20
Bayden korrupsiyada günahlandırılır
Bu gün, 12:00
Ukrayna Rusiyaya döyüş PUA-ları ilə hücum edib
Bu gün, 12:00
Nazarbayevin həmin sammitdə iştirakı ölkəni qarışdırdı - Tokayev şok detalları açıqladı
Bu gün, 11:42
Gürcüstan Milli Bankı ABŞ dolları ilə bağlı yeni qərar qəbul edib
Bu gün, 11:34
Bakı həbsxanasında MƏHKUM ÖLDÜ
Bu gün, 11:31
“Söz versələr də etmədilər, küsdü..” - Rafael Dadaşov kimdən incik getdi?
Bu gün, 11:17
İran Suriyadakı silahlarını Ermənistana GÖNDƏRİR - NƏ BAŞ VERİR?
Bu gün, 11:14
İYİ Partiya DEM heyətini qəbul etmədi
Bu gün, 11:13
AŞPA-nın qış sessiyasının gündəliyi açıqlanıb - DETALLAR
Bu gün, 11:11
Dnestryanı “donur”: Kremlin əmri ilə yardımdan imtina etdi - "Politiko”
Bu gün, 11:07
Yeni il süfrəsini qurmaq neçəyə başa gəldi? - ARAŞDIRMA
Bu gün, 11:06
Qazax RİH-də NƏ BAŞ VERİR? - Birinci müavin başçıya qarşı...
Bu gün, 10:47
Həkimin cərrahi əməliyyat zamanı canlı yayım açması QANUNİDİRMİ?
Bu gün, 10:38
“Made in China 2025” işə düşüb - NƏ BAŞ VERİR?
Bu gün, 10:36
Kirayəpulunu ödəyə bilməyən Qarabağ əlili ilə məmur arasında qalmaqal - TƏFƏRRÜAT
Bu gün, 10:33
Əl-Culani ABŞ-dan qoşunlarını Suriya ərazisindən çıxarması üçün İsrailə təzyiq göstərməyi tələb etdi...
Bu gün, 10:29
Blinken Koreya, Yaponiya və Fransaya səfər edəcək
Bu gün, 10:26
Müəllimlər üçün ictimai nəqliyyat pulsuz olacaq? - AKTUAL
Bu gün, 10:15
Braziliyalı mütəxəssislər AZAL-ın təyyarəsinin qara qutularının təhlilinə başlayıblar - Braziliya mediası
Bu gün, 10:10
Haftonidəki YAŞIL TERROR: Niyə səsini çıxaran yoxdur? - ETİRAZ VAR...
Bu gün, 10:09
Erməni ordusunda “süni intellekt tağımı” yaradılır - KİV
Bu gün, 09:59
"Qoy yeni ildə də bizi güldürsün!" - REPLİKA
Bu gün, 09:52
Sankt-Peterburq aeroportunun fəaliyyəti müvəqqəti dayandırılıb
Bu gün, 09:47
Cinayət törətməkdə şübhəli bilinən 15 nəfər saxlanılıb
Bu gün, 09:40
2025-ə rektorsuz girən universitetlər: Yeni təyinatlar GÖZLƏNİLİR - SİYAHI
Bu gün, 09:25
Abşeronda satmadığı YER QALMAYIB... - İTTİHAM VAR...
Bu gün, 09:21
"Qadına sahib çıxmaq kişinin borcudur"
Bu gün, 09:18
Petrosyanın şok çıxışı: Azərbaycanlıları qovduq ki... - VİDEO
Bu gün, 09:14
14 saylı poliklinikada tibbi arayış zülmü - NARAZILIQ VAR...
Bu gün, 09:08
Vətəndaşın təcili tibbi yardım DƏRDİ... - AXI NİYƏ?..
Bu gün, 09:01
Əmək pensiyasından tutulmalar nə qədər qanuni və əsaslıdır... - Ekspert danışır...
Bu gün, 08:51
Tanınmış yazar AZƏRİQAZ-a OD PÜSKÜRDÜ - "Zavod-zad işlədirik?.."
Bu gün, 08:47
"Poeziyaya, şeirə qarşı bu aqressiv, ironiyalı, aşağılayıcı münasibət hardan qaynaqlanır?.." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:37
Keçmiş deputatdan rektora ATMACA... - "Şəkildən də görəcəksiniz ki..."
Bu gün, 08:34
Ukrayna ilə Rusiya arasındakı müharibə bu il bitə bilər - KİV
Bu gün, 07:24
Bakıda 120 milyonluq qalmaqallı hərracın arxasında kimlər dayanır? - ŞOK İSİMLƏR
Bu gün, 07:18
“Bu halda Fransa təyyarələri vurula bilər” - Türk dövlətindən Parisə xəbərdarlıq
Bu gün, 07:12
Vaşinqton İsrailə 8 milyard dollar dəyərində silah və sursat sata bilər - “Axios”
Bu gün, 06:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru